Tiyana Boqiçeviç (serb. Tijana Bogićević, Тијана Богићевић; 1 noyabr 1981[1], Novi Sad[d]) — Serbiya müğənnisi. O, Serbiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Tiyana Boqiçeviç | |
---|---|
serb. Tijana Bogićević, Тијана Богићевић | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Tiyana Boqiçeviç serb. Tijana Bogićević, Тијана Богићевић |
Doğum tarixi | 1 noyabr 1981[1] (43 yaş) |
Doğum yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2001–h.h. |
Janr | |
Musiqi aləti | vokal |
tijanabogicevic.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tiyana Boqiçeviç 2013-cü ildə "Čudo" sinqlının təqdimatından sonra Serbiyada şöhrət qazanmışdır. Növbəti ildə o Aleksa Yelits ilə duet şəklində ifa etdiyi "Još jednom" mahnısını dinləyicilərə təqdim etmişdir. Tiyana hal-hazırda ABŞ-də yaşayır. O 2015-ci ildə Queen of Hearts qrupunun vokalisti Mark Roberston ilə ailə həyatı qurub.
Serbiyanın RTS telekanalı 2017-ci ilin fevral ayında Tiyana Boqiçeviçin Serbiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır.[2]. Bundan öncə Tiyana 2011 Avroviziya Mahnı Müsabiqəsində Serbiya təmsilçisi Ninanı dəstək vokalçı olaraq səhnədə müşayiət etmişdir. Həmin il Serbiya müsabiqənin final mərhələsində 14-cü yeri qazanmışdır.
Tiyananın Avroviziya səhnəsində ifa edəcəyi mahnı olan "In Too Deep" 2017-ci ilin mart ayında dinləyicilərə təqdim edilmişdir. Uzun məşqlərdən sonra müğənni 11 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinalda birinci səhnə almışdır. Nəticədə Tiyana 18 ölkə təmsilçisinin mübarizə apardığı yarımfinalda 98 xalla 11-ci yeri tutaraq, finala adlaya bilməmişdir.
Mahnı adı | İl |
---|---|
"Pazi šta radiš" | 2009 |
"Tražim" | 2010 |
"Kada nisi tu" | 2012 |
"Čudo" | 2013 |
"Palim se na tebe" (Flamingosi ilə) | |
"Tijanina" | 2014 |
"Stradam" | |
"Sam od sutra" | |
"Još jednom" (Aleksa Yelits ilə duet) | |
"Nekako nikako" | 2015 |
"In Too Deep" | 2017 |
"Ti imaš pravo" |
Əvvəlki: Sanya Vuçiç "Goodbye (Shelter)" |
Serbiya Avroviziya Mahnı Müsabiqəsində 2017 |
Sonrakı: Sanya İliç və Balkanika "Nova deca" |