İnqrid Visser (nid. Ingrid Visser; 4 iyun 1977, Quda, Cənubi Hollandiya – 27 may 2013[2], Mursiya, Mursiya) — Niderland voleybolçusu.
İnqrid Visser | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Quda, Cənubi Hollandiya Niderland |
Vəfat tarixi | (35 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Niderland |
Voleybolçu məlumatları | |
Boyu | 1.91 sm[1] |
Çəkisi | 74 kq[1] |
Zərbəsi | 292 sm |
Bloku | 312 sm |
Mövqeyi | Blokçu |
Klub karyerası | |
1984–1994 1994–1997 1997–1999 2000–2001 2001–2003 2003–2007 2007–2008 2008–2009 2009–2011 2011–2012 |
Nesselande Vyuht Minas Visenza Las Palmas Tenerife Martinus Leninqradka Mursiya 2005 Bakı |
Milli komanda karyerası | |
1994–2011 | Niderland |
Vikianbarda əlaqəli mediafayllar |
İnqrid Visser 4 iyun 1977-ci ildə Niderlandın Quda şəhərində (Cənubi Hollandiya) anadan olub.
İnqrid voleybolçu karyerasına 1984-cü ildə "Nesselande" komandasında başlayıb. O, mərkəz blokçusu mövqeyində çıxış edirdi. 1994-cü ilin oktyabr ayında Niderland yığma komandasında debüt edib, bir il sonra isə Avropa çempionatında qızıl medal qazanıb. 1996-cı il Atlanta Olimpiadasının iştirakçısıdır.
2007-ci ildə Avropa çempionatının gümüş medalını, 2009-cu ildə isə Dünya Qran-prisinin qızıl medalını qazanıb. Ümumilikdə Visser Niderland yığmasında 514 oyun keçirib ki, bu da rekord göstəricidir. O, eyni zamanda komandanın kapitanı idi.[3]
2013-cü ilin mayında İnqrid və onun sevgilisi Lodeviyk Severeyn İspaniyada itkin düşüblər. Bir neçə gün sonra Mursiya yaxınlığında cütlüyün cəsədləri tapılıb. İspaniya polisi iki Rumıniya vətəndaşını[4] və əsas sifarişçi kimi adı hallanan "Mursiya 2005" klubunun sabiq meneceri Xuan Kuenkanı qətldə şübhəli qismində saxlayıb.[5] Qətlin əsas səbəbi kimi voleybolçunun mərmər biznesinə aidiyyatı hesab olunur.[6]