Fujiya Hotel (富士屋ホテル?) — Yaponiyanın Kanaqava prefekturasının Hakone qəsəbəsində yerləşən tarixi otel.
Fujiya Hotel | |
---|---|
yap. 富士屋ホテル | |
| |
Ümumi məlumatlar | |
Yerləşmə | Hakone qəsəbəsi, Aşiqaraşimo rayonu, Kanaqava prefekturası |
Ölkə | Yaponiya |
Koordinatlar | 35°14′39″ şm. e. 139°03′32″ ş. u.HGYO |
Şərəfinə adlandırılıb | Fudzi |
Açılma | 1891 |
Veb-sayt | |
fujiyahotel.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Otel 1891-ci ildə açılmışdır. Otelin müxtəlif bölmələri Meyci dövründə populyar olmuş üslubda — ənənəvi Yaponiya və Qərb memarlıqlarının birləşmiş memarlıq üslubunda tikilmişdir. Oteldə bir çox məşhur şəxslər olmuşdur. Məsələn, Avstriya ershersoqnu Frans Ferdinand Yaponiya səfəri zamanı 1893-cü ildə, Con Lennon və Yoko Ono oğulları Şon ilə 1978-ci ildə bu oteldə olmuşdurlar.
Kavaquçi gölünün sahilində yerləşən "Fuji View Hotel" otel qrupu 1945-ci ildə İkinci dünya müharibəsindən sonra Almaniya səfirliyi (səfir Henrix Georq Stahmer daxil olmaqla) üçün sığınacaq olmuşdur.[1] 6 sentyabr 1945-ci ildə Əks-kəşfiyyat Korpusunun casusları gestapo polkovniki Yozef Meyzinqeri burada ələ keçirmişdilər.[2]
1934-cü ildən başlayaraq otel Yaponiya adət-ənənələrindən bəhs edən 3 kitabdan ibarət kitab seriyası nəşr etmişdir. Sonuncu cild 1949-cu ildə çap olunmuşdur. Bu üç cild daha sonra birləşdirilərək "Biz yaponlar: bir çox yapon adətləri, davranışları, tədbirləri, festivalları, incəsənəti və əl işləri, eləcə də, digər mövzular haqqında izahlar" adı ilə nəşr olunmuşdur.[3]