Dyörd von Bekeşi-(mac. Békésy György, 3 iyun 1899[1][2][…], Budapeşt[3] – 13 iyun 1972[3][1][…], Honolulu[3]) macar əsilli ABŞ fiziki. "Qulaq ilbizinin stimullaşdırılmasında fiziki mexanizmin kəşflərinə görə" fiziologiya və tibb üzrə Nobel mükafatı laureatıdır.
Dyörd von Bekeşi | |
---|---|
mac. Békésy György | |
Doğum tarixi | 3 iyun 1899[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 13 iyun 1972[3][1][…] (73 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | Biofizika |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Dyörd von Bekeşi 3 iyun 1889-cu ildə Budapeşt şəhərində anadan olmuşdur. Atası dövlət xadimi olan Bekeşi ailənin 3 övladından ilki idi. Orta təhsilinin Bedapeştdə tamamladıqdan sonra atasının vəzifəsi ilə bağlı Bern şəhərinə göçmüş burada Bern Univeristetində kimya fakültəsini bitirmişdir. Daha sonra 1923-cü ildə Budapeştə qayıdan Bekeşi fizika sahəsində doktorluq dissertasiyasını müdafiə etmişdir.
Bekeşi eyni il "Macar Telefon İdarəsi"ndə tədqiqat laborantı vəzifəsində çalışmağa başlayır. Işi ilə bağlı Berlinə göndərilən Bekeşi 1926-1927-ci illərdə “Siemens und Halske” şirkətinin labarotoriyasında işləyir. 1939-cu ildə isə Budapeşt Universitetinin eksperimental fizika fakültəsinin professoru olur. Lakin tezliklə universitetdəki işindən istefa verərək Stokholma köçür və burada Karolinska İnstutunda işləməyə başlayır. 1 il burda yaşadıqdan sonra Bekeşi 1947-ci ildə ABŞ vətəndaşlığı alır. Buna baxmayaraq, instutudakı işini davam etdirir. ABŞ-də yaşamağa başladığı ilk illərdə Harvard Universitetində psiko-akustika labarotoriyasında tədqiqatçı, 1949-cu ildə iə baş tədqiqatçı olur. 1956-cı ildə Amerika Beynəlxalq Elmlər Akademiyasının üzvlərindən olan Bekeşi 1961-ci ildə fiziologiya və tibb sahəsi üzrə Nobel mükafatına layiq görülür.