BRAN

n kəpək;

◊ to bolt to the ~ ciddi /ətraflı surətdə nəzərdən keçirmək / yoxlamaq

BRAKING
BRANCH
OBASTAN VİKİ
Bran (En)
Bran (fr. Brens) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01061. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1158 nəfər təşkil edirdi. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Bran (En) ilə əlaqəli mediafayllar var.
Bran Stark
Brandon Stark və ya Bran Stark — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Bran Starkın baxış bucağından verilir. Yazıçı Martin 2014-cü ildə bildirib ki, əsərdə Bran Starkın Ceymi və Sersi Lannisterlə olan fəslin bir çox oxuyucunun əsərə bağlanmasına səbəb olub. Bran Stark indiyə qədər yayımlanmış kitablardan yalnız "Qarğaların ziyafəti"ndə (2005) yoxdur. Bran Stark "Buz və odun nəğməsi"nin "Taxtların oyunu" adlı ilk kitabında (1996) Vesteros (ing. Westeros) krallığının Şimal ərazisində yerləşən Vinterfel (ing. Winterfell) qalasının lordu Ned Starkın oğlu olaraq təqdim edilir. Təsadüfən Vesteros kraliçası Sersi Lannisterin krala xəyanətinə şahidlik edən Bran Ceymi tərəfindən pəncərədən atılır. Komaya düşən Bran Stark gəzmək qabiliyyətini itirir. Atasının edam edilməsindən sonra qardaşı Robb Stark özünü Şimal kralı elan edir və müharibəyə gedir.
Bran qalası
Bran qəsri — Rumıniyanın Braşov şəhərində yerləşən qəsr. Qəsr Erdel və Eflak bölgələrinin sərhədində yerləşir. "Drakulanın qəsri" olaraq da adlandırılır. Çünki yazıçı Bram Stokerun "Drakula" əsərində hadısələr bu qəsrdə cərəyan edir. Qəsr indi muzey kimi istifadə olunur və burada Kraliça Mariya tərəfindən toplanan mebellər və incəsənət əsərləri sərgilənir. Turistlər qəsri sərbəst gəzə bilərlər. Qəsrin aşağı hissələrində isə rumın kəndlilərinin tikililəri sərgilənən açıq muzey yerləşir. == Tarixi == 1212-ci ildə Tevton ordeni ildə 1 milyondan çox tacirin keçdiyi Burzenlandiyadakı dağ vadisinin girişinin qarşısına qəsr tikdilər, lakin 1242-ci ildə qəsr monqollar tərəfindən dağıdıldı. Bran qəsri bir də Macarıstanlı I Luis tərəfindən 17 noyabr 1377-ci ildə Braşov saksonlarına qəsr tikməyə icazə verməsi ilə bərpa olundu. 1438–1442-ci illərdə qəsr Osmanlı İmperiyasına qarşı müdafiə olunmuşdur.
Bran qəsri
Bran qəsri — Rumıniyanın Braşov şəhərində yerləşən qəsr. Qəsr Erdel və Eflak bölgələrinin sərhədində yerləşir. "Drakulanın qəsri" olaraq da adlandırılır. Çünki yazıçı Bram Stokerun "Drakula" əsərində hadısələr bu qəsrdə cərəyan edir. Qəsr indi muzey kimi istifadə olunur və burada Kraliça Mariya tərəfindən toplanan mebellər və incəsənət əsərləri sərgilənir. Turistlər qəsri sərbəst gəzə bilərlər. Qəsrin aşağı hissələrində isə rumın kəndlilərinin tikililəri sərgilənən açıq muzey yerləşir. == Tarixi == 1212-ci ildə Tevton ordeni ildə 1 milyondan çox tacirin keçdiyi Burzenlandiyadakı dağ vadisinin girişinin qarşısına qəsr tikdilər, lakin 1242-ci ildə qəsr monqollar tərəfindən dağıdıldı. Bran qəsri bir də Macarıstanlı I Luis tərəfindən 17 noyabr 1377-ci ildə Braşov saksonlarına qəsr tikməyə icazə verməsi ilə bərpa olundu. 1438–1442-ci illərdə qəsr Osmanlı İmperiyasına qarşı müdafiə olunmuşdur.
