Büllur saray (ing. Crystal Palace) — Londonda şüşə və dəmirdən inşa edilmiş bina. Bina sərgi və müxtəlif tədbirlər üçün nəzərdə tutulmuşdu və layihəsi Böyük Britaniya kraliçası Viktoriyanın həyat yoldaşı şahzadə Albert Saxe-Koburq Saalfeld tərəfindən təsdiqlənmişdir. Binanın tikiləcəyi ərazidəki ağacların kəsilməsinə qarşı olan şahzadə Albert binanın inşası zamanı ağaclara ziyan vurulmadığına görə təklif olunan layihələr arasında yalnız bu layihəni bəyənmişdir.
Büllur sarayın açılışında Kraliça Viktoriya və şahzadə Albert də iştirak etmişlər. Sərgi sona çatdıqdan sonra bina London ətrafında yerləşən Sidnem-Hill ərazisinə köçürülür. 30 noyabr 1936-cı ildə bina yanğın zamanı məhv olur və bir daha bərpa edilmr.
1851-ci ildə inşa edilmiş Büllur sarayın divarları bütünlükdə şüşədən quraşdırılıb. Metal çərçivələrin içərisinə 300 mindən çox şüşə doldurulub[1]. Sarayın əsas hissəsini sərgi zalı təşkil edir. Zalın ümumi sahəsi 90 000 m².-dir və 1400 insan üçün nəzərdə tutlmuşdur[2].