Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yenibağ
Yenibağ — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində qəsəbə.
Yeniabad
Yeniabad (Şəmkir) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. ‎Yeniabad (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Yeniarx
Yeniarx (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Yeniarx (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Etibar
Etibar — Azərbaycanlı kişi adı. Xoşbəxt, firavan, müvəffəqiyyət mənasındadır. Bu adı olan tanınmışlar Etibar Məmmədov Etibar Məmmədov (siyasətçi) — Azərbaycan siyasətçisi. Etibar Məmmədov (jurnalist) — Azərbaycan jurnalisti. Etibar Məmmədov (bioloq) - Parazitoloq Etibar Aslanov — Etibar Babayev — Etibar Əliyev Etibar Əliyev (hüquqşünas) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. Etibar Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar Hümbətov — Etibar Nəzərli — Etibar İsmayılov Etibar İsmayılov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar İsmayılov (kimyaçı) — Azərbaycan alimi.
Yenbay
Yenbay (vyet. Yên Bái) — Vyetnamın şimalında şəhər, Yenbay vilayətinin paytaxtı. == Tarixi == 9 fevral 1930-cu ildə Yenbayda yerləşən Tonkin korpusunun 4-cü alayının bir hissəsi Fransa zabitlərinə qarşı üsyan qaldırmışdı. Üsyan eyni alayın qüvvələri tərəfindən yatırılmışdı, lakin bu, 1930–1931-ci illərdə Fransa hökmranlığına qarşı bu cür genişmiqyaslı qiyamın başlanğıcı olmuşdu. == Coğrafiyası == Mütləq hündürlüyü dəniz səviyyəsindən 45 metr yüksəkdir. Ölkənin paytaxtı Hanoy şəhərindən 160 km, Hoşimin şəhərindən isə 1,879 km məsafədə yerləşir.
Yeniabad (Şəmkir)
Yeniabad (əvvəlki adı: Bitdili) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənd əhalisi 1789 nəfərdir ki, onunda 897 nəfəri kişi, 892 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. == İstinadlar == == Xarici keçidlər == CIRTDANLARIN tarixi: FIRILDAQ necə dönüb "xalq hərəkatı" oldu.
Yeniabad bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Yeni Azərbaycan Partiyası == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yeniarx (Ağdaş)
Yeniarx — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Yeniarx (Bicar)
Yeniarx (fars. ينگي ارخ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 164 nəfər yaşayır (31 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Yeniarx (Göyçay)
Yeniarx — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Yeniarx oyk., sadə. Ağdaş r-nunun Yuxarı Nemətabad i.ə.v.-də kənd. Düzənlikdədir; Ağdaş r-nunun Aşağı Zeynəddin i.ə.v.-də kənd Düzənlikdədir. Kəndlər XVIII əsrdə Türyançaydan çəkilmiş Yeniarx adlı arxın kənarında salındığına görə belə adlandırılmışdır; Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Kənd Yeniarxın yaxınlığında salındığı üçün belə adlandırılmışdır. == Əhalisi == 2019-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1486 nəfər əhali yaşayır. == Din == Kənddə Yeniarx kənd məscidi dini icması fəaliyyət göstərir.
