Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avazat
Avazat — orta əsrlər Azərbaycan və Yaxın Şərq musiqisində Şahnaz, Mayə, Səlmək, Novruz, Gərdaniyyə, Güvaşt avazlarının məcmusu. Hazırda Azərbaycan musiqisində avazatların bəzisi muğam möbəsi (Mayə), bəzisi isə muğam (Şahnaz) kimi məşhurdur.
Darvaza
Darvaza — Hündür bir ərazinin giriş və çıxışlarına yerləşdirilən vasitə. Darvazalar qapılardan fərqli olaraq daha böyük ölçülərə malik olur.
Havana
Havana (isp. La Habana) — Kubanın paytaxtıdır. 2,2 milyon əhalisi ilə həm Kubanın, həm də Karib dənizindəki ərazilərin ən böyük şəhəridir. Dolanışıq qaynağı başda sigar, qarğıdalı və şəkər qamışı. Havana ayrıca bir turizm şəhəridir. Şəhərdə yaz aylarında sürəti 200 km çatan qasırğalar baş verir. Havana uzun illər ispanların müstəmləkəsi altında qalmışdır. Bu səbəbdən ötəri bəzi küçələrində ispan adət-ənənələri görülər. Havana Latın Amerikanın qabaqda gələn şəhərlərindəndir. Havanada tropik bir iqlimə rast gəlinir.
Lavaka
Lavaka (rus. лавака, ing. lavaka) — rütubətli tropiklərdə suffozion- erozion mənşəli mənfi relyef forması; günbəzvari yüksəkliyin qabarıq yamacına, bəzən isə platonun kənarlarına kəsilmiş olur. Uzunluğu 150 — (2 km-dək), eni 100 — (300 m-dək), dərinliyi 30 — olur.
Qavazi
Qavazi (gürc. გავაზი; keçmiş Axali Qavazi) — Şərqi Gürcüstanda kənd. Kaxetiya ölkəsinin Kvareli bələdiyyəsi ərazisindədir. Alazan-Həftəran vadisində, dəniz səviyyəsindən 255 yüksəklikdə və Qanıxçayın sol sahilində yerləşir. Bələdiyyə mərkəzi Kvareli şəhərindən 16 kilometr məsafədədir. 2014-cü il siyahıyalmasının nəticələrinə görə kənddə yaşayanların sayı 2945 nəfər olmuşdur. Qavazidə XIV əsrə aid memarlıq abidəsi — Qaraca kilsəsi var.
Tamada
Tamada — Qonaqlıqlarda, toylarda və sairədə məclisi idarə edən şəxs; süfrəbəyi, masabəyi. == Tamada haqda == Tamada Türk deyimi olub "ev-eşiyi" (damata deməkdir. Toy şənliklərinə dəvət olunan toybəyinin xələflərindən biri kimi bizim günlər şəhər mühitində keçirilən ziyafət və qonaqlıqların başçısı, toy məclislərini idarə edən peşəkar sərəncamçı "masabəyi" yə verilən ad. Ona bəzən "süfrəbəyi" də deyilir. Tamada, bir qayda olaraq, təşkilatçılarla seçilir, və ya tədbirin iştirakçıları tərəfindən seçilir. Tamadanın vəzifələrinə nitqlərin (danışıqların) və tostların sırasının (nizamının) qurulması, təşkilat və artistlərin çıxışlarının kontrolu daxil olur. Tamada alkoqollu içkilərdən istifadə etmir. Çox ölkələrdə belə növün (nəsilin) ənənələri mövcuddur. Tamadanın ənənəsinin post-sovet vaxtına Sovet İttifaqının bütün respublikalarına yayıldı. Əsl peşəkar tamada - Təkcə yumor hissiylə deyil, həm də şən və istedadlı olmalıdır.
Tamala
Avokado (lat. Persea) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. Avokado həmişəyaşıl meyvə bitkiləri cinsidir. Tropik meyvədir. Hünd. 10–20 m-dir. Çiçəkləri ikicinsiyyətli və ağımtıldır. Armud formalı meyvələri tündyaşıl, yaxud qara və birtoxumlu olur. Əkiləndən 4-5 il sonra məhsul verməyə başlayır; hər ağacı 150-200 kq meyvə verir. Meyvələri 250-600 qr gəlir, yeyilir, qoz dadı verir.
Tamara
Tamara əsasən Bibliya adı Tamardan törədiyi söylənilən addır, mənası "xurma ağacı" deməkdir.
Tanaqa
Tanaqa adası (ing. Tanaga, aleut. Tanax̂ax) — Andreyanov adaları qrupuna daxil olan ada. Adada daimi yaşayış yoxdur. == Coğrafiya == Tanaqa 530 km² əraziyə malikdir. Bu göstərici ilə ABŞ-də 34-cü ən böyük ada hesab edilir. Adanın uzunluğu təqribən 43 km, eni isə 38 km-dir. Ada dağlıqdır, tundra bitkiləri, mamırlar, şibyə və qıjılarla örtülüdür. Maksimum hündürlüyü 1806 m olan Tanaqa vulkanıdır. Adada Tanaqa vulkanından başqa sönmüş Sajaka və Takavanqxa vulkanları da vardır.
