Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vov
Vov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 334 nəfərdir. == Toponimiyası == Yerli tələffüz forması Vov şəklindədir. Kənd ərazisindəki müalicə əhəmiyyətli mineral bulağın adı ilə adlanmışdır. Bu oykonim talış dilindəki vo (yel xəstəliyi) və ov (su) sözlərinin birləşməsindən əmələ gəlib, “yel suyu” mənasındadır. Kəndin ətrafı sıx meşə və kol-kos örtuyü ilə örtülmüşduş. Bununla yanaşı meşələrində bir sıra vəhşi heyvan və quş növlərinə rast gəlinməkdədir. Yerli əhalinin əsas məşquliyəti əkinçilik, maldarlıq kimi kiçik təsarufatlarnan məşğul olmalarıdır. Kənd əhalisi çox mehriban, səmimi və qonaqpərvərdir. Bu fikirlər VOV KƏNDİNƏ qonaq gəlib gedən şəxslər söyləməkdədir.
Now
Now (Türkiyənin televiziya kanalı)
"Wow!" siqnalı
Wow! siqnalı — 15 avqust 1977-ci ildə SETI layihəsi çərçivəsində kosmosdan təsbit edilən radio siqnalı. Sadəcə 72 saniyə davam edən bu siqnalı Dr. Cerri Ehman (Jerry R. Ehman) tərəfindən Ohio Dövlət Universitetinə aid Big Ear (Böyük Qulaq) radioteleskopunda kiçik zolaqlı bir radio siqnalı olaraq təyin edilmişdir. Siqnal dünya xaricindən və hətta günəş sistemi xaricindən olan siqnallardan gözlənilən bütün xüsusiyyətlərə malik idi. Kütləvi informasiya vasitələrində böyük maraq doğuran siqnal çoxlu cəhdlər olmasına baxmayaraq təkrar təsbit edilə bilməmişdir. Siqnalın ulduzlararası siqnallardan gözlənilən bütün xüsusiyyətlərə tamamilə uyğun gəlməsinə heyrətlənən Ehman, kompüterdən emal edilmiş vərəqdə o izi dairə içərisinə almış və səhifənin kənarına "Wow!" (İngiliscə heyrət nidası) yazmışdır. Bu söz sonralar siqnalın adı halına gəlmişdir. == Texniki detallar == Dairə içərisinə alınan "6EQUJ5" kodu siqnalın qatılıq detalını göstərir ki, bu da əslində çox böyük ölçüdə siqnal deməkdir. Siqnalın bant genişliyi 10 kHzdən kiçikdir.
Billi Von
Billi Von (ing. Billy Vaughn ; 12 aprel 1919 – 26 sentyabr 1991) — Amerikalı müğənni və musiqiçi, aranjimançı, estrada orkestrinin dirijoru. Musiqiçinin AllMusic tərcümeyi-halının müəllifi Vonu "1950-ci illərin və 1960-cı illərin əvvəllərinin ən məşhur qrup rəhbərlərindən və pop aranjimançılarından biri" adlandırır və iddia edir ki, rok-n-roll dövründə "həqiqətən də hər hansı digər qrup rəhbərindən daha çox hitləri var idi" . == Diskoqrafiya == Bax: vikipediyanın ingilis bölməsində " Billy Vaughn § Discography " məqaləsinə.
Now & Then
Now & Then — The Carpenters albomu.
Ukraine NOW
Ukraine NOW — Banda Agency tərəfindən yaradılmış və Ukrayna Nazirlər Kabinetinin qərarı ilə 10 may 2018-ci il tarixində təsdiqlənmiş Ukraynanın turistik brendi. 2018-ci ildə Ukraine NOW brendi Red Dot Design Award 2018 mükafatını qazanmışdır. == Təsvir == Brendin loqotipində ölkənin adı, kommunikasiya mesajı səciyyəsi daşıyan NOW (ing. indi) yazısı və Ukraynanın yuxarı dərəcəli milli domeni olan UA piktoqramı yer almışdır. Loqotipin fərqli xüsusiyyətlərindən biri onun üzrəində dəyişikliklərin aparıla bilməsi imkanından ibarətdir. İstifadə zamanı məxsusi elementlər üzərində dəyişikliklərin aparılması mümkündür. Həmçinin, brend üçün çıxıntısız şrift kateqoriyasına aid edilən Ermilov Bold şrifti hazırlanmışdır. Şriftin adı avanqardçı rəssam Vasili Yermilovun adı ilə bağlıdır. Şriftin müəllifi rəssamın işlərindən ilhamlandığını bildirmişdir. Brendin üslubuna sarı, göy, qara rənglərdən istifadə xasdır.
