Katex

KatexAzərbaycan Respublikasının Balakən rayonunun Katex kənd inzibati ərazi dairəsində kənd.[1]

Katex
41°38′40″ şm. e. 46°32′32″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Balakən rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 381 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Katex xəritədə
Katex
Katex
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XVII əsrdə Cənubi Dağıstandan gəlmiş avarların Katex adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ərazi adını buradan axan Katex çayının adından almışdır[2].

Katex qalası

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Katex çayı sahilində, Alazan-Əyriçay çökəkliyindədir.

Katex kəndi əhalisinin milli tərkibi
Etnik qrup Sayı, 1970 sa.[3] Nisbəti, 1970 sa.[3] Sayı, 1979 sa.[4] Nisbəti, 1979 sa.[4]
cəmi 4 370 100 % 5 275 100 %
azərbaycanlı 3 601 82.4 % 4 909 93.1 %
avar 662 15.1 % 264 5 %
rusukraynalı 7 0.2 % 54 1 %
ləzgi 29 0.7 % 39 0.7 %
gürcü 6 0.1 % 5 0.1 %
tatar 7 0.2 % 1 0.1 %
erməni 2 0.1 % 1 0.1 %

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]
İki saylı məktəb

Kənddə soyuducu anbar kompleksi var. Kompleksin inşasına 2011-ci ilin sentyabrında başlanmış, 17 avqust 2013-cü ildə açılışı olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.[5] Sahəsi 1,36 hektar olan kompleksə 12 soyuducu kamera və inzibati bina daxildir.[5] Katex kəndində kompleksə məxsus 50 hektar sahədə meyvə bağları da salınmışdır.[5] Meyvə bağlarında xaricdən gətirilmiş alma sortları əkilmiş, damcı üsulu ilə suvarma sistemi qurulmuşdur.[5]

Kənddə Katex kəndi "Mərkəzi" məscidi[6] və Katex kəndi Kombinat məscidi[6] dini icmaları fəaliyyət göstərir.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. 2 cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 381  (az.)
  3. 1 2 Ethno-Caucasus, Этнодемография Кавказа: Белоканский район (перепись 1970 года) Arxivləşdirilib 2015-06-27 at Archive.today
  4. 1 2 Ethno-Caucasus, Этнодемография Кавказа: Белоканский район (перепись 1979 года) Arxivləşdirilib 2015-06-27 at Archive.today
  5. 1 2 3 4 İlham Əliyev Katex kəndində inşa olunan soyuducu anbar kompleksinin açılışında iştirak etmişdir Arxivləşdirilib 2021-05-11 at the Wayback Machine president.az  (az.)
  6. 1 2 MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)