Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnqrid Visser
İnqrid Visser (nid. Ingrid Visser; 4 iyun 1977, Quda, Cənubi Hollandiya – 27 may 2013, Mursiya, Mursiya) — Niderland voleybolçusu. == Həyatı == İnqrid Visser 4 iyun 1977-ci ildə Niderlandın Quda şəhərində (Cənubi Hollandiya) anadan olub. İnqrid voleybolçu karyerasına 1984-cü ildə "Nesselande" komandasında başlayıb. O, mərkəz blokçusu mövqeyində çıxış edirdi. 1994-cü ilin oktyabr ayında Niderland yığma komandasında debüt edib, bir il sonra isə Avropa çempionatında qızıl medal qazanıb. 1996-cı il Atlanta Olimpiadasının iştirakçısıdır. 2007-ci ildə Avropa çempionatının gümüş medalını, 2009-cu ildə isə Dünya Qran-prisinin qızıl medalını qazanıb. Ümumilikdə Visser Niderland yığmasında 514 oyun keçirib ki, bu da rekord göstəricidir. O, eyni zamanda komandanın kapitanı idi.
Risser əlaməti
Risser əlaməti – qalça darağının ossifikasiya dərəcəsi ¼ olmaqla bölünür. Əgər I dərəcədə (apofiz ossifikasiyası 0–25%) uşağın boyatması ilə bağlı skolioz ağırlaşırsa, IV dərəcədə (ossfikasiya 75–100%) skoliozun artması zəif olacaq, apofiz qalça darağı ilə tam birləşdikdə (V dərəcə) skolioz artmayacaq.
Gissen
Gissen (alm. Gießen‎) Almaniyanın Hessen vilayətindəki universitet şəhəridir. Əhalisi 76.000 nəfərdir, bunun 24.000 nəfərini universitet tələbələri təşkil edir.
Tissot
Tissot SA (Fransızca tələffüz: [ti'so]) İsveçrə lüks saat istehsalçısıdır. Şirkət 1853-cü ildə Çarlz-Felisien Tissot və oğlu Çarlz-Emil Tissot tərəfindən İsveçrənin Le Locle şəhərində təsis edilmişdir. Bir neçə birləşmədən və ad dəyişikliyindən sonra Tissot SA-nın aid olduğu qrup 1998-ci ildə Swatch Group olaraq adlandırıldı. Tissot digər İsveçrə saat istehsalçısı olan Mathey-Tissot ilə əlaqəli deyil. == Tarix == === Müstəqil şirkət === Tissot 1853-cü ildə Charles-Félicien Tissot və oğlu Charles-Émile Tissot tərəfindən İsveçrənin Le Locle şəhərində, Jura dağlarının Neuçatel bölgəsində təsis edilmişdir. Ata və oğul komandası kassa ustası (Çarlz-Felisien Tissot) və saat ustası (Çarlz-Emil) kimi işləyirdilər. Oğlu gənc yaşlarından saat istehsalına maraq göstərib. İkisi o vaxt evlərini kiçik bir "fabrikə" çevirmişdilər. Çarlz-Emil Tissot 1858-ci ildə Rusiyaya getdi və savonnette cib saatlarını Rusiya İmperiyasında satmağa müvəffəq oldu. === Omega, SSIH, ASUAG, SMH === Tissot, 1930-cu ildə saat şirkəti Omega SA ilə birləşərək SSIH (Societe Suisse pour l ' Industrie Horloger) yaratdı:208 və bu dövrün Tissot-Omega saatı kolleksiyaçılar tərəfindən ciddi tələb olunur.
Passer
Əsl sərçə (lat. Passer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid heyvan cinsi.
Lisse
Lisse (nid. Leiden)-Niderlandın Cənubi Hollandiya əyalətinin qərbində yerləşən şəhər. == Turizm və görməli yerləri == Lisse ən məşhur görməli yerləri Koykenhof bağıdır ki, fəqət yayda lalələr çiçəklənən zaman açıqdır.
Tiker
Tiker (ing. ticker symbol) və ya ehtiyat simvolu. Birjada spesifik ehtiyatların hesablanması üçün nəzərdə tutulub. Valyutaların kodu tikerin analoqu sayılır. Tiker Tomas Edison tərəfindən ixtira edilmişdir.
