Taxtacan armudu

Taxtacan armudu (lat. Pyrus takhtadzhianii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.

Taxtacan armudu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Vətəni cənubi Ermənistandır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Boz qabıqlı ağacdır. Budaqları əsasən iynəsiz yarpaqları yumurtavari və ya yumru-rombvari, uzunluğu 5 sm-də və eni 3 sm-dəkdir. Meyvələri iri, uzunluğu 5 sm-dək, armudvari, qonurdur.

Quraqlığa, tüstü və qaza davamlıdır, torpağa tələbkar deyil, duzluluğa dözür, quru qayalı yamaclarda təsadüf edilir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-da təbii halda rast gəlinir.

Çiçəkləmə və meyvə əmələ gətirmə dövründə dekorativ görünüşünə görə tək qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Meyvəsindən qida da, kompot cem, mürəbbə hazırlanır, müxtəlif xəstəliklərin müalicəsində istifadı olunur.

  1. The Plant List (ing.). 2010.