Yeniarx bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yenicag.az
"Yeni Çağ" — Aqil Ələsgərin təsisçisi və rəhbəri olduğu, Azərbaycanda fəaliyyət göstərən hökumətəmeyilli media-qrup. == Tarixi == 1 fevral 2006-cı ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Yeni Çağ" qəzetinin rəsmi saytı yenicag.az 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb. == Fəaliyyəti == "Yenicag.az" İA 2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvüdür və ölkədə həyata keçirilən ümummilli media layihələrində yaxından iştirak edir. Saytın rəhbəri Aqil Ələsgərdir. İnformasiya agentliyi Azərbaycan xəbərlərinin xarici ölkələrdə, ilk növbədə Türkiyədə tanıdılması istiqamətində fəaliyyət göstərir. "Yenicag.az"ın dəstəyi ilə Xocalı soyqırımının canlı şahidlərindən olan Dürdanə Ağayevanın "Erməni zindanında 8 gün" kitabı nəşr olunub. Türkiyədəki 15 iyul çevriliş cəhdindən əvvəl bu cəhdi həyata keçirən şəbəkənin ifşasında fəaliyyət göstərən media qrupun təsisçisi və rəhbəri Aqil Ələsgər həmin təşkilatın Azərbaycanda və Türkiyədə həyata keçirdiyi fəaliyyətinə həsr olunmuş "Terrorun Gülən üzü" və "Səssiz işğal" kitablarını çap etdirib. 2016-cı ilin dekabrından "Yenicag.az"ın türk (Yenicag.info) və rusdilli (Yenicag.ru) versiyaları fəaliyyətə başlayıb. Hal-hazırda "Yeni Çağ" Media Qrupuna "Yenicag.az" ( (az.)), "novayaepoxa.com" (Новая Эпоха) ( (rus.)) və "Yenicag.info" ( (türk.)), 2018-ci ildən isə "yenicag.tv" domenləri daxildir.
Yenilər Qrupu
Yenilər Qrupu, 1940-cı ildə Léopold Lévinin tələbələri tərəfindən yaradılmış sənət qrupudur. Qurulmaya Nuri İyem, Avni Arbaş, Səlim Turan, Nejad Devrim, Kamal Sönmezler, Turqut Atalay, Mümtaz Yener, Ferruh Başağa, Haşmet Akal və Abidin Dino, Faruk Morel, Yusuf Karatay və İlhan Arakon kimi sənətçilər qatılıb. İkinci Dünya Müharibəsinin sonlarında sosrealizm cərəyanının rəssamlıqda əksi kimi qəbul edilir. Qrupun yaradılmasında əsas məqsəd Qərbin təsiri altında olan və ictimaiyyətdən uzaqlaşdırılan rəssamlıq sənətini yenidən cəmiyyətə tanıtmaq və yerli problemlər vasitəsilə sosial problemlərə işıq salmaq idi. Bu çərçivədə İstanbul limanları və orada yaşamaq üçün mübarizə aparan insanlar haqqında öz müşahidələri əsasında bir sıra obrazlı rəsmlər çəkən qrup üzvləri bu əsərləri ilk dəfə 10 may 1941-ci ildə Beyoğludakı Jurnalistlər Klubunda sərgiləmişlər, daha sonra Cağaloğluda təşkil edilən Port City İstanbul temalı tədbirdə sərgilərdə sərgilədilər. Buna görə də formasiya Liman Rəssamları adlanır. Çörək (Mumtaz Yener), Balıq Auksionu (Selim Turan), Son Qədəh (Avni Arbaş), Körpünün Altında Uşaqlar (Kemal Sönmezler), Səyahət Var Mahnısı (Nuri İyem), Halk Pazarı (Fethi Karakaş), Fahişəxana Qadını (Agop) Arad) sərgiyə daxil edilmişdir. daxil edilən əsərlərdən bəziləridir. Bu əsərlərin ümumi mövzusu o vaxta qədər çox az müzakirə olunan ictimai həyatdır. Bu baxımdan Yenilər Qrupu digər rəssam qruplarından fərqlənirdi.
Anibar körfəzi
Anibar (ing. Anibare) — Nauru adasının şərqində yerləşən körfəz. Körfəz İyuv burnu ilə Menenq burnu arasında yerləşir. Sahilləri ən yaxşı ağ qumlu mərcan çimərliyi sayılır. Ölkənin əsas turistik məkanlarından sayılır. Körfəzin cənubunda yerləşən Menenq mehmanxanası dövlətə məxsusdur. 2000-ci ildə Körfəin sahilində Anibar limanı salınmışdır.