Tarama
Tarama (yap. 多良間島) — Miyako qrupuna, Sakişima adaları, Ryukyu arxipelaqına daxil olan ada. Minna adası ilə birlikdə Tarama dairəsini əmələ gətirir və Miyako qəzası, Okinava prefekturası ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 19,75 km² təşkil edir. Tarama adasının şimalında Siokava və Nasasuci qəsəbələri yerləşir. Adada 1000 nəfər yaşayır. Adanın relyefi düzənlikdir. Ən hündür nöqtəsi 33 metrdir. Adaya yaxınlaşmaq məqsədi ilə sal quraşdırılmışdır.
Tarava
Tarava — Sakit okeanda, Kiribati ada dövlətinin paytaxtının yerləşdiyi atoll Paytaxt Cənubi Tarava mərcan adasında yerləşir. 1979-cu ildən paytaxt statusundadır, o vaxta qədər isə Gilbert və Ellis adalarında Britaniya müstəmləkəsinin paytaxtı olmuşdur. == Tarixi == İkinci Dünya müharibəsi zamanı ada yapon ordusu tərəfindən zəbt edilmişdi. 20–23 noyabr 1943-cü ildə Taravada Sakit okeanda baş verən qanlı döyüşlərdən biri baş tutur. Nəticədə amerika silahlıları yapon silahlılarına qalib gəlir.
Taçara
Taçara (ing. Tachara) — İranın Persepolis şəhərində yerləşən, I Daranın müstəsna binası. Fars vilayətindəki müasir Şiraz şəhərindən 70 km şimal-şərqdə yerləşir. == Tarixi və inşaatı == İnşaatı Əhəmənilər İmperiyası dövrünə (e.ə. 550 - e.ə. 330) təsadüf edir. Bina I Daraya aid edilir, ancaq onun kiçik bir hissəsi onun hakimiyyəti altında tamamlanmışdır. 486-cı ildə I Dariusun ölümündən sonra oğlu və xələfi I Xerxes tərəfindən qədim fars dilində taçara adlandırılan və “qış sarayı” kimi tərcümə olunan sarayın inşaası tamamlanmışdır. Daha sonra I Artaxerxes tərəfindən istifadə edilmişdir. Onun xarabalıqları Apadananın cənubundadır.
Tipaza
Tipaza (Şenuva-bərbər. Bazar, ⴱⴰⵣⴰⵔ, ərəb. تيپازة‎ ) — Əlcəzairdə bərbərdilli şəhər və Tipaza əyalətinin paytaxtı. Roma imperiyasının tərkibində olanda Tipasa adlanırdı. Müasir şəhər 1857-ci ildə qurulmuş və qədim xarabalıqları və qumlu sahili ilə diqqətəlayiqdir. == Tarixi == === Qədim tarixi === Qədim Roma tərəfindən fəth edilən Tipasa karfagenlilərə məxsus köhnə ticarət məntəqəsi idi. Şəhər daha sonra imperator Klavdi tərəfindən Mavritaniya krallıqlarının fəth edilməsi üçün hərbi koloniyaya çevrildi. Şəhər, Roma qubernatorluğunun son əsrlərində, üç basilika ilə vacib bir xristian mərkəzi olaraq xidmət etdi. Eramızın 430-cu ildə Tipasa Vandallar tərəfindən dağıdıldı, lakin bir əsr sonra Bizans tərəfindən yenidən quruldu. Yeddinci əsrin sonlarında şəhər Əməvilərin qüvvələri tərəfindən dağıdıldı və xarabalığa çevrildi.
Yavata
Yavata — Yaponiyada, Kyuşu adasının şimalında, Kioto prefekturasında şəhər. == Əhalisi == Əhalisi 74.180 (1 İyul 2010) nəfərdir. == İqtisadiyyatı == Metallurgiya kombinatı, elektrik motorqayırma, koks-kimya, sement, silikatlı kərpic zavodları, port qurğuları var.
Tamaşa
Pyes (fr. Pièce — hissə, parça, əsər) — səhnədə göstərilmək üçün yazılmış dram əsəri. Strukturuna görə pyes obrazların dialoq və monoloqlarından və müəllifin qeydləri olan remarkalardan ibarət əsərdir. Pyes anlayışının özü formal xarakter daşıyır və hər hansı bir stil və ya emosionallıq kəsb etmir. Bu səbəbdən pyes müəllifi əsərin janrını başlıqda qeyd edir: klassik olaraq, dram, komediya və faciə. Bəzən isə "üç hissəli dialoq", "pyes-parabola" və s. qeydlər mövcud olur. == Pyesin növləri == Komediya Komediyalar yumor üçün nəzərdə tutulmuş tamaşalardır. Komediyalarda hazırcavab, qeyri-adi personajlar, qəribə halların sayı çox olur. Bəzi komediyalar cəmiyyətin bütün qrupları üçün deyil, müəyyən yaş qrupları üçün nəzərdə.
