Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bey Yuymin
Yuy Min Pey (çin. 貝聿銘, ing. Ieoh Ming Pei; 26 aprel 1917[…], Quançjou, Çin Respublikası – 16 may 2019[…], Manhetten, Nyu-York, ABŞ) — Amerikalı memar, Massaçusets Texnologiya İnstitutunda və Harvard Universitetində Valter Qropiusun sinifdə təhsil alıb. "Mies van der Rohe" beynəlxalq tərzinin ənənələrini davam etdirir. Pritzker mükafatının ilk 5 qalibindən biri. Lyudviq Mis van der Roenin "Beynəlxalq stil" ənənəsini dəvam etdirmək üçün. İlk 5 Pritsker mükafatçılardan biri.
Boulari Bey
Boulari Bey və ya Baye de Boulari — Yeni Kaledoniyanın cənub-qərbində yerləşən körfəzdir. Bu buxta şərqdə Numeanın su sahəsini formalaşdırır.
Kips Bey
Kips Bey (ing. Kips Bay, sözbəsöz tərcümədə "Kipsin buxtası" deməkdir) — Nyu-York şəhərinin Manhetten borosunun şərq hissəində yerləşən kvartal. O, şimaldan 34-cü küçə, şərqdən İst-River, cənubdan Şərqi 27-ci və/və ya 23-cü küçələr və qərbdən Üçüncü prospekt ilə əhatələnib. Kips Bey 10010 və 10016 əsas poçt kodları ilə Manhettenin 6-cı bölgəsinin bir hissəsidir. Nyu-York Polis Departamentinin 13 və 17-ci bölmələri tərəfindən patrul edilir.
Lyu Bey
Lyu Bey (çin. ənən. 刘备, sadə. 劉備), (161—223) — Çin ərazisində Üç çarlıq dövründə Şu çarlığının birinci hökmdarı və Şu sülaləsinin banisi. == Həyatı == 220-ci ildə sonuncu Han imperator hakimiyyətdən Veylər tərəfindən uzaqlaşdırıldıqdan sonra Lyu Bey bi əqəba kimi Han sülaləsi ailəsini öz tərəfinə çəkərək onlara itirilmiş hakimiyyət və ərazilərin qaytaracağını vəd edir. 221-ci ildə özünü yenidən qurmuş olduğu Han dövlətini imperatoru elan edir. Çin tarixində bu dövlət həmdə Şu Han kimi tanınır. Bundqn iki il sonra Lyu Bey Sun Çyuanın üzərinə itirilmiş Hunan və Hubey əyalətlərini geri qaytarmaq məqsədi ilə yürüş edir. Yürüş uğursuz olan Lyu Bey geri paytaxta çəkilərkən yolda 223-cü ildə vəfat edir. Vəsiyyətinə əsasən oğlu Lyu Şan onun yerini tutur.
Maisa Bey
Maisa Bey (1950, Ksar əl-Buxari[d], Medea vilayəti[d]) — Əlcəzair yazıçısı. == Həyatı == Maisa Bey 1950-ci ildə Əlcəzairin Ksar əl-Buxari şəhərində anadan olub və Sid Bel Abbes Universitetində fransız dili tədris edir. Maissa Bey müxtəlif ölkələrdə mədəni tədbirlərin təşkil edilməsi ilə məşhurlaşıb. O, “Əlcəzair xəbərləri”, “Dağlara çəkilin”, “Mavi, ağ, yaşıl” kimi romanların müəllifidir.
Maykl Bey
Maykl Bey (17 fevral 1965, Los-Anceles, Kaliforniya) — amerikalı kino rejissor və prodüser. == Həyatı == Çəkdiyi filmlər arasında "Qaya", "Armageddon" (1998, ən yaxşı rejissorluğa görə Saturn mükafatı), "Pyörl-Harbor", "Ada" və "Transformerlər"dir. Prodüserləşdirdiyi filmlər arasında isə "Benzin mişarı ilə Texas qırğını" və "Cümə, ayın 13-ü" (2009), "Quşlar" (2009) və "Qarağac küçəsində dəhşət" (2010) trillerləri var.
Monteqo-Bey
Monteqo-Bey — Yamaykanın şimal-qərbində, Karib dənizin sahilində yerləşən kurort. Əhalisi 80 min nəfər (2010) olan şəhər Sent-Ceyms dairəsinin inzibati mərkəzidir. Beynəlxalq turizm; iri hava limanı.
Berç-Bey (Vaşinqton)
Berç Bey (ing. Birch Bay) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 8413 nəfər olmuşdur. == Tarixi == Hələ on min il əvvəl Sahil Salişləri yayda burda dəniz məhsulları əldə etməyə gəlirdilər. Sahil Salişlərinin qədim yurdu olan bu ərazini Lummi dilində "Straf-a-wa", yəni molyuska yer adlanırdı. Çünki onlar burada molyuskaları qurudub və hisə verərək qışa azuqə toplayırdılar. 1792-ci ildə ərazidə ekspediya aparan Britaniyalı Corc Vankuver (1758-1798) ərazini İngiltərə ərazi olaraq elan etdi. Onun botaniki bu ərazidə çox miqdarda ağcaqayın olduğu üçün ərazini Berç Bey adlandırdı. 1871-ci ildə Çarles Voqt ərazini qeydə aldıraraq burada yaşamağa başladı. 1870-ci illərin axırlarında burada daimi yaşayış məskənləri əmələ gəlməyə başladı və əhali sayı artmağa başladı.
Hobart Bey (Alyaska)
Hobart Bey — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatına məxsus yaşayış məntəqələrindən biridir. ABŞ siyahıyaalma bürosunun 2010-cu il məlumatına əsasən yaşayış məntəqəsində 1 nəfər sakin yaşayır. Yaşayış məntəqəsi 1889-cu ildə Hobart Bey olaraq adlandırılıb. Əhalisi son illərdə azalmağa doğru gedir. Hobart bey yaxınlığında Hunah-Angun Census bölgəsinin olduqca əhəmiyyətli bir hissəsi və iqtisadi mərkəzi sayılan Pitersburq şəhəri yerləşir. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, yaşayış məntəqəsinin ümumi sahəsi 336 km² təşkil edir ki, bunun 304 km²-i quru sahəni, 32 km² isə su sahəsindən ibarətdir. Ümumi sahənin 9.54% hissəsi sudan ibarətdir. == Əhalisi == ABŞ Siyahıyaalma Bürosunun məlumatına əsasən 2000-ci ildə burada 3 nəfər sakin iki yaşayış evində yaşayırdı. Sakinlərdən biri ağdərili, digəri isə yerli amerikan idi. Əhali sıxlığı 0/km² olan bu yaşayış məntəqəsində 0.1/km² ortalama sıxlığda yeddi mənzil yerləşirdi.
Nxata Bey (mahal)
Nxata Bey — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Şimal bölgəsinə aiddir. == Coğrafiya == Nxata Bey ölkənin üç bölgəsindən biri olsan Şimal bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Nxata Bey şəhəridir. Mahal şimalda Rumfi mahalı, şərqdə Malavi gölü, cənubda Nxotakota mahalı, qərbdə isə Mzimba mahalı ilə qonşudur.
Nxata Bey dairəsi
Nxata Bey — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Şimal bölgəsinə aiddir. == Coğrafiya == Nxata Bey ölkənin üç bölgəsindən biri olsan Şimal bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Nxata Bey şəhəridir. Mahal şimalda Rumfi mahalı, şərqdə Malavi gölü, cənubda Nxotakota mahalı, qərbdə isə Mzimba mahalı ilə qonşudur.
Osman Hamdi Bey
Osman Hamdi Bey (30 dekabr 1842[…], Konstantinopol – 24 fevral 1910[…]) — Osmanlı dövrünün ilk arxeoloqu, rəssam, İstanbul Arxeologiya Müzeyinin qurucusu və direktoru, Kadıköyün ilk bələdiyyə başqanı. == Həyatı == Osman Hamdi Istanbulda sədrəzəm ailəsində dünyaya gəlmişdir. Atası İbrahim Ethem Paşa imperatorluqda sədrəzəm çalışırdı. Məhz bu üzdən balaca Osmanın ətrafı daha yaxşı idi və daha yüksək təhsil almaq şansı var idi. Osman Hamdi ilk təhsilini Beşiktaş yaxınlığında olan bir məktəbdə aldı. Bundan sonra atası onu maliyə məktəbinə göndərdi. Oxumaqla yanaşı Osman həm də rəsm çəkməklədə məşğul idi. On altı yaşı bitən zaman o atası ilə Vyanaya getdi. Ethem Paşa oğlunun sənətə olan həvəsini nəzər alıb bir çox muzey və sərgilərə apardı. Gördüklərindən Osmanı çox təsirlənmişdir.