Vos (kommuna)
Vos (fr. Veauce) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebryoy kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03302. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 41 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 28 yaşdan yuxarı (15-64 yaş arasında) 13 nəfər iqtisadi fəal, 15 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 46.4%, 1999-cu ildə 61.5%) idi. Fəal olan 13 nəfərdən (7 kişi və 6 qadın) çalışdı, işsizlər yox idi. 15 hərəkətsiz 5 nəfər arasında şagird və ya tələbə, 6 nəfər təqaüdçü, 4 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Vot Tayler
Vot Tayler(ing. Walter "Wat" Tyler; 4 yanvar 1341 — 15 iyun 1381) — 1381-ci ildə orta əsr İngiltərəsində baş verən böyük kəndli üsyanının başçısı. == Həyatı == Vot Tayler 4 yanvar 1341-ci ildə Kent qraflığında anadan olmuşdu. Dəmirçi idi. Onun gənclik həyatı «Life and Adventures of Wat Tyler, the Brave and Good» (1851) kitabın müəllifi tərəfindən əks olunub. Vot Tayler 15 iyun 1381-ci ildə öldürüldü. == 1381-ci il üsyanın başlanması == XIV əsrin sonlarında Qərbi Avropa ölkələrini taun xəstəliyi bürüdü. Xalq bunu «qara ölüm» xəstəliyi adlandırırdı. Əhalinin üçdə biri qırıldı. Parlament yoxsulları az miqdarda əmək haqqı ilə işləməyə məcbur edirdi, boyun qaçıranlara ağır cəza verilirdi.
Vot dili
Vot dili (vađđa ceeli və ya maaceeli – həm də vaďďa tšeeli, maatšeeli kimi yazılır) — əsasən İnqriyada, votlar tərəfindən danışılan Ural mənşəli bir dil.
Vox Media
Vox Media Inc. — ABŞ rəqəmsal media şirkəti. Ona daxil olan redaksiya markaları "SB Nation", "The Verge", "Polygon", "Curbed", "Eater", "Racked", "Vox" və "Recode". Bütün "Vox Media" saytları öz xüsusi rəqəmsal nəşr platforması olan "Chorus" üzərində qurulmuşdur. "Vox Media, Inc."in baş qərargahı Vaşinqtonda və Nyu-Yorkda yerləşən şirkətin Los-Anceles, Çikaqo, Ostin və San-Fransiskoda ofisləri var. 2010-cu ilin məlumata görə, şirkət 400 maaşa bağlanan müəlliflə 300 saytı bir araya gətirir.
WOW (Telekanal)
I Love — qərargahı Bombey şəhərində yerləşən Hindistan dövlət televiziya kanalı. Telekanal 2018-ci ildən hindi və qucarat dillərində yayım edir. Telekanalın sahibi "Pen İndia Limited" şirkətidir. Telekanalda Bollivud musiqilərini, köhnə klassik Bollivud, yeni Hind və Qucarat filmlərini yayımlayır. Cənubi Hindistan istehsalı olan "Mahabharat" kimi serialları da bu telekanalda izləmək mümkündür. Bollivud aktrisası Canvi Kapur TV kanalı Dehlidə də açmışdır.
Wow! siqnalı
Wow! siqnalı — 15 avqust 1977-ci ildə SETI layihəsi çərçivəsində kosmosdan təsbit edilən radio siqnalı. Sadəcə 72 saniyə davam edən bu siqnalı Dr. Cerri Ehman (Jerry R. Ehman) tərəfindən Ohio Dövlət Universitetinə aid Big Ear (Böyük Qulaq) radioteleskopunda kiçik zolaqlı bir radio siqnalı olaraq təyin edilmişdir. Siqnal dünya xaricindən və hətta günəş sistemi xaricindən olan siqnallardan gözlənilən bütün xüsusiyyətlərə malik idi. Kütləvi informasiya vasitələrində böyük maraq doğuran siqnal çoxlu cəhdlər olmasına baxmayaraq təkrar təsbit edilə bilməmişdir. Siqnalın ulduzlararası siqnallardan gözlənilən bütün xüsusiyyətlərə tamamilə uyğun gəlməsinə heyrətlənən Ehman, kompüterdən emal edilmiş vərəqdə o izi dairə içərisinə almış və səhifənin kənarına "Wow!" (İngiliscə heyrət nidası) yazmışdır. Bu söz sonralar siqnalın adı halına gəlmişdir. == Texniki detallar == Dairə içərisinə alınan "6EQUJ5" kodu siqnalın qatılıq detalını göstərir ki, bu da əslində çox böyük ölçüdə siqnal deməkdir. Siqnalın bant genişliyi 10 kHzdən kiçikdir.
