Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cədid
Cədid (Liviya) — Liviyanın cənub-qərbindəki Fəzzan bölgəsində, Böyük Səhrada vadi şəhər
Vəhid
Vəlid ibn Vəlid
Vəlid ibn Vəlid (ərəb. الوليد بن الوليد بن المغيرة‎) — Məhəmməd peyğəmbərin Mədinəli səhabəsi. Vəlid Məkkəli Qüreyş qəbiləsinin Bənu Məhzum qolundan idi və məşhur müsəlman sərkərdəsi Xalid bin Vəlidin qardaşı idi. 624-cü ildə Bədr döyüşündə Qureyşlə birlikdə Məhəmmədə qarşı vuruşur. Müharibə zamanı onun qəbiləsinin çoxu öldürülür. O, müharibə zamanı müsəlmanlara əsir düşmüş, lakin azad edilmiş və İslamı qəbul etmişdir. Məkkəyə qayıtdıqdan sonra zəncirlə həbs olunmuşdur. Təbəriyə görə, Vəlid və onun Bəni-Məhzumdan olan qohumları, Sələmə bin Hişam (Əbu Cəhlin qardaşı) və Əyyaş ibn Əbi Rəbiə Məhəmməd və onun tərəfdarlarına qoşulmaq üçün Məkkədən hicrət edirlər. Sonralar onun ölüm xəbəri eşidiləndə Mədinədə Məhəmmədin Məhzumlu həyat yolsaşı Ümmü Sələmə tərəfindən yas tutulur. Vəlidin böyük oğlunun da adı Vəlid idi.
Vədi
Vədi (ərəb. وديع‎) — ərəb mənşəli ad.
Bünab Cədid
Bünab-i Mərənd (Mərənd Binabı) (həmçinin Bünab-i Cədid (Yeni Bunab) və sadəcə Binab) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,430 nəfər və 1,236 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. == Tarixi == 2004-ədək sadəcə Bünab adlanan bu yaşayış məntəqəsi yalnızca iri bir kənd sayılırdı, lakin həmin il şəhər statusu qazanmış və adı Bünab-i Cədid (yəni "Yeni Bünab") olaraq dəyişdirilmişdi. Bu ad isə 2012-də (Mərənd şəhristanında yerləşdiyinə görə) Bünab-i Mərənd (yəni "Mərənd Bünabı, Mərənddə yerləşən Bünab") olaraq təkrarən dəyişdirildi. == Coğrafiyası == Bünab-i Mərənd öz ətraf ərazisinin füsunkar təbiəti ilə seçilir - Aladar və Ağcaqapı dərələrinin adlarını misal gətirmək olar. Şəhərin yaxınlığında həmçinin su anbarı yerləşir.
Cədid (Liviya)
Cədid — Liviyanın cənub-qərbindəki Fəzzan bölgəsində, Böyük Səhrada vadi şəhəridir. Səbha rayonunun inzibati-mərkəzi olan Səbha şəhərinə yaxındır.
Hədid Surəsi
57-ci surə əl-Hədid (Dəmir) surəsi (Mədinədə nazil olmuşdur, 29 ayədir) Surənin adı 25-ci ayədə işlənən "hədid", yəni dəmir sözündən götürülüb. Bismillahir-rəhmanir-rəhim! 1. Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şə’ninə tə’riflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! 2. Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir! 3.