AVAVA
AVAVA — yayın son ayındakı ay işığının olduğu gecələrdə insanların əllərini ağızlarına aparıb çalarkən çıxardıqları səs. Bu hərəkətə "avava çalmaq" deyilir. Sonay gecələrində avava çalmaq yeniyetmələri, gəncləri oynamağa çağırmaq deməkdir. Ava, avaz sözləri bu səsdən törənibdir. == İstinadlar == == Həmçinin bax == AVAVA (roman), Nasir Mənzuri Qaraçuxa (roman), Nasir Mənzuri.
Taraz
Taraz şəhəri (qaz. Тараз; до 1997 — Cambıl, 1993-ci ilədək — Cambul, 1938-ci ilədək — Mirzoyan, 1936-cı ilədək — Avliyé-Ata) — Qazaxıstan ərazisində yerləşir. == Tarixi == Mahmud Qaşqarlının Divani-lüğət-it-türk adlı əsərində Taraz şəhərinin Talas və Tıraz variantları mövcuddur. == İstinadlar == == Xarici keçidlər == Сайт Акимата Жамбылской области Электронная карта города Тараза Arxivləşdirilib 2011-05-09 at the Wayback Machine Объявления города Тараз Arxivləşdirilib 2021-05-08 at the Wayback Machine Город Тараз. Информационный портал Областная газета "Новый регион" Тараз на WikiMapia — аннотированные спутниковые снимки Путешествие по Казахстану: Тараз Гумилев Л. Н. Древние тюрки.
Aristolochia tagala
Aristolochia tagala (lat. Aristolochia tagala) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Asuna Tanaka
Asuna Tanaka (d. 23 aprel 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 39 oyun keçirib, 3 qol vurub.
Böyük Tamara
Böyük Tamara (gürc. თამარ მეფე Tamar Mepe) və ya Tamar (1166, Mtsxeta – 18 yanvar 1213, Tabaxmela) — 1184–1213-cü illərdə hakimiyyət sürmüş Gürcüstan hökmdarı. Gürcüstanın Qızıl Dövrünü idarə edib. Baqrationilər sülaləsinin üzvü olan Tamaranın təkbaşına Gürcüstanı idarə edən ilk qadın olması orta əsr gürcü mənbələrində, əsasən, Tamara üçün istifadə edilən mep'e ("kral") titulu ilə qeyd edilib. Tamara 1178-ci ildə hakimiyyətdə olan atası III Georgi tərəfindən varis və hakimiyyət şəriki elan edildi, ancaq Georginin ölümündən sonra hökmdar səlahiyyətlərinə tamamilə sahib olduğu zaman zadəganların böyük bir müxalifəti ilə qarşılaşdı. Tamara onları neytrallaşdırmağa nail oldu və düşmən səlcuq türklərinin zəifləməsi ilə dəstəklənən fəal xarici siyasətə başladı. Güclü hərbi elitaya etibar edən Tamara Qafqazda ağalıq edən imperiyanı gücləndirməkdə öz sələflərinin uğurlarını davam etdirdi və bu imperiya onun ölümündən sonrakı iki onillikdə monqol hücumları ilə tənəzzül etdi. Tamara iki dəfə ailə həyatı qurub. Birinci əri olan Böyük Vladimir Knyazlığının şahzadəsi Yuri ilə 1185–1187-ci illərdə evli olub. O, Yuridən boşanıb, onu Gürcüstandan sürgün edib və daha sonra onun dövlət çevrilişi cəhdlərinin qarşısını alıb.
Capsella cavata
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Cinnamomum tamala
Cinnamomum tamala (lat. Cinnamomum tamala) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin darçın ağacı cinsinə aid bitki növü.
Cunko Tanaka
Cunko Tanaka (田中順子, Tanaka Cunko, 2 oktyabr 1973, Şizuoka) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Cunko Tanaka Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Cunko Tanaka Olimpiadanın bürünc medalına sahib olub.
Cunya Tanaka
Cunya Tanaka (d. 15 iyun 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Cənubi Tarava
Cənubi Tarava (ing. South Tarawa) və ya Teinainano şəhər şurası (ing. Teinainano Urban Council) — Mikroneziyada yerləşən Tarava atolunda olan Kiribati dövlətinin paytaxtı. Əhalisi — 40 311 nəfər (2005-ci il). Əhali sıxlığı — 2578 nəf/km².