Etibar Həsənov
Etibar Ələddin oğlu Həsənov (7 fevral 1991; Qarıkənd, Gədəbəy rayonu — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etibar Həsənov 1991-ci il fevralın 2-də Gədəbəy rayonunun Qarıkənd kəndində anadan olub. 1997-ci ildə həmin kənddə birinci sinfə getmişdir. 2006-cı ildə Gədəbəy rayon Peşə liseyinə daxil olub. 2009-cu ildə liseyi bitirərək, geniş profilli təmirçi-çilingər peşəsinə yiyələnmişdir. == Hərbi xidməti == 2009–2010-cu illərdə həqiqi hərbi xidmət keçmişdir. 2019-cu ilin iyul ayında müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlamışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda 27 sentyabrda başlamış İkinci Qarabağ müharibəsində iştirak etmiş, Füzuli ətrafında gedən döyüşlərdə şücaət göstərmişdir. Noyabrın 9-da Şuşada gedən döyüşlərdə həlak olmuşdur. Noyabrın 12-də doğulduğu kənddə dəfn edilmişdir.
Etibar Həsənzadə
Etibar Oktay oğlu Həsənzadə (ilk adı: Etibar Salmanov; 7 iyun 1992, Daşkəsən) — Azərbaycan şairi, yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019). == Həyatı == Etibar Oktay oğlu Həsənzadə 7 iyun 1992-ci il tarixində Azərbaycanın Daşkəsən şəhərində anadan olmuşdur. O, 2010-cu ildə Anar Mursəlov adına Daşkəsən şəhər 2 saylı orta məktəbi bitirmişdir. O, Azərbaycan Yazıçılar Birliyinin, İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvü, Avrasiya İncəsənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının (AİMƏEF) və Türkman Ədəbiyyatçı və Yazıçılar Birliyinin üzvüdür. Həsənzadə 2014-cü ilin sentyabr ayında Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin dinləyicisi olmuş, 2016-cı ildə həmin fakültədən məzun olmuşdur. == Yaradıcılıq fəaliyyəti == Etibar Həsənzadə yaradıcılıq fəaliyyətinə 2014-cü ilin yanvar ayında "Könlümlə söhbət" şeirlər toplusunun nəşr edilməsiylə başlamışdır. Bundan sonra "Duyğular dinsin" (2015), "Gecikmiş etiraf" (2015), "Bir həyat romanı" (2016), "Sevgi bəstəsi" (2017), "Nurla gəldi, Nurla Yaşadı, Nurla getdi" (2018) kitabları nəşr edilmişdir. Həsənzadənin şeirləri və hekayələri "Avrasiya Şairleri Antolojisi"ndə, "Qarabağnamə" (I, II, III, IV cilddə), "Unutulmayan Hocalım", "Sevirəm, sevmişəm, sevəcəyəm də" (I, II, III cilddə), "Ziya", "Bölgələrdən səslər", "Anasız, atasız dünyam", "Xocalı harayı və Əsirlikdən gələn səs", "Zirvə", "Şairlər seçkisi" (IX, X və XI cildlər), "Bir yandan boşalıb dolan dünyadır", "Karabağdan, Kerkükden Çanakkaleye şiir seçkisi", "Türk Dünyası şiir seçkisi III cild", "Xarı bülbül", "Sirli, sözlü Daşkəsən", "Aprel döyüşləri", "Dünya yalan Dünyadır", "Türk illerinde çocukluk günleri" antologiyalarında və "Hər könüldən bir soraq" almanaxında dərc olunmuşdur. Onun şeirlərinə mahnılar bəstələnmiş, eşitmə və danışma qüsurlu insanlar üçün şeirləri və onların mahnıları üçün Azərbaycan işarət dilində 3 klip çəkilmişdir.
