"JARA" beynəlxalq musiqi festivalı
"JARA" beynəlxalq musiqi festivalı (rus. Международный музыкальный фестиваль «ЖАРА») — musiqi festivalı. Festival ilk dəfə 2016-cı ildə Azərbaycanın Bakı şəhərində keçirilib.
== Festivalın tarixi ==
=== 2016 ===
2016-cı ildə festival Bakıda iyulun 9-dan 10-a qədər keçirilib. Festivalda Qriqori Leps, Filipp Kirkorov, Emin Ağalarov, Sergey Lazarev, Svetlana Loboda, A'STUDIO, Leonid Aqutin, Stas Mixaylov, Nikolay Baskov, Ani Lorak, Vladimir Presnyakov, Eva Polna, Aleksandr Revva, Polina Qaqarina, Timati, Artik & Asti, Serebro, Alekseev, MBAND, Potap i Nastya, Nyuşa Şuroçkina, İqor Burnişov, Stas Kostyuşkin, Denis Klyaver, Anitsa Tsoy, Tomas N'evergreen, Valeriya, Lolita Milyavskaya, Anna Sedokova, Aleksey Vorobyov, Slava, Pizza, Band'Eros, Vremya i Steklo, Yulianna Karaulova, Vlad Sokolovskiy, Mitya Fomin, Nərgiz və digər musiqiçilər çıxış edib. Festivalın aparıcıları Yana Çurikova və Andrey Malaxov olub.
=== 2017 ===
2017-ci ildə festival Bakıda 25 iyuldan 28 iyula qədər keçirilib. Festivalda Alla Puqaçova və Sofiya Rotarunun yaradıcılıq gecələri keçirilib. Festivalda Qriqori Leps, Filipp Kirkorov, Emin Ağalarov, Sergey Lazarev, Svetlana Loboda, A'STUDIO, Leonid Aqutin, Nikolay Baskov, Ani Lorak, Aleksandr Revva, Artik & Asti, Serebro, Alekseev, MBAND, Potap i Nastya, İqor Burnişov, Anitsa Tsoy, Valeriya, Lolita Milyavskaya, Slava, Vremya i Steklo, Yulianna Karaulova, Nərgiz, Albina Canabayeva, Aleksandr Marşal, MOT, IOWA, Alessandro Safina, MONATIK, Timur Rodrigez, Stanislav Pyexa, Soso Pavliaşvili, Vera Brejneva, Vladimir Vinokur, Layma Vaykule, Kristina Orbakayte, İrina Dubtsova, Yeqor Krid, Dima Bilan, Diana Arbenina, Valeri Meladze, Jasmin, Lev Leşşenko, Qlyukoza, Vaxtanq, Fabrika, Brandon Stone, Maks Barskix, Aleksandr Panayotov, Olqa Buzova, Yuliya Parşuta və digər musiqiçilər çıxış edib. Festivalın aparıcıları Yana Çurikova, Andrey Malaxov və Maksim Qalkin olub.