1. Şəffaf və parlaq daş.
□ Dağ bülluru – optikada və zərgərlikdə işlənən şəffaf rəngli mineral.
2. Xüsusi parlaqlığı və işığı sındırmaq qabiliyyəti olan əla şüşə növü. Büllur güzgü. Büllur qab. Büllur güldan. Büllur qədəh.
– Bu gün bir qız gördüm işvəli, nazlı; Büllur pəncərədən baxdı, qayıtdı.
Tam süfrənin üzərindən, xas boya və zərlə işlənmiş tavandan büllur bir çilçıraq asılmış, qəndillərinə sarı şamlar düzülmüşdü.
3. sif. Şəffaf, dumduru, parlaq, təmiz, saf mənasında.
Almadır yanağı, büllur buxağı; Dodaqları meyli, məzəli, güllü.
Yarpaqlar uclarından sallanan damcıların büllur kimi ətrafa saçdıqları nur içində parılparıl yanırdı.
Alagözlü Girdman dilbəri büllur çeşmədən buz kimi soyuq su gətirib, yaralı cəngavərə verdi.