Nizami-cədid
Nizami-cədid — XVIII əsrin sonları-XIX əsrin əvvəllərində Osmanlı imperiyasında Avropa dövlətlərinin (ilk növbədə Rusiya imperiyasının) artan təsirlərinə qarşı Türkiyənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə ordu quruculuğu, yeni vergilərin müəyyənləşdirilməsi, dövlət idarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, mərkəzi hakimiyyətlə regionlar arasında səlahiyyətlərin dəqiqləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər seriyası. Bu sahədə ilk islahatlar sultan III Səlim tərəfindən həyata keçirilməyə başlamışdır. Ill Səlim Fransa təcrübəsini əsas tutaraq Nizami-cədid (yeni qayda) adlanan islahatları həyata keçirməyə başladı. == Etimologiyası == Nizami-cədid termini ərəb (النظام الجدید) və türk (An-Niẓām Al-Jadīd) sözbirləşməsindən yaranıb "yeni qayda" deməkdir. == Osmanlı imperiyası islahat ərəfəsində == XVIII əsrin sonlarında Osmanlı imperiyasında siyasi və iqtisadi böhran daha da dərinləşmişdi. Ölkəni böhrandan çıxarmaq üçün Sultan III Səlim (1789–1807) taxta çıxan kimi islahat layihəsi hazırlamağı tapşırmışdı. İslahat tərəfdarları XVIII əsrin sonlarında Osmanlı imperiyasının müharibələrdə məğlubiyyətinin əsas səbəbini ordunun qeyri-mütəşəkkilliyində görürdülər. Ona görə də islahatlar zamanı əsas diqqət ordu quruculuğuna yönəldilmişdi. Ordunun yenidən qurulması üçün küllü miqdarda vəsait lazım idi. Yeniçərilər heç bir qanuna və intizama tabe olmurdular.
Sekbani Cədid
Sekbani Cədid (29 sentyabr 1808 - 18 noyabr 1808) — II Mahmudun əvvəlki Nizami-cədid Ordusunun bir nümunəsi olaraq qurduğu qısa müddətli Osmanlı ordusu. Ruse deputatı, Ələmdar Mustafa Paşa, ordusu ilə İstanbula gedərək IV Mustafanı taxtdan saldı və onu II Mahmud ilə əvəz etdi. (28 iyul 1808) II Mahmudda öz növbəsində Ələmdar Mustafa Paşanı Böyük Vəzir etdi. Ələmdar Mustafa Paşa böyük vəzir olandan sonra ilk işlərdən biri olaraq dövlətin görkəmli şəxsləri ilə böyük bir görüş keçirdi. Bu iclasda qəbul edilən qərarlar İttifaq sənədi adlı sənəddə sənədləşdirildi. Bu sənədlə Osmanlı parlamenti, dövlət əmrlərinə qulaq asacağına söz verdi. Nizami-Cədid ordusu Sekbanı Cədid olaraq yenidən quruldu. Həmin dövrdə Karaman qubernatoru olan Kadi Əbdürrəhman Paşa bu yeni ordunun başçısı təyin edilmişdir. Taxtdan salınmış IV Mustafa və adamları hadisələrin bu cür inkişaflarından məmnun deyildilər. 14 noyabr 1808-ci il gecəsində yeniçərilər Ələmdar Mustafa Paşanın malikanəsinə hücum edərək onu öldürdülər.
Vədiq (Culfa)
Vədiq (fars. وديق‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (19 ailə).
Vədud Müəzzin
Vədud Müəzzin — azərbaycanlı heykəltaraş, rəssam və musiqiçi. == Həyatı və təhsili == Vədud Səlim oğlu Müəzzin 1960-cı il avqust ayının 11-də Ərdəbil şəhərində anadan olmuşdur. Ali təhsil almaq üçün Tehrana gedib. Lakin İran inqilabından sonra oxuduğu universitet bağlanır. Daha sonra ali təhsil almaq üçün Türkiyəyə gedib Memar Sinan Universitetində rəssamlıq üzrə təhsil alıb. == Fəaliyyəti == 1980-ci ildə peşəkar rəssamlıq fəaliyyətinə başlayıb. Bir sıra rəssamlıq və incəsənət kurslarında iştirak edib. Vətənə geri döndükdən sonra da həm ölkədə həm də ölkə xaricində sərgiləri keçirilir. 1990 və 2000-ci illərdə Los-Anceles şəhərində, 1992–ci ildə Fransada, 1995–ci ildə Kanadada, 1997 – 1999 - 2012-ci illərdə Tehranda, 1998-ci ildə Dubayda, 2000 - 2013 - 2018-ci illərdə Bakıda, 2004–cü ildə Təbrizdə, 2005 - 2007-ci illərdə Ərdəbildə fərdi sərgiləri keçirilmişdir. Rəsm əsərlərindən ibarət 4 albom-kataloq işıq üzü görüb.
