Bran Stark

Ceymi Lannister Brandon Starkı pəncərədən atmazdan əvvəl

Brandon Stark və ya Bran Stark — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Bran Starkın baxış bucağından verilir. Yazıçı Martin 2014-cü ildə bildirib ki, əsərdə Bran Starkın Ceymi və Sersi Lannisterlə olan fəslin bir çox oxuyucunun əsərə bağlanmasına səbəb olub.[1] Bran Stark indiyə qədər yayımlanmış kitablardan yalnız "Qarğaların ziyafəti"ndə (2005) yoxdur.

Bran Stark "Buz və odun nəğməsi"nin "Taxtların oyunu" adlı ilk kitabında (1996) Vesteros (ing. Westeros) krallığının Şimal ərazisində yerləşən Vinterfel (ing. Winterfell) qalasının lordu Ned Starkın oğlu olaraq təqdim edilir. Təsadüfən Vesteros kraliçası Sersi Lannisterin krala xəyanətinə şahidlik edən Bran Ceymi tərəfindən pəncərədən atılır. Komaya düşən Bran Stark gəzmək qabiliyyətini itirir. Atasının edam edilməsindən sonra qardaşı Robb Stark özünü Şimal kralı elan edir və müharibəyə gedir. "Kralların çarpışması"nda (1998) Bran Vinterfel qalasını idarə edir, Sion Qreycoy qalanı ələ keçirdikdən sonra yuxularında gördüyü Üç gözlü qarğanı tapmağa gedir. Heyvanları idarə etmə bacarığı olan Bran Stark Üç gözlü qarğadan öngörücülük öyrənir.

Bran Stark "Taxtların oyunu" serialında ingilis aktyoru Ayzek Hemsted Rayt tərəfindən canlandırılır.

  1. Gilmore, Mikal. "George R.R. Martin: The Rolling Stone Interview". Rolling Stone. April 23, 2014. June 21, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 18, 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]