Tanaqa

Tanaqa adası (ing. Tanaga, aleut. Tanax̂ax[1]) — Andreyanov adaları qrupuna daxil olan ada. Adada daimi yaşayış yoxdur.

Tanaqa adası
ing. Tanaga
Ümumi məlumatlar
Sahəsi 530 km²
Uzunluğu
  • 40 km
Eni 32 km
Hündür nöqtəsi 1806 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
51°48′ şm. e. 177°57′ q. u.HGYO
Ölkə  ABŞ
Ştat
Akvatoriya
Tanaqa adası xəritədə
Tanaqa adası
Tanaqa adası
Tanaqa adası xəritədə
Tanaqa adası
Tanaqa adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tanaqa 530 km² əraziyə malikdir. Bu göstərici ilə ABŞ-də 34-cü ən böyük ada hesab edilir. Adanın uzunluğu təqribən 43 km, eni isə 38 km-dir. Ada dağlıqdır, tundra bitkiləri, mamırlar, şibyə və qıjılarla örtülüdür. Maksimum hündürlüyü 1806 m olan Tanaqa vulkanıdır. Adada Tanaqa vulkanından başqa sönmüş Sajaka və Takavanqxa vulkanları da vardır. Tanaqa sonuncu dəfə 1914-cü ildə püskürüb; daha əvvəl püskürmələr 1763-1770, 1791 və 1829-cu illərdə qeyd edildi.

Soyuq dəniuz iqliminə malikdir. Duman və atmosfer yağıntıları adı haldır.

1756-cı ildə sənayeçi Başmakovun ekspedisiyası o vaxtlar aleutların məskəni olan adaya eniş edir[2]. 1867-ci ildə Alyaskanın satın alınması zamanı Alyaska ilə birlikdə ABŞ-yə satılmışdır.

1943-cü ildə Adak adasına qayıdan təyyarələr üçün təcili eniş zamanı adada uçuş zolağı qurulur. İkinci Dünya müharibəsinin sonunda uçuş zolağı tərk edilir.

  1. Bergsland, K. Aleut Dictionary. Fairbanks: Alaska Native Language Center. 1994.
  2. "Промысловое освоение алеутских о-вов русскими промышленниками (1743—1783)". 2011-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-09.