Speak Now
Speak Now — amerikalı müğənni Teylor Sviftin üçüncü studiya albomu. 25 oktyabr 2010-cu ildə Big Machine Records tərəfindən buraxılıb.
Armenia Now
ArmeniaNow — Ermənistan müstəqil onlayn xəbər saytı. Mərkəzi İrəvanda yerləşir. İngilis və erməni dillərində dərc edilmişdir. Sayt 2002-ci ilin iyulunda təsis edilib və son nömrəsini 2016-cı ilin iyununda dərc edib. O, Ermənistanda əsas internet qəzetlərindən biri kimi tanınırdı. Qəzetin baş redaktoru amerikalı proqressivist Con Xyuz idi və 20 jurnalistdən ibarət heyəti var idi. "ArmeniaNow"a müxtəlif müəlliflər və siyasi analitiklər, həmçinin "Human Rights Watch", "Amnesty International" və "Freedom House" kimi beynəlxalq təşkilatlar istinad ediblər.
Vo
Vo (Alye)
Aleksandr von Humboldt
Aleksandr Humbolt (alm. Friedrich Wilhelm Heinrich Alexander Freiherr von Humboldt‎; 14 sentyabr 1769[…], Berlin[…] – 6 may 1859[…], Berlin) — alman alimi-ensiklopedisti, tədqiqatçısı, fizik, meteoroloq, coğrafiyaşünas, botanik, zooloq və səyyahı, digər alman alimi Vilhelm fon Humboldtun kiçik qardaşı, bitkilərin coğrafiyası təliminin banisi. == Həyatı == XVIII əsrin sonlarında kəşf olunmuş materiklərin sahəllərinin konturları kifayət qədər dəqiq verilmişdir. Naməlum qalan Antraktida, Şimali Amerikanın şimalı, Sakit və Atlantik okeanında bir sıra adalar idi. Materiklər sahil xətləri kifayət qədər dəqiq verilməsinə baxmayaraq onların daxili hissələri əsasən tədqiq olunmamış "ağ ləkələr" şəklində qalmaqda idi. Dünyanın ən uzun çayı olan Nilin mənbəyi Alp-Himalay və And-Kordilyer dağ sistemləri, Afrika, Cənubi Amerika, Hindistan, İndoneziyanın tropik meşələri, torpaq örtüyü, çayları, gölləri, həmçinin səhralar öyrənilməmiş qalırdı. Ölkələrdə mövcud olan vulkanlar, faydalı qazıntılar haqqında təsəvvürlər ibtidai ormada idi. Qarşıda duran bu məsələlərin öyrənilməsində alman alimi Aleksandr Humboltun özünəməxsus yeri olmşdur. Humbolt 1769-cu ildə Almaniyada mülkədar ailəsində anadan olmuşdur. Qardaşı Vilhelmlə birlikdə yüksək səviyyədə təhsil almış hümbolt bitkilərlə çox maraqlandığından uşaqlıqdan yoldaşları tərəfindən zarafatla olsa da alim deyə çağrılırdı.
Andreas von Bextolşeym
Andreas fon Bextolşeym (alm. Andreas Maria Maximilian Freiherr von Mauchenheim genannt Bechtolsheim‎; 30 sentyabr 1955) — alman elektrik mühəndisi, sahibkar, investor və milyarder. == Həyatı == 30 sentyabr 1955-ci ildə Almaniyada anadan olmuşdur == Fəaliyyəti == "Sun Microsystems" şirkətinin banilərindən biri və şirkətin baş mühəndisi Andreas fon Bextolşeym 1995-ci ildə şirkətdən uzaqlaşaraq, şəbəkə kommutatoru istehsalı ilə məşğul olan "Granite Systems" firmasını yaradır və 1996-cı ildə bu firmanı 220 milyon ABŞ dollarına "Cisco Systems" şirkətinə satır. Bu məbləğin 65%-i onun şəxsən özünə çatmışdır. Bextolşeym 1998-ci ildə "Google" şirkətinə 100 min dollar məbləğındə pul yatırmaqla onun ilk sərmayəçilərindən biri olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Anton von Verner
Anton fon Verner (9 may 1843, Frankfurt — 4 yanvar 1915, Berlin) — Prussiya krallığında yaşamış alman rəssam. 1843-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olmuşdur. Rəssamlığa 1857-ci ildə tələbə ikən başlamış və İncəsənət Akademiyasında davam etdirmişdir.
