Cim Torpe (tam adı: Ceyms Frensis Torpe; 28 may 1888[1][2] – 28 mart 1953[3][4])[5] — Amerikalı idmançı, müasir idman dünyasının çox istiqamətli atletlərindən biri sayılır. Olimpiadalarda "pentatlon" ve "dekatlon" (atletizmdə müsabiqə növləri) üzrə qızıl medal sahibi, eyni zamanda amerikan futbolunda kollec və peşəkar liqalarda ulduz oyunçu, Amerika milli beysbol liqasında oyunçu və basketbolda karyerası olan bir idmançıdır. Olimpiadalarda yarışmadan əvvəl ikinci beysbol liqasında iki mövsüm peşəkar olaraq oynadığı ortaya çıxanda həvəskar müsabiqə qaydalarına zidd olması səbəbindən medallarını itirmişdir. Ancaq ölümündən otuz il sonra 1983-cü ildə bu medallar ona təkrar verilmişdir.
Cim Torpe | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Ceyms Frensis Torpe |
Vətəndaşlığı | ABŞ |
Doğum tarixi | |
Doğum yeri | Oklahoma, Prague |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Kaliforniya, Lomita |
Vəfat səbəbi | ürək tutması |
İdman növü | beysbol, yüngül atletika, basketbol, Amerika futbolu |
Karyera illəri | 1920–1929 |
Boyu | 1,9 m |
Çəkisi | 92 kq |
Rəsmi saytı |