Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ümüd Xəncəlov
Ümüd Radif oğlu Xəncəlov (10 aprel 1994; Hil, Qusar rayonu, Azərbaycan — 6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ümüd Xəncəlov 1994-cü il aprelin 10-da Qusar rayonunun Hil kəndində anadan olub. Milliyyətcə ləzgi idi. Ümüd Xəncəlovun ailədə üç bacısı və bir qardaşı olub. Ümüd Xəncəlov ailənin son beşiyi idi. 2001–2012-ci illərdə K. Kərimov adına Hil kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Ulyana adında bir qızı və Ömər adında bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Ümüd Xəncəlov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. O, 2020-ci ilin Tovuz döyüşləri zamanı şəhid olan Polad Həşimovun əsgəri idi.
Xəncər
Xəncər — əlbəyaxa və ya yaxın məsafədə döyüşdə istifadə edilən soyuq silah. Bir və ya ikiağızlı qısa tiyədən (şiş uclu) və dəstəkdən ibarət olur. İkiağızlı xəncər tiyələrinin uzunu boyu mərkəzdən keçən kiçik novu olur. Ən qədim nümunələri heyvan buynuzu, çaxmaqdaşıdan sonralar isə mis, tunc, dəmir və poladdan düzəldilmişdir. Əyri tiyəli xəncərlərdən daha çox yunanlar və iranlılar istifadə etmişdilər. Qədim Ön Asiya və skif tipli xəncərlər geniş yayılmışdı. Qafqaz Albaniyasında dəstəklə tiyə arasında xüsusi ayrın olan xəncər mövcud idi. Orta əsrlərdə polad tiyəli və üzəri nəfis bəzənmiş xəncərlərdən geniş istifadə edilmişdir. İkinci Dünya müharibəsində tüfənglərin ucuna, şişuclu xüsusi xəncər növü olan süngü keçirilirdi. Qında gəzdirilir.
Xəngəl
Xəngəl və ya Xingal (azərb. xingal, xəngəl‎, gürc. ხინკალი, türk. hıngel) — xəmir xörəklərinə aid edilən, ətlə, yağda qovrulmuş soğanla, sarımsaqlı qatıqla və ya ələxsusda Azərbaycanın qərbində qurut ilə yeyilən xörək. == Növləri == Xəngəlin növləri hazırlanma qaydasına görə bir-birindən fərqlənir: ətli xəngəl, süzmə xəngəl, sulu xəngəl daha geniş yayılmışdır. Bölgələrə görə də xəngəlın növləri fərqlidir: Bakı xəngəlı (yarpaq xəngəlı), Qazax xəngəlı, Gürcü xəngəlı (xinkali) və s. Fərqli olsalar da, bütün növ xəngəllərın xəmiri eyni cur hazırlanır – ələnmiş una su və duz qatılıb xəmir yoğrulur. Sonra xəmir 1 mm qalınlığında yayılır və kiçik ölçüdə dairə və ya paxlava şəklində kəsilir. Gürcü xəngəlı hazırlanarkən xəmirin içərisinə lazım olan məlzəmələr qoyulduqdan sonra şəkərbura formasında bükülür. Hər xəngəlın ölçüsü təxminən 5–10 sm olur.
Sehrli Xəncər
Sehrli Xəncər (ing. Kris Sakti) Malayziya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadrodur. 2011-ci ildə yaradılmışdır. Uçuşlar üçün 4 ədəd Extra EA-300 təyyarəsi istifadə olunur.
Xəncər (Meşkinşəhr)
Xəncər (fars. خنجر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 347 nəfər yaşayır (85 ailə).
Xəncər (Tipoqrafik)
Tipoqrafik xəncər – † simvolu. "Mətbəə xaçı", "obelisk", "ölü işarə" də adlandırırlar. Bəzən haşiyəni (səhifənin aşağısında xətt altında yazılan mətni, qeydi, izahatı) göstərmək üçün istifadə olunur. Azərbaycan mətbəəçiliyində, praktik olaraq, işlədilmir, "qoşa xaç"dan isə, ümumiyyətlə, istifadə olunmur. Bəzi nəşrlərdə onunla ölüm tarixini göstərirlər, doğum tarixi isə ulduz (*) işarəsi ilə qeyd olunur. Avropa mətbəəçiliyində "xəncər"dən əsasən ikinci haşiyə işarəsi (* ulduzdan sonra), "qoşa xaç"dan isə üçüncü haşiyə işarəsi (* ulduz və † xəncərdən sonra) kimi istifadə olunur. Linqvistikada və bəzən etnoqrafiyada ölmüş dilləri və yox olmuş xalqları göstərmək üçün bu işarədən istifadə olunur. Mötərizədə xəncər (†) isə, demək olar ki, ölmüş dilləri və ya yox olmuş xalqları göstərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Xəncər (dəqiqləşdirmə)
Xəncər ‎
Xəncər (işarə)
Tipoqrafik xəncər – † simvolu. "Mətbəə xaçı", "obelisk", "ölü işarə" də adlandırırlar. Bəzən haşiyəni (səhifənin aşağısında xətt altında yazılan mətni, qeydi, izahatı) göstərmək üçün istifadə olunur. Azərbaycan mətbəəçiliyində, praktik olaraq, işlədilmir, "qoşa xaç"dan isə, ümumiyyətlə, istifadə olunmur. Bəzi nəşrlərdə onunla ölüm tarixini göstərirlər, doğum tarixi isə ulduz (*) işarəsi ilə qeyd olunur. Avropa mətbəəçiliyində "xəncər"dən əsasən ikinci haşiyə işarəsi (* ulduzdan sonra), "qoşa xaç"dan isə üçüncü haşiyə işarəsi (* ulduz və † xəncərdən sonra) kimi istifadə olunur. Linqvistikada və bəzən etnoqrafiyada ölmüş dilləri və yox olmuş xalqları göstərmək üçün bu işarədən istifadə olunur. Mötərizədə xəncər (†) isə, demək olar ki, ölmüş dilləri və ya yox olmuş xalqları göstərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kondok-i Xəncər
Kondok-i Xəncər (fars. کندک خنجر‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 13 ailədə 31 nəfəri kişilər və 34 nəfəri qadınlar olmaqla cəmi 65 nəfərdir. Kəndin əhalisini ərəblər təşkil edir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Encel Kolbi
Encel Kolbi (30 avqust 1980, London) — ingilis aktrisa. O, BBC-nin "Merlin" fantastik serialında Gwen (Ginevere) obrazını canlandırması ilə tanınıb.
Cəngəl
Cəngəl— İranın Rəzəvi Xorasan ostanının Roştxar şəhristanının Cəngəl bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,232 nəfər və 1,384 ailədən ibarət idi.Cəngəl, fars dilində meşə anlamındadır.
Gəncəli
Gəncəli — Azərbaycanda çox işlədilən təxəllüs və kişi adı. Gəncəli Sabahi — XX əsr Azərbaycan yazıçısı. Gəncəli Gənciyev — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (1994-1995) Kəndlər Gəncəli (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Gəncəli (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Muğan Gəncəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Məncil
Məncil — İranın Gilan ostanında yerləşən şəhər. Məncil şəhəri İranda öz külək turbinləri ilə məşhurdur. Bu şəhər tarixən Tarım vilayətinə daxil olaraq bir zamanlar bu bölgənin mərkəzi olubdur. Sonrakı dönəmlərdə qədim türk torpağı olan tarixi Tarım vilayəti bölünərək; Məncil şəhəri isə Gilan ostanına daxil edilibdir. == Coğrafiya == Məncil Tehrandan 210 kilometr şimal-qərbdə, dəniz səviyyəsindən 314 metr yüksəklikdə və Ammarlı dağının qərbi ətəyində yerləşir.Ortalama illik yağıntı miqdarı burada 477 milimetr dir. Məncil Qızılüzən çayının şərq sahilindəki dağlıq ərazidədir. Burası çox küləkli bir bölgə olaraq, son illərdə Məncildə bölgənin küləklərindən elektrik enerjisi istehsal etmək üçün bir neçə külək stansiyası quraşdırılmışdır.Məncil küləyi bu şəhərin şöhrət amillərindən biridir ki, yazda və yayda tez-tez daha çox, payızda və qışda daha az kəskinləşir. Bu külək çoxdan yerlilər arasında Məncilin Yeddi Küləkləri olaraq bilinir və elə güclüdür ki, burada bol əkilən zeytun ağaclarını tez-tez bir yana əyir.Məncilə gəldikdə, şübhəsiz ki, hamımız yel və onun külək turbinlərini xatırlayırıq. Bu turbinlər yalnız təmiz enerji istehsalının ən böyük qaynaqlarından biri deyil, eləcə də bu şəhərə xüsusi bir şöhrət və gözəllik verir. Bu turbinlərin və Sefidrud suanbarının mövcüdluğu səbəbindən bu şəhər bölgənin alış-veriş mərkəzi kimi tanınır.
Pəncər
Pəncər (lat. Amaranthus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Yunan dilində tərcüməsi "solmayan gül" deməkdir. Dekorativ gülçülükdə 4 növündən istifadə olunur. Onlardan biri dekorativ yarpaqlı bitkilərə, qalanları isə dekorativ-gül bitkilərinə aiddir. Azərbaycanda 9 növü yayılmışdır ki, onlardan 2 növü (Amaranthus cruentus və Amaranthus hypochondriacus) gülçülükdə istifadə olunur. Pəncərin toxumları may ayında torpağa əkilir. Enli, şaxələnmiş bitki yetişdirmək üçün pəncərin köklərini torpaqda bıçaqla əyri kəsmək lazımdır. Pəncər kolunun gözəl olması üçün iyun ayında bitkinin təpə tumurcuğu qopardılır. Dərilmiş pəncər otaq şəraitində güldanda yaxşı görünür.
Səndəl
Səndəl (lat. Santalum) — səndəlçiçəklilər sırasının səndəlkimilər fəsiləsinə aid bitki cinsi. == Təsnifatı == 20-yə yaxın növü var. Ən tanınmış növü ağ səndəldir.
Xəndək
Xəndək — uzununa qazılmış dərin çuxur. İnşaatda və mədən işlərində boru kəməri, kabel xətti və s. basdırmaq, habelə su arxları və səngər üçün xəndəkdən istifadə olunur. Xəndək müasir dövrdə xəndəkqazan maşınla qazılır.
Xənşəla
Xənşəla (ərəb. خنشلة‎) — Əlcəzairdə şəhər, eyniadlı vilayətin və eyniadlı dairənin inzibati mərkəzi. 2005-ci ilin məlumatlarına görə, əhalisi 110 min nəfərdir. == Coğrafiya == Şəhər Əlcəzairin şimal-şərqində, Ores dağlarında, dəniz səviyyəsindən 1200 m yüksəklikdə yerləşir. Əyn-Bəyda 50 km şimalda, Batna 100 km qərbdə və Tebessa 120 km şərqdədir. Şərqdən 150 km-dən az məsafədə Əlcəzairin Tunislə sərhədi var.
Gəncə
Gəncə () — Azərbaycan Respublikasının əhalisinin sayına görə ikinci, sənaye məhsulları istehsalına görə Bakı və Sumqayıtdan sonra üçüncü şəhəridir. Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzənliyində, Gəncəçayın hər iki sahilində yerləşir. == Tarixi == === Etimologiya === Müasir ərəb tarixşünasları "Gəncə" adının ərəb dilindəki farsca kökənli xəzinə anlamlı "kənz" sözündən gəldiyini irəli sürürlər. Ərəb coğrafiyaşünası İbn Havqəl 977-ci ildə "Gəncə gözəl, varlı və qələbəlik şəhəridir. Buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirlər" yazmışdır. Fərrux Əhmədov Gəncə şəhərinin adının türk mənşəli olduğunu irəli sürür və ilkin forması hesab etdiyi "Qança" sözünün ilk komponenti "qan", "kan", "kaan", "xan" sözlərini türk dillərində hakim, sərkərdə, başçı, ikinci hissəsi olan –ca şəkilçisini isə məkan, yer, yurd kimi izah edir. Beləliklə, "Gəncə", "Qanca", "Kancə" sözləri "xan yeri", "xan məkanı","xan yurdu", "xanın, xaqanın oturduğu yer" anlamını verir. Müəllif bildirir ki, XX əsrin əvvəlinə kimi "Qanja" və "Xan yurt" adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı". Müasir İran tarixşünasları "Gəncə" adının fars dilindəki "gənc" (azərb. xəzinə‎) sözündən törədiyini iddia edir.
Xəzəl
Xəzəl — yerə tökülən köhnə yarpaqlar xəzəl adlanır. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” (Dərs vəsaiti). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, s. 379 – 424.
Əncər
Əncər (ərəb. عنجر‎ ‘Anjar, erm. Անճար) — Livanda, Biqa vadisində yerləşən şəhər. Əhalisi 2400 nəfərdir və demək olar ki, tamamilə ermənilərdən ibarətdir. Ümumi sahəsi iyirmi kvadrat kilometrə (7.7 kvadrat mil) bərabərdir. Yayda erməni diasporunun üzvləri şəhərə ziyarət üçün qayıtdıqdan sonra əhali 3500 nəfərə çatır. Şəhər, qədim dünyada Çalkis kimi tanınırdı. == Tarix == Ümumilikdə şəhərin, 8-ci əsrin əvvəllərində Əməvi xəlifəsi I Valid tərəfindən saray-şəhər olaraq salındığı qəbul edilir. Lakin, tarixçi Yere Bakarak, bizans-yunan salnaməçisi Feofan İspovednikə istinadən Əncərin, e.ə 714-cü ildə Validin oğlu əl-Abbas tərəfindən salındığını iddia edir. Əncər sonrakı illərdə tərk edildi və 1939-cu ildə şəhərə bir neçə min erməni qaçqını köçürüldü.
Afaq Gəncəli
Afaq Aqil qızı Gəncəli (7 sentyabr 1977, Bakı) — Azərbaycanlı televiziya aparıcısı və sənətçi. == Həyatı == Afaq Aqil qızı Gəncəli 1977-ci il 7 sentyabr Bakı şəhərində anadan olub. İki qardaşı var. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissor və aktyor" fakültəsində təhsilini alıb. == Fəaliyyəti == Şair, dramaturq Novruz Gəncəlinin nəvəsi olan Afaq Gəncəli 1998-ci ildən televiziyada çalışır. Hazırda Xəzər TV kanalında yayımlanan "Səhər mərkəzi " və "Şourum" verlişinin aparıcısıdır .
Gürcü xəngəli
Gürcü xəngəli — Xinkali kimi də tələffüz olunan, Gürcüstanın xəmir xörəyi, Mtiuleti və Kevsureti dağlıq bölgələrindən yayğın olan bir Gürcü yeməyidir. Gürcü xəngəlinın bir çox növləri Qafqazın müxtəlif hissələrində yayılmışdır. Gürcü xəngəlinın doldurulma tərzləri bölgəyə görə dəyişir. Xevsuruli (Khevsuruli) adlı orijinal resept yalnız qıyma ətdən, soğan, acı bibər, duz və adi cirədən ibarətdir. Əsasən Gürcü şəhərlərində istifadə olunan Kalakuri adlanan növündə isə göyərtilədən istifadə edilir. Müsəlmanların yayıldığı əksər Qafqaz bölgələrində mal-qara və quzu ətlərindən istifadə daha çoxdur. Ətin əvəzinə göbələk, kartof və ya pendir də istifadə edilə bilər. Gürcü xəngəli sadə və ya acı qırmızı bibər ilə də yeyilir. Gürcü xəngəli ət doldurulmasından bişirilir, bişirildikdə ətin şirəsi xəmirin içində saxlanılır. Xəmirin partlamasının qarşısını almaq üçün ətin şirələri çox vacibdir.
Gəncəli (Salyan)
Gəncəli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Çuxanlı inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir. Oykonim Gəncə (Şəhər adı) və mənsubluq bildirən –li komponentlərindən düzəlib, "Gəncədən olanlar" mənasındadır. Yaşayış məntəqələrini Gəncə Şəhərindən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. Rəvayətə görə bu kənd keçmiş zamanlarda çox böyük olmuş, daha sonra Kür çayının gəlməsi ilə kənd iki yerə bölünmüşdür. Bir hissəsi Kürün sağ sahilində, digər hissəsi isə sol sahilində qalmışdır. Belə olduğuna görədə bir hissə Sabirabad rayonuna, digər hissə isə Salyan rayonuna daxildir. Bəhs etdiyimiz Gəncəli kəndinin yaxınlığında Piratman adlanan kiçik bir ərazi var. Bu ərazi əvvəllər daha kiçik olmuş, sonradan isə nisbətən böyümüşdür.
Gəncəli (Xaçmaz)
Gəncəli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Gəncəli Gənciyev
Gənciyev Gəncəli Əziz oğlu (19 fevral 1942, Astara – 27 iyul 2022) – professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (1994–1995-ci illər)[mənbə göstərin] == Həyatı == Gənciyev Gəncəli Əziz oğlu 19 mart 1942-ci ildə Astara şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. 1994-cü ilədək Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda şöbə müdiri işləmişdir. Çoxlu sayda doktorant və dissertantların elmi rəhbəri olmuş, 10-dan çox monoqrafiya, dərslik, dərs vəsaiti və proqramın müəllifidir. 1994–1995-ci illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik etmişdir. Gəncəli Əziz oğlu Gənciyev 1942-ci il matın 19-da anadan olub. 1965-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsini bitirib. 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasının əyani şöbəsinə daxil olub. 1971-ci ildə akademik Əhməd Əkbər oğlu Mahmudovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ildə EA-nın İqtisadiyyat İnstitutunda baş elmi işçi vəzifəsinə seçilib.
Gəncəli Qanbayev
Gəncəli Sabahi
Gəncəli Yunis oğlu Sabahi (1906-1990) — XX əsr Azərbaycan yazıçısı. == Həyatı == Gəncəli Sabahi 1906-cı ildə Cənubi Azərbaycanın Mərənd bölgəsinin Miyab kəndində anadan olmuşdu. 7 yaşında ikən anası ilə Şimali Azərbaycana atasının yanəna gəlmişdi.İbtidai məktəbi Şəmkirdə, orta məktəbi isə Gəncədə bitirmişdi. 1932-ci ildə BDU-nun filologiya fakültəsini tamamıamışdı. Gəncəli Sabahi 1946-cı ildə Cənubi Azərbaycana dönərək yeni təsis edilmiş universitetdə dəs demişdi. Milli hökumət devrildikdən sonra "mühacir" adı ilə Bəndərabada, ordan da Loristana sürgün edilmişdi. İki il sürgündə yaşamışdı. Sürgündən azad edildikdən sonra Təbrizə ailəsinin yanına qayıtmışdı. Hökuməti-nizami tərəfindən Tehrana köçürülmüşdü. Bu şəhərdə ədəbi fəaliyyətinə davam etmişdi.
Pencər
Pənceh
Pənceh – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Pənceh kəndi «„Xili-Pənceh kənd sovetliyinə“» daxildir. == Əhali == Milli tərkibi: Azərbaycanlılar. Mono etnik kənddir. Dini baxımdan islam dininin şiə məzhəbində etiqad edirlər. 2010-cu ildə əhalisi 314 nəfər təşkil etmişdir.
Şencen
Şencen (çin. 深圳市, ing. Shenzhen) və ya Sham Chun Çin Xalq Respublikasının Quandun əyalətinin əsas şəhəridir. Şəhər Honq Konq xüsusi inzibati bölgəsindən şimalda yerləşir və əyalət altı şəhər inzibati statusuna sahibdir. Şencen yaşayış məntəqəsinə 1979-cu ildə şəhər statusu verilmişdir. 1980-ci ildə isə burada Çinin ilk xüsusi iqtisadi zonası yaradılmışdır. 2010-cu ildə şəhər əhalisinin siyahıya alınması nəticələrinə əsasən əhalinin sayının on milyon nəfəri keçdiyi müəyyənləşmişdir. Şencen 1990-cı və 2000-ci illərdə dünyanın ən sürətlə böyüməkdə olan şəhərlərindən biri hesab olunurdu. Şəhərin hazırkı inkişafının əsas mənbəyi 1979-cu ilin sonlarında xüsusi iqtisadi zonanın yaradılması və xarici investisiyanın artması hesab olunur. Şencen Çinin cənubunda əsas maliyyə mərkəzi hesab olunur.
Penuel
Penuel (həmçinin Peniel, Fənuil və ya Fəniil; ivr. ‏פְּנוּאֵל‏‎ Pənūʾēl) — Yəhudi Bibliyasında təsvir olunan yer. Sukkotdan çox uzaqda yox, İordan çayının şərqində və indiki İordaniyada Yəbbuq çayının cənubunda yerləşir. Penuel Yaradılış kitabında Yaqubun mələklə güləşdiyi yer kimi qeyd olunur. Bu, Birinci Padşahlar kitabında möhkəmləndirdiyi Şimal İsrail çarlığının ilk padşahı Yarovamın paytaxtı kimi xatırlanır. == Müəyyənləşdirilməsi == 1970-ci ilə qədər Bibliya alimləri Penueli indiki İordaniyada Təlül əz-Zəhəb əkiz zirvələri ilə eyniləşdirdilər. Yaradılış kitabında verilən hesaba əsaslanaraq, alimlər Penuelin müqəddəs ziyarətgah yeri olduğuna inanırdılar və zirvələrdən birində Birinci Dəmir dövrünə və ya ondan əvvəllərə aid bir məbədin olduğunu güman edirdilər. Belə bir quruluş tapılmadığı üçün bu nəzəriyyə sual altına düşmüşdür.
Keçəl
Keçəl – başında tük olmayan və ya saçı tökülmüş adam. Keçmişde keçəllik çox yayılmış xəstəlik olmuşdur. Bu antisanitariya vəziyyətindi olan ailələrdə başın tez-tez yuyulmaması, qırxılmaması, bit-sirkə düşməsi üzündən törəyirdi. Kirli, uzun dırnaqlarla başı qaşımaq, başda çirkdən qatmaq bağlamaq halları başın dərisində iltihablı yaralar əmələ gətirirdi. Xalq təbabətində bu xəstəliyin müalicəsi üçün müxtəlif bitkilərin çiçəklərindən, meyvə qabıqlarından istifadə edilir. Məsələn, gəndəlaşın yetişmiş meyvələrini əzib yaraların üstünə qoymaq olar. İt soğanı, zanbaq şəklində başında bənövşəyi çiçəkləri olan bitkilər bu xəstəliyin dərmanı hesab olunurdu. Onun köklərini əzib yumurta ağına qatıqdan sonra başdakı yaralara yaxırlar. Pəlpətöun bitkisinin bitkisinin şirəsini çıxara və ya sirkəyə qatmaqla alınan məhlulla yaralıların qanını və irini təmizləyərmişlər. Yaralar sağaldıqdan sonra yara düşən dəriyə bir də tük gəlmədiyindən başda keçəllik qalarmış.
Bençe
Bençe — Vyetnamın cənubunda, Mekonq deltası sahəsində yerləşən şəhər, Bençe vilayətinin mərkəzi və bələdiyyəsi. Şəhər 65,75 km2 ərazini əhatə edir və 143 639 nəfər (2009-cu il) əhalisi var.