Taxtagöl — Qobustan rayonu ərazisində göl.
Taxtagöl | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1.300 m |
Yerləşməsi | |
Ölkə |
Göl Qigil çayının (Sumqayıt çayının qolu) sağ sahilində, 1300 m. yüksəklikdə yerləşir. Şirin sulu, axarlı göldür. Hidronimin tərkibindəki taxta komponenti qədim Azərbaycan sözü olub, "yüksəklikdəki düzən", "düzəngah", "düz yer", "dərələr arasındakı suayrıcı" mənalarını bildirir. Bu komponent türkmən dilində (taqtat, taqta) də "düzən, düzəngah" mənalarını kəsb edir. Hidronim taxta sözü və göl coğrafi terminindən ibarət olub, "yüksəklikdəki düzənde göl" mənasındadır.[1]