Joe Veyder tərəfindən təşkil olunmuş bu turnir ilk dəfə 1965-ci ilin 18 sentyabrında Nyu-Yorkda, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir[1]. Yarşın keçirilməsində məqsəd idmançıların il boyu formada olmasını saxlamaq və maddi baxımdan gəlir əldə edə bilməsi idi. Peşəkar idmançıların qatıldığı bu turnir 1998-ci ildən qaydalara əsasən hər il sentyabr ayında Las-Veqas şəhərində keçirilir. İlk vaxtlar turnirdə ancaq Mister Dünya, Mister Amerika və Mister Kainat yarışlarının qalibləri iştirak edə bilərdi.
Hal-hazırda Mister Olimpiya turnirinə əvvəlik illin ilk 6-lığı əldə edənlər, Arnold Classic turnirinin ilk 6-lığı, Nyu-York Pro turnirinin ilk 5-liyi, istənilən Qran-Pri yarışlarının ilk 3-lüyü dəvət olunur.[2]. Əyər 2000-ci ildə keçirilmiş turnirin mükafat fondu 230 min, qalibə verilən pul mükafatı 100 min dollar idisə, 2013-cü ilin Mister Olimpiya yarışının mükafat fondu artıq 1 milyon dollar olmuşdur. Qalib isə 250 min dollar qazanmışdır.[3]. Turnir iki hissədən ibarətdir:
1. İlkin. 2. Final.
İlkin hissədə iştirakçılar standart hərəkətlərlə öz əzəllərini nümayiş etdirir. Final mərhələsində isə hakimlər tərəfindən seçilmiş iştirakçılar sərbəst proqramla çıxış edirlər.