Vəhid Əsədullahi
Vəhid Əsədullahi — İran radio və televiziyasının Azərbaycan musiqi departamentinin başçısı.
Üsuli-Cədid
Üsuli-cədid (yeni üsul) — Azərbaycanda 1920-ci ilədək məktəb və mədrəsələrdə tətbiq edilən yeni tədris üsulu, mütərəqqi pedaqoji cərəyan. XIX əsrin sonları-XX əsrin əvvəllərində yaranmışdır. Üsuli-cədid məktəblərində dərslər ana dilində keçirilir, rus dili müstəqil fənn kimi tədris edilirdi. Əlifba təlimi yeni üsulla aparılırdı. Üsuli-cədid məktəblərində dövrün qabaqcıl ziyalıları dərs deyirdilər. Azərbaycanda ilk üsuli-cədid məktəbləri S.Ə.Şirvani tərəfindən Şamaxıda (1870), M.T.Sidqi tərəfindən Ordubad (1892) və Naxçıvanda (təxm.1894), M.M.Nəvvab tərəfindən Şuşada (təxm.1895), M.İ.Qasir tərəfindən Lənkəranda (təxm.1896) açılmışdır. Mollalar və dindarlar üsuli-cədid məktəblərini pisləmiş, onu "kafir məktəbi" adlandırmış, tərəfdarlarını təqib etmişdir.
İbn Vərid
İbn Vərid — III əsrdə yaşamış ərəb alimi.
Əhdi-Cədid
Əhdi-cədid və ya Yeni Əhd – xristian Müqəddəs Yazılarının ikinci bölməsi. Əhdi-cədidin ilk dörd kitabı İncil adlanır. == Əhdi-cədidin məzmunu == Əhdi-cədid 27 kitabdan ibarət olub qədim yunan dilində yazılmışdır. İlk dörd kitab Müjdələrdir. Ondan sonra Həvarilərin İşləri Kitabı, həvari Paulun yazdığı 13 Məktub, İsa Məsihin digər həvariləri və yaxın ardıcılları tərəfindən yazılmış 7 Məktub və müəllifi məlum olmayan "İbranilərə Məktub" yer alır. Əhdi-cədidin son kitabı "Yəhyaya nazil olan Vəhy"dir. Müjdələr Xilaskar İsa Məsihin həyatından, təlimindən, ölümündən və dirilməsindən bəhs edir. Həvarilərin İşləri İsa Məsih ölüb-diriləndən sonra Onun həvarilərinin gördükləri işlərdən danışır. Məktublar ilk kilsəyə (imanlılar cəmiyyəti) yol göstərmək üçün yazılıb. Vəhy Kitabı insanlara gələcəkdə baş verəcək hadisələri açıqlayan peyğəmbərlik kitabıdır.
Əhdi Cədid
Əhdi-cədid və ya Yeni Əhd – xristian Müqəddəs Yazılarının ikinci bölməsi. Əhdi-cədidin ilk dörd kitabı İncil adlanır. == Əhdi-cədidin məzmunu == Əhdi-cədid 27 kitabdan ibarət olub qədim yunan dilində yazılmışdır. İlk dörd kitab Müjdələrdir. Ondan sonra Həvarilərin İşləri Kitabı, həvari Paulun yazdığı 13 Məktub, İsa Məsihin digər həvariləri və yaxın ardıcılları tərəfindən yazılmış 7 Məktub və müəllifi məlum olmayan "İbranilərə Məktub" yer alır. Əhdi-cədidin son kitabı "Yəhyaya nazil olan Vəhy"dir. Müjdələr Xilaskar İsa Məsihin həyatından, təlimindən, ölümündən və dirilməsindən bəhs edir. Həvarilərin İşləri İsa Məsih ölüb-diriləndən sonra Onun həvarilərinin gördükləri işlərdən danışır. Məktublar ilk kilsəyə (imanlılar cəmiyyəti) yol göstərmək üçün yazılıb. Vəhy Kitabı insanlara gələcəkdə baş verəcək hadisələri açıqlayan peyğəmbərlik kitabıdır.
