Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Donex
Balakənd, Doveğ — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar. == Tarixi == Rayon mərkəzindən 4 km məsafədə yerləşir. Toponim «kiçik» mənasında işlənən bala və «yaşayış məntəqəsi» mənasında işlənən kənd sözlərinin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. Qeyrirəsmi olaraq kəndin adı dəyişdirilib Doveğ qoyulmuşdur. == Əhalisi == 1930 - cu ilə qədər azərbaycanlılar yaşamışdır. 1930 - cu ildən sonra azərbaycanlılar qovulmuş, kəndə ermənilər yerləşdirilmişdir.
Hotel
Mehmanxana, hotel, otel və ya qonaq evi (fr. hôtel) — Başqa yerdən gələn turistlərin və qonaqların müvəqqəti yaşaması üçün xüsusi təhcizatlı otaqları olan obyekt. == Mehmanxanaların təsnifatlaşdırılması meyarları == Mehmanxanalar müxtəlif meyarlara görə təsnifləşdirilir: 1. Komfort səviyyə; 2. Nömrə fondunun tutumu; 3. Mehmanxanaların funksional təyinatı; 4. Mehmanxananın yerləşdiyi yer; 5. Mehmanxananın işləmə müddəti; 6. Qonaqların yeməklə təminatı; 7. Qonaqların qalma müddəti; 8.
Katex
Katex — Azərbaycan Respublikasının Balakən rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == XVII əsrdə Cənubi Dağıstandan gəlmiş avarların Katex adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ərazi adını buradan axan Katex çayının adından almışdır. == Coğrafiyası və iqlimi == Katex çayı sahilində, Alazan-Əyriçay çökəkliyindədir. == Əhalisi == == İqtisadiyyatı == Kənddə soyuducu anbar kompleksi var. Kompleksin inşasına 2011-ci ilin sentyabrında başlanmış, 17 avqust 2013-cü ildə açılışı olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Sahəsi 1,36 hektar olan kompleksə 12 soyuducu kamera və inzibati bina daxildir. Katex kəndində kompleksə məxsus 50 hektar sahədə meyvə bağları da salınmışdır. Meyvə bağlarında xaricdən gətirilmiş alma sortları əkilmiş, damcı üsulu ilə suvarma sistemi qurulmuşdur. == Din == Kənddə Katex kəndi "Mərkəzi" məscidi və Katex kəndi Kombinat məscidi dini icmaları fəaliyyət göstərir.
Motel
Motel (ing. motor hotel) — Avtoturistlər üçün xidmət göstərən mehmanxana.
Rolex
Rolex — saatlar və aksessuarlar istehsal edən İsveçrə saat şirkətidir. Rolex ildə yarım milyondan çox saat istehsal edir. Rolex saatları ən yaxşı xam materiallardan və detallara xüsusi diqqət ayırmaqla hazırlanır. Hər bir komponent ən yüksək standartlara uyğun şəkildə dizayn edilir, hazırlanır və istehsal edilir.
Vitex
Viteks (lat. Vitex) - dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == Həmçinin bax == Vitex ajugaeflora == İstinadlar == Viteks:The Plant List saytında takson barədə məlumat.
Xopeş
Xopeş və ya kxopeş — Qədim Misirdə Soyuq silah növü. == Etimologiyası == "Xopeş" sözü forma oxşarlığına görə "qaramal ayağı" kimi "ayaq" sözündən yaranmış ola bilər. Qədim Misir dilində ḫpš ("ayaq") üçün heroqlif sarkofaq mətnləri dövrünə aiddir. == Təsviri == Xopeş bir kənarlı sinusoidal tiyəyə malikdir. Bu silahın tiyəsi qabarıq tərəfində itidir və bu səbəbdən oraqla zahiri oxşarlığa malikdir. Xopeşin şumerlərə aid daha qədim ekvivalenti əsasında yarandığına dair bir nəzəriyyə var. == İstinadlar == == Əlavə ədəbiyyat == Бёртон Р. Ф. Книга мечей. Холодное оружие сквозь тысячелетия / Пер. с англ. Д. А. Лихачева.
