Almatı Beynəlxalq Hava Limanı

Almatı Beynəlxalq Hava Limanı (qaz. Халықаралық Алматы Әуежайы) (IATA: ALAICAO: UAAA) — Qazaxıstanın ən böyük beynəlxalq hava limanı. Aeroport, Qazaxıstanın ən böyük şəhəri və ticarət paytaxtı olan Almatının təxminən 15 km şimal-şərqində yerləşir.[2] Almatı Beynəlxalq Hava Limanı, Qazaxıstanın sərnişin gediş-gəlişinin yarısına və yük gediş-gəlişinin 68%-ə sahibdir.[3] 2012-ci ildə hava limanında, 4,003,004 sərnişin var idi. Bunların 1,997,570-i hava limanına gələn, 2,005,434-ü isə hava limanını tərk edən idi.

Almatı Beynəlxalq Hava Limanı
Xəritə

43°21′19″ şm. e. 077°02′41″ ş. u.HGYO


IATA: ALAICAO: UAAA
Məlumat
Hava limanı tipi İctimai
Ölkə
Yeri Almatı, Qazaxıstan (Şəhər daxilində məhdudlaşdırır)
Açılış tarixi 1935
Qovşaq
Dəniz səviyyəsindən
hündürlüyü
681 m / 2.234 ft
Xəritə
ALA (Qazaxıstan)
ALA
Uçuş-enmə zolaqları
İstiqamət Uzunluq Səth
ft m
05R/23L 14 435 4,400 Beton
05L/23R 14 763 4,500 Beton
Statistika (2016)
Sərnişinlər[1]4,878,450
Mənbə: AİN Qazaxıstan[2]
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qeydiyyat zalı

Hava limanı 1935-ci ildə bütün kiçik mülkihərbi uçan gəmiləri üçün tikilmişdir. 1990-cı ilə qədər Qazaxıstan Mülki Aviasiya Şöbəsinin tərkibində olmuş və 1991-ci ildə "Alma-Ata Hava Limanı"-na çevrilmişdir. 1993-cü ildən bü günə qədər müstəqil biznes vahidi kimi işləyir. 1994-cü ildə "Almatı Hava Limanı ASC"-ə çevrilmişdir və daha sonra "Almatı Beynəlxalq Hava Limanı" adlandırılmışdır.

Supersonic Transport (SST) Tupolev Tu-144 ilə 1975-ci ilin dekabr ayının 26-da xidmətə başlamış, 1977-ci ilin noyabrında isə MoskvaAlma Ata arasında sərnişin xidmətləri üçün poçt və yük gəmisini göndərmışdır. 1 iyun 1978-ci ildə "Aeroflot" uçuşu Tu-144-ün 55-ci və sonuncu planlaşdırılmış sərnişin xidməti idi.

1998-ci ildə, yolun yenidən qurulmasından sonra, Almatı Hava Limanı II dərəcəli və Beynəlxalq Hava Limanı statusuna layiq görülmüşdür.

9 iyul 1999-cu ildə hava limanı restoranının şaşlıq mətbəxində yanğın baş vermişdir. Terminal binası bir neçə saat ərzində heç kəsə ciddi zədə vurmadan yanmışdır.

2000-ci ildən bəri inkişaf

[redaktə | mənbəni redaktə et]

2004-cü ildə yeni bir terminalın tikintisi sona çatmışdır. 30 sentyabr 2008-ci ildə, Londonun Heatrou Hava Limanına bağlı BMI uçuşunun ilk səfəriylə ikinci bir uçuş-enmə zolağı açılmışdır. Yeni zolağa, qış aylarında təyyarəçilərin görünürlüyünün zəif olması səbəbiylə yaxınlardakı hava limanına istiqamətləndirilən təyyarələr sayını əhəmiyyətli dərəcədə azaltmaq üçün CAT III enişləri üçün BMAT (abr. "Beynəlxalq Mülki Aviasiya Təşkilatı", ing. ICAO) sertifikatı verilmişdi. Bu zolaq Mərkəzi Asiyanın ən uzun uçuş-enmə zolağıdır. Yeni zolaq uçuş ağırlığı və əməliyyat sıxlığı limiti olmadan hər cür təyyarəni qəbul edə bilir.