Etibar Mahmudov
Etibar Aleksandr oğlu Mahmudov (2 aprel 1987; Mingəçevir, Azərbaycan — 8 noyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etibar Mahmudov 2 aprel 1987-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1994-cü ildə Mingəçevir şəhər 14 nömrəli məktəbin birinci sinfinə qəbul olmuşdur. Atası uşaq yaşlarında vəfat etdiyindən 2000-ci ildə təhsilini yarımçıq qoymuşdur. == Hərbi xidməti == 2006-cı ildə həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət zamanı əldə etdiyi nailiyyətlərə görə Mərkəzi Hərbi Klinik Hospitalın rəisi polkovnik tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra Etibar Mahmudov mülki şəxs olaraq fəaliyyət göstərmişdir. Azərbaycan Ordusunun əsgəri olan Etibar Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq 28 oktyabr tarixindən iştirak etmişdir. Cəbrayılın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Etibar Mahmudov 8 noyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Etibar Məmmədov
Etibar Səlidar oğlu Məmmədov (2 aprel 1955, Bakı) — Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Etibar Məmmədov 1955-ci il aprel ayının 2-də Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə ADU-nun Tarix fakültəsinə daxil olur. Universitetdə təhsil alarkən gizli dərnəklərdə fəaliyyət göstərib, Cənubi Azərbaycan məsələsi ilə bağlı universitetin divar qəzeti üçün məqalə yazıb və bu yazıya görə universitetdən xaric edilir. [mənbə göstərin] Bitirdiyi universitetdə müəllim kimi fəaliyyətə başlayan Etibar Məmmədov 1985-ci ildə "Rus çarizmi və Ali müsəlman silki XIX əsrdə" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.[mənbə göstərin] === Ailəsi === Etibar Məmmədov 1986-cı ildə ailə həyatı qurmuşdur. İki oğlu, bir qızı var. Qardaşı Eldar Məmmədov 29 mart 2010-cu ildə vəfat edib. Oğlu Ayxan Etibaroğlu AMİP Gənclər Təşkilatının sədridir. == İctimai-siyasi fəaliyyəti == === Azərbaycan Xalq Cəbhəsində === Etibar Məmmədov siyasi prosesslərə tələbəlik dövründə qoşulmuşdur. Bakı Dövlət Universitetində təhsil alan E.Məmmədov burada gizli dərnəklərdə fəaliyyət göstərib.
Etibar Nəcəfov
Etibar Əli oğlu Nəcəfov (7 mart 1963, Kirovabad) — Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Avropaşünaslıq kafedrasının professoru, filosof, fəlsəfə elmləri doktoru, professor. == Həyatı == Etibar Əli oğlu Nəcəfov 1963-cü il martın 7-də Azərbaycan SSR-nin Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası və anası müəllim işləmişlər. 1980-ci ildə Daşkəsən rayonu A.S.Puşkin adına orta məktəbi bitirib, elə həmin ildə Leninqrad Dövlət Universitetinin fəlsəfə fakültəsinə qəbul olmuşdur. 1985-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmiş və universitetin fəlsəfə fakültəsinin əyani aspiranturasına “Sosial fəlsəfə” ixtisası üzrə qəbul olmuşdur. 8 dekabr 1988-ci ildə “Elmi- texniki tərəqqinin sürətlənməsində imkan və gerçəklik dialektikası“ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 27 fevral 2004-cü ildə “Mədəniyyətinin və sivilizasiyanın ictimai inkişafda dialektikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildən Bakı Slavyan Universitetində müəllim, baş müəllim, dosent, Beynəlxalq əlaqələr üzrə prorektor, kafedra müdiri vəzifələrində işləmişdir. Hal- hazırda Bakı Slavyan Universitetində “Avropaşünaslıq” kafedrasının professoru və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Fəlsəfə və Sosial Psixologiya” kafedrasının müdiri vəzifəsində işləyir. 70-dan artıq elmi məqalənin, 4 monoqrafiyanın və 1 dərsliyin müəllifidir.