Anya Nissen
Anya Nissen (ing. Anja Nissen; d. 22 sentyabr 1981, Yeni Cənubi Uels, Avstraliya) — Danimarka mənşəli Avstraliya müğənnisi, bəstəkar, rəqqasə və aktrisa. O, Avstraliyanın The Voice səs yarışmasında qələbə qazanmışdır. Qalibiyyətinin ardınca müğənni Avstraliyanın Universal Music Group albom şirkəti ilə anlaşma imzalamışdır. 2015-ci ildə Britaniya müğənnisi Olli Mursun Never Been Better turu çərçivəsində Avstraliyada keçirilən konsertdə Anya müğənnini səhnədə müşayiət etmişdir. Anya Nissen "Never Alone" mahnısı ilə Danimarkanın DR telekanalının Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Dansk Melodi Grand Prix 2016 milli seçim turuna qatılmış və nəticədə ikinci yeri tutaraq, Avroviziya iştirak hüququ əldə edə bilməmişdir. Növbəti il müğənni yenidən seçim turuna qatılmış və bu dəfə ifa etdiyi "Where I Am" mahnısı ilə şouda qələbə qazanmışdır. Həmin mahnı ilə Anya Danimarkanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Anya Nissen 6 noyabr 1995-ci ildə Avstraliyanın Yeni Cənubi Uels ştatında, dağlıq bölgədə anadan olmuşdur.
Brayson Tiller
Bryson Djuan Tiller (d. 3 yanvar 1993, Luisvill, Kentukki) — Amerika müğənnisi, söz yazıçısı, repperi. 2015-ci ildə ilk albomu olan Trapsoul çıxmışdır.
Cozef Lister
Jozef Lister [Lord Lister] (ing. Joseph Lister; 5 aprel 1827[…], Apton[d], Böyük London[…] – 10 fevral 1912[…], Uolmer[d], Kent qraflığı) - böyük ingilis cərrahı və alimi, cərrahi antiseptiklərinlərin yaradıcısı, Lordlar Palatasının üzvü. Listeria bakteriya növü, insan patogeni Listeria monocytogenes də daxil olmaqla, Jozef Listerin şərəfinə adlandırılıb. London Kral Cəmiyyətinin üzvü (1860) və prezidenti (1895-1900), Paris Elmlər Akademiyasının xarici üzvü (1912). == Həyatı == Jozef Lister evin dördüncü uşağı olaraq 5 aprel 1827-ci ildə Esseks qraflığının Apton şəhərində anadan olmuşdur. 1852-ci ildə London Universitetini fərqlənmə diplomu ilə bitirərək tibb üzrə bakalavr dərəcəsi almışdır. Universiteti bitirdikdən sonra Universitet xəstəxanasının kollecinə rezident assistenti vəzifəsinə təyin edilmişdir. Bir müddət sonra Jozef Edinburqa köçmüşdür və burada Sayman klinikasında işə düzəlmişdir. Onun 1854-1855-ci illərdə əsasən oftalmologiyaya həsr olunmuş klinik cərrahiyyəyə dair mühazirələri ilk dəfə məhz bu zaman nəşr olunmuşdur. Lister yalnız 1858-ci ildə Edinburq Kral Xəstəxanasında cərrah vəzifəsinə təyin olunmuşdur.
Gissen Universiteti
Yustus Libex adına Gissen Universiteti (alm. Justus-Liebig-Universität Gießen‎) — Gissen şəhərinin ən qədim universiteti. == Tarixi == Gissen Universiteti 1607-ci ildə Hessen-Darmtştadt landqrafı olan V Lüdviq tərəfindən Gissen Akademiyası olaraq quruldu. 1945-ci ilə qədər Lüdviq Universiteti adlandırılırdı (alm. Ludwigsuniversität‎). Universitetin II Dünya Müharibəsinin sonuna qədər dağılmamış hissəsi, 1957-ci ildə (qurulduğundan 350 il sonra) yenidən universitet statusu almış Yustus Libex Kənd Təsərrüfatı və Baytarlıq İnstitutuna çevrildi. == Strukturu == === Fakültələr === 1999-cu ildən bu günə qədər Gissen Universitetində on bir ixtisas tədris olunur Hüquqşünaslıq İqtisadiyyat Sosial Araşdırmalar və Mədəniyyət Tarix və mədəniyyət Dilçilik, ədəbiyyat və mədəniyyət Psixologiya və idman Riyaziyyat və kompüter elmləri, fizika, coğrafiya Biologiya və kimya Aqronomiya, trofologiya və mühit Baytarlıq Tibb == Görkəmli müəllim və məzunlarları == Teodor Vilhelm Braune (1850—1926) Reynxard Brauns (1861—1937) Fridrix Avqust Karthoyzer (1734—1796) — professor. Huqo fon Ritqen (1811—1889) — memarlıq professoru. Karl Fridrix Ferdinand Sintenis (1804—1868) — alman hüquqşunas. Bernqard Ştade (1848—1906) — protestant ilahiyyatçısı.