BGM-71 TOW
BGM-71 TOW – ABŞ istehsalı, tank əleyhinə idarəolunan raket kompleksidir. Bu raketlər orduda olan özlərinə nisbətən daha kiçik SS.10 və ENTAC-ları əvəz etmək üçün istehsal olunub. Bu TƏİR həmçinin, gecə döyüşlərində istifadə olunan infra-qırmızı kamera ilə təchiz olunub. 1970-ci ildən istehsal olunmağa başlayan bu silah, hal-hazırda dünyada ən çox istifadə olunan tank əleyhinə raketlərdən biri hesab olunur. Silah hal-hazırda Raytheon şirkəti tərəfindən istehsal olunur. == Tarixi == 1963-1968-ci illər arasında Hughes Aircraft şirkəti həm qurudan, həm də havadan atıla biləcək XBGM-71A roketi üzərində işləyirdi. 1968-ci ildə tenderi qazanan Hughes şirkəti ilk istehsal olunan raketləri 1970-ci ildə ABŞ ordusuna təhvil verdi. 1972-ci ildə bu raket Şimali Vyetnam ordusunun hücumlarına cavab verən Cənubi Vyetnam ordusuna aid UH-1B helikopterlərinə yükləndi. TOW raketləri zaman keçdikcə daha da inkişaf etdirildi. İlk modernizasiya edilmiş TOW-2 modeli 1983, TOW-2A/B modeli 1987-ci ildən silahlanmaya qəbul olundu.
Carl von Linné
Karl Linney (isveç Carl von Linné, lat. Carolus Linnaeus; 23 may 1707[…], Roshult[d] – 10 yanvar 1778[…]) — canlı orqanizmlərin təsnifləşdirilməsinin əsasını qoymuş məşhur İsveçli həkim, naturalist və fizik. == Həyatı == 1739-cu ildən İsveç Kral Elmlər Akademiyasının üzvü, onun yaradıcılarından biri, 1762-ci ildən Paris Elmlər Akademiyasının və bir sıra digər elmi cəmiyyətlərin və akademiyaların üzvü olmuşdur. == Mənbə == Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.6.
Dyörd von Bekeşi
Dyörd von Bekeşi-(mac. Békésy György, 3 iyun 1899[…], Budapeşt – 13 iyun 1972[…], Honolulu) macar əsilli ABŞ fiziki. "Qulaq ilbizinin stimullaşdırılmasında fiziki mexanizmin kəşflərinə görə" fiziologiya və tibb üzrə Nobel mükafatı laureatıdır. == Həyatı == Dyörd von Bekeşi 3 iyun 1889-cu ildə Budapeşt şəhərində anadan olmuşdur. Atası dövlət xadimi olan Bekeşi ailənin 3 övladından ilki idi. Orta təhsilinin Bedapeştdə tamamladıqdan sonra atasının vəzifəsi ilə bağlı Bern şəhərinə göçmüş burada Bern Univeristetində kimya fakültəsini bitirmişdir. Daha sonra 1923-cü ildə Budapeştə qayıdan Bekeşi fizika sahəsində doktorluq dissertasiyasını müdafiə etmişdir. == Fəaliyyəti == Bekeşi eyni il "Macar Telefon İdarəsi"ndə tədqiqat laborantı vəzifəsində çalışmağa başlayır. Işi ilə bağlı Berlinə göndərilən Bekeşi 1926-1927-ci illərdə “Siemens und Halske” şirkətinin labarotoriyasında işləyir. 1939-cu ildə isə Budapeşt Universitetinin eksperimental fizika fakültəsinin professoru olur.
