Tiyana Dapçeviç (mak. Тијана Дапчевиќ; d. 3 fevral 1976, Skopye, Makedoniya, Yuqoslaviya Sosialist Federativ Respublikası) — Makedoniya müğənnisi.
Tiyana Dapçeviç | |
---|---|
mak. Тијана Дапчевиќ | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Tiyana Todevska mak. Тијана Тодевска |
Doğum tarixi | |
Doğum yeri | Skopye, Makedoniya, Yuqoslaviya Sosialist Federativ Respublikası |
Vətəndaşlığı | Şimali Makedoniya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1999–h.h. |
Janr | pop |
Musiqi alətləri | violonçel |
Əlaqəsi | Tamara Todevska |
Vikianbarda əlaqəli mediafayllar |
Tiyana Todevska 3 fevral 1976-cı ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Makedoniyanın Skopye şəhərində dünyaya göz açmışdır. Tiyananın atası Velko Todevski musiqi müəllimi, Bosniya və Herseqovinada anadan olan Serb əsilli anası Branka Todevska isə opera ifaçısıdır. Onun bacısı Tamara Todevska Makedoniyanı 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Tiyana makedon, serb, ingilis və italyan dillərində səlis danışa bilir.
Tiyananın hit mahnılarından biri olan "Sve je isto, samo njega nema" keçmiş Yuqoslaviya prezidenti İosip Broz Titoya həsr olunmuşdur. Mahnı serb, boşnak, xorvat, sloven, monteneqro və makedon dillərində səsləndirilmişdir.
O, 2002-cü ildə Herseq Novidə keçirilən Sunçane Skale musiqi festivalında "Negativ" adlı mahnı ilə qələbə qazanmışdır.
Tiyana Dapçeviç To The Sky mahnısı ilə Makedoniyanı 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.[1]
Müğənni haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |