Gədik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Gədik | |
---|---|
41°17′57″ şm. e. 48°46′41″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Gədik oyk., sadə. Quba r-nunun Vəlvələ i.ə.v,-də kənd. Gədik çayının (Vəlvələ çayının qolu) sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Gədik Seyidlər olmuşdur. Sonralar oykonimin ikinci komponenti ixtisara uğramışdır. Toponimik termin kimi gədik türk dillərində, o cümlədən Azərb. dilində "hündür dağ, dağ keçidi, aşırım" deməkdir. Kənd belə bir coğrafi mövqedə yerləşdiyi üçün Gədik adlandırılmışdır. Oykonim "gədikdə yerləşən Seyidlər kəndi" mənasındadır.[1]
Quba rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |