CAB

cab1

n 1. arabaçı, faytonçu, sürücü; 2. taksi; to take a ~ taksi tutmaq; 2. idarəetmə kabinəsi; maşinistin budkası; 3. kuzov, gövdə (avtomobildə və s.)

cab2

adj taksi; a ~ driver / man taksi sürücüsü; ~ fare taksidə gediş haqqı; ~ stop taksi dayanacağı

C
CAB-STAND
OBASTAN VİKİ
Akif Cabbarov
Akif Elxan oğlu Cabbarov (24 oktyabr 1997, Gədəbəy rayonu – 25 oktyabr 2020, Alxanlı, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Akif Elxan oğlu Cabbarov 1997-ci il sentyabrın 20-də Gədəbəy rayonunda dünyaya göz açıb. Orta məktəbi Şəmkir rayonu Könüllü kəndində bitirən Akif anası ilə birgə 2014-cü ildə Sumqayıt şəhərinə köçür. Dayısı Möhübbət kişinin və onu anası kimi sevən Nigar xanımın evinə pənah gətirib. Akif uşaq vaxtından zəhmətə qatılıb, Sumqayıtda da fəhləlik edərək anasına yardımçı olub. 2016-cı ildə əsgərliyə çağırılıb və elə həmin il anası Ayşanı itirib. General Polad Həşimovun ölümü onu çox sarsıdır. Avqust ayında general-mayor Polad Həşimovun şəhid olmasından sonra Qarabağ yürüşünə çıxan Akif könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılır və doğum gününü qeyd edib, sentyabrın 21-də Daşkəsəndə təlimlərə cəlb olunur. Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayır. Akifdə Vətən borcunu ödəmək üçün döyüşə qatılır.
Aksu-Cabaqlı qoruğu
Aksu-Cabaqlı qoruğu (qaz. Ақсу-Жабағылы қорығы; rus. Aксу-Жабаглинский заповедник) ― Mərkəzi Asiyanın ən qədim qoruğu. Qoruq Qazaxıstan Respublikasının cənub vilayətində yerləşir və Tyan-Şanın şimal-qərb dağ silsilələrini əhatə edir. Adı bölgədəki ən böyük çay olan Aksudan və ərazinin şimal hissəsində yerləşən Cabaqlı dağ silsiləsindən götürülmüşdür. == Coğrafiya == Aksu-Cabaqlı təbiət qoruğu qərbi Tyan-Şan dağlarında yerləşir. Ərazinin şərq sərhədini Qırğızıstan Respublikası, cənub sərhədini isə Maydantal çayının vadisi və Özbəkistan təşkil edir. Bölgə qərbdən Qızılqum, şimaldan isə Karatau dağları ilə əhatə olunmuşdur. Ərazi Cənubi Qazaxıstan vilayətindəki Tyul'kubaskiy və Lengerskiy rayonlarının inzibati bölgüsü daxilində yerləşir. Qoruq 131 934 hektar ərazini əhatə edir.
Ataa Caber
Ataa Caber (3 oktyabr 1994) – Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin yarımmüdafiəçisi. == Karyerası == === Makkabi Hayfa === Makkabi Hayfada ilk matçına 2 aprel 2012-ci ildə keçirilən Makkabi Hayfa-Aşdod matçında çıxıb. Matça start heyətdə başlayan Ataa Caber 46-cı dəqiqədə əvəzlənib. Matç Makkabi Hayfanın 3-0 hesablı qələbəsi ilə başa çatıb.Makkabi Hayfada ilk qolunu 11 avqust 2015-ci ildə keçirilən Makkabi Hayfa-Hapoel Akko matçında vurub. Matça 53-cü dəqiqədə daxil olan Ataa Caber 90+3-cü dəqiqədə fərqlənməyi bacarıb. Matç Makkabi Hayfanın 3-0 hesablı qələbəsi ilə başa çatıb.2 fevral 2017-ci ildə Makkabi Hayfadan ayrıldı. === Bney Saxnin === 2 fevral 2017-ci ildə Bney Saxnin klubuna transfer olundu. 31 avqust 2021-ci ildə Bney Saxnin klubundan ayrıldı. === Aşdod === 31 avqust 2021-ci ildə Aşdod klubuna transfer olundu. Aşdodda ilk matçına 12 sentyabr 2021-ci ildə keçirilən Aşdod-Hapoel Hayfa matçının 59-cu dəqiqəsində çıxıb.Həmçinin o matçın 88-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.
