Əncər (ərəb. عنجر ‘Anjar, erm. Անճար) — Livanda, Biqa vadisində yerləşən şəhər. Əhalisi 2400 nəfərdir[1] və demək olar ki, tamamilə ermənilərdən ibarətdir. Ümumi sahəsi iyirmi kvadrat kilometrə (7.7 kvadrat mil) bərabərdir. Yayda erməni diasporunun üzvləri şəhərə ziyarət üçün qayıtdıqdan sonra əhali 3500 nəfərə çatır. Şəhər, qədim dünyada Çalkis kimi tanınırdı.[2]
Əncər | |
---|---|
عنجر | |
33°43′33″ şm. e. 35°55′47″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | VIII əsr |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 950 m |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
Rəsmi adı | Anjar |
Tipi | Mədəni |
Kriteriya | (iii), (iv) |
Tarixi | 1984 (8-ci sessiya) |
İstinad nöm. | 293 |
Ölkə | Livan |
Region | Afrika |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumilikdə şəhərin, 8-ci əsrin əvvəllərində Əməvi xəlifəsi I Valid tərəfindən saray-şəhər olaraq salındığı qəbul edilir. Lakin, tarixçi Yere Bakarak, bizans-yunan salnaməçisi Feofan İspovednikə istinadən Əncərin, e.ə 714-cü ildə Validin oğlu əl-Abbas tərəfindən salındığını iddia edir.
Əncər sonrakı illərdə tərk edildi və 1939-cu ildə şəhərə bir neçə min erməni qaçqını köçürüldü. 1960-cı illərdə Livan kimi, şəhər də iqtisadi cəhətdən çiçəkləndi.
Vətəndaş müharibəsindən sonra Əncər iqtisadi cəhətdən yenidən qurulmağa başladı. Sakinlərinin çoxu digər ölkələrə, əsasən də Avropa, Kanada və ABŞ-yə köçdü.