Etibar Pirverdiyev
Etibar Sinabəddin oğlu Pirverdiyev (23 iyun 1964, Yuxarı Ləgər, Qusar, Azərbaycan) — "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti, mühəndis-elektrik. == Həyatı == Etibar Pirverdiyev 23 iyun 1964-cü ildə Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olmuşdur. 1983-1987-ci illərdə V.D.Kalmıkov adına Taqanroq Radiotexnika İnstitutunda təhsil almışdır. İxtisasca mühəndisdir. 1988-1991-ci illərdə Azərbaycan Kosmik Araşdırmalar İnstitutunda, Bakı Qazan-Mexaniki Zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. 2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Özəlləşdirilmiş səhmdar cəmiyyətlərində dövlət payının tənzimlənməsi şöbəsinin rəisi, «Bakıelektrikşəbəkə» Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2001-ci il tarixli, 830 nömrəli Sərəncamı ilə "Azərenerji" ASC-nin prezidenti təyin edilmişdir. 4 sentyabr 2018-ci ildə "Azərenerji" ASC prezidenti vəzifəsindən azad edilmişdir. Ailəlidir, 3 övladı var.
Etibar Qafarov
Etibar Qocayev
Etibar Quliyev
Etibar Quliyev — "Azərbaycan Bayrağı" ordeni təltifçisi; Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 22 aprel 1974-cü ildə Füzuli rayonunun Merdinli kəndində doğulmuşdur. 1980-1988-ci illərdə Merdinli kənd orta mərktəbində təhsil alıb. Könüllü müraciətlə 1994-cü ildə Füzuli rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə cəlb edilib. Beyləqan rayonunda Cərcis peyğəmbərin ziyarətgahının ətrafındakı şəhidlər xiyabanında dəfn edilib. == Döyüşlərdə iştirakı == 1994-cü ilin əvvəlində könüllü olaraq cəbhəyə yollanır. Tərtər və digər rayonlara aid yaşayış məntəqələrinin müdafiəsində qəhrəmancasına iştirak edir. Döyüş yoldaşlarının məlumatına əsasən, cəbhənin Tərtər istiqamətində bir erməni tankı naməlum trayektoriyalarla hərəkət edir, bəlli hədəfləri vurduqdan sonra gizlənir, kamuflyaj olurdu. Həmin tankın fəaliyyəti nəticəsində dostunu itirən Etibar onun intiqamını alacağına söz verir. Komandirdən çətinliklə icazə aldıqdan sonra erməni tankının yerini öyrənməyə başlayır.
Etibar Salmanov
Etibar Oktay oğlu Həsənzadə (ilk adı: Etibar Salmanov; 7 iyun 1992, Daşkəsən) — Azərbaycan şairi, yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019). == Həyatı == Etibar Oktay oğlu Həsənzadə 7 iyun 1992-ci il tarixində Azərbaycanın Daşkəsən şəhərində anadan olmuşdur. O, 2010-cu ildə Anar Mursəlov adına Daşkəsən şəhər 2 saylı orta məktəbi bitirmişdir. O, Azərbaycan Yazıçılar Birliyinin, İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvü, Avrasiya İncəsənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının (AİMƏEF) və Türkman Ədəbiyyatçı və Yazıçılar Birliyinin üzvüdür. Həsənzadə 2014-cü ilin sentyabr ayında Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin dinləyicisi olmuş, 2016-cı ildə həmin fakültədən məzun olmuşdur. == Yaradıcılıq fəaliyyəti == Etibar Həsənzadə yaradıcılıq fəaliyyətinə 2014-cü ilin yanvar ayında "Könlümlə söhbət" şeirlər toplusunun nəşr edilməsiylə başlamışdır. Bundan sonra "Duyğular dinsin" (2015), "Gecikmiş etiraf" (2015), "Bir həyat romanı" (2016), "Sevgi bəstəsi" (2017), "Nurla gəldi, Nurla Yaşadı, Nurla getdi" (2018) kitabları nəşr edilmişdir. Həsənzadənin şeirləri və hekayələri "Avrasiya Şairleri Antolojisi"ndə, "Qarabağnamə" (I, II, III, IV cilddə), "Unutulmayan Hocalım", "Sevirəm, sevmişəm, sevəcəyəm də" (I, II, III cilddə), "Ziya", "Bölgələrdən səslər", "Anasız, atasız dünyam", "Xocalı harayı və Əsirlikdən gələn səs", "Zirvə", "Şairlər seçkisi" (IX, X və XI cildlər), "Bir yandan boşalıb dolan dünyadır", "Karabağdan, Kerkükden Çanakkaleye şiir seçkisi", "Türk Dünyası şiir seçkisi III cild", "Xarı bülbül", "Sirli, sözlü Daşkəsən", "Aprel döyüşləri", "Dünya yalan Dünyadır", "Türk illerinde çocukluk günleri" antologiyalarında və "Hər könüldən bir soraq" almanaxında dərc olunmuşdur. Onun şeirlərinə mahnılar bəstələnmiş, eşitmə və danışma qüsurlu insanlar üçün şeirləri və onların mahnıları üçün Azərbaycan işarət dilində 3 klip çəkilmişdir.