Hissar yemişanı
Hissar yemişanı (lat. Crataegus hissarica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyanın endemik bitkisidir. Hissar ovalığında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 4 m-ə çatan, sıx tüklərlə örtülmüş, qırmızımtıl cavan zoğlara malik ağacdır. Yarpaqları 5-7 bölümlüdür. Vegetasiya müddəti aprel ayının 2-3-cü ongünlüyündən başlayaraq sentyabr ayının əvvəlinə qədər davam edir. İyun ayında çiçəkləyir, meyvələri oktyabr ayında yetişir. == Ekologiyası == Şaxtaya davamlıdır. Dağ çaylarının sahili boyu tək-tək və ya qarışıq meşələrdə bitir.
Jeanine Fissler
Jeanine Fissler (12 oktyabr 1980) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Jeanine Fissler Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Jozef Lister
Jozef Lister [Lord Lister] (ing. Joseph Lister; 5 aprel 1827[…], Apton[d], Böyük London[…] – 10 fevral 1912[…], Uolmer[d], Kent qraflığı) - böyük ingilis cərrahı və alimi, cərrahi antiseptiklərinlərin yaradıcısı, Lordlar Palatasının üzvü. Listeria bakteriya növü, insan patogeni Listeria monocytogenes də daxil olmaqla, Jozef Listerin şərəfinə adlandırılıb. London Kral Cəmiyyətinin üzvü (1860) və prezidenti (1895-1900), Paris Elmlər Akademiyasının xarici üzvü (1912). == Həyatı == Jozef Lister evin dördüncü uşağı olaraq 5 aprel 1827-ci ildə Esseks qraflığının Apton şəhərində anadan olmuşdur. 1852-ci ildə London Universitetini fərqlənmə diplomu ilə bitirərək tibb üzrə bakalavr dərəcəsi almışdır. Universiteti bitirdikdən sonra Universitet xəstəxanasının kollecinə rezident assistenti vəzifəsinə təyin edilmişdir. Bir müddət sonra Jozef Edinburqa köçmüşdür və burada Sayman klinikasında işə düzəlmişdir. Onun 1854-1855-ci illərdə əsasən oftalmologiyaya həsr olunmuş klinik cərrahiyyəyə dair mühazirələri ilk dəfə məhz bu zaman nəşr olunmuşdur. Lister yalnız 1858-ci ildə Edinburq Kral Xəstəxanasında cərrah vəzifəsinə təyin olunmuşdur.
Kvinten Timber
Kvinten Rayan Krispito Timber (17 iyun 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Timber Feyenoord akademiyası vasitəsilə inkişaf etmişdir. 2 fevral 2018-ci ildə Timber Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. 2018-ci ildə o, əkiz qardaşı Yurrien ilə birlikdə analıq soyadı olan Timber soyadını qəbul etmişdir. O vaxta qədər isə Kvinten atalıq soyadı olan Maduro soyadından istifadə edirdi. Timber öz peşəkar karyerasında debütünü 15 oktyabr 2018-ci ildə PSV II klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Kvinten Utrext şəhərində anadan olmuşdur. Valideynləri isə Aruba vətəndaşlarıdır.