Xotan
Xotan (uyğ. خوتەن, uyğ. Xoten, uyğ. Хотән, çin. sadə. 和田市, pinyin: Hétián shì) — Çinin Sinszyan-Uyğur muxtar rayonunun cənub-şərqindəki Xotan mahalında vadi və şəhər qəzası. Təklə-Məkan səhrasından cənubda, Yarkənddən cənub-şərqdə yerləşir. Əhalisi 114 000 nəfərdir (2006) və əsasən uyğurlardan (uyğ. хотәнликләр, xotanlılar) ibarətdir. Xotan şəhər dairəsi 4 küçə komitəsinə, 2 qəsəbəyə və 6 mahala bölünür.
Xotin
Xotın — Çernovtsı vilayətiində (Ukrayna) şəhər. == Tarixi == Müasir Ukraynada şəhər. Vaxtilə Xatın qalası Moldav və Leh (Polşa) kralının idarəsində olmuş, Sultan II Osman onu fəth etmişdi. Övliya Çələbi şəhəri gəzdiyi zaman "Xatın Turla nəhri üzərində kiçik qalacıqdır", – deyə yazırsa da, iftixarla bu kiçik yerin böyük şəhid məzarlığından danışır, Karakaş Paşanın və onunla birlikdə şəhid olmuş yeddi min əsgərin qəbrini ziyarət etdiyini göstərir. Ruslar tərəfindən ilk dəfə 1738-ci ildə Feldmarşal Minixin komandanlığı altında zəbt edilmişdir. Qalanın komendantı İlyas Kolçak Paşa oğulları ilə birlikdə ruslara əsir düşmüş, sonra xaçlanmışdılar. О Rusiyada Vətəndaş müharibəsi illərində Sibirin hakimi olmuş rus admiralı Aleksandr Kolçakın ulu babasıdır. Rus alimi və şair Mixail Lomonosov Xatının alınması münasibətilə çariçə Anna İoannovnaya həsr etdiyi mədhiyyədə Kolçak paşanın adını çəkmişdi. Rus-Osmanlı müharibələrində bu qala dönə-dönə; 1739-cu ildən başlayaraq 1769, 1788,1807-ci illərdə istila olunmuşdu. Qalanı ələ keçirən rus əsgərləri Xatın qalasının adını öz bildikləri şəkildə mənalandırırdılar.
Xotın
Xotın — Çernovtsı vilayətiində (Ukrayna) şəhər. == Tarixi == Müasir Ukraynada şəhər. Vaxtilə Xatın qalası Moldav və Leh (Polşa) kralının idarəsində olmuş, Sultan II Osman onu fəth etmişdi. Övliya Çələbi şəhəri gəzdiyi zaman "Xatın Turla nəhri üzərində kiçik qalacıqdır", – deyə yazırsa da, iftixarla bu kiçik yerin böyük şəhid məzarlığından danışır, Karakaş Paşanın və onunla birlikdə şəhid olmuş yeddi min əsgərin qəbrini ziyarət etdiyini göstərir. Ruslar tərəfindən ilk dəfə 1738-ci ildə Feldmarşal Minixin komandanlığı altında zəbt edilmişdir. Qalanın komendantı İlyas Kolçak Paşa oğulları ilə birlikdə ruslara əsir düşmüş, sonra xaçlanmışdılar. О Rusiyada Vətəndaş müharibəsi illərində Sibirin hakimi olmuş rus admiralı Aleksandr Kolçakın ulu babasıdır. Rus alimi və şair Mixail Lomonosov Xatının alınması münasibətilə çariçə Anna İoannovnaya həsr etdiyi mədhiyyədə Kolçak paşanın adını çəkmişdi. Rus-Osmanlı müharibələrində bu qala dönə-dönə; 1739-cu ildən başlayaraq 1769, 1788,1807-ci illərdə istila olunmuşdu. Qalanı ələ keçirən rus əsgərləri Xatın qalasının adını öz bildikləri şəkildə mənalandırırdılar.
Sorex
Qonurdiş (lat. Sorex) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinə aid heyvan cinsi.
Otel
Mehmanxana, hotel, otel və ya qonaq evi (fr. hôtel) — Başqa yerdən gələn turistlərin və qonaqların müvəqqəti yaşaması üçün xüsusi təhcizatlı otaqları olan obyekt. == Mehmanxanaların təsnifatlaşdırılması meyarları == Mehmanxanalar müxtəlif meyarlara görə təsnifləşdirilir: 1. Komfort səviyyə; 2. Nömrə fondunun tutumu; 3. Mehmanxanaların funksional təyinatı; 4. Mehmanxananın yerləşdiyi yer; 5. Mehmanxananın işləmə müddəti; 6. Qonaqların yeməklə təminatı; 7. Qonaqların qalma müddəti; 8.
Alpine Hotel
Alpine Hotel — 1914-cü ildə Britaniyanın çay plantatorların evi kimi tikilmiş və Şri-Lankada yerləşən mehmanxanadır. Sonralar ziyarətçilər üçün otaqları icarəyə götürən Dodampa Qamace ailəsi tərəfindən alınmışdır. Hal-hazırda otel köhnə müstəmləkə gözəlliyini və onun arxitekturasını, keçmiş Britaniya Dövrünün neçə-neçə davamlı dəlillərini özündə saxlayır. Oteldə 30 nömrə, restoran, bilyard zalı, bar və iki istirahət zalı və kofe mağazası fəaliyyət göstərir. 2006-ci ildə Alpine Mehmanxanası böyük miqyasda xidmət sahəsinin olmasına görə Mərkəzi Əyalətdə ən yaxşı yerinə yetirən antropometriya olan "Star Mükafatı"na layiq görülmüşdür. == Yerləşməsi == Otel Nuvara Eliya Cıdır Kompleksinin önündə duran və Badulla istiqamətində yerləşən Magistral Yolda olan oteldir. Otel Nuvara Eliya şəhərindən kilometrlərlə uzaqda yerləşmişdir.
Anton Botev
Anton Botev (25 may 1986, Omsk) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. == Karyerası == Anton Botev 2003-cü ildə Rusiyada baş tutan yeniyetmələr arasında Avropa Çempionatının qalibi oldu. Daha sonra isə Anton Botev 2005-ci ildə Polşada və 2006-cı ildə Macarıstanda gənclər arasında Avropa Çempionatının final görüşlərində məğlub olaraq turniri gümüş medallarla başa vurdu. Rusiya yığmasının heyətində "bir nömrə" olmağı bacarmayan Anton Botev 2007-ci ildə Azərbaycan Güləş Federasiyası tərəfindən Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2007-ci ildə Dünya Çempionatını 16-cı pillədə başa vuran Anton Botev 2008-ci ildə Avropa Çempionatında da uğursuz çıxış elədi və 17-ci pillədə qərarlaşdı. Həmin ilin mayında İtaliyada Dünya Olimpiya Təsnifat Turnirinin bürünc medalına sahib olmaqla Anton Botev olimpiya lisenziyasına sahib oldu. Olimpiadadan əvvəl iyunda Qızıl Qran-Pri beynəlxalq turnirini beşinci pillədə başa vuran Anton Botev olimpiada da uğursuz çıxış elədi. Anton Botev olimpiadanın təsnifat mərhələsində 2000-ci il Sidney Olimpiadasının finalçısı Özbəkistan nümayəndəsi David Saldadze ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində 2:1 hesabı ilə Botev, növbəti hissəsində isə 2:1 hesabı ilə Saldadze qalib gəldi. Belə olan halda görüşün taleyi üçüncü hissədə həll olundu.
Bulvar Hotel
"Baku Marriott Hotel Boulevard" — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən beşulduzlu otel. Azərbaycanın ən böyük otelidir. == Ərazisi == Otel Bakı buxtasında, Ağ Şəhərdə yerləşir. == Fəaliyyəti == Bu otel "Absheron Hotel Group"a daxil olan dördüncü oteldir. Otel həm də "Marriott" brendinin xüsusi portfeli sayılan məxsusi otel və kurortların cəmləndiyi "Autograph Collection"un rəsmi üzvüdür. == İnşası == Otel müasir üslubda inşa olunmuşdur. Burada kafe, mağaza, biznes mərkəzi, kitabxana da var. "Bulvar Hotel"də müxtəlif beynəlxalq, regional və yerli əhəmiyyətli tədbirlər keçirmək üçün şərait yaradılıb. Kompleksdə 5 iclas otağı var. Bu otaqlarda müxtəlif görüşlər, təlimlər, təqdimatlar təşkil etmək mümkündür.
