Tipaza


Tipaza (Şenuva-bərbər. Bazar, ⴱⴰⵣⴰⵔ, ərəb. تيپازة‎ ) — Əlcəzairdə bərbərdilli şəhər və Tipaza əyalətinin paytaxtı. Roma imperiyasının tərkibində olanda Tipasa adlanırdı. Müasir şəhər 1857-ci ildə qurulmuş və qədim xarabalıqları və qumlu sahili ilə diqqətəlayiqdir.

Tipaza
Bazar, ⴱⴰⵣⴰⵔ
36°35′39″ şm. e. 2°26′34″ ş. u.
Ölkə  Əlcəzair
Vilayət Tipaza vilayəti
Tarixi və coğrafiyası
İqlimi Aralıq dənizi
Saat qurşağı
Əhalisi
Əhalisi 25.225 (2008) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi 42000
Digər
Rəsmi adıTipasa
TipiMədəni
Kriteriyaiii, iv
Tarixi1982 (6-cı sessiya)
İstinad nöm.193
ÖlkəƏlcəzair Əlcəzair
RegionƏrəb dövlətləri
Təhlükədə2002–2006
Xəritəni göstər/gizlə
Tipaza xəritədə
Tipaza
Tipaza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qədim Roma tərəfindən fəth edilən Tipasa karfagenlilərə məxsus köhnə ticarət məntəqəsi idi. Şəhər daha sonra imperator Klavdi tərəfindən Mavritaniya krallıqlarının fəth edilməsi üçün hərbi koloniyaya çevrildi.[1]

Şəhər, Roma qubernatorluğunun son əsrlərində, üç basilika ilə vacib bir xristian mərkəzi olaraq xidmət etdi.

Eramızın 430-cu ildə Tipasa Vandallar tərəfindən dağıdıldı, lakin bir əsr sonra Bizans tərəfindən yenidən quruldu. Yeddinci əsrin sonlarında şəhər Əməvilərin qüvvələri tərəfindən dağıdıldı və xarabalığa çevrildi.[2]

Şəhərdə XIX əsrdə yenidən məskunlaşıldı. İndi təxminən 30.000 əhalisi olan bir şəhərdir. Şəhər, əsasən Tipasa xarabalığına görə müasir Əlcəzairdə əhəmiyyətli bir turizm yeridir.

Tipaza yaxınlığında yerləşən Tipaza uzun dalğalı ötürücüsü Əlcəzair Yayım Şirkətinin fransız dilində 3 radio proqramını yayımlayır. Uzun dalğalı 252 kHz tezlik Avropanın bir çox yerində yaxşı qəbul edilə bilər.

Qəsəbə və ətrafı, Əlcəzairin qərbindəki ən böyük Bərbər dilli qrupun, Şenua xalqının evidir.

252 kHz-lik Tipaza stansiyası 17 mart 2014-cü ildən bu yana xidmətdən çıxmışdı, lakin yenidən 252 kHz-də yayımlanır.

  1. "Unesco-page". 2020-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-29.
  2. Toutain, Jules. "Fouilles de M. Gsell à Tipasa : Basilique de Sainte Salsa". Mélanges d'archéologie et d'histoire. 11 (1): 179–185. doi:10.3406/mefr.1891.6684. 2019-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]