Rasmus Nissen
Rasmus Nissen Kristensen (11 iyul 1997-ci ildə anadan olub) — NK kimi də tanınan, Erediviziya təmsilçilərindən olan Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Danimarkalı futbolçudur. == Gənclik karyerası == Nissen futbolçu ailəsində anadan olmuşdur. O, futbolçu karyerasına 6 yaşı olarkən yerli Brande klubunda başlamışdır. 6 il bu klubda çıxış etdikdən sonra Nissen iki il Herninq Fremad klubunda top qovdurmuşdur. 2012-ci ildə Nissen Midtyulland klubunun gənclər komandası ilə müqavilə imzalamışdır. == Klub karyerası == === Midtyulland === Nissen əsas komanda heyətinə 2016-cı ilin yayında 18 yaşı olarkən dəvət almışdır. O, klub ilə beş illik peşəkar müqavilə imzalamışdır. O, peşəkar karyerasında debütünü 7 mart 2016-cı ildə 18 yaşı olarkən Nordşelland klubuna qarşı Superliqa görüşündə etmişdir. O, görüşə ehtiyat oyunçular skamyasında başlamış və 39-cu dəqiqədə Vaklav Kadleçi əvəz etmişdir. Həmin görüşdə komandası 1-2 hesabı ilə məğlub olmuşdur.
Sister (mahnı)
Sister (azərb. Bacı‎) — Almaniyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. S!sters dueti "Sister" mahnısı ilə Almaniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı 2018 Avroviziya Mahnı Müsabiqəsində İsveçrəni təmsil edən "Stones" mahnısının bəstəkarı Laurell Barker və alman bəstəkarları Marin Kaltenbaxer, Tom Oyler, Tomas Stenqaard tərəfindən bəstələnmişdir.
Tizer
Tizer (ing. teaser "cəlb edən") — tapmaca kimi qurulmuş bir reklam mesajı. Məhsul haqqında bir hissə məlumat verilir, amma məhsulun özü göstərilmir, və beləcə alıcılarda maraq hissi oyadaraq, özünə cəlb edir. Tizerlər adətən məhsulun irəliləyişinin ən erkən mərhələrində göstərilir. Tizer istifadəsinə əsaslanan marketinq üsulu tizer reklaması adlanır. Tizerlərdə ikimənalı və təxribat xarakterli ifadələr və təsvirlər tətbiq edilə bilər. Hesab edilir ki, ilk tizer "MJB Coffee" brendinin irəlilədilmə kampaniyası üçün istifadə olunmuşdu. 1906 ildə San-Fransisko şəhərin yolları boyunca intriqa xarakterli elanlar peyda olunurdu, əlanların üstündə "Niyə?" ("Why?") sualı var idi.. == Texnologiya == Adətən tizerlər seriyalarla gəlir. Tizer reklam kampaniyası 2 mərhələdən keçir.
Milk & Kisses
Milk & Kisses — Azərbaycanda pop musiqi qrupu. Üzvləri: Dilarə Kazımova (3 sentyabr 1984), Fəridə Cəfərova (Nelson) (20 may 1984) Milk & Kisses 2010-ci ildə qatıldığı Azərbaycan nin seçim Eurovision Song Contest. Orada onlar Safura Əlizadə və Məryəm qarşı pitted edildi milli finala almaq üçün idarə. Bütün iştirakçılar Drip Drop Under My Skin , I'm On Fire " və ', son üç mahnı oxumaq idi' 'Soulless' '. Həmin il, 2010-ci ildə gənc müğənnilər üçün festivalda ölkələrini təmsil etmək Milk & Kisses seçildi Jurmala yaxşı New Wave (festival) New Wave kimi tanınır. İlk gün onlar mahnı səsləndirdi Getmä, Getmä, Gill və onuncu yerə sonra fəth "a" Sevgi qadın və XVI yerdə idi. ikinci gün, onlar mahnını səsləndirdi ". 1 avqust keçirilib müsabiqənin finalında 2010 254 xalla, onlar yarış qazanmaq üçün uğursuz lakin. onlar 82 xal var mahnı "Podruga səsləndirdi, lakin on yeddi iştirakçıların on beşinci başa çatıb. Won etdi Sona Sjachgeldjan olan Ermənistan.
Missere Mani
Misere Mani – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı Era 2 albomundan olan üçüncü və sonuncu sinql. Sinql 2000-ci ildə Birləşmiş Krallıq və Avropada satışa çıxarılmışdır. Mahnıya həmçinin klip də çəkilmişdir.