Etibar Toğrul
Etibar Toğrul (tam adı:Əliyev Etibar Хasay oğlu) – jurnalist, publisist == Həyatı == Etibar Toğrul 27 iyul 1973-cü ildə Ağdam şəhərində anadan olub. İlk məqaləsi 12 yaşı olarkən Ağdamda çıxan keçmiş "Lenin yolu" qəzetində dərc edilib. Müхtəlif vaхtlarda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin orqanı olan "Gənclik press", "Elita" qəzetlərinin redaktoru, "Yeni Gənclik" qəzetinin və "Dünyaya Qarabağ Harayı" beynəlxalq jurnalının baş redaktoru olub. 2008-ci ildə "Hüquqi Cəmiyyət" qəzetini təsis etmiş və 2012-ci ilədək həmin qəzetin təsisçisi və baş redaktoru olmuşdur. 2012-ci ildən "Xəbər var" qəzetinin baş redaktoru, 2017-2020-ci illərdə "Vetenperverler.az" saytının redaktoru olub. Hazırda isə "Xeber Media GROUP" Şirkətinin, XeberBiz.com və TehsilXeber.com xəbər portalarının rəhbəridir. . 2018-ci ilin fevralından Azərbaycan Alpaqut Federasiyası Mətbuat Xidmətinin rəhbəri, 2018-ci il 4 iyul tarixində isə Azərbaycan Alpaqut Federasiyasının baş katibi vəzifəsinə təyin edilib. On kitab müəllifidir. 2010-cu ildə "Qızıl qələm" mükafatına layiq görülüb. Ailəlidir, 3 övladı və iki nəvəsi var.
Zənzibar
Zənzibar və ya Zangibar — Afrikanın şərqində, iki adadan ibarət və Tanzaniya dövlətinə bağlı muxtar bölgə. Zənzibar əsas ada olan Zangibar adasından və Pemba adasından ibarətdir. Paytaxtı Stoun Taun şəhəridir. İqtisadiyyatı ədviyyata və turizmə əsaslanır. Zənzibar əsil adı Forrux Bulsara olan və "Queen" rok qrupunun solisti olan Freddi Merkurinin doğum yeridir. Merkuri Stoun Taunda anadan olmuşdur. Zənzibar dünyanın ən tanınmış ədviyyat ixracatçılarından biridir. == Tarixi == Zənzibar Şirazdan qaçıb gəlmiş iranlı köçkünlər tərəfindən yaradılmışdır. Fars dilində "Zangi bar"– "zəncilər sahili" deməkdir. 1503–1698-ci ildə Zənzibar Portuqaliyanın hakimiyyətində qalmışdır.
Zəngbar (Bostanabad)
Zəngbar (fars. زنگبار‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (11 ailə).
Zəngibar (Germi)
Zəngibar (fars. زنگبار‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 151 nəfər yaşayır (29 ailə).
