Etibar Xasay oğlu Qocayev (20 fevral 1964, Bakı – Ağdaban, Kəlbəcər rayonu, 31 iyul 1992) — Qarabağ müharibəsi şəhidi.
Etibar Qocayev | |
---|---|
Etibar Xasay oğlu Qocayev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Ağdaban, Kəlbəcər rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Məhəbbət Qocayeva |
Uşağı | Toğrul Qocayev |
Təhsili | Kiyev Politexnik İnstitutu |
Hərbi fəaliyyəti | |
Rütbə | Baş leytenant |
Qocayev Etibar Xasay oğlu 1964-cü ilin fevralın 20-də Bakıda anadan olmuşdur. 1982-ci ildə fizika-riyaziyyat təmayüllü məktəbini fərqlənmə diplomu ilə bitirmiş və həmin ildə Kiyev Politexnik İnstitutuna daxil olmuşdur. İnstitutu yaxşı davranış və qiymətlərlə bitirərək, Azərbaycana qayıtmışdır. 1992-ci ilin fevral ayının 26-da ermənilə Xocalıda soyqırım etdi. Onların törətdikləri vəhşiliklər, ağlasığmaz qeyri-insani hərəkətlər onu dərindən sarsıtmışdı. Xocalı faciəsindən sonra, Etibar Qocayev 1992-ci ilin mart ayında könüllü olaraq torpaqlarımızın müdafiəsinə yollandı. Onu taqım komandiri təyin etmişdilər. 3 ay vuruşduqdan sonra Etibar fərqləndiyinə görə baş leytenant rütbəsinə layiq görüldü. Onun ilk döyüş yeri Laçın, Zəngilan rayonları ərazisində gedən döyüşlərdən keçdi.
1992-ci ilin iyulun 31-i Ağdabanda ağır döyüşlər gedirdi. Burada yüksəkliyə qalxıb hücuma keçən tankları vurmaq lazım idi. Etibar Qocayev heç bir əsgərə qıymayıb, əmr vermədən özü təkbaşına bu əməliyyatı həyata keçirib. Yüksəkliyə qalxıb irəliləməkdə olan düşmənin iki tankını vurub, üçüncünü vurmaq istəyəndə onun özü snayper gülləsinə tuş gəlib. Snayper tərəfindən vurulan Etibar Qocayev həmin gün şəhid oldu. Məzarı Şəhidlər Xiyabanındadır.
Etibar ailəli idi, bir oğlu var. Nəvələrindən biri onun adını daşıyır.
Nərimanov rayonunda yaşayıb[1]. Adının əbədiləşdirilməsi üçün Nərimanov rayonunda küçələrdən birinə onun adı verilmişdir.
Samirə Qocayeva şəhid haqqında "Etibarın hekayəsi" şeirini yazıb.
Samirə Qocayeva. Etibarın hekayəsi
Bir gün bir qəzetlə gəldi hiddətə,
Günlərcə yatmadı, düşdü qəflətə.
Dözmədi ürəyi, haqsızlıqlara,
Dedi bumu oldu xalqıma rəva?
Gənc anaların qarnın yardılar,
İçinə pişiyi diri qoydular.
Bir anlıq qəzəblə doldu gözləri
Ürəyi az qala yerindən çıxsın
Necə dözmək olar, bu vəhşiliyə?
Susmaq yaraşırmı heç kişiliyə.
Durdu bir qərarda, düz Qarabağa
Düşmənə gününü göstərmək üçün
Sanki döyüş üçün gəldi dünyaya
Xalqını düşməndən qorumaq üçün.
29 kəndə müvəffəq oldu,
Düşmənə bir anda aman vermədi,
Vətən onun üçün keçilməz yoldur,
Canını vətənə qurban eylədi.
Vətən sağ olsun hamı söylədi.
Danışa bilmədi körpəsi,
Arzusu gözündə qalmışdı sanki,
Atasın görmədi hələ körpəsi.
Bu dünyadan bir Etibar keçdi,
Vətənə, Millətə xeyirli övlad.
Bu dünyadan bir qəhrəman getdi
Doyunca atalığı yaşamayaraq.
Etibar nə deməkdir bilirsizmi heç?
Etibar arzusu gözündə qalan
Heç vaxt geriyə addımı atmayan
Düşməndən qorxmayan, məğrur, yaşayan,
Qəhrəman deməkdir, igid deməkdir,
Etibar bir sözlə Vətən deməkdir.
Amalı şüarı təkcə bir olan
Heç vaxt unudulmayan hər an yaşayan
Dillərdən düşməyən bir daştan olan,
Cənnətdə yaşayan şəhid deməkdir,
Etibar bir sözlə Vətən deməkdir.