Etibar Salmanov

Etibar Oktay oğlu Həsənzadə (ilk adı: Etibar Salmanov; 7 iyun 1992, Daşkəsən) — Azərbaycan şairi, yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019).[1]

Etibar Həsənzadə
Etibar Oktay oğlu Həsənzadə
Doğum adı Etibar Salmanov
Doğum tarixi 7 iyun 1992(1992-06-07) (32 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Atası Oktay
Təhsili
Fəaliyyəti şair, yazıçı, hekayə yazıçısı[d]
Fəaliyyət illəri 2014–h.h.
Əsərlərinin dili Azərbaycan dili
Janrlar şeir, hekayə, povest[d], roman
İlk əsəri Könlümlə söhbət (2014)
Mükafatları Bax#Mükafat və təltiflər

Etibar Oktay oğlu Həsənzadə 7 iyun 1992-ci il tarixində Azərbaycanın Daşkəsən şəhərində anadan olmuşdur. O, 2010-cu ildə Anar Mursəlov adına Daşkəsən şəhər 2 saylı orta məktəbi bitirmişdir.[2] O, Azərbaycan Yazıçılar Birliyinin, İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvü, Avrasiya İncəsənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının (AİMƏEF) və Türkman Ədəbiyyatçı və Yazıçılar Birliyinin üzvüdür.[3] Həsənzadə 2014-cü ilin sentyabr ayında Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin dinləyicisi olmuş, 2016-cı ildə həmin fakültədən məzun olmuşdur.[4]

Yaradıcılıq fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Etibar Həsənzadə yaradıcılıq fəaliyyətinə 2014-cü ilin yanvar ayında "Könlümlə söhbət" şeirlər toplusunun nəşr edilməsiylə başlamışdır.[5] Bundan sonra "Duyğular dinsin" (2015),[6][7][8] "Gecikmiş etiraf" (2015), "Bir həyat romanı" (2016), "Sevgi bəstəsi" (2017), "Nurla gəldi, Nurla Yaşadı, Nurla getdi" (2018) kitabları nəşr edilmişdir.[9] Həsənzadənin şeirləri və hekayələri "Avrasiya Şairleri Antolojisi"ndə, "Qarabağnamə" (I, II, III, IV cilddə), "Unutulmayan Hocalım", "Sevirəm, sevmişəm, sevəcəyəm də" (I, II, III cilddə), "Ziya", "Bölgələrdən səslər", "Anasız, atasız dünyam", "Xocalı harayı və Əsirlikdən gələn səs", "Zirvə", "Şairlər seçkisi" (IX, X və XI cildlər), "Bir yandan boşalıb dolan dünyadır", "Karabağdan, Kerkükden Çanakkaleye şiir seçkisi", "Türk Dünyası şiir seçkisi III cild", "Xarı bülbül", "Sirli, sözlü Daşkəsən", "Aprel döyüşləri", "Dünya yalan Dünyadır", "Türk illerinde çocukluk günleri" antologiyalarında və "Hər könüldən bir soraq" almanaxında dərc olunmuşdur. Onun şeirlərinə mahnılar bəstələnmiş, eşitmə və danışma qüsurlu insanlar üçün şeirləri və onların mahnıları üçün Azərbaycan işarət dilində 3 klip çəkilmişdir.[4]

Mükafat və təltiflər

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən "İstedad Sorağında" layihəsi çərçivəsində keçirilmiş müsabiqədə birincilik (2015)
  • "ASKEF" və "Qafqaz-Media İB" tərəfindən verilən "Vicdanlı qələm" mükafatı
  • "Qafqaz-Media İB" və "Tedua Production2un təşkilatçılığı ilə keçirilən "Musical fires of Baku" müsabiqəsinin mükafatlandırma mərasimində "İlin gənc şairi və sayt rəhbər" diplomu
  • "Qafqaz-Media İB" və "Qafqaz-Media.Az" İnformasiya Agentliyinin keçirdiyi sorğuya əsasən "İlin fəal yazarı – Best of the Best" diplomu
  • "Heydər zirvəsi" diplomu
  • "İlhamlı Azərbaycanım" diplomu
  • "Beynəlxalq İdeal Sülh Vəqfi" tərəfindən "Beynəlxalq Sülh Elçisi" statusu
  • Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019)[1]
  • Ziyadar Mükafatı [1]
  • Qızıl qələm mükafatı [2] Arxivləşdirilib 2019-12-06 at the Wayback Machine
  • Könlümlə söhbət (2014)
  • Duyğular dinsin (2015)
  • Gecikmiş etiraf (2015)
  • Bir həyat romanı (2016)
  • Sevgi bəstəsi (2017)
  • Nurla gəldi, Nurla Yaşadı, Nurla getdi (2018)
  1. 1 2 "Etibar Həsənzadə Prezident təqaüdünə layiq görülüb". ustac.az (az.). "Ustac" Yaradıclıq və İnkişaf Portalı. 25 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2019.
  2. "Gənc şair həmyerlimiz Etibar Salmanovla görüş". dashkasan.cls.az (az.). Daşkəsən rayon Mərkəzi kitabxanası. 3 noyabr 2018. 23 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2019.
  3. "Daşkəsən də Gənc Yazar Etibar Həsənzadənin yaradıcılıq gecəsi keçirilib". shamkir.mctgov.az (az.). Şəmkir Regional Mədəniyyət İdarəsi. 28 noybar 2018. 23 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 may 2019.
  4. 1 2 "ETİBAR HƏSƏNZADƏ: "Yenə də qəlbimdə əsir küləklər..."". zim.az (az.). "Ziya" İnformasiya Mərkəzi. 21 yanvar 2017. 25 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2019.
  5. "Daşkəsəndə gənc şair Etibar Salmanovun ""Duyğular dinsin" adlı ikinci şeirlər kitabının təqdimat mərasimi keçirilmişdir". dashkesen-ih.gov.az (az.). Daşkəsən Şəhər İcra Hakimiyyəti. 4 iyun 2015. 23 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2019.
  6. "Etibar Salmanovun "Duyğular dinsin" adlı kitabı nəşr olundu". avrasiya.info (az.). 8 may 2015. 23 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2019.
  7. "Daşkəsənli şair Etibar Həsənzadənin yaradıcılığı ilə bağlı tədbir keçirilmişdir". avrasiya.info (az.). 25 yanvar 2019. 23 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2019.
  8. "Daşkəsənli gənc şair Etibar Həsənzadənin yaradıcılığı ilə bağlı tədbir keçirilmişdir". dashkesen-ih.gov.az (az.). Daşkəsən Şəhər İcra Hakimiyyəti. 25 yanvar 2019. 23 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2019.
  9. "ETİBAR HƏSƏNZADƏ". ustac.az (az.). "Ustac" Yaradıclıq və İnkişaf Portalı. 25 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2019.