100 mm-lik M1944 (BS-3) topu

BS-3 SSRİ tərəfindən yaradılmış olan 100 mm-lik çapa malik tank əleyhinə topdur. Silahın rəsmi adı "100 mm-lik səhra Topu modeli 1944 (BS-3)" (Rusca: 100-мм полевая пушка образца 1944 года (БС-3)) olmuşdur. İkinci dünya müharibəsi dövründə xidmətə qəbul edilmiş top 1950-ci illərə qədər istifadə edilmişdir. 1955-ci ildə Qızıl Orduda yerini MT-12 Rapira tank əleyhinə toplara buraxmışdır. BS-3 modeli bir çox ölkəyə satılmışdır. Bəzi ölkələrin silahlı qüvvələrində hələ də istifadə edilir. Hal-hazırda da, BS-3 toplarına aid olan hissələri Rusiya Silahlı Qüvvələrinin artilleriya bölmələrində tapmaq mümkündür. Ayrıca olaraq, 2012-ci ildə Kuril adalarında yerləşdirilmiş gəmi əleyhinə və desant əleyhinə hərbi birlik olan XVIII artilleriya və pulemyot hərbi birləşməsinin arsenalında ən azı 12 ədəd BS-3 topunun olduğu məlumdur.

100 mm-lik M1944 (BS-3) topu
Ölkə
İstismar tarixçəsi
İstifadə edilən döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BS-3 modeli əslində B-3 dəniz topunun bir başqa forması idi. Konstruksiyası V. G. Grabin tərəfindən həyata keçirilmişdir.

Top, tank ordusunun tərkibində, yüngül artilleriya diviziyalarının tərkibində (20 ədəd BS-3 və 48 ədəd ZiS-3) və artilleriya korpuslarının tərkibində xidmət etmişdir.

İkinci dünya müharibəsi dövründə BS-3 modeli çox uğurlu bir tank əleyhinə artilleriya silahı olmuşdur. Çox uzaq məsafədən düşmən tanklarını zərərsizləşdirməyi bacarırdı. Topdan ayrıca olaraq səhra topu kimi də istifadə etmək mümkün idi. 122 mm-lik A-19 toplarına görə daha gücsüz olmasına baxmayaraq, BS-3 topları daha çevik və sürətli atəş açmaq qabiliyyətinə sahib idi.

Sursat məlumatları

[redaktə | mənbəni redaktə et]
  • Sursat
    • Zireh dəlici: BR-412
    • Zireh dəlici ballistik sərt başlıqlı: BR-412B, BR-412D
    • Yüksək patlayıcılı/Parça təsirli
  • Mərmi ağırlığı, kq
    • Zireh dəlici/ Zireh dəlici ballistik sərt başlıqlı: 15.88
    • Yüksək patlayıcılı/Parça təsirli: 15.6
  • Zirehi dağıtma xüsusiyyəti (BR-412B, 0 dərəcə ilə)
    • 500 m : 160 mm
    • 1000 m : 150 mm

İstifadəçilər

[redaktə | mənbəni redaktə et]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Mənşəyi:  SSRİ
  • Növü: Səhra və tank əleyhinə artilleriya
  • İstehsal tarixi: 19441951
  • İstehsal miqdarı: 10,843
  • Çəkisi: 3,650 kg[1]
  • Uzunluğu: 9.37 m[2]
  • Üfüqi tuşlama bucağı: −5° ilə 45° arasında
  • Lülə çapı: 100 mm
  • Mərminin maksimum uçuş məsafəsi: 20 km
  • Mərminin atış sürəti: 8 – 10 mərmi/dəqiqədə
  • Təsirli məsafə: 9250 m
  • Şaquli tuşlama bucağı: 58° sağa və ya sola
  • Ekipaj: 6–8 nəfər
  • Hündürlüyü: 1.5 metr[3]
  • Eni: 2.15 m[4]

İstifadə edildiyi müharibələr

[redaktə | mənbəni redaktə et]
  1. Foss, Christopher. Jane's pocket book of towed artillery. New York: Collier. 1977. səh. 59. ISBN 0020806000. OCLC 911907988. 2020-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-07.
  2. Foss, Christopher. Jane's pocket book of towed artillery. New York: Collier. 1977. səh. 59. ISBN 0020806000. OCLC 911907988. 2020-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-07.
  3. Foss, Christopher. Jane's pocket book of towed artillery. New York: Collier. 1977. səh. 59. ISBN 0020806000. OCLC 911907988. 2020-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-07.
  4. Foss, Christopher. Jane's pocket book of towed artillery. New York: Collier. 1977. səh. 59. ISBN 0020806000. OCLC 911907988. 2020-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-07.