Əl-Vədud
Əl-Vədud (ər. الودود) — Allahın adlarından biri.
Vəhid Xorasani
Şeyx Hüseyn Vəhid Xorasani (1 yanvar 1921, Nişapur, Rəzəvi Xorasan ostanı) — din alimi, müctəhid. == Həyatı == Şeyx Vəhid Xorasani 1 yanvar 1921-ci ildə (hicri-şəmsi 1299-cu il, 11 Dey) Məşhəd şəhərində doğulmuşdur. Müqəddimə və ədəbiyyat dərslərini Ayətullah Nəhavəndidən, məntiq və fəlsəfə dərslərini isə Mirzə Əbül-Qasım İlahi və Mirzə Mehdi İsfahanidən almışdır. Daha sonra isə Ayətullah Mehdi İsfahani və Ayətullah Əştiyarinin xaric dərslərinə qatılmışdır. 27 yaşında ikən təhsilini davam etdirmək üçün Nəcəfi-əşrəfə yola düşmüşdür. Ayətullah Əbdül-Hadi Şirazi və Ayətullah Xoyinin dərslərinə qatıldı, o həzrətin seçilmiş tələbələrindən olmuşdur. İllərlə üsul və fiqh dərslərinin təlimi və tədrisi ilə məşğul olduqdan sonra, Nəcəfdə 12 il xaric dərsləri vermişdir. İrana qayıtdıqdan sonra Məşhəd şəhərində tədrislə məşğul olmuşdur. 1 il sonra Qum şəhərinə getmişdir. Hal-hazırda üsul və fiqh dərslərinin ali səviyyədə tədrisi ilə məşğuldur.
Vədad Albayraq
Vedat Albayrak — Türkiyəni təmsil edən cüdoçu. 2 mart 1993-cü ildə Gürcüstanda anadan olan Vane Revazişvili cüdo ilə məşğul olmağa başladıqdan sonra, Yunanıstana yollanaraq, Roman Moustopoulos ad-soyadı ilə mübarizə aparmağa başlayıb və hətta 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 2017-ci ildən isə o, Türkiyə millisində Vedat Albayrak ad-soyadı ilə çıxış edir. 2018-ci ildə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Türkiyə millisinə dünya çempionatlarında 17 ildən sonra ilk medalı qazandıraraq, 81 kq çəki dərəcəsində bürünc medala sahib olub.
Vədad Okyar
Vedat Okyar — Türkiyə futbolçusu 1945-ci ildə Bursada anadan olan Vedat Bursaspor, Beşiktaş, "Diyarbakirspor" və "Karagümrük" klublarının şərəfini qoruyub. 1968-1976-cı illərdə Beşiktaşda forma geyinən və kapitan sarğısını daşıyan Okyar 253 oyunda 21 gol vurub. 33 dəfə milli komanda heyətində yer alan mərhum futbolçu karyerasını bitirdikdən sonra idman yazarı kimi çalışırdı. 19 iyul 2009-cu ildə xeyli vaxtdır xəstəxanaların birində müalicə olunan Okyar dünyasını dəyişib.
Vədad Uşaqlıgil
Xəlil Vədad Uşaqlıgil (türk. Halil Vedad Uşaklıgil; 1904, Konstantinopol – 1937, Tirana) — Türkiyə diplomatı. == Həyatı == 1904-cü ildə İstanbulda yazıçı Xalid Ziya Uşaqlıgil və Fatma Məmnunə Uşaqlıgilin övladı olaraq anadan olmuşdur. Ondan əvvəl doğulan bacı-qardaşları Vədidə, Sadun, Güzin vəfat etmişdir. Ondan Bihin adlı bacısı və Bülənd adlı qardaşı qalmışdır. Qardaşı Bülənd Uşaqlıgil də onun kimi diplomat olmuşdur. Birinci Dünya müharibəsindən sonra ailəsi ilə birlikdə Avropanın bir çox şəhərlərini gəzən Vədad xüsusilə Bern və Parisdə yaşayırdı. Mustafa Kamalın əmri ilə işlədiyi Osmanlı Bankından Xarici İşlər Nazirliyinə köçürülmüşdür. Lətifə xanım onun əmisi qızı idi və o, fortepiano istedadı sayəsində Mustafa Kamalla tanış olmaq imkanı qazanmışdı. O, Londonda yerləşdirilmişdi.