Aydın Cabbarlı
Aydın Cəfər oğlu Cabbarlı — tibb elmləri namizədi. Cəfər Cabbarlının oğlu. == Həyatı == 1924-cü ildə doğulmuşdur. Atası Cəfər Cabbarlı ona bir pyesinin adı olan Aydın adını vermişdir. 1 yaşında Bismillah bədii filmində çəkilmişdir. 10 yaşında atası Cəfər Cabbarlını itirmişdir. 1960-cı ildə Azərnəşrdə Sirab suyu və onun müalicə əhəmiyyəti adlı kitabı çap edilmişdir. Cəfər Cabbarlının “Ey dan ulduzu” kitabını tərtib etmişdir. 1999-cu ildə atasının 100 illiyində vəfat etmişdir. == Ailəsi == Qafar Cabbarlının nəvəsidir.
Cabbar Əfəndizadə
Cabbar Əfəndizadə — şair, ədəbiyyatşünas, 1-ci Türkoloji Qurultayda iştirak etmişdir.
Cabbar Əliyev
Cabbar Əli oğlu Əliyev (15 yanvar 1904, Naxçıvan – 30 noyabr 1973, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1960). == Həyatı == Cabbar Əliyev 15 yanvar 1904-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1921–1924-cü illərdə Bakı Pedaqoji Texnikumunda, sonra Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində təhsil alıb. Abbasmirzə Şərifzadənin bir müddətlik rəhbərlik etdiyi Mərkəzi fəhlə klubunun dram dərnəyində çalışıb. 1929-cu ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. 24 may 1960-cı ildə Azərbaycan SSR əməkdar artisti fəxri adı ilə təltif olunub. Əli adlı yeganə oğlu olmuşdur. Cabbar Əliyev 30 noyabr 1973-cü ildə vəfat etmişdir.
Cabbar Əsgərzadə
Mirzə Cabbar Əsgər oğlu Əsgərzadə Bağçaban (9 may 1886, İrəvan – 25 noyabr 1966, Tehran) — tanınmış Azərbaycan pedaqoqu. İranda ilk dəfə uşaq bağçası və lal-karlar məktəbin təsisçisi, İranda ilk uşaq kitabının müəllifi və naşiri, həmçinin, farsca işarə dilinin yaradıcısıdır. == Həyatı və təhsili == Cabbar Əsgərzadə Aciz 1885-ci ildə İrəvanda anadan olmuş, ilk təhsilini mollaxanada almışdır. Atası Əsgər İrəvanda memarlıq və qənnadiliklə məşğulluğu ilə tanınmış, Cabbar da gənc yaşlarında bu peşələrə yiyələnmişdi. Bundan başqa təhsilini mollaxanada almışdır. == İrəvandakı fəaliyyəti == Uşaqların və qadınların təlim-tərbiyəsinə çox önəm verən Mirzə Cabbar Əsgərzadə, gəncliyindən onlara dərs deməyə başlamışdır. Yaşadığı dövrün mühafizəkarlıq şəraitinə və risklərə baxmayaraq gizlicə qızlara evdə dərs deyib, bütün ömrü boyuca onların haqqlarını müdafiə etmişdir. Qəribə də olsa Cabbar Bağçaban ilk qəzetini həbsxanada buraxıb. 1905-ci ildə Yerevanda erməni-müsəlman çaxnaşmalarında ictimai fəallığına görə bir neçə aylıq həbs olunan Bağçaban həbsxanda "Molla nəhib" və "Mollabaşı" adlı həftəlik dərgilər nəşr etdirir. Dərgilərə yazıları özü yazıb, rəsmləri də özü çəkirmiş.
Cabbarlı
Cabbarlı — soyad.
Cabbarlı (Maku)
Cabbarlı — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Maku şəhristanının Siyahçeşmə bölgəsinin Çaldıran kəndistanında, Siyahçeşmə qəsəbəsindən 55 km şimal-qərbdədir.
Cabbarlı (Çaldıran)
Cabbarlı (fars. جبارلو‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Cabbarlı (Ərdəbil)
Cabbarlı (fars. جبارلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Meşkin şəhristanının Mərkəzi bölgəsinin Ərşəq kəndistanında, Meşkin şəhərindən 51 km şimaldadır. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 423 nəfər yaşayır (84 ailə).
Cabbarxan Hacıağayev
Cabbarxan İlham oğlu Hacıağayev (4 avqust 1996; Bakı, Azərbaycan – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. O, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub və ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Cabbarxan Hacıağayev 1996-cı il 4 avqustda Bakı şəhərində anadan olub. == Hərbi xidməti == Əsgər Cabbarxan Hacıağayev, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 5-də isə Cabbarxan Hacıağayev, doğulduğu Bakı şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Cabbarxan Hacıağayev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Cabbarxan Hacıağayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Cabbarənd (Sərdəşt)
Cabbarənd (fars. جبرند‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 271 nəfər yaşayır (43 ailə).