Emil von Behring
Emil Adolf fon Berinq (15 mart 1854[…], Lavitse[d], Qərbi Prussiya[d] – 31 mart 1917[…], Marburq) – Alman kimyaçısı, 1901-ci il Tibb və fiziologiya üzrə Nobel Mükafatı laureatı == Həyatı == 1854-cü ildə Almaniyanın Hansdorf şəhərində dünyaya gəlib. Valideynləri oğullarını ya ilahiyyatçı, ya da müəllim olmasını arzulayırdılar. Berinq də onların istəyini yerinə yetirərək Köniqsberq Universitetinin ilahiyyat fakültəsinə daxil olmuşdu. Lakin müəllimlərdən biri ona Berlindəki Hərbi Tibb kollecində təhsil almağı məsləhət gördükdən sonra oraya getmişdir. Bu məktəb hərbi cərrahlar hazırlamaq üçün yaradılmışdı. Müdavimlər təhsil haqqından azad idilər. Lakin məzun olduqdan sonra on il orduda xidmət göstərirdilər. Berinq 1880-ci ildə həkim diplomu almış və süvari alayında cərrah köməkçisi vəzifəsinə göndərilmişdi. O, hərbi xidmətdə olduğu dövrdə Bonn Farmakologiya institutunda da təhsilini davam etdirmiş, 1888-ci ildə isə Berlindəki Gigiyena institutuna işə düzəlmişdir. Hərbçi-həkim ordudan tərxis olunduqdan sonra da bu institutda işləmişdir.
Eugen von Lommel
Oygen Korneli Yozef fon Lommel (19 mart 1837 – 19 iyun 1899 və ya 1899, Münxen) — Alman fiziki. O Lommel çoxhədlisi, Lommel funksiyası, Lommel-veber Funksiyası və Lommel difereniyal tənlilinə görə diqqətəlayiqdir. O həmçinin Nobel mükafatını qazanan Yohannes Ştarkın doktoral məsləhətçisi olmağı ilə də diqqətəlayiqdir. == Həyatı == Lommel Edenkobendə Palatintda Bavyera krallığında doğuldu. O Münhen Lüdviq-Maksimilian Universitetində riyaziyyat və fizika bölümlərində oxudu (1854-cü və 1858-ci illər).1860-cı ildən 1865-ci ilə kimi Şuiz (Schwyz) əyalət məktəbində fizika və kimya müəllimi olaraq işlədi.1865-ci ildən 1867-ci ilə kimi Sürix ortaməktəbində dərs dedi eyni zamanda,İsveçrə Federal Texnologiya İnstitutunda privatdozent idi həmçinin politexnik məktəbində də.1867-ci ildən 1868-ci ilə qədər,Hohenheim universitetinin professoru təyin edildi. Nəhayət 1868-ci ildə Erlangen universitetinin kafedrasında eksperimental fizikaçı təyin edildi.1886-cı ildə Münhen Lüdviq-Maksimilian Universitetinə qayıtdı.1899-cu ildə vəfat etdi. == Lommelin çalışmaları == Studien über die Besselschen Funktionen, (Leipzig 1868) Wind und Wetter, München (1873) Das Wesen des Lichts, Leipzig (1874) Über die Interferenz des gebeugten Lichts, Erlangen (1874–76) Lexikon der Physik und Meteorologie, Leipzig (1882) Die Beugungserscheinungen geradlinig begrenzter Schirme, München (1886) Die Beugungsrescheinungen einer kreisrunden Öffnung, München (1884) Lehrbuch der Experimentalphysik, Leipzig (8. A. 1902) == Xarici keçidlər == Lommel haqqında ədəbiyyat Almaniya Milli Kitabxanasıdan == İstinadlar == Robert Knott: Lommel, Eugen. In: Allgemeine Deutsche Biographie (ADB). Band 52, Duncker & Humblot, Leipzig 1906, S. 62–65.
Ferdinand von Mueller
Ferdinand Müller (alm. Ferdinand von Mueller, Ferdinand Jacob Heinrich Mueller‎, 1825—1896) — XIX əsr alman təbiətşünası, botaniki, coğrafiyaşünası. Avstraliyanın təbiətinin öyrənilməsində müstəsna xidmətləri olub.
