Top gölü

Top gölü - Rusiya Federasiyasının Kareliya respublikasının Louxsum rayonun Kum su anbarında yerləşir.

Top gölü
rus. Топозеро
Ümumi məlumatlar
Mütləq hündürlüyü 109,5 m
Eni 30,3 km
Uzunluğu 75,3 km
Sahil uzunluğu 545 km
Sahəsi 986 kv.km
Həcmi 15,6 km³
Dərin yeri 56 m
Yerləşməsi
65°37′52″ şm. e. 32°05′25″ ş. u.
Ölkə  Rusiya
Region
Top gölü xəritədə
Top gölü
Top gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Sahəsinə görə Rusiya gölləri içərisində 11-ci, Kareliyada isə 4-cü yeri tutur. Gölün ətrafı düzgün formada deyildir. Şimal-qərbdən cənub-şərqə doğru basılmış formadadır. Burada Lambaşquba, Loxquba, Çuolmaquba, Şuulakşi, Koldalaşki, Kuorlakşi, Kestenqi və s. körfəzlər vardır. Göldə 144 ada vardır ki, onlarında ümumi sahəsi 63 кm²-dir. adalar əsasən gölün cənub-şərqində yerləşmişdir. Ən böyük adaları - Jiloy, Taraskin, Kukat, Nuomu, Axvenşuaridir.

Gölün sahili hündür deyil, əsasən qarışıq meşələr ilə əhatələnmişdir.

Gölün 28 axarı vardır: çaylar və onların qolları. Ən böyük çayları isə Kizçayı, Valazçayı, Karanqo və Taka çaylarıdır. Göl kanal vasitəsilə Ponqomoy çayı ilə birləşir Şimal hissədən çaya Kovda (Sofyanqa) çayı tökülür.

Gölün suyunun rəbgi açıq sarıdır. Bunun əsas səbəbi burada daş-qum çöküntülərinin çox olmasıdır. Yay fəslində buraya çoxlu turist gəlir.

1948-1960-cı illərdə göl sərnişin daşımada istifadə olunurdur. 1948-1951-ci illərdə motorlarla sərnişinlər müxtəlif zonalara gedirdilər. Kestenqa-Sofporoq-Kestenqa-Kizçayı-Karelakşa gölçaylar vasitəsilə əhali nəqliyyat vasitəsi kimi müxtəlif şəhər və kəndlərə gedirdilər.

  • Озёра Карелии / Александров Б. М., Зыцарь Н. А., Новиков П. И., Покровский В. В., Правдин И. Ф. — Петрозаводск: Госиздат Карельской АССР, 1959. — С. 534—550. — 618 с. — 3000 экз.
  • Григорьев С. В., Грицевская Г. Л. Каталог озёр Карелии. — Москва: АН СССР [Ленингр. отделение], 1959. — 239 с.
  • Карелия: энциклопедия: в 3 т. / гл. ред. А. Ф. Титов. Т. 3: Р — Я. — Петрозаводск: ИД «ПетроПресс», 2011. — 384 с.: ил., карт. ISBN 978-5-8430-0127-8 (т. 3) — С. 180