Palm Bey (Florida)
Palm Bey, ABŞ-nin Florida ştatındakı Brevard qraflığında yerləşən bir şəhərdir. 26 Noyabr 2009-cu il tarixində şəhərin əhalisi 103.190 nəfər, aqlomerasiya regionunun əhalisi 543.376 nəfərdir. == Demoqrafiya == === 2010-cu il siyahıyaalması === 15 Mart 2010-cu il tarixində həyata keçirilən bir siyahıya alınmaya görə, şəhərdə 40670 nəfər, 17200 ev və 11094 ailə var. Şəhərdəki əhali bölgüsü əhalinin 79.0% Ağ, 11.3 % Afroamerikalı, 0.3% Yerli Amerikalı, 5.2% Asiya mənşəli, 0.1% Sakit okean adaları mənşəli, 1.1% digər qruplardan ibarət olduğunu müəyyən etmişdir.
Xoks-Bey zəlzələsi
Xoks-Bey zəlzələsi — Yeni Zelandiyada adasının şimalında zəlzələ. 1931-ci il fevralın 3-də olan zəlzələnin gücündən Neypir və Qastinqs şəhərlərindəböyük uçuntular olmuş, körfəzin dərinliyi bir neçə metr dəyişilmişdir.
Zoltan Layoş Bey
Zoltan Layoş Bey (24 iyul, 1900 Dyula - 4 oktyabr, 1992 Vaşinqton) — mikrodalğa texnologiyası, o cümlədən volfram lampalarını inkişaf etdirmiş macarıstanlı fizik, professor və mühəndis. O, Aydan radar əks-sədalarını müşahidə edən ikinci şəxs idi. 1930-cu ildən etibarən o, Segeda Universitetində nəzəri fizika professoru kimi işləməyə başladı. 1923-cü ildə Tungsram Ltd.-də işıq mənbələrini, əsasən də elektrik lampaları inkişaf etdirmək üçün tədqiqat laboratoriyası yaradıldı. Laboratoriyanın rəhbəri İqnas Pfayfer idi. Tədqiqat heyətinə isə Zoltan Beylə bərabər Tivadar Millner, İmre Brodi, Qyorq Sigeti, Ernö Vinter və başqaları daxil idilər. Qyorq Sigeti Zoltan Beylə birlikdə metal buxar lampaları və lüminessensiya işıq mənbələri üzərində işləyirdi. Onlar silisium karbiddən hazırladıqları "Elektrolüminissent işıq mənbələrinə" görə patent aldılar. Bu işıq mənbələri işıq diodlarının "əcdadları" hesab olunur. 1955-ci ildə Zoltan Bey Milli Standartlar Bürosunda (hal-hazırda Milli Standartlar və Texnologiya İnstitutu adlanır) Nüvə Fizikası şöbəsinin rəhbəri oldu.
"Beynəlmiləlçi-döyüşçüyə" medalı
"Beynəmiləlçi-döyüşçüyə" döş nişanı — müxtəlif ölkələrdə sülh məqsədilə döyüşən keşmiş SSRİ döyüşçülərinə verilib.[mənbə göstərin]
"Beynəlmiləlçi döyüşçüyə" döş nişanı (SSRİ)
"Beynəmiləlçi-döyüşçüyə" döş nişanı — müxtəlif ölkələrdə sülh məqsədilə döyüşən keşmiş SSRİ döyüşçülərinə verilib.[mənbə göstərin]
"Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqı adından" medalı (Əfqanıstan)
"JARA" beynəlxalq musiqi festivalı
"JARA" beynəlxalq musiqi festivalı (rus. Международный музыкальный фестиваль «ЖАРА») — musiqi festivalı. Festival ilk dəfə 2016-cı ildə Azərbaycanın Bakı şəhərində keçirilib. == Festivalın tarixi == === 2016 === 2016-cı ildə festival Bakıda iyulun 9-dan 10-a qədər keçirilib. Festivalda Qriqori Leps, Filipp Kirkorov, Emin Ağalarov, Sergey Lazarev, Svetlana Loboda, A'STUDIO, Leonid Aqutin, Stas Mixaylov, Nikolay Baskov, Ani Lorak, Vladimir Presnyakov, Eva Polna, Aleksandr Revva, Polina Qaqarina, Timati, Artik & Asti, Serebro, Alekseev, MBAND, Potap i Nastya, Nyuşa Şuroçkina, İqor Burnişov, Stas Kostyuşkin, Denis Klyaver, Anitsa Tsoy, Tomas N'evergreen, Valeriya, Lolita Milyavskaya, Anna Sedokova, Aleksey Vorobyov, Slava, Pizza, Band'Eros, Vremya i Steklo, Yulianna Karaulova, Vlad Sokolovskiy, Mitya Fomin, Nərgiz və digər musiqiçilər çıxış edib. Festivalın aparıcıları Yana Çurikova və Andrey Malaxov olub. === 2017 === 2017-ci ildə festival Bakıda 25 iyuldan 28 iyula qədər keçirilib. Festivalda Alla Puqaçova və Sofiya Rotarunun yaradıcılıq gecələri keçirilib. Festivalda Qriqori Leps, Filipp Kirkorov, Emin Ağalarov, Sergey Lazarev, Svetlana Loboda, A'STUDIO, Leonid Aqutin, Nikolay Baskov, Ani Lorak, Aleksandr Revva, Artik & Asti, Serebro, Alekseev, MBAND, Potap i Nastya, İqor Burnişov, Anitsa Tsoy, Valeriya, Lolita Milyavskaya, Slava, Vremya i Steklo, Yulianna Karaulova, Nərgiz, Albina Canabayeva, Aleksandr Marşal, MOT, IOWA, Alessandro Safina, MONATIK, Timur Rodrigez, Stanislav Pyexa, Soso Pavliaşvili, Vera Brejneva, Vladimir Vinokur, Layma Vaykule, Kristina Orbakayte, İrina Dubtsova, Yeqor Krid, Dima Bilan, Diana Arbenina, Valeri Meladze, Jasmin, Lev Leşşenko, Qlyukoza, Vaxtanq, Fabrika, Brandon Stone, Maks Barskix, Aleksandr Panayotov, Olqa Buzova, Yuliya Parşuta və digər musiqiçilər çıxış edib. Festivalın aparıcıları Yana Çurikova, Andrey Malaxov və Maksim Qalkin olub.
"Qız qalası" Beynəlxalq İncəsənət Festivalı
"Qız qalası" Beynəlxalq İncəsənət Festivalı — İçərişəhərin ərazisində yerləşən Qız qalasının dünyada tanıdılması məqsədilə 2010-cu ildən etibarən keçirilən beynəlxalq incəsənət festivalı. Qız qalası 2000-ci ildə UNESCO-nun ümumdünya irsi siyahısına daxil edilmişdir. Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradırlar. == Festivalın tarixçəsi == Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Müasir İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə 2010-cu il 26–29 may tarixlərində keçirilən ilk festivalda 18 ölkədən 20-dən çox rəssam. 2011-ci ildə keçirilən II Beynəlxalq incəsənət festivalnda isə 20 ölkədən 25 tanınmış rəssam iştirak edib. 2012-ci ildə 24 ölkədən rəssamların iştirak etdiyi "Qız qalası" III Beynəlxalq incəsənət festivalında, əvvəlki festivallardan fərqli olaraq, nəsli kəsilməkdə olan "Qafqaz beşliyi"nə diqqəti cəlb etmək məqsədilə ceyran maketləri hazırlanmışdır. Həmin maketlər rəssamlar tərəfindən bəzədilmişdir. Bu festival IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi təşkilatçılığı iləkeçirilmişdi. 2013-cü il iyulun 4-də Kannın La Kruazet bulvarında "Qız Qalası" IV Beynəlxalq incəsənət festivalının açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Kann şəhərinin meri, deputat Bernar Broşan, o cümlədən BMT baş katibinin müavini Filip Dust-Blazi açılış mərasimində iştirak ediblər.