Zənzibar (şəhər)
Zənzibar (suah. Jiji la Zanzibar, ing. Zanzibar City) — Tanzaniya, Zangibar adasının qərb sahilində yerləşən şəhər. Muxtar Zənzibarın inzibati mərkəzi və inzibati vahidləri: Qərbi Zanzibar bölgələri və Zənzibar rayonlarının şəhəri. Əhali (Zənzibar şəhəri (Suahili Mjini ((suah. Mjini) və ya Jiji la Zanzibar)) bölgəsində - 205 870 nəfər (2002), 256 543 nəfər (2008), 129 097 nəfər (2009). Şəhərin yerindəki ilk yaşayış yeri 16-cı əsrdə quruldu; şəhər kölə ticarətinin mərkəzi idi. 1840 — 1856-cı illərdə Musat və Oman Sultanlığının paytaxtı Səid ibn Sultanın rəhbərliyi altında. Şəhərin böyük hissəsi ərəb üslubunda mərcan daşından tikilmiş evlərlə qurulmuşdur və dar küçələrin labirentidir; Damları düz olan iki və üç mərtəbəli evlər həyətlərin ətrafında möhkəm bir divarla boyanmış panjurlar və ızgaralar, balıq, lotus və zəncir simvolik şəkilləri olan oyma qapılarla birləşdirilmişdir. Məscidlər, Ərəb qalası, Sultanlar Sarayı; 19-cu əsrin sonlarındakı Avropa binaları: Anqlikan kilsəsi, kilsə.
Zənzibar boğazı
Zənzibar boğazı – Afrikanın cənub-şərqində, Zənzibar adasını Tanzaniyanın materik hissəsindən ayıran boğaz. Tanzaniyanın paytaxtından 400 kilometr məsafədə yerləşir. Zənzibar şəhəri və limanı boğazın sahilindədir. == Təsviri və xüsusiyyətləri == Boğaz Afrikanın sahil şelfində yerləşir. Uzunluğu təxminən 100 kilometrə, eni 40 kilometrə, dərinliyi 40 metrə qədərdir. Boğazın ucqarlarında dərinlik 1000 metrə çatır. Son buzlaşma dövründə boğazın dərinliyi mövcud səviyyədən 121 ± 5 m az idi. Orta qabarma və çəkilmənin hündürlüyü 4 metrdir. Suyun temperaturu fəsildən asılı olaraq 24 ° C ilə 30 ° C arasında dəyişir. Boğaz ətrafında olan körfəzdə mərcan qayaları vardır.
Zənzibar bəbiri
Zanzibar bəbiri (lat. Panthera pardus adersi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Zənzibar sultanlığı
Zənzibar sultanlığı (suah. Usultani wa Zanzibar; ərəb. سلطنة زنجبار‎, Sulṭanat Zanjībār) — XIX əsrdən 12 yanvar 1964-cü ilə qədər mövcud olmuş dövlət. 1964-cü ildən Tanzaniya Birləşmiş Respublikasının bir hissəsidir. == Tarixi == Zənzibar Omandan (Maskat sultanlığı) olan Bu Səidi sülaləsinin kiçik üzvlərinə bir mülk olaraq həkk olunmuşdur. Zənzibar sultanının hakimiyyəti Şərqi Afrika sahillərinə, Ozi çayı üzərindəki Dalqado burnu ilə Kipini arasında, əlavə olaraq Unquca (Zanzibar adası), Pemba və başqa adalara qədər uzanırdı. Aktiv qul ticarəti, həmçinin ədviyyat, fil sümüyü və s. ticarəti var idi. Zənzibarda genişmiqyaslı tikinti prosesi gedirdi. Oman sultanlarının ən güclüsü olan Səid ibn Sultan 1853-cü ildə fəth edilmiş Şərqi Afrika ərazilərinə nəzarət etmək üçün hətta dövlətin paytaxtını Maskatdan Zənzibara köçürməyi planlaşdırırdı.