Vədi Səbra
Vədi Səbra (ərəb. وديع صبرا‎; 23 fevral 1876, Eyn əl-Cədidə[d], Cəbəl Lübnan mühafəzəsi[d] – 11 aprel 1952, Beyrut) — Livan bəstəkarı. Livan himninin ("Küllüna li-l-Vətən") musiqisini yazmışdır.
Bab-əl Hədid
Dərbənd (rus. Дербент, azərb. Dərbənd / Дәрбәнд‎, ləzg. Кьвевар, yəni "iki (кьве) divar (вар)", Дербенд və Цал, aqul. Цал və Дербенд) — Dağıstan Respublikasında şəhər. Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub – şərq istiqamətində 121 km uzaqlıqda yerləşir. Şəhər tarixdə Bab əl-Əbvab ("qapılar qapısı") və Dəmirqapı adlarıyla da tanınırdı. == Etimologiya və digər tarixi adları == Dərbənd tarixi Azərbaycanın qədim şəhərlərindən biridir, hazırda Dağıstan Respublikasının tərkibində yerləşir.
Biçənək-i Cədid
Biçənək-i Cədid (fars. بوچينك جديد‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 95 nəfər yaşayır (27 ailə).
Nizami-Cədid ordusu
Nizami-Cədid ordusu — Osmanlı İmperiyasının sultanı III Səlim tərəfindən yaradılmış nizami ordu. Bu ordunun əsası 1717-ci ildə İstanbula gələn Fransız zabiti De Roşefortun sadərət islahat layihəsinin tərcüməsində, ediləcək hərbi yenilik Nizami-Cədid adlandırılmışdır. Bu ordu Yeniçəri ocağı tərəfindən çıxarılan Qabaqçı Mustafa üsyanı zamanı ləğv edilmişdir. == Məqsədi == Yeni bir ocağın qurulmasına qərar verilməsinin ən mühüm səbəbi, yeniçərilərin islah edilməsinin çox çətin olması idi. Bu islahat düşüncəsini mənimsəyən III.Səlim hələ taxta çıxdığı vaxtlarda bu düşüncəni mənimsəmiş olan,açıqfikirli və yenilikçi bir tərəfdar bir qrupu yığıncağa çağırdı. Bu qrupun rəhbərliyinə Rumeli kazəsgəri İsmayıl Paşazadə əs-Səid İbrahim İsmət Bəyi gətirir. Yayla İmamı Risaləsinə görə Nizami-Cədid üsulunu 72 maddədən meydana gəlmişdir. Osmanlı dövləti bu islahatı edərkən Fransadan kömək istəmiş, 1796-cı ildə mövzuyla əlaqədar olaraq top, humbara tökmə, top qundağı və tüfəngçi işçiləri gəlmişdi. Ayrıca bir müddət sonra Fransadan General Menand rəhbərliyində və iş başçısı Bamilo ilə gələn heyətlə Prussiya krallığıdan da zabitlər gəlmişdi. Bunlardan Albay Von Goetze, 1798-ci ildə III.Səlimin istəyinə görə Osmanlı Qara qüvvələrində araşdırmalar etdi.
Vedi
Böyük Vedi (1946-cı ildən Vedi) — Ermənistanda şəhər, Vedi rayonunun mərkəzi. == Etimologiyası == Şəhərin adı ərəb dilindəki Vadi (ərəb. وادي‎) sözündən yaranıb. Toponim fərqləndirici əlamət bildirən böyük və ərəb dilində "iki dağ arasında olan uzun çuxur dərə", "bir çayın axdığı yer, çay yatağı", "çöl, səhra", "sahə", "məkan, yer" mənalarında işlənən vadi sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Yaşayış məntəqəsinin adı erməni dilinə kalka edilərək Medz (böyük) Vedi formasında işlədilir. == Tarixi == Böyük Vedi — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda yaşayış məntəqəsi şəhər tipli qəsəbə. Vedi rayonunun mərkəzi. Vedibasar çayının yanında yerləşir.