"Qızıl çinar" beynəlxalq mükafatı
Qızıl çinar — Heydər Əliyev Fondunun 2009-cu ildə təsis etdiyi beynəlxalq mükafat. == Laureatlar == === 2009 === İhsan Doğramacı — ulu öndərin məsləkdaşı və yaxın dostu Əlibaba Məmmədov — xalq artisti Marko Borsotti — BMT-nin Azərbaycandakı sabiq rezident əlaqələndiricisi Rəşad Mahmudov — ürək-damar cərrahı Kşiştof Krayevski — Polşanın Azərbaycandakı səfiri Nərminə Zöhrabova — Bakının Nizami rayonundakı 1 nömrəli uşaq evinin direktoru === 2010 === Arif Babayev — Xalq Artisti Hana Singer — YUNİSEF-in Azərbaycandakı keçmiş nümayəndəsi Tahir Salahov — Xalq Rəssamı === 2011 === Koişiro Matsuura — YUNESKO-nun keçmiş baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri — İSESKO-nun baş direktoru === 2012 === Kestutis Kudzmanas — Litva Respublikasının Azərbaycandakı səfiri İlham Zəkiyev — ikiqat paralimpiya, üçqat dünya çempionu === 2014 === Teymur Göyçayev — Xalq Artisti Jolt Çutora — Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Qasımov — Xalq Artisti Natali Qule — Fransa senatoru === 2015 === Erve Mikaelof — tanınmış incəsənət eksperti Ağaxan Abdullayev — xalq artisti === 2017 === Vasim Məmmədəliyev — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi === 2018 === Rauf Abdullayev — Azərbaycan Respublikasının Xalq Artisti, Dövlət Mükafatı, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri laureatı Mixail Qusman — Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Azərbaycan Respublikasının "Dostluq" və "Şöhrət" ordenləri laureatı Eldar Quliyev — kinorejissor və ssenarist, Azərbaycan Respublikasının Xalq Artisti, "Şöhrət" və "Şərəf" ordenləri laureatı === 2019 === Fuad İbrahimov — Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Almaniya Münxen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru, Əməkdar artist Zərifə Məmmədova — Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin direktor müavini == İstinadlar == == Xarici keçidlər == Qızıl Çinar Beynəlxalq mükafatı — Dr.
"Xocalıya ədalət" beynəlxalq kampaniyası
"Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası (ing. Justice for Khojaly) — Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biri. == Haqqında == "Xocalıya ədalət" beynəlxalq kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniyanın fəaliyyəti həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir. == Kampaniyanın strateji məqsədləri == 1.
1983 Beyrut kazarma bombalanması
Beyrut kazarma bombalanması, 23 oktyabr 1983-cü ildə Livan vətəndaş müharibəsi dövründə Beyrutda meydana gələn bombalı hücumudur. Bu hücum nəticəsində 299 Amerika və fransız əsgəri ABŞ və Fransa əsgərlərinin yerləşdirildiyi binaların qarşısında iki bomba yüklü yük maşınının partlaması nəticəsində həyatını itirmişdir. Daha sonra Hizbullah olaraq bilinən İslami Cihad təşkilatı bombalı hücumun məsuliyyətini öz üzərinə götürmüşdür. Nəqliyyat vasitələrindəki partlayıcılar intiharçılar tərəfindən partladılmışdır. ABŞ dəniz piyadaları korpusu kazarmalarına edilən hücumda 220 nəfəri dəniz piyadası, 18 nəfəri dənizçi və 3 nəfəri əsgər olmaqla ümumilikdə 241 Amerika əsgəri öldürüldü, 60-ı yaralandı. ABŞ Dəniz Piyadaları Korpusunun İkinci Dünya Müharibəsindəki İvo Jima döyüşündən bu tərəfə və ABŞ ordusunun Vyetnam müharibəsindəki Tet Hücumunun ilk günündən bu tərəfə bir gün ərzində ən çox əsgər itirdiyi hadisədir. Həmçinin bu hücum İkinci Dünya Müharibəsindən bəri xaricdəki Amerikalılara edilən ən ölümcül hücumdur. Bundan əlavə, binada qapıçı olaraq işləyən yaşlı bir livanlı da ilk partlayışda öldü. İstifadə olunan partlayıcı 5,400 kq ağırlığında TNT-yə bərabər idi. İki dəqiqə sonra, Fransız əsgərlərinin qaldığı səkkiz mərtəbəli binaya (Fransa “Drakkar” paraşütçü kazarması, Ramlet al Baida, Beyrut) edilən hücumda 58 Fransız paraşütçü öldürüldü, 15 əsgər yaralandı.
2017 Beynəlxalq Çempionlar Kuboku
2017 Beynəlxalq Çempionlar Kuboku (və ya İCC) — 5-ci dəfə təşkil edilən futbol üzrə yoldaşlıq oyunu seriyasıdır. Turnir hər il müxtəlif ölkələrdə təşkil edilir. Yarış 2017-ci ilin iyul ayında başlamış və avqust ayında sona çatmışdır. == Klublar == Real Madrid və Barselona klubları Amerika turniri üzrə elan olunan ilk iki komanda olmuşdur. Mançester Yunayted və Mançester Siti klubları da Amerika turnirində iştirak edəcək növbəti klublar olmuşdur.
80 saylı İmişli-Beyləqan seçki dairəsi
81 saylı Beyləqan seçki dairəsi
8 Mart Beynəlxalq Qadınlar Günü
Beynəlxalq Qadınlar Günü — Hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq Qadınlar Günü olaraq da tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayram. 8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya Respublikası, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 -martı beynəlxalq qadınlar günü kimi tanıyıb. == Tarixi == Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 8 mart 1857-ci ildə ABŞ-nin Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı. 8 mart 1908-ci ildə Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi. İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu Yorkda baş tutmuşdur; bu Amerika Sosialist partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunmuşdu. 1909-cu ildə isə Avropadakı qadınlar, fevral ayının son bazar gününü, fevralın 28-ni ilk qadın günü olaraq keçirdi.
ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu
== Tarixi == "Gəlin ilk əvvəl ən yaxşını qorumaq cəhdindən — gələcək nəslin taleyini həll edən azadlıq mübarizəsindən başlayaq. Sülh və ədalət naminə, gəlin elə dünyaya gedək ki, orada insanlar öz talelərini müəyyən etməkdə azaddırlar. Azadlıq bəxti gətirən çox az adamın nailiyyəti yox, bütün insanların ümumi beynəlxalq hüququ olmalıdır". ABŞ-nin Beynəlxalq Respublikaçılar İnstitutunun rəsmi saytında qurumun yaranma tarixi haqda məlumat Amerikanın 40-cı prezidenti Ronald Reyqanın 1982-ci ildə Britaniya parlamentindəki çıxışı zamanı dediyi bu sözlərlə başlayır. Çünki Respublikaçılar İnstitutunun yaranmasına da bu çıxış səbəb olub. R. Reyqan həmin çıxışıyla ABŞ-nin dünyada azadlıq və demokratiya uğrunda mübarizə aparanlara dəstək kursunu elan edib və 1983-cü ildə ABŞ Konqresi Reyqanın çağırışına cavab verib: dünyada demokratiyanı dəstəkləmək haqda qərar qəbul edilib. Bu işi görmək isə Beynəlxalq Respublikaçılar İnstitutu (İRİ), Demokratiyaya Milli Yardım Fondu (NED), Beynəlxalq Özəl Müəssisələr Mərkəzi (CİPE) və Amerika Beynəlxalq Əmək Həmrəyliyi Mərkəzi (ACİLS) kimi qurumlara həvalə olunub. Respublikaçılar İnstitutu demokratiyanı ilk olaraq Latın Amerikasına yaymaq məqsədilə yaradılıb. Təşkilatın ilk ofisləri 1984-cü ildə Boliviya, Kolumbiya, Qrenada, Qvatemala və Portuqaliyada açılıb. "Soyuq müharibə"nin sonlarına doğru Respublikaçılar İnstitutu dünyada azadlıq və demokratiyanın dəstəklənməsi istiqamətində araşdırmalarını artırmağa başlayıb.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Amerika Birləşmiş Ştatları hökumətinin müstəqil agentliyidir, əsasən mülki xarici yardım və inkişaf köməyin idarə edilməsinə cavabdehdir. 27 milyard dollardan çox büdcə ilə USAID dünyanın ən böyük rəsmi yardım agentliklərindən biridir və ABŞ-ın bütün xarici yardımının yarısından çoxunu təşkil edir – mütləq dollar ifadəsində dünyada ən yüksəkdir. Konqres 4 sentyabr 1961-ci ildə ABŞ-ın xarici yardım proqramlarını yenidən təşkil edən və iqtisadi yardımı idarə etmək üçün bir agentliyin yaradılmasını tələb edən Xarici Yardım Aktını qəbul etdi. Sonradan USAID bir neçə mövcud xarici yardım təşkilatını və proqramlarını bir agentlik altında birləşdirməyə çalışan Prezident Con Kennedinin sərəncamı ilə yaradıldı. USAID əsas diqqəti uzunmüddətli sosial-iqtisadi inkişafa yönəldən ABŞ-ın ilk xarici yardım təşkilatı oldu. USAİD-in proqramları Konqres tərəfindən Xarici Yardım Aktı vasitəsilə tənzimlənir ki, bu da bu icazələri illik maliyyə ayırmaları aktlarında və digər qanunvericilik aktlarında əks olunan mandatlarla tamamlayır. ABŞ-ın xarici siyasətinin formal komponenti olan USAID prezidentin, dövlət katibinin və Milli Təhlükəsizlik Şurasının rəhbərliyi altında fəaliyyət göstərir. USAID-in 100-dən çox ölkədə, ilk növbədə Afrika, Asiya, Latın Amerikası, Yaxın Şərq və Şərqi Avropada nümayəndəlikləri var. USAID həmçinin Afrika və Asiyada vərəmin aşkarlanmasına və qarşısının alınmasına kömək etmək üçün IDDS adlı 5 illik proqram həyata keçirib. == Mübahisələr və tənqidlər == USAID və ümumilikdə ABŞ-ın xarici iqtisadi yardımı 1950-ci illərdən bəri davamlı olaraq müzakirə, mübahisə və tənqid mövzusuna çevrilmişdir.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Amerika Birləşmiş Ştatları hökumətinin müstəqil agentliyidir, əsasən mülki xarici yardım və inkişaf köməyin idarə edilməsinə cavabdehdir. 27 milyard dollardan çox büdcə ilə USAID dünyanın ən böyük rəsmi yardım agentliklərindən biridir və ABŞ-ın bütün xarici yardımının yarısından çoxunu təşkil edir – mütləq dollar ifadəsində dünyada ən yüksəkdir. Konqres 4 sentyabr 1961-ci ildə ABŞ-ın xarici yardım proqramlarını yenidən təşkil edən və iqtisadi yardımı idarə etmək üçün bir agentliyin yaradılmasını tələb edən Xarici Yardım Aktını qəbul etdi. Sonradan USAID bir neçə mövcud xarici yardım təşkilatını və proqramlarını bir agentlik altında birləşdirməyə çalışan Prezident Con Kennedinin sərəncamı ilə yaradıldı. USAID əsas diqqəti uzunmüddətli sosial-iqtisadi inkişafa yönəldən ABŞ-ın ilk xarici yardım təşkilatı oldu. USAİD-in proqramları Konqres tərəfindən Xarici Yardım Aktı vasitəsilə tənzimlənir ki, bu da bu icazələri illik maliyyə ayırmaları aktlarında və digər qanunvericilik aktlarında əks olunan mandatlarla tamamlayır. ABŞ-ın xarici siyasətinin formal komponenti olan USAID prezidentin, dövlət katibinin və Milli Təhlükəsizlik Şurasının rəhbərliyi altında fəaliyyət göstərir. USAID-in 100-dən çox ölkədə, ilk növbədə Afrika, Asiya, Latın Amerikası, Yaxın Şərq və Şərqi Avropada nümayəndəlikləri var. USAID həmçinin Afrika və Asiyada vərəmin aşkarlanmasına və qarşısının alınmasına kömək etmək üçün IDDS adlı 5 illik proqram həyata keçirib. == Mübahisələr və tənqidlər == USAID və ümumilikdə ABŞ-ın xarici iqtisadi yardımı 1950-ci illərdən bəri davamlı olaraq müzakirə, mübahisə və tənqid mövzusuna çevrilmişdir.
Abadan Beynəlxalq Hava Limanı
Abadan Beynəlxalq Hava Limanı (IATA: ABD, ICAO: OIAA) İranın Abadan şəhərindən 12 kilometr məsafədə yerləşən beynəlxalq hava limanıdır.
Abılay Xan adına Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universiteti
Abılay Xan adına Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universiteti (qaz. Абылай хан Қазақ халықаралық қатынастар және әлем тілдері университеті (ҚазХҚжӘТУ)) — Qazaxıstanın ali təhsil müəssisəsi. Xarici dildə və beynəlxalq profildə mütəxəssislər üçün peşə təhsili verir. == Tarixi == Qazaxıstan Dövlət Müəllimlər Xarici Dillər İnstitutu, SSRİ hökumətinin 16 sentyabr 1940-cı il tarixli 1696 saylı qərarı ilə quruldu. 1941-ci ilin yayında institut müəllim qəbul etməyə və tələbələrin ilk qəbuluna hazırlaşmağa başladı. 1941-ci ilin sonunda institutun ilk nizamnaməsi təsdiq edildi, ona görə Qazaxıstan SSR Xalq Təhsil Komissarlığı tərəfindən təsdiqlənən müstəqil bir təhsil və elmi müəssisə idi. İnstitut üç fakültədən (İngilis, Alman, Fransız) ibarət idi, dekanları bu fakültənin aparıcı fənlərindəki professorlar və ya dosentlər arasından namizəd göstərildi və təkliflə Qazaxıstan SSR Xalq Təhsil Komissarlığı tərəfindən təsdiq edildi. institut direktorunun. 1941–1942-ci tədris ilinin qəbulu göstərdi ki, respublikanın digər universitetlərində olduğu kimi İnstitutda da Qazax uyruğundan az sayda tələbə var idi, bununla əlaqədar 1 aprel 1942-ci ildən etibarən qazaxlar üçün dörd aylıq təlim kursları universitetlərdə 330 nəfərlik bir kontingentli qızlar təşkil edildi. Qazaxıstan SSR hökuməti 1944-cü ilin avqust ayında 30 nəfərlik bir şərqlə "Şərq dilləri fakültəsinin təşkili haqqında" bir qərar qəbul etdi.
Aktau Beynəlxalq Hava Limanı
Aktau Beynəlxalq Hava Limanı (qaz. Ақтау халықаралық әуежайы) (IATA: SCO, ICAO: UATE) — Qazaxıstanın Aktau şəhərində yerləşən hava limanı. 1993-cü ildə tikilib. Sovet dövründə Şevçenko-Mərkəz adlanırdı.
Albaniyanın beynəlxalq reytinqləri
Albaniyanın beynəlxalq reytinqləri. == Mədəniyyət == Newsweek Dünyanın Ən Yaxşı Ölkələri 2010, 100 ölkə arasında 57-ci yer. == Demoqrafiya == Əhali, 2016: 196 ölkə arasında 137-ci yer. Gözlənilən Ömür 2016, 183 ölkə arasında 37-ci yer. == İqtisadiyyat == İqtisadi Azadlıq İndeksi 2012, 179 ölkə arasında 57-ci yer. İş Eləmə Asanlığı İndeksi 2017, 190 ölkə arasında 58-ci yer. Bərabərsizliyə Görə Düzəldilmiş Humanitar İnkişaf İndeksi 2015, 151 ölkə arasında 55-ci yer. Ticarət Azadlığı İndeksi 2016, 179 ölkə arasında 10-cu yer. Maliyyə Azadlığı İndeksi 2016, 179 ölkə arasında 35-ci yer. Valyuta İndeksi 2016, 181 ölkə arasında 49-cu yer.
Aleppo Beynəlxalq Stadionu
Hələb Beynəlxalq Stadionu (ərəb. ملعب حلب الدولي‎) — Olimpik bir standartlara uyğun, çoxlu imkanlara malik, tamamilə üstü bağlı olan və Hələb şəhərindəki stadiondur. Suriyanın ən böyük stadionudur və hal-hazırda əksər futbol oyunları üçün istifadə edilir. Əl-ittihad Hələb klubu öz ev oyunlarını bu stadionda keçirir. Eyni zamanda Suriya Milli futbol komandasının bəzən ev sahibliyi etdiyi stadiondur. Stadion 2007-ci ildə açılmışdır və 75000 tamaşaçı tutumuna malikdir. Stadion Hələbin cənub bölgəsində, Əl-Həmədani İdman Şəhərciyinin yaxınlığında yerləşmişdir. == Tarixi == Stadiounun inşasına Polşalı inşaatçı-memar Stanislav Kus ilə memar Fevzi Xəlifənin köməyi ilə dizaynlara əsaslanaraq 1980-ci ildə başlanılmışdır. Aralıq Dənizi oyunları üçün 1987-ci ildə inşasının başa çatması planlaşdırılırdı. Suriya hökumətinin səlahiyyətliləri bütün çətinliklərin öhdəsindən gəlmək üçün ciddi bir proqramı tətbiq etdi, ancaq tikinti müddəti 2003-ci ilə qədər dayandı və maliyyə çətinliklər səbəbiylə 2 il gecikdi.
Ali Audit İnstitutlarının Beynəlxalq Təşkilatı
Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı və ya AAİBT (ing. International Organi zation Of Supreme Audit Institutions – INTOSAI) – INTOSAI BMT- yə və ya onun ixtisaslaşmış agentliklərinə üzv olan ölkələrin ali audit institutlarının peşəkar beynəlxalq təşkilatıdır. INTOSAI 1953-cü ildə o dövrdə Kubanın Ali Audit Təşkilatının rəhbəri olan Emiliyo Fernandez Kamusun təşəbbüsü ilə formalaşıb. Həmin vaxt 34 ölkənin ali audit institutunun iştirakı ilə Kubada INTOSAI-nin I konqresi keçirilmişdir. Bu gün isə təşkilatın 186 üzvü vardır. INTOSAI muxtar, müstəqil və qeyri- siyasi təşkilatdır. O, BMT-nin İqtisadi və Sosial Şurası yanında xüsusi konsultativ statusa malik qeyri-hökumət təşkilatıdır. Bir çox onilliklər ərzində təşkilatın Baş Katibliyinə Avstriya Audit Təşkilatı ev sahibliyi etmişdir. Hal-hazırda da təşkilatın mənzil-qərargahı Vyanadadır. 1977-ci ildə INTOSAI Lima Deklarasiyasını qəbul etmişdir.
Allahyarlı (Beyləqan)
Allahyarlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun faktiki mövcud olan Allahyarlı kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kənd mərkəz olmaqla Allahyarlı kənd Soveti yaradılmışdır. == Toponimikası == 1986-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndindən köçmüş allahyarlı nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində salınmışdır. Allahyarlılar vaxtilə Birinci Şahsevən kəndinin yaxınlığında Allahyarlı obası deyilən yerdə yaşamış, sonralar Səmədabad kəndinə köçmüşdülər. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Mil düzündə yerləşir. == Əhalisi == Əhalisi 672 nəfərdir (2010). Kənd əhalisi türkmənlərdən ibarətdir.
Almaniya Beynəlxalq Avtomobil Sərgisi
Almaniya Beynəlxalq Avtomobil Sərgisi , Frankfurt Avtomobil Sərgisi, Beynəlxalq Avtomobil Sərgisi və ya Internationale Automobil-Ausstellung (IAA) dünyanın ən böyük avtomobil sərgisidir. Beynəlxalq Automobil-Ausstellung hər iki ildən bir Almaniyanın Frankfurt şəhərində keçirilir IAA Alman Avtomobil Sənayesi Assosiasiyası (VDA) tərəfindən tənzimlənir. 1989-cu ildən sonra sıx maraq səbəbindən yarmarka minik avtomobili və yük maşını/avtobus sərgiləri olaraq ikiyə bölündü: tək sayılı illərdə Hannoverdə kommersiya məqsədləri üçün nəzərdə tutulmuş olan nəqliyyat vasitələri, cüt saylı illərdə isə Frankfurtda minik avtomobilləri və motosikletlər üçün sərgi təşkil edilir. 2009-cu ildə ümumilikdə 100 dünya premyerası göstərilib. Onlardan 55-i alman avtomobil istehsalçılarının buraxdıqları məhsullar olmuşdurlar.
Almatı Beynəlxalq Hava Limanı
Almatı Beynəlxalq Hava Limanı (qaz. Халықаралық Алматы Әуежайы) (IATA: ALA, ICAO: UAAA) — Qazaxıstanın ən böyük beynəlxalq hava limanı. Aeroport, Qazaxıstanın ən böyük şəhəri və ticarət paytaxtı olan Almatının təxminən 15 km şimal-şərqində yerləşir. Almatı Beynəlxalq Hava Limanı, Qazaxıstanın sərnişin gediş-gəlişinin yarısına və yük gediş-gəlişinin 68%-ə sahibdir. 2012-ci ildə hava limanında, 4,003,004 sərnişin var idi. Bunların 1,997,570-i hava limanına gələn, 2,005,434-ü isə hava limanını tərk edən idi. == Tarixi == === İlk illəri === Hava limanı 1935-ci ildə bütün kiçik mülki və hərbi uçan gəmiləri üçün tikilmişdir. 1990-cı ilə qədər Qazaxıstan Mülki Aviasiya Şöbəsinin tərkibində olmuş və 1991-ci ildə "Alma-Ata Hava Limanı"-na çevrilmişdir. 1993-cü ildən bü günə qədər müstəqil biznes vahidi kimi işləyir. 1994-cü ildə "Almatı Hava Limanı ASC"-ə çevrilmişdir və daha sonra "Almatı Beynəlxalq Hava Limanı" adlandırılmışdır.
Ara beyin
Ara beyin - lat. diencephalon iki hissəyə bölünür: Arxa hissə - görmə beyin ya görmə qabarları nahiyəsi - lat. thalamencephalon; Ventral hissə - görmə qabaraltı - lat. hypothalamus, əslində görmə qabaraltının dal-qoxu hissəsi (məməciyəbənzər cisimlər - lat. corpora mamillaria və xüsusi görmə qabaraltı nahiyə - lat. regio subthalamica). Görmə beyin filogenez cəhətcə yeni törəmədir və afferent (hissi) yolların ara mərkəzidir; görmə qabaraltı isə qədim törəmədir və vəzifəsinə görə ali vegetativ mərkəzdir. Ara beyin boşluğunun qalığını üçüncü mədəcik - lat. ventriculus tertius təşkil edir. == İstinadlar == == Mənbələr == Prof.
Bəy
Bəy — (türk. "hökmdar", "ağa") - 1) Şərq ölkələrində tayfa-nəsil, sonralar isə feodal əyanlarının titulu. İranda tayfa və ya bir neçə tayfanın başçısı. Mərkəzi Asiya və Cənubi Qafqaz xalqlarında orta əsrlərdə və yeni dövrdə feodalın - torpaq sahibinin adı; 2) müasir Türkiyədə - kişilərə müraciət forması; 3) 1705 - 1957-ci illərdə Tunisdə irsən hakimiyyətə gələn hökmdar. Bəy - həmçinin nikaha daxil olmağa hazırlaşan kişiyə deyilir.
BET
Black Entertainment Television — BET şəbəkələrinə aid olan Amerika kabel televiziyası kanalı, Viacom bölməsi. Kanal 25 yanvar 1980-ci ildə Con Malon tərəfindən buraxıldı və 1983-cü ilə qədər iki saatlıq bir blokda yayımlandı . 1983-cü ildə kanal tam hüquqlu bir şəbəkə oldu və məzmunu afro-sitkom və musiqili videoların tekrarlanmasını əhatə etdi. 2000-ci illərdən başlayaraq kanal televiziya filmləri də daxil olmaqla, özünün orijinal proqramlarını inkişaf etdirməyə başladı.
Bei
Yuli və Bei haqda məlumat çox azdır. Onların ögey qardaş olduqları və İx Bayan müharibəsində məğlub olduqları bilinir. Hakimiyyət bundan sonra Cənub Hunlarından Şanyü Tuntuhenin oğlu şahzadə Fenhunun əlinə keçdi və hun dövlətləri birləşdi.
Bel
Bel (lat. dorsum) — bədənin arxa hissəsi, boynun alt hissəsindən aşağı lumbara qədər uzanır. Bel onurğa, qabırğaların posterior parçaları, həmçinin onların üzərində yerləşən yumşaq toxumalar ilə formalaşır. Belin mərkəzində yuxarıdan aşağıya doğru nəzərə çarpan bir şırım olur və orada onurğa və fəqərə görünür. Hər iki tərəfdə bel boyunca işləyən əzələlərin laxtası ilə məhdudlaşır. Güclü bel əzələləri beş təbəqədən ibarətdir və onurğanı dəstəkləmək, uzatmaq və fırlatmaq, qabırğaları qaldırmaq və aşağı salmaq, çiyinləri və qolları hərəkət etdirməyə xidmət edir.
Ben
Ben — ad. Ben Sanqare — Ben Afflek — Amerikalı aktyor və kinorejissor Ben Kinqsli — İngilis aktyoru Ben Conson — ingilis dramaturqu, şair, dram nəzəriyyəçisi. Ben Mudi — ABŞ-lı gitaraçı Ben Nevis — Britaniyanın ən yüksək dağı Yaşayış məntəqələri Ben (komunna) — Ben (şəhər) — Ben (Yuxarı Provans Alpları) Digər Ben (mahnı) — Ben (albom) — Ben (hərf) — Ben-Balben — İrlandiyada dağ.
Ber
Beyi
Beyi (əvvəlki adı: Bəyi) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Qocalı kənd inzibati ərazi dairəsi tərkibindəki Bəyi kəndi Beyi kəndi adlandırılmışdır. == Toponimikası == 1917 və 1933-cü illərdə Bəy variantında qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, "bəyə məxsus, bəy mülkü" mənasındadır. Xakas vilayətində Bey, Daşkənddə Bekabad, Türkmənistanda Bekdaş, Penza vilayətində Bekovo adlı yaşayış məntəqələri var. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1004 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Beyt
Beyt — şeirdə 2 misra. Beytin tərifinə aid fikirlərdə müəyyən ziddiyyətlərlərə rast gəlinir. Məsələn, Mir Cəlal və Pənah Xəlilovun fikrincə: "Şerin hər sətrinə misra, cüt sətrinə isə beyt deyilir". Cəfər Xəndan isə beytin tərifini daha da dəqiqləşdirir: "Şerin müəyyən məna ifadə edən qoşa misrasına beyt deyilir". Əziz Mirəhmədov isə tərtib etdiyi "Ədəbiyyatşünaslıq terminləri lüğəti"ndə anlayışın daha geniş şərhini verir: "…eyni vəzndə yazılan əsərlərin məzmunca bir-birinə bağlı qoşa misrası. Beytdə bitkin bir fikir ifadə olunmalıdır". Beyt şeirdə həm qafiyəli, həm də qafiyəsiz ola bilər. Bu da şerin müxtəlif şəkillərindən asılıdır. Məsələn, məsnəvi formasında yazılan bütün əsərlərdəki beyt bir qayda olaraq, cüt-cüt qafiyələnir. Qəzəl və qəsidələrdə ilk beytlər həmqafiyə olur.
Beş
Beş — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Dörddən sonra, altıdan əvvəl gəlir. == Ümumi məlumat == Saylar sırasında beşin məxsusi yeri və icra rolu vardır. Beş sayı sol əlin çeçələ, adsız, orta, şəhadət barmaqlarından sonra say saymaq vəzifəsini üzərinə alan baş barmaqla bağlıdır. Sözsüz ki, bu, məsələnin görünən tərəfidir. Burada görünməyən tərəf fərqli-fərqli mədəniyyətlər əhatəsində simvollaşan sakral-sehr koduna daxildir. Məsələ belədir ki, bəzi yerlərdə və bəzi hallarda barmaqları beş sayını göstərən əlin özü elə "beş" adı daşıyır. Xalqımızın təsəvvüründə beşin say olaraq həm müstəqim, həm də məcazi mənası vardır. Misal üçün, "Beş barmağın beşi də bir deyil", "Dünya beş gündür, beşi də qara", "Beş günlük dünyadı da", "Beş kişidən biri" və s. deyimlər, "Xəmsə" adı ilə beş saylı əsərlərin yazılması bu sıraya daxildir.
Buy
Buy (ing. Buoy) — gəmi yolları, gəmiçilik üçün təhlükəli olan yerləri hüdudlamaq, suyun altındakı hər hansı bir əşyanın yerini işarələmək və s. üçün müəyyən forma və rəngdə üzən üzgəc. Buyda işıq, səs siqnalları, yaxud radiosiqnallar vermək üçün qurğu da ola bilər. Radiohid roakustik Buy (radiobuy) informasiyanı avtomatik toplayan və qəbuledici stansiyaya ötürən üzən vasitədir. İstiqamətlənmiş şüa antenalı radioötürücüdən ibarət olan radiobuy sualtı qayıqları aşkar etmək, okeanoqrafik və meteoroloji müşahidələr aparmaq, naviqasiya məqsədləri üçündür. Radiobuylarınilk nümunələri 1945-ci ildən sonra, raket-nüvə silahı ilə təchiz olunmuş atom sualtı qayıqlarının yaradılması ilə meydana gəlmişdir. Radiobuyları təyyarələrdən, helikopterlərdən, qayıqəleyhinə gəmilərdən hərəsi bir neçə ədəd olan partiyalarla quraşdırmaqla baryer xətti və ya qapalı hüdud yaradılır. Radiobuylar passiv və aktiv istiqamətlənmiş və istiqamətlənməmiş növlərə ayrılır. Lövbərlərlə təchiz olunmuş Buylar sürüşmə olan yerlərdə bərkidilir, lövbər qurğuları olmayan Buylar isə dreyf edir.
Artuk bəy
Artuk bəy və ya Zahirüldövlə Artuk bəy – Səlcuqlu imperiyasının XI əsrdə fəaliyyət göstərmiş türk sərkərdəsi. O, Qüdsün 1085–1091-ci illərdəki qubernatoru olmuşdur. Artuklu sülaləsinin onun adı ilə adlandırılmasına baxmayaraq, əslində, bu sülalənin əsası ondan sonra oğlanları olan Sökmən və İlqazi bəy tərəfindən qoyulmuşdur. O, həmçinin Alp-Yaruq, Bəhram, Əbd əl-Cabar və 3 başqa övladı olmuşdur. Oğuzların Döğər boyundan olmuşdur. == Anadoluda == Artuk bəy 1071-ci ildə baş vermiş Malazgird döyüşündə Böyük Səlcuqlu imperiyasının komandanlarından biri olmuşdur. Döyüşdən sonra o, səlcuqlular tərəfindən Anadolunun fəthində iştirak etmişdir. O, 1074-cü ildə Yeşilırmaq vadisini ələ keçirmişdir. O, həm də sultanın əmri ilə 1077-ci il üsyanının yatırılmasında da iştirak etmişdir. Artuk bəy 1086-cı ildə Diyarbəkirin Mərvanilərdən alınması əməliyyatında da iştirak etmişdir.
Artuq bəy
Artuk bəy və ya Zahirüldövlə Artuk bəy – Səlcuqlu imperiyasının XI əsrdə fəaliyyət göstərmiş türk sərkərdəsi. O, Qüdsün 1085–1091-ci illərdəki qubernatoru olmuşdur. Artuklu sülaləsinin onun adı ilə adlandırılmasına baxmayaraq, əslində, bu sülalənin əsası ondan sonra oğlanları olan Sökmən və İlqazi bəy tərəfindən qoyulmuşdur. O, həmçinin Alp-Yaruq, Bəhram, Əbd əl-Cabar və 3 başqa övladı olmuşdur. Oğuzların Döğər boyundan olmuşdur. == Anadoluda == Artuk bəy 1071-ci ildə baş vermiş Malazgird döyüşündə Böyük Səlcuqlu imperiyasının komandanlarından biri olmuşdur. Döyüşdən sonra o, səlcuqlular tərəfindən Anadolunun fəthində iştirak etmişdir. O, 1074-cü ildə Yeşilırmaq vadisini ələ keçirmişdir. O, həm də sultanın əmri ilə 1077-ci il üsyanının yatırılmasında da iştirak etmişdir. Artuk bəy 1086-cı ildə Diyarbəkirin Mərvanilərdən alınması əməliyyatında da iştirak etmişdir.
Aslamas bəy
Aslamas bəy (gürc. ასლამაზ ორბელიანი; XVII əsr) — Aslan xan kimi də tanınan Səfəvi məmuru və gürcü mənşəli hərbi komandir. 1693-1695-ci illərdə Şah qulam korpusunun (qullar ağası) komandiri və 1694-1695-ci illərdə və ya 1696-1697-ci illərdə Qəndəhar bəylərbəyi vəzifəsində çalışmışdır. Orbeliani ailəsindən olan Aslamas Şuştərin keçmiş qubernatoru (bəylərbəyi) Vaxuşti xanın ikinci oğlu idi. Aslamasın oğlu Məhəmmədəli xan 1722-ci ildə qısa müddət artilleriya komandiri vəzifəsini icra etdi. 1740-cı ildə vəfat edən Aslamasın eyni adda olan nəvəsi sonradan Nadir şah Əfşarın dövründə (1736-1747) Gürcüstanın (Qorcestan) bəylərbəyi kimi xidmət etdi. == Mənbələr == Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001.
Ağakişi bəy
Ağakişi bəy — II Şəki xanı. I Şəki xanı Hacı Çələbi xanın oğlu, III Şəki xanı Məhəmmədhüseyn xanın əmisi.
Ağsunqur bəy
Qasıməddövlə Əbusəid Ağsunqur bəy bin Elturqan (XI əsr – 1094, Hələb) — səlcuqlu sərkərdəsi, vali. == Həyatı == Qasıməddövlə Ağsunqur bəy bin Elturqan Hələb valisi olmuşdu. 1087-ci ildə özünü sultan elan etdi. Qasıməddövlə Ağsunqur bəy bin Elturqan 1094-cü ildə Tutuş bəy tərəfindən öldürüldü. Siyamək Hüseynəlizadə yazır ki, Ağsunqur Avşar elinə mənsub Alturqan bəyin oğludur. Məlikşahın ölümü ilə Börküyarıqla Tutusun müharibəsində Ağsunqur Bərk Yarığın yanına keçir və bir savaşda öldürülür. Ağsunqurun ölümündən sonra İraq səlcuqlu sultanı Mahmud 1127-ci ildə Mosul Atabəylərinin qurucusu "Zəngi" ni Mosul valisi təyin edir və ona İmadəddin ləqəbini verir. "Zəngi" bir güclü Avşar hakimiyyəti qurur və Hələbi ələ keçirir". == Mənbə == Ənvər Çingizoğlu, Abbasilər dövründə türklər, Bakı:Mütərcim, 2015, 408 səh. H. A. R. Gibb, "Ak Sunkur", EI² (İng.), I, 314.
