Branimir Subaşiç (serbcə: Branimir Subašić; d. 7 aprel 1982, Belqrad) — serb əsilli Azərbaycan futbolçusu, Türkiyənin Manisaspor və Azərbaycan milli futbol komandasının hücumçusu.
Branimir Subaşiç | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Bane | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Belqrad, YSFR | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
Azərbaycan Serbiya |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 182 sm | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 75 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Manisaspor | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 9 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Branimir Subaşiç 7 aprel 1982-ci ildə Belqradda dünyaya gəlib. 1.80 metr boyu olan forvard karyerasına vətənində — "Zeleznik"də başlayıb. 1998–2000-ci illərdə bu klubun əsas komandasında 10 oyuna çıxıb. 2002-ci ildə "Sremcika"ya icarəyə verilib. "Bane" ləqəbli futbolçu bu komandada 6 oyunda 2 qol vurub. 2002/2003 mövsümündə Belçikanın "KV Oostende" klubunda 14 oyunda 3 dəfə rəqib qapıçıları məyus edib. 2003-cü ildə Fransaya yollanan Branimir "Beauvais Oise"lə anlaşıb. Bu komandada 5 oyuna 1 qol vurduqdan sonra Ukraynaya üz tutub. 2003/05 mövsümlərində "Çernomorets"də 7 oyun keçirib. Bu müddətdə bir qol vuran Subaşiç 2005-ci ili Rusiyanın "Perm" klubunda keçirib. 6 oyunda meydana çıxıb bir qol vuran forvard 2005-ci ildə Azərbaycana gəlib. Onun karyerasının ən parlaq dövrü də məhz ölkəmizlə bağlıdır. Belə ki, 2008-ci ilədək Bakıda qalan "Bane" "Neftçi"də keçirdiyi 65 oyunda 31 qola imza atıb. Bu müddətdə bir dəfə "Birlik Kuboku"nin qalibi olub (2006), bir dəfə turnirin finalında oynayıb, bir dəfə Azərbaycan çempionatının gümüş (2006/07), iki dəfə isə (2005/06, 2007/08) bürünc medal qazanıb.
2008-ci ildə nəhayət Subaşiçin uşaqlıq arzusu həyata keçdi. Uşaq vaxtından "Srvena Svezda"nın şərəfini qorumaq istəyən "Bane" Belqrad təmsilçisi ilə anlaşdı. 11 oyunda meydana çıxıb, 3 qol vurduqdan sonra isə işləri tərs getməyə başladı. "Srvena Svezda"dakı baş məşqçi dəyişikliyi Subaşiçin bu komandadan ayrılması iıə nəticələndi. O, 2009-cu ili Çinin "Çançun Yatay" klubunda icarə əsasında keçirdi. Çin çempionatında meydana çıxdığı 24 oyunda 3 qol vurdu və gümüş medal qazandı. Daha sonra Branimir Serbiyaya qayıdır, lakin əsas heyətə düşə bilmir. Bundan sonra Branimir Azərbaycana qayıdır və 2010-cu ildə Qəbələ futbol klubu ilə 1 illik müqavilə imzalayır. Branimir mövsümə yaxşı başlayır. "Qarabağ" və "Bakı" klubları ilə oyunlarda qol vurur, lakin sonradan Branimir əsas heyətdən kənarda qalır və daha 9 futbolçu ilə birlikdə komandanı tərk edir. 2011-ci ildə Xəzər-Lənkəran klubu ilə 1,5 illik müqavilə bağlayıb. 2011/2012 mövsümündə Xəzər-Lənkəran premyer-liqada 2-ci yeri tutur və gümüş mükafatlara layiq görülür. 2013-cü ildə Branimir Subaşiçin müqaviləsi başa çatır və o Xəzər-Lənkəran klubu ilə yollarını ayırır. Daha sonradan 2013-cü ilin fevral-may aylarında Subaşiç Qarabağın heyətində çıxış edir və Premyer Liqanın gümüş medallarına sahib olur. 2013-cü ilin 18 iyun tarixində Branimir Subaşiç Türkiyənin PTT1 liqasında çıxış edən Orduspor klubuna transfer olunur.
2007-ci ildən millimizə çağırılan Branimir Subaşiç 2009-cu ilə qədər qədər 26 oyunda milli formanı geyininb və 6 qola imza atıb, lakin Serbiyaya gedişindən sonra Branimir milli komandada çıxış etməkdən imtina edib. Azərbaycana qayıdışdan sonra Branimir yenidən Azərbaycan milli komandasının şərəfini qorumaq istədiyini bildirib. 2011-ci ildə Monteneqro millisi ilə oyunda Berti Foqts Branimiri yenidən millinin məşqlərinə dəvət etdi. Sentyabr ayında Belçika və Qazaxıstan ilə keçirilən oyunlarda meydana qayıtmışdı.
Branimir Subaşiç 2010-cu ildə evlənib. Bir qızı var.