Caber qalası
Caber qalası - Suriyada yerləşən Osmanlı qalası. Qala Fərat çayının sol sahilində yerləşir. Qala Süleyman Şah ətəklərində yerləşdiyində 1921-1973-ci illərdə Türkiyə torpaqlarında yerləşirdi.
Cabir Abdullayev
Cabir Əli oğlu Abdullayev (10 dekabr 1966, Zəngişalı, Ağdam rayonu) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2007). == Həyatı == Cabir Abdullayev Ağdamda anadan olmuşdur . C. Abdullayev 2001-ci ildə Bakı Musiqi Akademiyasının muğam fakültəsini bitirmişdir. Bakı "Azərneftyağ" zavodunun nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblının solisti olmuşdur. Azərbaycanda keçirilən bir çox mədəniyyət tədbirlərində, habelə 2004-cü ildə Avstriyada keçirilən Mədəniyyət Günlərində Azərbaycan incəsənət ustaları ilə birgə uğurla çıxış etmişdir. Hazırda Azərbaycan Dövlət "Muğam" Teatrının solistidir. Teatrda hazırlanan bir sıra tamaşalarında iştirak edir.
Cabir Novruz
Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) (12 mart 1933, Upa, Xızı rayonu – 12 dekabr 2002, Bakı) — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq şairi (1999). == Həyatı == Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir. 1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967–1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991–1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970–1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur. 2002-ci il12 dekabrda vəfat etmişdir. == Yaradıcılığı == Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır.
Cabir Novruzov
Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) (12 mart 1933, Upa, Xızı rayonu – 12 dekabr 2002, Bakı) — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq şairi (1999). == Həyatı == Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir. 1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967–1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991–1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970–1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur. 2002-ci il12 dekabrda vəfat etmişdir. == Yaradıcılığı == Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır.
Cabir Tarverdiyev
Cabir Səmid oğlu Tarverdiyev (8 fevral 1987, Füzuli – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cabir Tarverdiyev 1987-ci il fevralın 8-də Füzuli şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Cabir Tarverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cabir Tarverdiyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Füzuli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cabir Tarverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cabir Tarverdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cabir Tarverdiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cabir Tarverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Tarverdiyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cabir Xəlilov
== Həyatı == Cabir Xəlilov Zahid oğlu 1958-ci il martın 24-də Gəncə şəhərində anadan olmuşdur. 1975-ci ildə Nəsimi rayonu 42 saylı məktəbi, 1980-ci ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1980- 2001-ci illərdə Bakı Dövlət Universitetində müəllim və baş müəllim vəzifələrində çalışmışdır. 1999-cu ildə hüquq elmləri namizədi adını almışdır. 2001-ci ildən hal-hazıra qədər Bakı Dövlət Universitetinin dosentidir. 1997-2007 illərdə Xəzər Universitetində müəllim, Hüquq departamentinin müdiri və dekanı vəzifələrində işləmişdir. 2007-cil ildən hal-hazira qədər isə Xəzər Universitetinin Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin dekanıdır. == Elmi Fəaliyyəti == C.Xəlilovun tədqiqat sahəsi andlı iclasçılar institutunun müqayisəli təhlili və Azərbaycan məhkəmə sistemində tətbiqinə həsr olunmuşdur. C.Xəlilov 1999-cu ildə, Qafqаz regiоnundа yaradılmış və ixtisаslаşdırılmış təhsil qurumu kimi Xəzər Universitetində Hüquq klinikаsının yaradılmasında aparıcı rola malik olmuşdur. O, həmçinin, Amerika Hüquqşünaslar Assosiasiyasının Mərkəzi Avropa və Asiya üzrə Hüquq təşəbbüsünün (ABA CEELI) dəstəyi ilə 2004-cü ildə ilk dəfə Xəzər Universitetində yaradılmış Məhkəmə zalı layihəsinə rəhbərlik etmişdir.