Balaban bəy
Bayandur bəy
Bayandur bəy — Bayandur tayfasından olan Ağqoyunlu sərkərdəsi və siyasi xadim. == Həyatı == Bayandur bəyin haqqında məlumat dövr mənbələrində ya azdır, ya da demək olarki yoxdur. Bayandur bəy 1469-cu ildəki Mahmudabad döyüşünün, 1471-ci ildəki Ağqoyunluların Gürcüstan yürüşünün və 1473-cü ildəki Otluqbeli döyüşünün fəal iştirakçılardan olmuşdur. Uzun Həsənin əmri ilə qiyam qaldırmış olan oğlu Bayandur bəyin əli ilə Ərzincanda öldürülmüşdür. Bayandur bəy Uğurlu Məhəmmədin ailəsini də əsir almaq istəsə də bunu bacara bilmədi. Belə ki, Ərzincanda bir şəxs onları qaçıraraq Osmanlı sarayına təhvil vermişdi Uzun Həsənin 1478-ci ildə ölümündən sonra Yaqub bəyin başçılığı altında Ağqoyunlu sərkərdələri, Bayandur bəy, Süleyman bəy və böyük din adamı Qazi İsa bəy birləşərək Sultan Xəlilə qarşı cəbhə əmələ gətirdilər. Belə vəziyyətdən narahatlıq keçirən Sultan Xəlil, Yaqub bəyə qarşı hərəkətə başladı. İki ordu Xoy çayı yaxınlığında üz-üzə gəldilər. Döyüşdə Sultan Xəlil qüvvələrinin üstünlüyünə baxmayaraq məğlub oldu Sultan Yaqub dövründə Ağqoyunluların ən böyük xarici təhlükələrindən biri də Məmlük dövləti idi. Məmlük sultanı Qayıtbəy Uzun Həsənin ölümündən istifadə edərək, Əmir Yaşbəyin başçılığı ilə 100 minlik ordunu Urfanı tutmaq üçün göndərdi.
Bican bəy
Bican bəy (Rüstəm xanın oğlu) — gürcü mənşəli Səfəvi məmuru və qulam. Bican bəy Saakadze — gürcü Saakadze nəslindən olan bir Səfəvi sərkərdəsi, məmuru və şah qulamı.
Bəhram bəy
Bəhram bəy — Şirvanşahlar dövlətinin otuz yeddinci hökmdarı, Şirvanşah I Fərrux Yasarın oğlu. == Fəaliyyəti == Şirvanşah I Fərrux Yasarın ölümündən sonra, onun yerinə h.906 (1500)-ci ildə oğlu Bəhram bəy keçdi. O, bir il hakimiyyət sürdükdən sonra h.907 (1501)-ci ildə öz əcəli ilə öldü. Mənbələrdə onun hakimiyyətinə dair heç bir məlumat verilmir. Bu vaxt İsmayıl Təbrizə girmiş, Azərbaycanın böyük bir hissəsini birləşdirmiş, qüdrətli olmuşdu. İsmayıl Şamaxını aldıqdan sonra öyrəndi ki, Şirvanşahın döyüş meydanından qaçıb canını qurtarmış oğlu II İbrahim (Şeyxşah) Xəzər dənizinin sahilindəki Şəhrinou qalasına çəkilir və atasının qoşunlarının salamat qalmış hissələrini ətrafına toplayır. İsmayıl sərkərdəsi Hülafə bəyə qoşun hissəsi ilə oraya getməyi əmr etdi və özü də səfərə çıxdı. Hülafə bəyin qarşısında duruş gətirə bilməyəcəyini görən Şeyxşah yaxın adamları ilə birlikdə Gilan Biye Piş əyalətinin hakimi Karkiyə Mirzə Əlidən sığınacaq istəmək məqsədilə gəmi ilə oraya yollandı. .Hürşahın fərziyyəsinə görə, Şeyxşah Rəşt hakimi əmiri Hüsaməddinin sarayında gizlənmişdi. Belə ki, həmin vaxt Əmirlə Səfəvilər arasında düşmənçilik münasibətləri var idi və buna görə də o, Fərrux Yasarın oğluna sığınacaq verə bilərdi.
Bəy Baba
Bəy Baba — Azərbaycan şairlərindən biri. Fatma xanım Kəminənin atası, Qarabağda Tahirzadə familiyası ilə məşhur olan və hərdənbir şeir söyləyən Bəy Babanın təxəllüsü "Fəna"dır.
Bəy məscidi
Bəylər məscidi — İçəri Şəhərdə yerləşən və yerli əhəmiyyətli abidə olan məscid. == Haqqında == Məscid İçəri şəhərdə Şirvanşahlar Sarayı Kompleksinin yaxınlığında yerləşir. 1895-ci ildə tikilib. Məscidin inşasında Məhəmməd Haşim Əl-Bakuinin oğulları Hacı-baba və Hacı Cavad, eləcə də məşhur milyonçu Аğa-Murtuza Muxtarov, xəttat İbrahim Şirvani, Mir Əli ən-Nağı, Mir Tağı, usta-memar Seyid Hüseyn də iştirak etmişdilər. Daha qədim məscidin yerində inşa olunmuş, özündə Avropa, Şərq, eləcə də yerli memarlığın konstruktiv prinsiplərini birləşdirir. Məsciddə İçərişəhər Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə 2014-cü ilin aprel ayından 2015-ci ilin oktyabr ayına qədər təmir-bərpa işləri aparılıb. Təmir-bərpa zamanı məscidin pəncərələrindəki taxtadan olan altıgüşəli Davud ulduzu simvolu ləğv edilərək taxta şəbəkə ilə əvəz edilmişdir. == Memarlığı == Burada ilk dəfə Bakı memarlıq məktəbi üçün xarakterik olan fəzalı-forma kompozisiyasının tətbiqinə cəhd edilmişdir. Buna baxmayaraq, məscidin Şirvanşahlar Saray Kompleksinin klassik tikintisi ilə heç bir ümumi cəhətləri yoxdur, sadəcə, minarəsinin və daş günbəzinin quruluşunda müəyyən oxşarlıqların olduğu sezilir. Cəmi bir minarədən ibarət Bəylər məscidinin interyerinə vestibül və üç nefli ibadət zalı daxildir.
Bəy Əhməd
Bəy-Əhməd Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində el adı. == Toponimkası == Bəy-Əhməd- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində el adı.Mənbədə bu kiçik elin (camaatın) Dəmirçi Həsənli tayfasına mənsub olması göstərilir (yenə orada) Əsli Beq Əhməd.
Dana bəy
Dana bəy — Oğuz bəyi. == Həyatı == Qızılla birlikdə Azərbaycana gələn Boğa, Göy Daş, Mənsur və Dana Anadoluya qədər uzanan səfərlərinə davam etdilər Dana bəyin əmrindəki oğuz birlikləri Vəhsudanla qurduqları yaxşı münasibətlər sayəsində Urmiyəyə yerləşdilər. Vəhsudan, Dananın qohumlarından bir qızla evləndi və oğuzları, xüsusilə də bu ərazilərdəki bəylərin gözünü qorxutmaq üçün Urmiyəyə yerləşdirdi.8 Bu oğuz türkmənlərin Azərbaycanda ilk məskunlaşmasıdır. Beləcə, Azərbaycan yaylaqları oğuzların axtardıqları bir ölkə idi. Yenə bu səfərlərin Dandanakan müharibəsindən əvvəl meydana gəldiyi bilinməkdədir. Ehtimal ki, gələn oğuz kütləsi Səlcuklu bəylərindən müstəqil fəaliyyət göstərirdilər. Urmiyə ətrafına yerləşən oğuz türkmənlərin 3000 çadır, yəni 15.000 nəfər olduğu təxmin edilir.