Sent-İler-de-Bran
Sent-İler-de-Bran (fr. Saint-Hilaire-de-Brens) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38392. Kommunanın 1999-cu il üçün əhalisi 413 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 218 ilə 387 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 37 km şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Ageratina brandegeana
Ageratina brandegeana (lat. Ageratina brandegeana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Amerika qara brantası
Amerika qara brantası, Sakitokean qara brantası (lat. Branta bernicla nigricans) — Ördəklər fəsiləsinə aid Qara brantanın yarımnövünü təşkil edir. == Təsviri == Ördəklər 55–69 sm hündürlüyə, 1,2–2,2 kq çəkiyə malik olur. Qanadları arasında məsafə 110–120 sm təşkil edir. Sakitokean qara brantası qısa boyuna və elədə böyük olmayan dimdiyə sahib olmasıdır. Başı və boynu qara, boğazı ağ, beli və qanadları tünd bozdur. == Yayılması == Sakitokean qara brantası əsasən Xatanqa körfəzi və Lena çayının deltasından şərqdən başlayaraq Anadır körfəzinə qədər olan ərazilərdə yayılmışlar. Onlar həmdə Yeni Sibir adaları və Vrangel adasındanda belə yuva qura bilirlər. Onlara həmdə Şimali Amerikanın arktika adaları sahillərində müşahidə edilirlər. Əsasən Alyaska ştatı ərazisi üstünlük təşkil edir.
Bidens brandegeei
Bidens brandegeei (lat. Bidens brandegeei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Bistrişko Branişte
Bistrişko Branişte (bolq. Бистришко бранище) — Bolqarıstanda təbiət qoruğudur. Qoruğun sahəsi 1061.6 hektar, hündürlüyü isə 1430-2277 metr arasındadır. Qoruq 1934-cü ildə, tərkibində olduğu Vitoşa Təbiət Parkı ilə birlikdə yaradılmışdır. 1977-ci ildən Bistrişko Branişte UNESCO-nun İnsan və Biosfer (MAB) Proqramı çərçivəsində TƏBİƏT qoruğu olmuşdur. Ərazinin 50%-dən çoxu orta hesabla 100-120 yaşlı meşə (əsasən küknar) ilə örtülüdür. Qoruqda daha böyük heyvanlar arasına maral, qaban, canavar və ayı daxildir. Bistrişko Branişte qoruğun şimal-qərb sərhəddində yerləşən qonşu Aleko ərazisindən çox sayda turisti cəlb edir. Ziyarətçilərin Aleko, Bistritsa kəndi, Çerni Vrah və Jeleznitsa kəndini birləşdirən bir neçə təyin olunmuş yoldan uzaqlaşmasına icazə verilmir. == Mənbə == BG Globe: Bistrishko Branishte Virgin Forests of Bulgaria Vitosha Nature Park.
Brandeys Universiteti
Brandeys Universiteti [ˈbrændaɪs] — özəl Amerika tədqiqat universiteti. Massaçusets ştatının Uolham şəhərinin cənub-qərb hissəsində, Bostondan 14 km qərbdə yerləşir. Universitetdə təxminən 3600 bakalavr tələbəsi və 2200 aspirant təhsil alır. 2010-cu ildə ABŞ News and World Report universiteti ABŞ universitetləri arasında 34-cü yeri tutmuşdur. Forbes jurnalı 2010-cu ildə universiteti ABŞ universitetləri və kollecləri arasında 57-ci yerə layiq görüb. Universitet 1948-ci ildə keçmiş Midlseks Universitetinin yerində kişi və qadınların birgə təhsili üçün dünyəvi bir qurum kimi yaradılmışdır. Universitet ABŞ-də məşhur yəhudi hüquqşünas Lui Brandeysin (1856-1941) adını daşıyır.