Mister Harinecumi
Kirpi Sonik (ソニック・ザ・ヘッジホッグ, Sonikku za Hejjihoggu, ing. Sonic the Hedgehog) — "Sega" şirkətinin talismanı, şirkətin hazırladığı və nəşr etdiyi "Sonic the Hedgehog" videooyun seriyasının, eləcə də müxtəlif spin-off komikslər, animasiya və digər mediaların baş qəhrəmanı. Onun əsl adı – Kirpi Ocilvi Moris (オグルヴィモーリスザヘッジホッグ, Oguruvu Imōrisu za Hejjihoggu, ing. Ogilvie Maurice the Hedgehog). Sonik səsdən sürətli bir şəkildə qaça və əsasən düşmənlərə hücum etmək üçün top formasına burula bilən göy rəngli antropomorfik bir kirpidir. Buna görə o, Sonik (ソニック, Sonikku, ing. Sonic); mənası – azərb. Səs sürəti‎) adlanır. Sonik oyunların əksəriyyətində səviyyələri müəyyən bir vaxt çərçivəsində bitirməli, eyni zamanda power-up halqalarını götürməli və maneələrdən, eləcə də düşmənlərdən qaçınmalıdır. Onun əsas antaqonisti – Doktor Eqqman dünyanı fəth etmək və «Eqqmanlend» imperiyasını qurmaq istəyir.
Mister Nidlmaus
Kirpi Sonik (ソニック・ザ・ヘッジホッグ, Sonikku za Hejjihoggu, ing. Sonic the Hedgehog) — "Sega" şirkətinin talismanı, şirkətin hazırladığı və nəşr etdiyi "Sonic the Hedgehog" videooyun seriyasının, eləcə də müxtəlif spin-off komikslər, animasiya və digər mediaların baş qəhrəmanı. Onun əsl adı – Kirpi Ocilvi Moris (オグルヴィモーリスザヘッジホッグ, Oguruvu Imōrisu za Hejjihoggu, ing. Ogilvie Maurice the Hedgehog). Sonik səsdən sürətli bir şəkildə qaça və əsasən düşmənlərə hücum etmək üçün top formasına burula bilən göy rəngli antropomorfik bir kirpidir. Buna görə o, Sonik (ソニック, Sonikku, ing. Sonic); mənası – azərb. Səs sürəti‎) adlanır. Sonik oyunların əksəriyyətində səviyyələri müəyyən bir vaxt çərçivəsində bitirməli, eyni zamanda power-up halqalarını götürməli və maneələrdən, eləcə də düşmənlərdən qaçınmalıdır. Onun əsas antaqonisti – Doktor Eqqman dünyanı fəth etmək və «Eqqmanlend» imperiyasını qurmaq istəyir.
Mister Olimpiya
Mister Olimpiya — Bodibildinq idmanı üzrə ən əhəmiyyətli turnir. Ümumdünya bodibildinq və fitnes federasiyası (IFBB) tərəfindən keçirilir. == Tarixi == Joe Veyder tərəfindən təşkil olunmuş bu turnir ilk dəfə 1965-ci ilin 18 sentyabrında Nyu-Yorkda, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir. Yarşın keçirilməsində məqsəd idmançıların il boyu formada olmasını saxlamaq və maddi baxımdan gəlir əldə edə bilməsi idi. Peşəkar idmançıların qatıldığı bu turnir 1998-ci ildən qaydalara əsasən hər il sentyabr ayında Las-Veqas şəhərində keçirilir. İlk vaxtlar turnirdə ancaq Mister Dünya, Mister Amerika və Mister Kainat yarışlarının qalibləri iştirak edə bilərdi. Hal-hazırda Mister Olimpiya turnirinə əvvəlik illin ilk 6-lığı əldə edənlər, Arnold Classic turnirinin ilk 6-lığı, Nyu-York Pro turnirinin ilk 5-liyi, istənilən Qran-Pri yarışlarının ilk 3-lüyü dəvət olunur.. Əyər 2000-ci ildə keçirilmiş turnirin mükafat fondu 230 min, qalibə verilən pul mükafatı 100 min dollar idisə, 2013-cü ilin Mister Olimpiya yarışının mükafat fondu artıq 1 milyon dollar olmuşdur. Qalib isə 250 min dollar qazanmışdır.. Turnir iki hissədən ibarətdir: 1.
Summer Kisses
Summer Kisses (azərb. Yay öpüşləri‎) – C. C. Catch tərəfindən 1988-ci ildə ifa edilmiş mahnıdır.
