Törədağ

TörədağŞəki rayonu ərazisində dağ. Şinçay və Kişçayın suayrıcısıdır. Hündürlüyü 2029 m.

Törədağ
Yerləşməsi
Ölkə

Tədqiqatçılara görə, oronim qədim türk dillərindəki tavur (möhkəmləndirilmiş yer) sözünun təhrif olunmuş forması və dağ coğrafi terminindən ibarət olub, "möhkəmləndirilmiş, möhkəm yerdə yerləşən dağ" mənasındadır. Törə adlı yüksəkliklər Azərbaycanın qərb zonasında çox yayılmışdır. Bu zonada törə "gödək boylu, təpə, yastı" mənalarında işlənir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Törədağ // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.