Brandi Sieqel
Brandi Sieqel (4 avqust 1979) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. == Karyerası == Brandi Sieqel Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Brandmauer
Brandmauer (alm. Brandmauer‎; Brand – "yanğın", Mauer – "divar") — yanğından mühafizə üçün alovlanmayan materiallardan tikilən pəncərəsiz divar. Yanğının qonşuluqdakı binalara keçməsinə mane olmaq üçün nəzərdə tutulur. Brandmauer termini başqa mənalarda da işlənə bilər: Brandmauer — açıq hava reklamının növü, binanın brandmauer divarını örtən iriformatlı reklam lövhəsi. Digər adları — brandmauer pannosu, divar lövhəsidir. Ərazinin brandmauer tikintisi — qonşu torpaq sahələrindəki tikililərin bir-birinə brandmauer divarı vasitəsilə bitişik tikilməsi. Brandmauer — həmçinin, ingiliscə fayrvol (ing. firewall), "şəbəkələrarası qoruyucu ekran" mənasında işlədilir.
Brandon
Brandon (ing. Brandon) — Kanadanın Manitoba əyalətində yerləşən şəhər.
Brandon Baye
Brandon Baye (27 dekabr 2000-ci ildə anadan olub) — Belçika Birinci Divizounu təmsilçilərindən olan Brügge klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. == Klub karyerası == === Brügge === Baye Brügge akademiyası vasitəsilə inkişaf etmişdir. Baye öz peşəkar karyerasında debütünü 22 iyul 2018-ci ildə Standard Lyej klubuna qarşı oyunda etmişdir. O, 70-ci dəqiqədə Mats Ritsi əvəz etmişdir. Belçika Superkuboku görüşündə Brügge rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. Baye Belçika Birinci Divizoununda debütünü isə 29 iyul 2018-ci ildə Eypen klubuna qarşı oyunda etmişdir. O, 56-cı dəqiqədə Mats Ritsi əvəz etmişdir. Belçika Birinci Divizionu görüşündə Brügge rəqibinə 5-2 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 31 iyul 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Belçika Superkuboku görüşləri daxildir.
Brandon Stark
Brandon Stark və ya Bran Stark — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Bran Starkın baxış bucağından verilir. Yazıçı Martin 2014-cü ildə bildirib ki, əsərdə Bran Starkın Ceymi və Sersi Lannisterlə olan fəslin bir çox oxuyucunun əsərə bağlanmasına səbəb olub. Bran Stark indiyə qədər yayımlanmış kitablardan yalnız "Qarğaların ziyafəti"ndə (2005) yoxdur. Bran Stark "Buz və odun nəğməsi"nin "Taxtların oyunu" adlı ilk kitabında (1996) Vesteros (ing. Westeros) krallığının Şimal ərazisində yerləşən Vinterfel (ing. Winterfell) qalasının lordu Ned Starkın oğlu olaraq təqdim edilir. Təsadüfən Vesteros kraliçası Sersi Lannisterin krala xəyanətinə şahidlik edən Bran Ceymi tərəfindən pəncərədən atılır. Komaya düşən Bran Stark gəzmək qabiliyyətini itirir. Atasının edam edilməsindən sonra qardaşı Robb Stark özünü Şimal kralı elan edir və müharibəyə gedir.
