Taxtacan quşarmudu (lat. Sorbus takhtajanii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Taxtacan quşarmudu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Taxtacan quşarmudu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Azərbaycan, İran, Qafqaz, Ermənistan, Ön Asiyada və Türkiyədə bitir. Bu növ Asiya quşarmudları üzrə mütəxəssis N.S.Qabrielyan tərəfindən akademik Armen Leonoviç Taxtacanın şərəfinə təsvir edilmişdir.
Hündürlüyü 5-7 m-dək, alçaqboy, hamar qabıqlı, az budaqlanan ağacdır. Dişcikli, iki rəngli yarpaqları ilə gözəldir, üstü tünd yaşıl, alt tərəfi ağ tükcüklərlə sıx örtülümşdür. Çiçəkləri ağ, meyvələri narıncı və ya qırmızıdır. Yavaş böyüməsi ilə fərqlənir. May-iyunda çiçəkləyir, meyvələri avqustda yetişir.
Qışa davamlıdır, meyvə verir, calaqla və s. çoxalır. Dağ yamaclarında, meşələrdə, 1200-2200 m hündürlükdə bitir. Palıd meşələrində tək və ya quruplarla bitir.
Naxcıvan MR-da təbii halda yayılmışdır.
Yaşıllaşdırmada istifadə oluna bilər.