Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Miyana
Miyanə (yerli əhali arasında Miyana olaraq da adlanır) (fars. میانه‎) — İranın Şərqi Azərbaycan ostanında şəhər, Miyanə şəhristanının inzibati mərkəzi. Tehrandan 439 km şimal-qərbdə, Təbrizdən isə 187 km cənub-şərqdə yerləşir. Əhalisi 200 min nəfərə yaxındır. Təbriz və Marağadan sonra Şərqi Azərbaycan ostanının üçüncü iri şəhəridir. 1828-ci ilin məşhur Türkmənçay müqaviləsinin imzalanma yeri olan Türkmənçay kəndi də məhz indiki Miyanə şəhristanının tərkibində, Miyanə şəhəri yaxınlığında yerləşir. == Etimologiyası == Bölgənin adı çox güman ki farsca "orta, mərkəz" mənalarını daşıyan "miyan" sözüylə bağlıdır; belə halda "Miyanə" adını "mərkəzdə yerləşən şəhər / mərkəzi şəhər" kimi açıqlamaq olar. Azərbaycanlı publisist-politoloq Reyhan Mirzəzadənin fikrincə, şəhər öz adını üç dağın — Büzgüm, Qaflantı və Üçtəpə dağlarının arasında yerləşdiyinə görə, rusiyalı tarixçi Vasili Bartoldun fikrincə erkən orta əsrlərdə bölgədəki iki ən böyük şəhərin — Ərdəbil və Marağanın arasında, hər iki şəhərdən təxminən eyni məsafədə (təxminən 20 fərsəx) aralı yerləşdiyinə görə, orta əsrlər tarixçisi Yaqut əl-Həməviyə görə isə Marağa və Təbriz arasında yerləşdiyinə görə və onlarla birlikdə bir üçbucaq təşkil etdiyinə görə almışdır. == Tarixi == Miyanə Azərbaycanın ən əski şəhərlərindən biridir. Əsası kənd kimi qoyulan bu şəhər tarixi Gərmərud (digər adı Gərməri) mahalının mərkəzi olub, vaxtilə Sərab xanlığının parçası olub.
Bilyana Paviçeviç
Bilyana Paviçeviç (12 may 1988, Podqoritsa) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Bilyana Paviçeviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Bilyana adası
Bilyana adası (bolq. остров Биляна, ‘Ostrov Bilyana’ \'os-trov bi-'lya-na\) — Antarktidanın Cənubi Şetland adalarında yerləşən, İngilis boğazının qərb tərəfində yerləşən Aitço adaları arxipelaqına daxil olan buzlaqsız adadır. Adanın uzunluğu 450 m, eni 990 m, səthinin sahəsi isə 10 hektardır. Ada 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf edilmişdir. Bilyana adası Bolqarıstanın musiki folkloruna aid olan Bilyananın adını daşıyır. == Yerləşməsi == Ada 62°23′05″ c. e. 59°45′47″ q. u. koordinatlarında yerləşmişdir.
Miyana Şəhristanı
Miyanə şəhristanı (fars. شهرستان میانه‎) — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Miyanə şəhəridir. Həmçinin şəhristanının tərkibində Ağkənd, Tərk, və Türkmənçay şəhərləri də yerləşir. == Etimologiyası == Bölgənin adı çox güman ki farsca "orta, mərkəz" mənalarını daşıyan "miyan" sözüylə bağlıdır; belə halda "Miyanə" adını "mərkəzdə yerləşən şəhər / mərkəzi şəhər" kimi açıqlamaq olar.
Siyana Vasileva
Siyana Vasileva (3 mart 1996, Bolqarıstan) — Bolqarıstan mənşəli Azərbaycanın bədii gimnastı. == Həyatı == Siyana Vasilevanın anası bədii gimnastika üzrə məşqçidir, eyni zamanda atası da idmançıdır. Siyana Vasileva bolqar dili, rus və ingilis dillərini bilir. Siyana, həmçinin psixologiya elmi ilə maraqlanır. == Karyerası == Gimnastikaya ilk addımlarını 2005-ci ildə atan Siyana 2011-ci ildən milli komandaya çağırılıb. Ənənəvi "Baltik Halqası" turnirində çıxış edən Siyana ilk qızıl medalını da Latviyadan gətirib. İlk ciddi qələbəsini də 2011-ci ildə Minskdə keçirilən Avropa Çempionatında gənclərdən ibarət komandanın tərkibində 1-ci yeri tutmaqla qazanıb. 2014-cü ildə Bakıda keçirilən Avropa Çempionatında Diana Doman, Aliyə Paşayeva, Aleksandra Platonova, Aynur Mustafayeva və Səbinə Abbasova ilə birlikdə 3 top və 2 lentlə qrup tapşırıqlarında gümüş medal qazanıb. Gimnastlarımız Müslüm Maqomayevin "Mavi əbədilik" mahnısının sədaları altında çıxış ediblər. Hakimlər azərbaycanlı gimnastların çıxışını 17.650 balla qiymətləndiriblər.
Tiyana Boqiçeviç
Tiyana Boqiçeviç (serb. Tijana Bogićević, Тијана Богићевић; 1 noyabr 1981, Novi Sad[d]) — Serbiya müğənnisi. O, Serbiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Tiyana Boqiçeviç 2013-cü ildə "Čudo" sinqlının təqdimatından sonra Serbiyada şöhrət qazanmışdır. Növbəti ildə o Aleksa Yelits ilə duet şəklində ifa etdiyi "Još jednom" mahnısını dinləyicilərə təqdim etmişdir. Tiyana hal-hazırda ABŞ-də yaşayır. O 2015-ci ildə Queen of Hearts qrupunun vokalisti Mark Roberston ilə ailə həyatı qurub. Serbiyanın RTS telekanalı 2017-ci ilin fevral ayında Tiyana Boqiçeviçin Serbiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır.. Bundan öncə Tiyana 2011 Avroviziya Mahnı Müsabiqəsində Serbiya təmsilçisi Ninanı dəstək vokalçı olaraq səhnədə müşayiət etmişdir. Həmin il Serbiya müsabiqənin final mərhələsində 14-cü yeri qazanmışdır.
Tiyana Dapçeviç
Tiyana Dapçeviç (mak. Тијана Дапчевиќ; d. 3 fevral 1976, Skopye, Makedoniya, Yuqoslaviya Sosialist Federativ Respublikası) — Makedoniya müğənnisi. == Həyatı == Tiyana Todevska 3 fevral 1976-cı ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Makedoniyanın Skopye şəhərində dünyaya göz açmışdır. Tiyananın atası Velko Todevski musiqi müəllimi, Bosniya və Herseqovinada anadan olan Serb əsilli anası Branka Todevska isə opera ifaçısıdır. Onun bacısı Tamara Todevska Makedoniyanı 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Tiyana makedon, serb, ingilis və italyan dillərində səlis danışa bilir. == Musiqi karyerası == Tiyananın hit mahnılarından biri olan "Sve je isto, samo njega nema" keçmiş Yuqoslaviya prezidenti İosip Broz Titoya həsr olunmuşdur. Mahnı serb, boşnak, xorvat, sloven, monteneqro və makedon dillərində səsləndirilmişdir. O, 2002-cü ildə Herseq Novidə keçirilən Sunçane Skale musiqi festivalında "Negativ" adlı mahnı ilə qələbə qazanmışdır.
Vanq Xinyan
Vanq Xinyan (d. 26 aprel 1991) — Çini təmsil edən su poloçusu. == Karyerası == Vanq Xinyan, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.