Brandon Universiteti
Brandon Universiteti (ing. Brandon University) — Kanadanın Manitoba əyalətinin Brandon şəhərində yerləşən ali təhsil müəssisəsi. Ümumilikdə 3662 (2018) tam zamanlı və yarı zamanlı bakalavr və magistratura tələbələri olan bir universitetdir. Mövcud korpus 13 iyul 1899-cu ildə baptizm qurumu olaraq Brandon Kolleci kimi təsis edilmişdir. Daha sonra Prezident Con E. Robbins tərəfindən 5 iyun 1967-ci ildə bir universitet olaraq dəyişdirildi. Brandon Universiteti, Kanadada əsasən bakalavr dərəcəsi üzrə ixtisaslaşmış olan yerli sənət və elm qurumlarından biridir. Universitet, Kanada Universitetləri və Kollecləri Birliyinin (AUCC) və İngilis Birlik Universitetləri Birliyinin (ACU), Kanada Universitetlərarası Müzakirələr Birliyinin (CUSID) və U Sportsun üzvüdür. Brandon Universitetində tələbə müəllim nisbəti 1:11-dir və bütün siniflərin 60%-də 25-dən az tələbə var. 2015-ci ildə Kanadada lisenziyalı universitetlərin reytinqində Brandon Universiteti 19 universitet arasında 16-cı, tələbə-müəllim nisbəti kateqoriyasında 1-ci yeri tutdu. Universitet mətbuatı, The Quill, CUP təşkilatlarının üzvüdür.
Brandonne
Brandonne (fr. Brandonnet, oks. Brandonet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12034. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 12 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 306 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 165 nəfər (15-64 yaş arasında) arasında 114 nəfər iqtisadi fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 69,1%, 1999-cu ildə bu 62,6%).
Brandvaxta adası
Brandvaxta adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Yerləşməsi == Nordenşeld arxipelaqının qərb hissəsində qərarlaşır. Həmcinin Şivolki adaları qrupuna daxildir. Krasin adasının şimalında yeləşir. Adadan 4 km şimal-şərqdə Ukromnıy adası, 4,5 km şimalda Kovalevski adası, 5 km şimal-qərbdə Mametkul adası yerləşir. Dairəvi formaya malikdir. Diametri 200 metrdir. Yüksəklik yoxdur.
Branimir Subaşiç
Branimir Subaşiç (serbcə: Branimir Subašić; d. 7 aprel 1982, Belqrad) — serb əsilli Azərbaycan futbolçusu, Türkiyənin Manisaspor və Azərbaycan milli futbol komandasının hücumçusu. == Həyatı == Branimir Subaşiç 7 aprel 1982-ci ildə Belqradda dünyaya gəlib. 1.80 metr boyu olan forvard karyerasına vətənində — "Zeleznik"də başlayıb. 1998–2000-ci illərdə bu klubun əsas komandasında 10 oyuna çıxıb. 2002-ci ildə "Sremcika"ya icarəyə verilib. "Bane" ləqəbli futbolçu bu komandada 6 oyunda 2 qol vurub. 2002/2003 mövsümündə Belçikanın "KV Oostende" klubunda 14 oyunda 3 dəfə rəqib qapıçıları məyus edib. 2003-cü ildə Fransaya yollanan Branimir "Beauvais Oise"lə anlaşıb. Bu komandada 5 oyuna 1 qol vurduqdan sonra Ukraynaya üz tutub.
Branislav Nuşiç
Branislav Nuşiç (8 (20) oktyabr 1864, Belqrad – 19 yanvar 1938[…], Belqrad) — serbiyalı yazıçı və dramaturq. == Bioqrafiya == Tacir ailəsində anadan olub. Gimnaziyanı bitirdikdən sonra Avstriyada universitetə daxil olur və daha sonralar Belqrad universitetində hüquqdan təhsil alır. 1883-cü ildə "Xalq deputatı" adlı ilk komediyasını yazır. Bu əsər 1896-cı ildə səhnəyə qoyulur. 1924-cü ildə isə elə həmən əsərin ilk dəfə kütləvi çapına başlanır. Nuşiç Serb-bolqar müharibəsinin iştirakçısı olub.