Frederik von Parat
İohann Yakob Frederik von Parat (Johann Jacob Friedrich Vilhelm Parrot; 14 oktyabr 1791, Karlsrue – 15 (27) yanvar 1841 və ya 15 yanvar 1841, Tartu, Liflyand quberniyası) — Rusiya İmperiyasının Livoniya bölgəsində ömrünü keçirən alman təbiətşünas və səyyahı. Parrot 1829-cu ildə Xaçatur Abovyanla Ararat dağının zirvəsinə qalxan ilk şəxs olmuşdur. == Həyatı == Parrot 1791-ci ildə Karlsrue şəhərində anadan olmuşdur. Bu gün Estoniyanın ərazisində yerləşən Dorpat Universitetində tibb və təbiət elmləri üzrə təhsil almışdır. 1811-ci ildə Moritz von Engelhardt ilə Krıma və Qafqaza səyahət etdi. Bu səfər zamanı bir barometrdən istifadə edərək Xəzər dənizi ilə Qara dəniz arasındakı dəniz səviyyəsi fərqini ölçdü. Qayıdandan sonra Rusiya ordusunda cərrah oldu. 1816 və 1817-ci illərdə Alp və Pireneyə getdi. 1821-ci ildə Dorpat Universitetində fiziologiya və patologiya sahələrində professor adını almış və 1826-cı ildə fizika sahəsində professor olmuşdur. 1826–1829 illəri arasındakı Fars-Rus və Osmanlı-Rus müharibələri nəticəsində ruslar Qafqazı ələ keçirəndən sonra Ermənistana səyahət etmişdir.
Albert von Le Coq
Albert Avqust von Le Coq (1860–1930)— alman arxeloq və türkoloqu. == Həyatı == Albert Avqust von Le Coq 1860-cı ildə Berlində doğulmuşdu. Din savaşları (1562–1568) sırasında Fransanı tərk etmək məcburiyyətində qalan bir Fransız protestanı (huquqnot) ailəsinə mənsub tacir bir atanın oğludur. Berlindəki Fransız litsryini bitirdikdən sonra Çinlə ticarət edən atasının yanında çalışmağa başladı. 1881-ci ildə Londonda firmalarının təmsilçiliyini etdi; ardından Amerika Birləşmiş Ştatlarına gedərək ticarətlə məşğul olmaqla yanaşı tibb fakültəsində oxudu və təhsilini 1887-ci ildə tamamlayıb üç il sonra Berlinə döndü. Fəqət həkimliyini daima ikinci planda tutdu və bir yandan "Museum für Völkərkunde"də könüllü olaraq çalışırkən, bir yandan da "Seminar für Oriəntalische Sprachenə davam etdi. Almanların 1901-ci ildə Osmanlı dövlətinin Zəncirli höyüyündə (Qaziantəp) apardıqları qazıntılara qatıldı. Burada olduğu dörd ay içində Türkcəsini irəlilətdi və nümunələr topladı. İskəndərun, Beyrut vəSuriyaya keçərək koleksiyasını genişlətdi. Bu səyahətin nəticəsində hazırladığı "Kurdische Texte" başlıqlı kitabı dolayısıyla ona Kiel Universitetindən fəlsəfə doktoru ünvanı verildi.
Con Bon Covi
Con Bon Covi (ing. Jon Bon Jovi; əsl adı John Francis Bongiovi) — ABŞ-dən musiqiçi, bəstəkar, aktyor və qurucusu olduğu öz adını daşıyan rok musiqi qrupu Bon Jovinin solistidir. Bu günə qədər qrupu ilə on bir studiya albomuna imza atan Con Bon Covi solo fəaliyyət göstərərək iki albom da yayımlamışdır. Con Bon Covi 1995-ci ildə "Moonlight and Valentino" filmi ilə kino aktyorluq karyerasına başladı və bu günə qədər on üç kino filmində rol alan musiqiçi Sex and the City və Ally McBeal kimi müxtəlif TV seriallarında qonaq aktyor olaraq yer aldı. The Jon Bon Jovi Soul Foundation vəqfinin qurucusu olan sənətçi bir çox xeyriyyəçilik işləri ilə də məşğuldur. 2005-ci ildə Luizianada qasırğada evlərini itirənlər üçün 28 ev tikdirdi və bu evlərin yerləşdiyi küçəyə Bon Jovi Bulvarı adı verldi. Con Bon Covi, 2000-ci il ABŞ prezident seçkilərində Al Gore, 2004-ci ildə John Kerry və 2008-ci ildə Barak Obamanın namizədlik kampaniyalarında iştirak etdi. Musiqiçi, Arena Futbol Liqası komandalarından Philadelphia Soulun da qurucularındandır. 2012-ci ildə Billboard jurnalı Con Bon Covi'yə musiqi dünyasının ən güclü və ilham verici 100 insanı siyahısında yer verdi. 2010-ci ildə Forbes jurnalı isə musiqiçini 125 milyon dollarlıq qazancla 2010-ci ilin ən çox qazanan ikinci musiqiçisi olaraq təyin etdi.