Vədad Uşaqlıgil

Xəlil Vədad Uşaqlıgil (türk. Halil Vedad Uşaklıgil; 1904, İstanbul1937, Tirana) — Türkiyə diplomatı.

Vədad Uşaqlıgil
Şəxsi məlumatlar
Doğum tarixi 1904
Doğum yeri
Vəfat tarixi 1937
Vəfat yeri
Vəfat səbəbi Həddindən artıq doza[d]
Təhsili
Fəaliyyəti diplomat
Atası Halit Ziya Uşaklıgil

1904-cü ildə İstanbulda yazıçı Xalid Ziya Uşaqlıgil və Fatma Məmnunə Uşaqlıgilin övladı olaraq anadan olmuşdur. Ondan əvvəl doğulan bacı-qardaşları Vədidə, Sadun, Güzin vəfat etmişdir. Ondan Bihin adlı bacısı və Bülənd adlı qardaşı qalmışdır. Qardaşı Bülənd Uşaqlıgil də onun kimi diplomat olmuşdur.[1]

Birinci Dünya müharibəsindən sonra ailəsi ilə birlikdə Avropanın bir çox şəhərlərini gəzən Vədad xüsusilə BernParisdə yaşayırdı. Mustafa Kamalın əmri ilə işlədiyi Osmanlı Bankından Xarici İşlər Nazirliyinə köçürülmüşdür.[2] Lətifə xanım onun əmisi qızı idi və o, fortepiano istedadı sayəsində Mustafa Kamalla tanış olmaq imkanı qazanmışdı. O, Londonda yerləşdirilmişdi. Xarici İşlər Nazirliyindən vəzifəsindən azad edilyii dövrdə onun psixologiyası pisləşib və bu müddətdə İstanbul Universitetinin Hüquq fakültəsini bitirmişdir.[3] Xarici İşlər Nazirliyində vəzifəsinə qayıdandan sonra BuxarestTirana səfirliklərinə işə göndərilmişdir.

O, 3 dekabr 1937-ci ildə Albaniya krallığının paytaxtı Tiranada baş katib vəzifəsində işləyərkən içdiyi dərmanlar nəticəsində intihar etmişdir.[1][4] Bir iddiaya görə, o, intihar etməmiş və sui-qəsdə məruz qalmışdır. Vədad Uşaqlıgil 19 dekabr 1937-ci ildə İstanbulda dəfn olunmuşdur.[5]

  1. 1 2 http://nek.istanbul.edu.tr:4444/ekos/GAZETE/cumhuriyet//cumhuriyet_1937/cumhuriyet_1937_birincikanun_/cumhuriyet_1937_birincikanun_4_.pdf
  2. "Vedat Uşaklıgil-Türkiye'nin en gizemli yaşam öykülerinden birisi..." Radikal. 27 Temmuz 2014. 16 Ağustos 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 Aralık 2016.
  3. "Radikal - "Vedat Uşaklıgil: Türkiye'nin en gizemli yaşam öykülerinden birisi..." - 27 Temmuz 2014". 29 Kasım 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 Aralık 2016.
  4. "Soner Yalçın - "Oğullarını kaybeden edebiyatçıların sönmeyen acıları" - Hürriyet - 6 Aralık 2008". 20 Nisan 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 Aralık 2016.
  5. "Merhum Vedad Uşaklıgil dün gömüldü - 20 Aralık 1937" (PDF). 15 Şubat 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 Aralık 2016.