Branislav Nuşiç adına Həvəskar Dram Teatrı
Branislav Nuşiç adına Həvəskar Dram Teatrı (serb. Amatersko dramsko pozoriste) Bosniya və Hersegovina Dövlətinin Tesliç şəhərində yerləşən yerli teatrlatdan biridir. == Tarixi == Branislav Nuşiç adına Həvəskar Dram Teatrı Tesliç şəhərində çox məşhurdur. Bu teatr rəsmi olaraq 16 fevral 2008-ci ildə fəaliyyətə başlamışdır.1992–1995-ci illərdə ölkədə müharibə olduğu illərdə, Tesliç şəhərində mədəniyyət "ölmək" üzrə olduğunda bu teatrın yaradılması şəhər mədəniyyətinin dirçəlişində təməl daşı rolunu oynadı. Bir qrup şəhər əhalisi (teatrın əsasını qoyan şəxslər) öz mədəniyyətlərini davam etdirmək və öz beynəlxalq imicini dünyaya yaymaq üçün teatr mədəniyyətini inkişaf etdirməyi qərara aldı. Teatrın bərpası bitdiyi dövrdə 15 nəfərdən ibarət həvəskar aktyor qrupu ilk şouları olan "Народни посланик" tamaşasını təqdim etdi. Onların əziyyəti hədər getmədi. Öz şəhərlərinə teatr mədəniyyətinin geri dönüşünü izləmək üçün gələnər üçün teatrın tutumu yetmədi. Həmin ildə də teatr üzvləri Laktaşi ərazisində yeni səhnəciklər və hədiyyələrlə zəngin olan ilk teatr karvanı həyata keçirdi. 2009-cu ildə teatr üzvəri 7–14 yaşlarındakı uşaqlar üçün aktyorluq dərsləri keçməyə başladı və bu uşaqlar teatrın gələcək Respublika Srpska və Bosniya federasiyasında keçirilən festivalların fəal iştirakçıları oldu.
Branka Rauniq
Branka Rauniq (bosn. Branka Raunig; 1 yanvar 1935, Sarayevo – 13 iyun 2008, Bixaç, Bosniya və Herseqovina Federasiyası) — Bosniya arxeoloqu, tarixdən əvvəlki dövrün tədqiqatçısı və muzey kuratoru. == Erkən illər == Branka Rauniq 1 yanvar 1935-ci ildə Sarayevoda anadan olmuşdur. Ömrünün ilk illəri Kraljevoda keçib . 1954–1958-ci illərdə Belqrad Universitetinin Fəlsəfə fakültəsində arxeologiya təhsili alıb . Müəllimlərindən biri arxeoloq Branko Havela idi . == Karyerası == Universiteti bitirdikdən sonra, Rauniq Bosniya və Herseqovinaya geri qayıdır, Bihaçdakı Punye muzeyində işləməyə başlayır . Rauniq, yapodlar qəbiləsinə aid arxeoloji materiallarla işləyərkən sonrakı elmi karyerasını həsr etdiyi bu qədim Hind-Avropa xalqı ilə maraqlanmağa başlayır . 1963-cü ildə Rauniq, Punye bölgəsinə diqqət yetirərək yapodların tarixini öyrənməyə davam etdiyi Djakovo bölgəsində yerləşən muzeydə işə başlayır . Bu bölgədəki arxeoloji materiallara əsaslanaraq 1971-ci ildə müdafiə etdiyi magistr işini yazır .