Codex Cumanicus
Kodeks kumanikus — XIV əsrdə xristian missionerlər tərəfindən toplanmış və hazırlanmış Kuman-qıpçaq dilində əsər. Codex Cumanicus, katolik missionerlərin köçəri türk xalqı olan Kumanlarla ünsiyyət qurmalarına kömək etmək üçün hazırlanmış orta əsrlərə aid linqvistik kitabdır. O, hazırda Venesiyada, Müqəddəs Mark Kitabxanasında saxlanılır (BNM ms Lat. Z. 549 (=1597)). Kodeks 14-cü əsrdə Krımda yaradılmışdır və Krım tatar dilinin ən qədim attestasiyalarından biri hesab olunur ki, bu da Qıpçaq və Oğuz ləhcələrinin tarixi üçün böyük əhəmiyyət kəsb edir. Kodeks birbaşa Qara dəniz ətraflarında, xüsusən Krım yarımadasında yaşamış olan qıpçaqlarla (polovtsi və ya kumanlarla) əlaqəlidir. "Kodex Kumanikus" adı ona təsadüfən 14-cü əsrdə əlyazmanı kəşf edən, Macarıstanda məskunlaşmış Kumanların nəslindən olan Qraf Kun tərəfindən verilmişdir, lakin lüğətin mətnində belə deyilir: "Bu tatar til" - "Bu tatar dilidir". Krım tatarlarının müasir dilinə yaxın danışıq dili əsasında missionerlər tərəfindən tərtib edilmişdir. Lakin Vasili Radlov kodun yazıldığı dilin Kazan-tatar dili olduğuna inanırdı. Məcəllənin əsas məqsədi praktik idi: missionerlər üçün türk dilini öyrənmək və Qızıl Orda əhalisini xristianlıqla tanış etmək.
Codex Leicester
Lester kodeksi — Leonardo da Vinçi tərəfindən yazılmış elmi əsərlərin toplusudur. Bu indiyə kimi dünyada satılmış ən bahalı kitabdır. 1994-cü ildə Bill Geyts "Lester kodeksi"ni 30 802 500 ABŞ dollarına almışdır. Kitabda intibah dövrünün düşüncə tərzi, elm və incəsənət arasında əlaqə, elm adamlarının yaradıcıllığı və s. öz əksini tapmışdır.
Codex Seraphinianus
İlk dəfə 1981-ci ildə nəşr olunan Codex Seraphinianus (azərb. Kodeks Serafini‎), İtalyan rəssam, memar və sənaye dizayneri Luiqi Serafini tərəfindən 1976–1978-ci illər arasında hazırlanan xəyali bir dünyanın illüstrasiyalı,2 cildlik ensiklopediyası. Təxminən 360 səhifədən ibarət olan əsər, rəssamın özü tərəfindən şifrələnmiş bir dildə yazılmışdır. İlk öncə İtaliyada nəşr olunan əsər, digər ölkələrdə də nəşr olunmuşdur. Kitabın ən fərqli tərəfi isə tamamilə qarışıq vəşifrəli yazı sistemi ilə yzılmasıdır. Kitabda həmçinin olduqca qeyri-adi və qəribə illüziya və karikaturalar da vardır. == Təsviri == Bu əlyazma ilə olan ensiklopedik kitabda əl ilə çəkilən və quru boya ilə rənglənmiş flora, fauna, anatomiya, moda və qidaya aid bir çox qəribə və qeyri-adi təsvirləri yer alıb. Kitab, hələ məlum olmayan dildə yazılmış Voyniç əlyazması, Xorxe Luis Borxesin "Tlön, Uqbar, Orbis Tertius" hekayəsi, Maurits Korneles Eşer və İeronim Bosxun hekayəsi ilə müqayisə olunur. Şəkillər daha çox real dünyada mövcud olan şeylərin sürreal parodiyaları kimi qəbul edilir. Bu şəkillərə qanayan meyvə, təxminən stul kimi böyüməyə başlayan və sonra çevrilən çevrilən bitki, cütləşdikdən sonra timsaha çevrilən cütlük kimi nümunələr verilə bilər.