Vedad İbişeviç
Vedad İbişeviç (bosn. Vedad Ibišević; doğ. 6 avqust 1984-cü il, Vlasnetsa, YSFR) — Bosniyalı futbolçu. Almaniyanın Herta klubunun hücumçusu. == Bioqrafiyası == İbişeviç Yuqoslaviyada, bosniyalı ailəsində, əhalisinin əksəriyyətinin serblər olduğu bir şəhərdə anadan olub. Müharibə başladıqdan sonra təqiblər baş verdi. Valideynləri ata yurdlarını tərk edərək daha sakit şəhərə,Tuzlaya köçməyə məcbur oldular. Bu vaxtı Vedadın cəmi yeddi yaşı vardı. Tuzlada futbol karyerası başladı və tezliklə müvafiq yaşda olan milli yığmaya dəvət edildi. 2000-ci ildə ailəsi daha sərfəli təklif axtarışı məqsədi Bosniyanı tərk etdi və Vedad İsveçrənin Baden gənclər komandasında oynamağa başladı.
Vedia Barut
Vedia Barut (türk. Vedia Barut) — ilk kiprli türk olan sahibkar qadın. == Bioqrafiya == Vedia Barut 1919-cu il fevralın 14-də Lefkoşada anadan olub. O, Ayasofya məscidinin baş imamı Mehmet Rəcəb Bəy və evdar qadın Əminə Xanımın üç övladından ikincisi olub. O, 3 yaşından dərs almağa başlayıb, 9 yaşında isə Ayasofya İbtidai məktəbində oxuyarkən skripka dərsi almağa başlayıb. Daha sonra o, Viktoriya Qızlar Liseyini bitirir və əczaçı kimi karyera qurmaq istəyir, lakin Britaniya hökuməti o zaman siyasətini dəyişdiyi və Kipr xəstəxanasında əczaçılıq təhsilini qəbul etmədiyi üçün ümidləri puç olur. Buna cavab olaraq əmisi atasını onun üçün mağaza aça biləcəyinə inandırır. Bu mağaza 1937-ci ildə açılır. Bu patriarxal cəmiyyətdə çox mübahisəli idi. “Söz” qəzetinin yazarı Mithat Bəy bu reaksiyanı absurd qəbul edərək Barutun qatı müdafiəçisi olur və nəticədə onun cəmiyyətdə tanınmasına səbəb olur.
Böyük Vedi
Böyük Vedi (1946-cı ildən Vedi) — Ermənistanda şəhər, Vedi rayonunun mərkəzi. == Etimologiyası == Şəhərin adı ərəb dilindəki Vadi (ərəb. وادي‎) sözündən yaranıb. Toponim fərqləndirici əlamət bildirən böyük və ərəb dilində "iki dağ arasında olan uzun çuxur dərə", "bir çayın axdığı yer, çay yatağı", "çöl, səhra", "sahə", "məkan, yer" mənalarında işlənən vadi sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Yaşayış məntəqəsinin adı erməni dilinə kalka edilərək Medz (böyük) Vedi formasında işlədilir. == Tarixi == Böyük Vedi — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda yaşayış məntəqəsi şəhər tipli qəsəbə. Vedi rayonunun mərkəzi. Vedibasar çayının yanında yerləşir.
Bədik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. == Etimoloji == (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Fərid
Fərid — kişi adı.
Gədik
Gədik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Gədik oyk., sadə. Quba r-nunun Vəlvələ i.ə.v,-də kənd. Gədik çayının (Vəlvələ çayının qolu) sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Gədik Seyidlər olmuşdur. Sonralar oykonimin ikinci komponenti ixtisara uğramışdır. Toponimik termin kimi gədik türk dillərində, o cümlədən Azərb. dilində "hündür dağ, dağ keçidi, aşırım" deməkdir. Kənd belə bir coğrafi mövqedə yerləşdiyi üçün Gədik adlandırılmışdır. Oykonim "gədikdə yerləşən Seyidlər kəndi" mənasındadır.