Branobel
"Branobel" və ya tam adı ilə "Nobel qardaşlarının neft istehsalı şirkəti" — Lüdviq Nobelin qardaşı Robert Nobel ilə birlikdə qurduğu şirkət. Onların sifarişi ilə İsveçdə tikilən və Xəzərə gətirilən "Zorastr" gəmisi dünyada ilk neft daşıyan tanker idi. Nobel mükafatının gəlirlərinin əsas mənbəyi "Branobel" şirkəti olub. Şirkət gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə edib. Nobellərin Bakıya gəlməsi XIX əsrin 70-ci illərinin əvvəlinə — iltizam sistemi buxovlarından azad olmuş neft sənayesinin tədricən inkişaf etməkdə olduğu vaxta təsadüf edir. Robert Nobel Lüdviq tüfəng zavodunda qundaq hazırlanmasında adətən istifadə edilən və xaricdən gətirilən qoz ağacını başqası ilə əvəz etmək üçün Azərbaycanın dağlıq rayonlarına yola düşdü. Lakin bu səfər uğursuz oldu, çünki az sonra hökumət bu məqsədlə daha asan başa gələn ağcaqayın ağacından istifadə etməyi qərara almışdı. Robert Nobel Bakıda neft sənayesinin vəziyyəti ilə yaxından tanış olmuş və başa düşmüşdü ki, yaxın gələcəkdə bu sahə yaxşı mənfəət gətirəcəkdir. 1873-cü ildə Peterburq a gələn Robert qardaşı Lüdviq Nobeli Bakı neft sənayesinə sərmayə qoymağa razı salmış və 1875-ci ildə onun razılığı ilə Sabunçu da bir neft sahəsi alaraq orada qazma işinə başlamışdı. Bundan əlavə, Robert Nobel 25 min rubla ağ neft istehsal edən kiçik zavod almış və neft emalçıları sırasına qoşulmuşdu.
Branq
Branq (fr. Brangues) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38055. Kommunanın 1999-cu il üçün əhalisi 469 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 225 ilə 315 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 50 km şərqdə, Qrenobldan 60 km şimalda yerləşir.
Bransuik yarımadası
Bransuik və ya Bransvik (isp. Península de Brunswick) — Çilinin Maqalyanes-i-la-Antarktik-Çilena vilayətinin ən böyük yarımadasıdır. Uzunluğu 112 kilometr təşkil edir. Cənubi Amerika materikinin cənub qutaracağın yerləşən Frоuаrd burnu yerləşir. Yarımadada yerləşən yeganə şəhər Punta-Arenasdır ki, vilayətin mərkəzini təşkil edir. Yarımada dağlıqdır və ən hündür yeri 1127 metr təşkil edir. Yarımadadan cənub və şərqdə Odlu Torpaq adası yerləşir. Yarımada adadan Magellan boğazı vastəsi ilə ayrılır.
Branta
Vəhşi qaz (lat. Branta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Ümumi xüsusiyyəyləri == Vəhşi qazlar ölçüsünə görə qazlardan kiçikdirlər. Onların boyunları və dimdikləri nisbətən qısa olur. Vəhçi qazların uzunluğu 60sm-ə, kütləsi isə 8 kq-a qədər olur. Vəhşi qazların hazırda 6 növü var. == Yayılması == Havay qazından başqa digər növləri Avrasiya və Şimali Amerikada yüvalayır..
Branta albifrons
Qaşqa qaz (lat. Anser albifrons) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Yarımnövləri == A. a. albifrons A. a. frontalis A. a. gambeli A. a. elgasi A. a.
Branta ruficollis
Qırmızıdöş qaz (lat. Branta ruficollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin vəhşi qaz cinsinə aid heyvan növü. Status. Nadir, nəsli kəsilmək qorxusu altında olan, qışlayan növdür. Yayılması. Xəzər dənizinin Lənkəran sahillərində, az miqdarda Kür-Araz ovalığının su hövzələrində qışlayır. Əsas toplandığı yer Qızılağac körfəzidir. Yamal yarımadasından Xatanqa çayına qədər Sibirin tundra və meşə-tundralarında yuvalayır. Yaşayış yeri. Dəniz sahilləri, göllər, çayların mənsəbi.
Branzi
Branzi (it. Branzi) — İtaliyanın Berqamo əyalətinin Lombardiya bölgəsində yerləşən kommuna. Əhalisi 715 nəfərdir (2016). Əhalinin sıxlığı 30 nəfər/km². Ərazisi 25 km² ərazini tutur. Poçt kodu — 24010. Telefon kodu — 0345. Müqəddəs həvari Bartalmay kommunanın himayədarı hesab edilir. Kommunanın bayramı 25 avqust tarixində keçirilir .
Brickellia brandegei
Brickellia brandegei (lat. Brickellia brandegei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin brickellia cinsinə aid bitki növü.