BGM-71 TOW – ABŞ istehsalı, tank əleyhinə idarəolunan raket kompleksidir. Bu raketlər orduda olan özlərinə nisbətən daha kiçik SS.10 və ENTAC-ları əvəz etmək üçün istehsal olunub. Bu TƏİR həmçinin, gecə döyüşlərində istifadə olunan infra-qırmızı kamera ilə təchiz olunub.
BGM-71 TOW | |
---|---|
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 1970 |
İstifadə edilən döyüşlər |
|
İstehsal tarixçəsi | |
İstehsalçı | Raytheon Company |
Vikianbarda əlaqəli mediafayllar |
1970-ci ildən istehsal olunmağa başlayan bu silah, hal-hazırda dünyada ən çox istifadə olunan tank əleyhinə raketlərdən biri hesab olunur. Silah hal-hazırda Raytheon şirkəti tərəfindən istehsal olunur.
1963-1968-ci illər arasında Hughes Aircraft şirkəti həm qurudan, həm də havadan atıla biləcək XBGM-71A roketi üzərində işləyirdi. 1968-ci ildə tenderi qazanan Hughes şirkəti ilk istehsal olunan raketləri 1970-ci ildə ABŞ ordusuna təhvil verdi. 1972-ci ildə bu raket Şimali Vyetnam ordusunun hücumlarına cavab verən Cənubi Vyetnam ordusuna aid UH-1B helikopterlərinə yükləndi. TOW raketləri zaman keçdikcə daha da inkişaf etdirildi. İlk modernizasiya edilmiş TOW-2 modeli 1983, TOW-2A/B modeli 1987-ci ildən silahlanmaya qəbul olundu. 2001-ci ildən isə yeni nəsil raket üzərində çalışmalara başlandı.
Bu raketlərdən ilk dəfə 1972-ci ildə Vyetnam müharibəsində istifadə olunmuşdur. 2 may 1972-ci ildə ABŞ tərəfindən dəstəklənən Cənubi Vyetnam ordusuna aid UH-1 helikopterlərinə quraşdırılmış TOW-lardan açılan atəş nəticəsində Şimali Vyetnam ordusuna aid bir neçə tank An Lok şəhəri yaxınlığında məhv edilmişdir. May ayının sonunda bu raketlərdən istifadə nəticəsində Şimali Vyetnam ordusuna aid 24 ədəd PT-76 yüngül tankları və T-54 əsas döyüş tankları məhv edilmişdir.
İsrail ordusu tərəfindən bu müharibədə aktiv istifadə olunmuşdur. 11 iyulda TOW raketləri ilə silahlanmış İsrail ordusuna aid tank əleyhinə qruplar Suriya ordusuna aid Sovet istehsalı 11 ədəd T-72 tankını məhv etmişdir. Bu çox güman ki, ABŞ istehsalı tank əleyhinə silah ilə Sovet istehsalı tankların döyüş meydanında ilk qarşılaşması idi.
1980-ci illərdə baş verən müharibə zamanı bu raketlər İran ordusu tərəfindən istifadə olunmuşdur.
İran ABŞ-dən 202 ədəd AH-1J helikopteri almışdır ki, bunun da 62 ədədi TOW raketləri ilə silahlanmışdır. İran ordusuna aid AH-1 və İraq ordusuna aid Mil Mi-24 helikopterləri arasında baş verən hava döyüşləri zamanı, İran HHQ-nə məxsus AH-1 helikopterləri TOW raketlərindən istifadə edərək bir neçə Mi-24 vurmuşdur.
“Səhrada tufan” əməliyyatı zamanı ilk dəfə Böyük Britaniya ordusu tərəfindən istifadə edilmiş və İraq ordusuna aid bir neçə zirehli maşını məhv etmişdir.
Moqadişu əməliyyatı zamanı, terrorçuların iclas keçirdiyi binaya ABŞ ordusuna məxsus AH-1 Kobra helikopterlərinə quraşdırılmış 16 ədəd raketdən atəş açılıb, nəticədə həmin binanın yaxınlığında yaşayan 54 nəfər mülki şəxs (Qırmızı xaç açıqlamasına əsasən) həlak olmuşdur.
22 iyul 2003-cü ildə ABŞ ordusuna aid maşınların üzərinə qurulmuş TOW raketlərindən istifadə nəticəsində Udey və Qusey Hüseyn qardaşları öldürülmüşdür.
2015-ci ilin oktyabrında Səudiyyə Ərəbistanı Azad Suriya Ordusuna 500 ədəd TOW göndərmişdir. 2014-cü ildən etibarən istifadə olunmasına dair məlumatlar var.