Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Taxtacan armudu
Taxtacan armudu (lat. Pyrus takhtadzhianii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni cənubi Ermənistandır. == Botaniki təsviri == Boz qabıqlı ağacdır. Budaqları əsasən iynəsiz yarpaqları yumurtavari və ya yumru-rombvari, uzunluğu 5 sm-də və eni 3 sm-dəkdir. Meyvələri iri, uzunluğu 5 sm-dək, armudvari, qonurdur. == Ekologiyası == Quraqlığa, tüstü və qaza davamlıdır, torpağa tələbkar deyil, duzluluğa dözür, quru qayalı yamaclarda təsadüf edilir. == Azərbaycanda yayılması == Naxçıvan MR-da təbii halda rast gəlinir. == İstifadəsi == Çiçəkləmə və meyvə əmələ gətirmə dövründə dekorativ görünüşünə görə tək qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Meyvəsindən qida da, kompot cem, mürəbbə hazırlanır, müxtəlif xəstəliklərin müalicəsində istifadı olunur.
Taxtacan quşarmudu
Taxtacan quşarmudu (lat. Sorbus takhtajanii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Təbii yayılması == Azərbaycan, İran, Qafqaz, Ermənistan, Ön Asiyada və Türkiyədə bitir. Bu növ Asiya quşarmudları üzrə mütəxəssis N.S.Qabrielyan tərəfindən akademik Armen Leonoviç Taxtacanın şərəfinə təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 5-7 m-dək, alçaqboy, hamar qabıqlı, az budaqlanan ağacdır. Dişcikli, iki rəngli yarpaqları ilə gözəldir, üstü tünd yaşıl, alt tərəfi ağ tükcüklərlə sıx örtülümşdür. Çiçəkləri ağ, meyvələri narıncı və ya qırmızıdır. Yavaş böyüməsi ilə fərqlənir. May-iyunda çiçəkləyir, meyvələri avqustda yetişir. == Ekologiyası == Qışa davamlıdır, meyvə verir, calaqla və s.
Taxtacan tıs-tısı
Taxtacan tıs-tısı (lat. Acantholimon takhtajanii) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Şimal-Qərbi Asiya, Türkiyənin Ərzurum əyaləti, Şimal-Şərqi Anadoluda təbii halda yayılmışdır. == Botaniki təsviri == Sıx, yarımkürəşəkilli yastığa malik, diametri 15-40 sm olan alçaq koldur. Budaqları sıx yerləşmişdir. Sərt yarpaqları 1-2 (1,5-2,5) mm enində, 1-3 (1,5-4) sm uzunluqda olub, bozumtul-yaşıl rəngli, çılpaq, yastılaşmış üç hissəli və xətvari şəkillidir. Çiçək qrupu 8-15 sm uzunluqda olub, oxu demək olar ki, düz və ya bir qədər əyilmişdir. Çiçəkaltlıqları qırmızımtıl və çılpaqdır. Xarici çiçəkaltlıqları yumurtavari, itiuclu, ensiz haşiyəli olub, daxili çiçəkaltlıqların (1/2) 2/3-3/4 hissəsinə bərabərdir. Daxili çiçəkaltlıqları bir-birinə bərabərdir.
Taxtagöl
Taxtagöl — Qobustan rayonu ərazisində göl. Göl Qigil çayının (Sumqayıt çayının qolu) sağ sahilində, 1300 m. yüksəklikdə yerləşir. Şirin sulu, axarlı göldür. Hidronimin tərkibindəki taxta komponenti qədim Azərbaycan sözü olub, "yüksəklikdəki düzən", "düzəngah", "düz yer", "dərələr arasındakı suayrıcı" mənalarını bildirir. Bu komponent türkmən dilində (taqtat, taqta) də "düzən, düzəngah" mənalarını kəsb edir. Hidronim taxta sözü və göl coğrafi terminindən ibarət olub, "yüksəklikdəki düzənde göl" mənasındadır.
Taxtalar
Taxtalar — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Taxtalar kəndi Düz Bilici kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Taxtalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir. == Əhalisi == Kəndin əhalisi 532 nəfər təşkil edir.
Taxtalar bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Taxtaçı türkmənlər
Taxtaçı türkmənlər "Ağac əri" türkmənlərinin nəslindəndir. Taxta işləriylə məşğul olduqları üçün belə adlanırlar. Taxtaçılar Oğuz türklərindəndir. Alp Arslandan əvvəl Anadoluya gəlmiş və burada məskunlaşmışlar. Daha əvvəllər yaşadıqları yerlər Türküstan, Xorasan və Azərbaycandır. Taxtaçılar indi də özlərinə türkmən deyirlər. Onların xalq yaradıcılığı başqa oğuz xalqlarının ənənəvi şer biçimlərindədir.