Hava yolları və istiqamətləri

[redaktə | mənbəni redaktə et]
Hava yolu şirkəti Uçuş nöqtəsi
Rusiya Aeroflot Moskva–Şeremetyevo
Rusiya Aeroflot
Rossiya tərəfindən idarə olunur
Sankt-Peterbuq
Birləşmiş Ərəb Əmirlikləri Air Arabia Şarja
Qazaxıstan Air Astana Aktau, Aktobe, Amsterdam, Astana, Atırau, Bakı, Banqkok–Suvarnabhumi, Pekin–Paytaxt, Bişkek, Delhi, Dubay–Beynəlxalq, Duşanbe, Frankfurt, Hoşimin, Honkonq, İstanbul–Atatürk, Karaqanda, Kiev–Borıspil, Kuala Lumpur–Beynəlxalq, Qızılorda, London–Hitrou, Moskva–Şeremetyevo, Oral, Oskemen, Paris–Şarlz de Qaul, Pavlodar, Sankt-Peterburq, Seul–İnçeon, Taraz, Daşkənd, Tbilisi, Tehran–İmam Xomeyni, Urumçi
Mövsümi: Antalya
Cənubi Koreya Asiana Airlines Seul–Inçeon
Qazaxıstan Bek Air Aktau, Aqtöbe, Astana, Atırau, Qostanay, Oral
Belarus Belavia Minsk
Çin China Southern Airlines Urumçi
Yunanıstan Ellinair Mövsümi: Saloniki
Birləşmiş Ərəb Əmirlikləri flydubai Dubay–Beynəlxalq
Çin Hainan Airlines Pekin–Paytaxt
Əfqanıstan Kam Air Kabil
Niderland KLM Mövsümi: Amsterdam
Almaniya Lufthansa Frankfurt
İran Mahan Air Tehran–İmam Xomeyni
Türkiyə Pegasus Airlines İstanbul–Sabiha Gökçen
Rusiya Pobeda Samara
Qazaxıstan Qazaq Air Astana, Pavlodar, Çimkənd, Kostanay, Qızılorda, Semey
Mövsümi nizamnamə: Tamçı-Issık-Göl
Rusiya S7 Airlines Novosibirsk
Qazaxıstan SCAT Airlines Aktau, Aktobe, Astana, Atırau, Karaqanda, Kokşetau, Kostanay, Mineralnıye Vodı, Oral, Oskemen, Petropavl, Semey, Çimkənd, Taraz, Urcar, Cian, Cezkazgan
Mövsümi: Sanya, Antalya, Şarm Əl-Şeyx
Tacikistan Somon Air Duşanbe, Xucand
Tacikistan Tajik Air Duşanbe
Türkiyə Türk Hava Yolları İstanbul–Atatürk
Türkmənistan Türkmənistan Hava Yolları Aşqabat
Ukrayna Ukrayna Beynəlxalq Hava Yolları Kiev–Borıspil
Özbəkistan Özbəkistan Hava Yolları Daşkənd
Hava yolu şirkəti Uçuş nöqtəsi
Rusiya AirBridgeCargo Airlines Honkonq
Lüksemburq Cargolux Budapeşt, Honkonq, Luksemburq
İtaliya Cargolux Italia Honkonq, Milan–Malpensa
ABŞ FedEx Express Quanqçjou, Honkonq, Paris–Şarlz de Qaul
Çin Honkonq Hava Yolları Honkonq, Istanbul–Atatürk, Delhi
Almaniya Lufthansa Cargo Quanqçjou, Honkonq, Daşkənd
Türkiyə MNG Airlines Istanbul–Atatürk
Azərbaycan Silk Way Airlines Bakı
Türkiyə Türk Hava Yolları Yük Astana, Bişkek, Quanqçjou, Istanbul–Atatürk, Seul–İnçeon, Şanqay–Pudonq
ABŞ UPS Airlines Köln/Bonn, Seul–İnçeon, Şanqay–Pudonq

Qəzalar və hadisələr

[redaktə | mənbəni redaktə et]
  • 7 iyul 1980, Aeroflot reys № 4227: Quyruq nömrəsi CCCP-85355 olan Tupolev Tu-154B-2-in bütün 163 sərnişini və işçisi, təyyarə Almatı Aerodromundan çıxdıqdan qısa müddət sonra təyarrənin qəzaya uğradığından sonra canlarını itirdi. Təyyarə, Qazaxıstan bölüyündə, reys 4227 olaraq yerli planlı Almatı-Simferopol sərnişin xidmətindən keçəcəkdi. Uçuş sürəti, təyyarənin qalxması əsnasında qarşılaşdığı istilik axınlar səbəbiylə birdən düşdü. Bu təyyarənin təqribən 5 km uzaqda dayanaraq qəzaya uğramasına və alışmasına səbəb oldu.
  • 30 avqust 1980, Aeroflot reys № 5463: Tupolev Tu-134, Çelyabinskdən Almatı Hava Limanına gedərkən, Almatıya yaxınlaşarkən qəzaya uğradı. Bu qəza 90 sərnişin və ekipajın ölümü ilə nəticələnmişdir.[4]
  • 29 yanvar 2013, SKAT Hava Yolları reys 760: UR-CJ006 olaraq qeydiyyatdan keçmiş Bombardier CRJ-200ER, Kokşetaudan başlanğıcını götürən və Almatı Beynəlxalq Hava Limanına gedərkən, aşağı-görünürlüklü yaxınlaşma zamanı qəzaya uğradı. Təyyarədə olan bütün 21 şəxs vəfat etdi.
Apron görünüşü

Sahiblər və rəhbərlik

[redaktə | mənbəni redaktə et]

"Almatı Beynəlxalq Hava Limanı ASC"-in sahibi Amsterdamda qeydiyyatdan keçmiş Venus Hava Limanı Sərmayələri B. V. (abr. Besloten vennootschap met beperkte aansprakelijkheid, azərb. Məhdudi məsuliyyət daşıyan özəl şirkət‎)-dir.[5]

  • Aybol (Aybola) Anuaroviç Bekmuxambetov, Prezident və Direktor[6]
  • Bəxtiyar Kadırov, Maliyyə Vitse-Prezidenti
  • E. L. Eliseva, İqtisadiyyat və Maliyyə Təhlili Şöbə Müdiri
  • Akcoltayev Murad Serikoviç, Avtomatik Sistemlər — Terminal Xidməti Rəhbəri
  • Nurimanov Səqdat Yerikbəkoviç, Tibb Məntəqəsinin Rəhbəri
  • Ənvər Saydenov, Direktorlar Şurasının üzvü, Şirkətin müstəqil direktoru[7]
  • Diyar Kanaşev, Direktorlar Şurasının üzvü.
  1. "Arxivlənmiş surət" (PDF). 2020-11-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-08-24.
  2. 1 2 "Arxiv surəti". 30 iyun, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-01.
  3. "ISI Intellinews". euromoney.com.
  4. Harro Ranter. "ASN Aircraft accident Tupolev 134A CCCP-65129 Alma-Ata". 30 avqust, 1983. 2011-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
  5. "Who is the Owner of Joint-Stock Company Almaty International Airport?". 2017-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
  6. "Aibol Bekmukhambetov Appointed President of JSC "Almaty International Airport"?". 2019-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
  7. "New independent director of "International Airport of Almaty" JSC named". 2019-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]