Fujiya Hotel
Fujiya Hotel (富士屋ホテル) — Yaponiyanın Kanaqava prefekturasının Hakone qəsəbəsində yerləşən tarixi otel. == Tarix == Otel 1891-ci ildə açılmışdır. Otelin müxtəlif bölmələri Meyci dövründə populyar olmuş üslubda — ənənəvi Yaponiya və Qərb memarlıqlarının birləşmiş memarlıq üslubunda tikilmişdir. Oteldə bir çox məşhur şəxslər olmuşdur. Məsələn, Avstriya ershersoqnu Frans Ferdinand Yaponiya səfəri zamanı 1893-cü ildə, Con Lennon və Yoko Ono oğulları Şon ilə 1978-ci ildə bu oteldə olmuşdurlar. Kavaquçi gölünün sahilində yerləşən "Fuji View Hotel" otel qrupu 1945-ci ildə İkinci dünya müharibəsindən sonra Almaniya səfirliyi (səfir Henrix Georq Stahmer daxil olmaqla) üçün sığınacaq olmuşdur. 6 sentyabr 1945-ci ildə Əks-kəşfiyyat Korpusunun casusları gestapo polkovniki Yozef Meyzinqeri burada ələ keçirmişdilər. == Nəşrlər == 1934-cü ildən başlayaraq otel Yaponiya adət-ənənələrindən bəhs edən 3 kitabdan ibarət kitab seriyası nəşr etmişdir. Sonuncu cild 1949-cu ildə çap olunmuşdur. Bu üç cild daha sonra birləşdirilərək "Biz yaponlar: bir çox yapon adətləri, davranışları, tədbirləri, festivalları, incəsənəti və əl işləri, eləcə də, digər mövzular haqqında izahlar" adı ilə nəşr olunmuşdur.
Heartbreak Hotel
Heartbreak Hotel (azərb. Sınmış qəlblər mehmanxanası‎) – C. C. Catch tərəfindən 1986-cı ildə ifa edilmiş mahnı.
Hotel Castelar
Hotel Castelar — Argentinanın Buenos-Ayres mərkəzinin Montserrat bölgəsinin May prospektinin şimal-qərbi ilə 9 de Julio prospektinin kəsişməsində yerləşən hoteldir. Exselsior Mehmanxanası kimi 1928-ci ildə açılmışdır. Bina İtalyan memarı Mario Palanti tərəfindən hazırlanıb və yerli mühəndis Yos Pinzone tərəfindən tikilib. İspan şairi və dramaturqu Federiko Qarsa Lorka 1933-cü ilin oktyabrından 1934-cü ilin martına qədər burada qalmışdır. Onun əsəri Bodas de Sangre prospektin yaxınlığındakı Avenida Teatrında nümayiş olunmuşdur;Onun keçmiş otağı muzey kimi qorunub saxlanılıb. Bu yaxınlarda — 6 oktybar 2000-ci ildə hotelin vitse-prezidenti Karlos Alvarez istefa verdikdən sonra Argentinanın prezidenti Fernando de la Rua tərəfindən hotelə yardım mərhələsi başlanmışdır.
Hotel Dili
Hotel Dili — 1933-cü ildə yaradılmış, Şərqi Timorun Dili şəhərində yerləşən sahil mehmanxanasıdır. Otel 1971-ci ildə avstraliyalı Frank Favaro (1935–2000) satın alınmışdır. 1975-cı ildə Favaro döyüş zamanı oteldə altı avstraliyalı ilə birlikdə gizlənmişdilər. Hərçənd onlar ardıcıl olaraq evakuasiya etmək təklifindən imtina etmişdilər. Mehmanxana hücum ilə əlaqədar olaraq mühasirəyə düşmüşdür. Ceym Nikols oteli "axmaq" adlandırmış və Şərqi Timorun "Fawlty Towers"-ni ucaltmışdır.
Hugo Hotel
Hugo Hotel — San-Fransiskonun South of Market bölgəsində yerləşən və 26 ildir ki, möhtəkirlər tərəfindən vakant kimi verilən, Brayn Qoqqin tərəfindən Defenestration of Furniture incəsənət qurğusunun yerləşdiyi, 1997-ci ildə inşa edilən hoteldir. Otel Teo V. Lenzen tərəfindən hazırlanmışdır və 200–214 Altıncı Küçədə yerləşir. 2009-cu ildə bina ekspropriasiya vasitəsilə San-Fransisko Şəhər və Qraflıq tərəfindən satın alınmışdır. Otel təmir məqsədilə 2015-ci ildə dağıdıldı. Tikintinin 2017-ci ilin yanvar ayında başa çatdırılması nəzərdə tutulub.