Superfly Sister
Blood on the Dance Floor: HIStory in the Mix — Maykl Ceksonun albomu. == Xarici keçidlər == George, Nelson (2004). Michael Jackson: The Ultimate Collection booklet. Sony BMG. Guinness World Records. Guinness World Records 2004. Guinness. 2003. ISBN 1-892051-20-6. Jones, Jel. Michael Jackson, the King of Pop: The Big Picture : the Music!
Dişlər
Diş — canlılarda ərzağın ilkin mexaniki emalı üçün orqanizmin bir hissəsi, heyvanlarda həmçinin müdafiə və hücum silahı, insanda danışıq instrumentlərindən biri və gülüş atributu kimi də istifadə edilir. Bəzi heyvanlar, xüsusən də ətyeyənlər və hər şeydən yeyənlər, dişləri ov tutmaqda və ya yaralamaqda, yeməkləri xırdalamaqda, müdafiə məqsədləri üçün, tez-tez özləri də daxil olmaqla, digər heyvanları qorxutmaq və ya yırtıcı və ya balalarını daşımaq üçün istifadə edirlər. Dişlərin kökləri diş ətləri ilə örtülüdür. Dişlər sümükdən deyil, ən xarici embrion hüceyrə təbəqəsi olan ektodermadan əmələ gələn müxtəlif sıxlıq və sərtlikdəki çoxsaylı toxumalardan ibarətdir. Dişlərin ümumi quruluşu onurğalılar arasında oxşardır, baxmayaraq ki, onların forma və mövqeyində əhəmiyyətli dəyişikliklər var. Məməlilərin dişləri dərin köklərə malikdir və bu, bəzi balıqlarda və timsahlarda da olur. Teleost balıqların əksəriyyətində isə dişlər sümüyün xarici səthinə, kərtənkələlərdə isə bir tərəfdən çənənin daxili səthinə yapışdırılır. Köpəkbalığı kimi qığırdaqlı balıqlarda dişlər sərt bağlarla çənəni meydana gətirən qığırdaq halqalarına bağlanır. Monofiyodontlar yalnız bir diş dəsti inkişaf etdirən heyvanlardır, difiodontlar isə erkən süd dişləri və daha sonra "yetkin" və ya daimi dişlər dəsti yetişdirirlər. Polifiodontlar bir çox diş dəstinə malikdir.
Fişvər
Fişvər-İranın Fars ostanının Laristan şəhristanının Evaz bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,201 nəfər və 920 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Hislər
Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal-hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar: Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli), ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur. Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu. Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir. Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik.
Hisslər
Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal-hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar: Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli), ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur. Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu. Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir. Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik.
Disər
Başkənd (əvvəlki adı: Disər) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd inzibati ərazi dairəsi tərkibindəki Disər kəndi Başkənd adlandırılmışdır. == Toponimikası və tarixi == Vənənd çayı sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Kəndin adı onun ş.-ində bir-birinə yaxın 300 m. hündürlükdə olan və Disər adlanan iki kiçik dağın adından yaranmışdır. Oronim isə İran dillərindəki dildə (iki) və sər (baş, zirvə) sözlərindən düzəlib, "iki baş, iki zirvə" deməkdir. 2003-cü ildən Başkənd adlandırılmışdır. == Əhalisi == Əhalisi 427 nəfərdir.
Fişer
Fişer — soyad. Bobbi Fişer — ABŞ şahmatçısı. Emil Fişer — Almaniya kimyaçısı İrvinq Fişer — amerikalı iqtisadçı Ariya Fişer — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Makenzi Fişer — Birləşmiş Ştatları təmsil edən su poloçusu.
Qissə
Qissə - rəvayət edilən doğru və ya uydurma hekayə, əhvalat; nağıl, hadisə, vaqiə, qəziyyə. == Nümunələr == Sorma bu gecə silsileyizülfi- siyahın; Tulani olan qissədi bu, müxtəsər olmaz. S.Ə.Şirvani. Molla bu qissədən pərişanhal; Evinə döncək övrət etdi sual.. M.Ə.Sabir. [Dəli Səməd] ..məzəli-məzəli qissələr nağıl eləyib eşidənləri də gülməyə vadar edirdi. Çəmənzəminli.
İşlər
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. == Peşə və ixtisaslar, onların seçimi == Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.