Dündar bəy
Dündar bəy (1210 – 1288) — Süleyman Şahın oğlu, Ərtoğrul Qazinin qardaşı və Osman Qazinin əmisi olmuşdur. 80 yaşına yaxın olarkən Osman Qazi tərəfindən şəxsən öldürülmüş və bu hadisə, Osmanlı imperiyasında idarəetmədə sülalə üzvlərinin nüfuz sahibi olmaq üçün bir-birlərini öldürmələrinin başlanğıcını qoymuşdur. Dündar bəyin öldürülməsini bir çox Osmanlı tarixçisi müxtəlif şəkildə nəql etmişdir. Nəşridəki rəvayətə görə; Biləcikdə Təkfurun əyləncəsinə qatılan Osman Qaziyə, Təkfur əlini öpdürmək istəmiş və bunu edən Osman Qazi özünün qürurunun Təkfur tərəfindən alçaldıldığını düşünmüşdür. Bu alçaldıcı davranışı unutmayan Osman Qazi, bəyliyinin başçısı olduqdan təkfurdan intiqam almaq istəmiş və təkfura qarşı hərbi kampaniyaya başlamışdır. Dündar bəy isə Osman Qazinin bu səfərinə qarşı çıxaraq "Germiyanoğulları və ətrafdakı kafirlər onsuz da bizə qarşı düşməndir və bu təkfuru da bizə qarşı çevirsən, onda bizim yaşayış yerimiz olmayacaq" demişdir. Bu sözlər Osman Qazini qəzəbləndirmiş və Osman Qazi Dündar bəyi kamanının taxtası vuraraq öldürmüşdür. Son dövr Osmanlı tarixçilərindən Xeyrullah Əfəndi isə hadisəni belə izah etmişdir: Dündar bəylə Osman Qazi arasında müntəzəm bir qarşıdurma yaşanmış və Dündar bəy istəmədən Osman Qazinin bəyliyini qəbul etməli olmuş və buna görə də mütəmadi şəkildə Osmana qarşı mövqe tutmuş, hətta Biləcik Təkfuru ilə də bu mövzuda razılığa gəlmiş və Osmana qarşı sui-qəsd hazırlamağa cəhd etmişdir. Onun bu cəhdi Osman Qazi tərəfindən öyrənilmiş və Dündar bəyin əfvi qəbul edilmədiyi üçün öldürüldüyünü bildirmişdir.
Fərrux bəy
Fərrux bəy (təq. 1547) — kalmıkəsilli Səfəvi dövrü minatür rəssamı. Azərbaycanda, eləcə də Hindistanda miniatur sənətinin inkişafinda rolu olan şəxslərdən biridir. Təxminən 30 yasına qədər Təbriz və Qəzvində saray emalatxanasında işləmiş rəssam bir sıra portret tipli əsərlər və kitab illustrasiyaları çəkmişdir. “Əsir duşmüş sərkərdə Bayram oğlan”, “Əlində badə tutmuş qız”, Əmir Xosrov Dəhləvinin “Xəmsə”si üçün işlədiyi 7 miniatur rəssamın yaradıcılığının Təbriz dövrünə aid əsərləridir. Fərrux bəy 1576-ci ildə Hindistana gedərək uzun müddət Kabil və Lahorda saray kitabxanasında işləmişdir. Rəssamın Hindistanda olarkən yaratdiğı portret və sujetli əsərlərin vaxtilə Mir Seyid Əlinin rəhbərliyi ilə təşəkkül tapmış Moğol miniatur məktəbinin sonrakı inkişafında əhəmiyyətli rolu olmuşdur. Sənət tarixçiləri Con Seyler və Ellen Smart İbrahim Adil şahın Dekkan illustrasiyasında Fərrux bəyin imzasına rast gəliblər. Bu imza həm də tamamilə oxşar üslub seçimlərinə və kompozisiya təsvirlərinə əsaslanaraq, Bicapur sultanlığında Fərrux bəy tərəfindən tamamlanan daha çox rəsm əsərinin müəyyən edilməsinə kömək etmişdir. == Həyatı == Fərrux bəy 1547-ci ildə Təbriz şəhərində anadan olmuşdur.
Gündoğdu bəy
Gündoğdu bəy (1196, Əhlat – Söğüt, Biləcik ili) — 1196-cı ildə Süleyman Şahın oğlu kimi anadan olub. Böyük qardaşı Sunqur Təkin, qardaşları Ərtoğrul Qazi və Dündar bəydir. Süleyman Şah Fərat ətrafında boğulandan sonra qardaşı Ərtoğrul Qazi ilə fikir ayrılığı yaşamış və böyük qardaşı Sunqur Təkin başda olmaq şərti ilə qəbilənin əksəriyyəti məmləkətləri Ahlata geri qayıtmışdır. == Həyatı == Gündoğdu bəyin həyatı haqqında kifayət qədər məlumatlar mövcud deyildir. Əldə olan məlumatlara görə, qardaşı Ərtoğrulla məmləkət iddiası aparmış və nəhayət, Ərtoğrul bəy, Dündar bəy və şərikləri Söğütə, Gündoğdu bəy, Sunqur Təkin bəy və qəbilənin əksəriyyəti isə Əhlata getmişdir. == Qardaşları == Böyük qardaşı Sunqur Təkin, digər qardaşları isə Ərtoğrul Qazi və Dündar bəydir və Gündoğdu bəy özü Süleyman Şahın ikinci böyük oğludur.
Gəray bəy
Gəray bəy — 1931-ci ildə şair Səməd Vurğunun "Komsomol poeması"nın əsas qəhrəmanlarından biri. Azərbaycan ərazilərində sovet hakimiyyəti qurmağa çalışan bolşeviklərə qarşı döyüşən köhnə bəy və qaçaq. == Personajın təsviri == Gəray bəy sovet hökumətinə, gənc kommunist Bəxtiyar və onun komsomol dəstəsinə qarşı çıxır. Köhnə quruluşun tərəfdarıdır. Peykanlıda söz sahibidir və geniş torpaq mülklərinə sahib bəydir. Bir mülkədar kimi onun özünəməxsus əqidəsi var və Gəray bəy bu əqidəyə sadiqdir. Bütün varlılar kimi sovet hökuməti Gəray bəyin də var dövlətini əlindən alıb. Bu səbəbdən də o, yaxın adamları ilə birlikdə dağlara çəkilərək qaçaqlıq edir və yeni qurulan hökumətə qarşı barışmaz düşmənçilik edir. Humay adlı qızı var və Humay, komsomol Bəxtiyarın dəstəsində vuruşan Şəkər bəyin oğlu gənc komsomol Cəllala sevgilidir. == Personajın ətrafında cərəyan edən hadisələr == Gəray bəy Dikdaş dağının ətəyində bolşevik dəstəsi ilə vuruşan zaman komsomol Bəxtiyarın açdığı atəşlə qolundan yaralanıb və elə həmin gündən bir qolu topal qalıb.
Həmzət bəy
Həmzət bəy (avar. ХӀамзат-бек; 1789, Böyük Qosatl, Avar Xanlığı - 19 sentyabr 1834, Xunzax, Avar Xanlığı) — Qafqaz İmamətinin II imamı. 1830-cu ildə Car-Balakəndə çarizmə qarşı başlayan üsyanda üsyan rəhbəri Şeyx Şabana kömək etmişdir. Lakin sonra çarizmin hiyləsi nəticəsində öz qoşunu ilə üsyandan ayrılmışdır.
Koçi bəy
Koçi bəy (ö. təq. 1650) — Sultan IV Murad və qardaşı Sultan I İbrahimə təqdim etdiyi risalələri ilə tanınan XVII əsr Osmanlı müəllif, filosof və dövlət adamı. == Həyatı == Əsl adının Mustafa olduğu və "Koçi"nin isə ləqəbi olduğu bildirilir. Digər qaynaqlarda ləqəbi "Koca" və "Kuçi" olaraq da keçməkdədir. Doğum tarixi, həyatı və vəfat tarixi haqqında dəqiq bilgilər əlimizdə yoxdur. Qardaşının Rusiyada, Koçi bəyin Osmanlıda olduğu kimi yüksək müşavirlik etdiyi bildirilir. Gəncliyində Rumelidə Albaniyanın Göricə (Korçë) qəsəbəsindən devşirilərək Əndərun məktəbinə qəbul edilmişdir və burada təhsil görmüşdür. Sultan I Əhməddən (1603-1617) IV Murada qədər Əndərunda müxtəlif odalarda vəzifədə olmuşdur. IV Murad (1623-1640) dövründə xas odaya alındı.
Kulun bəy
Baymey xan Kulun bəy — İkinci Göytürk xaqanlığının VIII xaqanı. == Hakimiyyəti == Qardaşı Ozmış Teqin xanın öldürülməsindən sonra taxta çıxmışdı. Tan sülaləsinə tabe olmaqdan boyun qaçırmış və 2 ildən sonra Qutluq Bilgə Kül xaqan tərəfindən həbs olunaraq öldürülmüşdür. İkinci Göytürk xaqanlığının sonu gəlmişdir.
Külüg Bəy
Külüg Bəy xan — əsl adı Xu olan xaqan əmisinin ölümündən sonra taxta çıxmışdı. Onun dövründə üsyanlar baş qaldırdı. Yuelouvu (掘羅勿) adlı sərkərdənin üsyana başlaması və özünə Şato türklərini kömək olaraq çağırması Uyğur xaqanlığının çöküşünü sürətləndirən xəbərlərdən idi. Şato türklərinin Ordu-Balıq şəhərini mühasirəyə aldığı zaman intihar etdi. Yerinə Uge xan keçdi.