Jerom Roten
Jerom Roten (fr. Jérôme Rothen; 31 mart 1978[…]) ― hücuma meyilli yarımmüdafiəçi mövqeyində oynayan fransız futbolçu. Ləqəbi "Robot Roten"dir. Hazırda Korsika klubu olan "Bastia"da oynayır. == Karyerası == === Klub karyerası === Peşəkar futbolçu karyerasına "Kan"da başlayan Roten "Trua"nın formasını geyən zaman məşhurlaşıb. Bundan sonra "Monako"ya transfer olunub. 2003-2004-cü il mövsümündə keçirilən UEFA Çempionlar Liqasında "Monako"nun heyətində turnirin finalında oynasa da, klubu məğlub olub. "Monako"dan sonra Roten "Pari Sen-Jermen" klubuna transfer olunub və bu komandanın heyətində oynadığı 154 oyunda 13 qol vurub. Həmin mövsüm səkkiz dəfə Fransa milli futbol komandasının formasını geyinib. "Pari Sen-Jermen"də beş il oynadıqdan sonra "Qlazqo Reyncers"ə icarəyə verilib.
Katex bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xostək
Xostək (lat. Caragana) — paxlaçiçəklilər sırasının paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Xörək
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. == Üzvi maddələr == === Zülallar === Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Botë
Botë və ya digər adı ilə World (azərb. Dünya‎) — Albaniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Lindita "World" mahnısı ilə Albaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Mahnının musiqisi Alban bəstəkar Klodian Kafoku, sözləri isə ifaçı Lindita və Big Bastaya aiddir.
Göte
Yohann Volfqanq fon Göte (alm. Johann Wolfgang von Goethe‎; 28 avqust 1749[…], Frankfurt-Mayn, Müqəddəs Roma imperiyası – 22 mart 1832[…], Veymar, Saksen-Veymar-Eyzenax hersoqluğu[d], Almaniya ittifaqı) — alman şair-dramaturqu, mütəfəkkir və naturalisti. Əsərlərinə bunlar daxildir: dörd roman, epik və lirik poeziya, nəsr və ayə dramları, xatirələr, tərcümeyi-hal, ədəbi və estetik tənqid və botanika, anatomiya və rəng mövzusunda traktatlar. Bundan əlavə, onun çoxsaylı ədəbi və elmi fraqmentləri, 10.000-dən çox məktub və 3000-ə yaxın rəsmləri günümüzə çatmışdır. 25 yaşında ədəbi məşhur olan Göte, "Gənc Verterin İztirabları" adlı ilk romanı (1774) ilə uğur qazandı və 1775-ci ilin noyabrında Veymara yerləşdikdən sonra ona 1782-ci ildə Saxe-Veymar şahzadəsi Karl Avqust tərəfindən zadəgan adı verildi. O, "Tufan və Həmlə" ədəbi cərəyanının erkən iştirakçısı idi. Göte Veymardakı ilk on ili ərzində şahzadənin şəxsi şurasının üzvü oldu, döyüş və əsas yol komissiyalarının başında oturdu, yaxınlıqdakı İlmenaudakı gümüş mədənlərinin yenidən açılmasına nəzarət etdi və Jena Universitetində bir sıra inzibati islahatlar həyata keçirdi. O, həmçinin Veymarın botanika parkının planlaşdırılmasına və Ducal Sarayının yenidən qurulmasına da öz töhfəsini verdi. Götenin ilk böyük elmi işi olan "Bitkilərin metamorfozu" 1788-ci ildə İtaliyaya qastrol səfərindən qayıtdıqdan sonra nəşr olundu. 1791-ci ildə Veymar teatrının idarəedici direktoru təyin edildi və 1794-cü ildə dramaturq, tarixçi və filosof Fridrix Şiller ilə dostluğa başladı.
Höte
Yohann Volfqanq fon Göte (alm. Johann Wolfgang von Goethe‎; 28 avqust 1749[…], Frankfurt-Mayn, Müqəddəs Roma imperiyası – 22 mart 1832[…], Veymar, Saksen-Veymar-Eyzenax hersoqluğu[d], Almaniya ittifaqı) — alman şair-dramaturqu, mütəfəkkir və naturalisti. Əsərlərinə bunlar daxildir: dörd roman, epik və lirik poeziya, nəsr və ayə dramları, xatirələr, tərcümeyi-hal, ədəbi və estetik tənqid və botanika, anatomiya və rəng mövzusunda traktatlar. Bundan əlavə, onun çoxsaylı ədəbi və elmi fraqmentləri, 10.000-dən çox məktub və 3000-ə yaxın rəsmləri günümüzə çatmışdır. 25 yaşında ədəbi məşhur olan Göte, "Gənc Verterin İztirabları" adlı ilk romanı (1774) ilə uğur qazandı və 1775-ci ilin noyabrında Veymara yerləşdikdən sonra ona 1782-ci ildə Saxe-Veymar şahzadəsi Karl Avqust tərəfindən zadəgan adı verildi. O, "Tufan və Həmlə" ədəbi cərəyanının erkən iştirakçısı idi. Göte Veymardakı ilk on ili ərzində şahzadənin şəxsi şurasının üzvü oldu, döyüş və əsas yol komissiyalarının başında oturdu, yaxınlıqdakı İlmenaudakı gümüş mədənlərinin yenidən açılmasına nəzarət etdi və Jena Universitetində bir sıra inzibati islahatlar həyata keçirdi. O, həmçinin Veymarın botanika parkının planlaşdırılmasına və Ducal Sarayının yenidən qurulmasına da öz töhfəsini verdi. Götenin ilk böyük elmi işi olan "Bitkilərin metamorfozu" 1788-ci ildə İtaliyaya qastrol səfərindən qayıtdıqdan sonra nəşr olundu. 1791-ci ildə Veymar teatrının idarəedici direktoru təyin edildi və 1794-cü ildə dramaturq, tarixçi və filosof Fridrix Şiller ilə dostluğa başladı.
Ağacvari xostək
Ağacşəkilli xostək (lat. Caragana arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Şimali və Qərbi Monqolustanda bitir. Buna bəzən sarı akasiya da deyilir. == Botaniki təsviri == Hündürlüyü 3 m olan ağac və ya kol bitkisidir. Gövdəsi hamar, yaşılımtıl, qabığı boz rənglidir. Cavan budaqları yaşılımtıl, tilli, boz, uzunsov zolaqlıdır. Yarpaqları cütlələkvari olub, 1 sm uzunluqda 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları 10–35 mm uzunluqda, 5–13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari olub, üstdən açıq yaşıldır. Cavan vaxtı yarpaqcıqlar və budaqlar ipək tüklü olub, sonradan çılpaqlaşır.
Ağqabıq xostək
Ağqabıq xostək (lat. Caragana leucophloea) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Beşbarmaq (xörək)
Beşbarmaq (qırğ. beşbarmak - "beş barmaq") — Orta Asiya mətbəxinin milli yeməklərindən biri. Beşbarmaq ümumiyyətlə əriştə ilə incə doğranmış, qaynadılmış ətdən hazırlanır və tez-tez soğan sousu olan çık ilə süfrəyə verilir. Tipik olaraq, şorbadan sonra bir neçə nəfər arasında bölüşdürülən iri sinilərdə süfrələrə verilir ki, bu da ilk növbədə kasa adlı qablarda qoyun əti bulyonunun verilməsi ilə başlayır. Bundan sonra ağ-sərkə ( qımız və ya ayranla qarışdırılmış şorba) bulyonu verilir. Bayram süfrəsi beşbarmağı, qazı-karta və sucuqla birlikdə bişirilir. Beşbarmaq termini "beş barmaq" deməkdir, çünki köçərilər ənənəvi olaraq bu yeməyi əlləri ilə yeyirlər. Sincanda, Özbəkistan, Qırğızıstan və Qazaxıstanda narin, Qaraqalpaqıstan, Şimali Qafqaz və Türkmənistanda turama , Başqırdıstanda və Tatarıstanda qullama da bilinir. == Tarixi == Orta Asiya mətbəxi, insanların heyvanlarından tamamilə istifadə etdiyi bir zamanda köçəri həyatın məhdudiyyətləri daxilində inkişaf etdi. Bu, ət və süd məhsulları ilə zəngin olan Orta Asiya yeməklərində özünü göstərirdi.