Cabir bin Həyyan
Əbu Abdulla Cabir ibn Həyyan əd-Əzdi əs-Sufi (fars. جابر بن حيان‎; Tus, təx. 721, — Əl-Kufə, təx. 815) — Ərəb və ya Türk əsilli əlkimyaçı, həkim, əczaçı, riyaziyyatçı, astronom. Əczaçı Həyyan əd-Əzdinin ailəsində dünyaya gəlib. Orta əsrlər Avropasında Geber adı ilə tanınıb. Cabir ibn Həyyan Şiələrin 6-cı İmamı, İmam Cəfər Əs-Sadiqin (s) tələbəsi olmuşdur. Kimya elmini ona, o Həzrət (ə.s) öyrətmişdir. == Həyatı == İbn Həyyan ilk dəfə kimyada (əlkimyada) eksperimental metodları tətbiq etmiş və müasir kimya elmində indi də geniş şəkildə istifadə olunan bir sıra mühüm kimyəvi proseslərı kəşf etmişdir. Bunlardan xlorid və nitrat turşularının sintezini, kimyəvi məhlulların distillə edilməsi və kristallizasiya kimi kimyəvi prosesləri misal göstərmək olar.
Cabir ibn Abdullah
Şeyx Cabir ibn Abdullah Ənsari (607, Mədinə – 697 və ya 696, Mədinə) — Həzrət Məhəmməd peyğəmbərin sahəbəsi. == Həyatı == Cabir ibn Abdullah 607-ci ildə Həzrəc qəbiləsində anadan olmuşdu. Həzrət Məhəmmədə, Həzrət Əliyə və Əhli-beytə sədaqətli adamlardan idi. Ənsarların ilk müsəlmanlarındandır. Şeyx Cabir Ənsarinin yaxınlarından olan Ətiyyə belə nəql edir: "Cabir ibn Abdullah Ənsari ilə İmam Hüseynin ziyarəti üçün Mədinədən çıxdıq. O zaman ki, Kərbəlaya yetişdik, Cabir Fərat çayının kənarına getdi və qüsl aldı. Sonra libasını geyindi və ətir vurdu. Sonra hər addımında zikr deyə-deyə İmam Hüseynin qəbrinə tərəf getdi. O vaxt ki, İmam Hüseynin qəbrinin kənarına çatdıq, mənə söylədi: "Əlimi pak qəbrin üzərinə qoy" (cənab Cabir Ənsarinin gözləri görmürdü). Mən belə də etdim.
Cabir ibn Həyyan
Əbu Abdulla Cabir ibn Həyyan əd-Əzdi əs-Sufi (fars. جابر بن حيان‎; Tus, təx. 721, — Əl-Kufə, təx. 815) — Ərəb və ya Türk əsilli əlkimyaçı, həkim, əczaçı, riyaziyyatçı, astronom. Əczaçı Həyyan əd-Əzdinin ailəsində dünyaya gəlib. Orta əsrlər Avropasında Geber adı ilə tanınıb. Cabir ibn Həyyan Şiələrin 6-cı İmamı, İmam Cəfər Əs-Sadiqin (s) tələbəsi olmuşdur. Kimya elmini ona, o Həzrət (ə.s) öyrətmişdir. == Həyatı == İbn Həyyan ilk dəfə kimyada (əlkimyada) eksperimental metodları tətbiq etmiş və müasir kimya elmində indi də geniş şəkildə istifadə olunan bir sıra mühüm kimyəvi proseslərı kəşf etmişdir. Bunlardan xlorid və nitrat turşularının sintezini, kimyəvi məhlulların distillə edilməsi və kristallizasiya kimi kimyəvi prosesləri misal göstərmək olar.
Cabir ibn Əflah
Əbu Məhəmməd Cabir ibn Əflah əl-İşbili (ərəb. أبو محمد جابر بن أفلح‎) (təq. 1100, Sevilya – təq. 1160, güm. Sevilya) — ərəb riyaziyyatçısı və astronumu. Sevilyada yaşamışdır. Orta əsrlərdə Qərbi Avropada Geber Hispalensis adıyla məşhur idi. "Almaqesta təkmilləşdirilməsi" və "Fiqurlar haqqında traktat" yazıb. Cabirin bu traktatları, Kremon Gerard tərəfindən latın dilinə tərcümə edilib və Qərbi Avropada triqonometriyanın inkişafına gözə çarpan təsiri göstərib. Cabir ilk dəfə düzbucaqlı sferik üçbucağın iki bucaq və onlar arasındakı katet nisbətini isbat etmişdir (Qebera qaydası): cos ⁡ α = cos ⁡ a sin ⁡ β .
Cabir İmanov
Cabir İmanov (tam adı:İmanov Cabir Qorxmaz oğlu; 22 iyun 1976, Bakı) — Azərbaycan aktyoru, "Parni iz Baku" KVN komandasının üzvü, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1997–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları: İqtisadçı, hüquqşünas. 1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Təqaüddə olan polis polkovnik-leytenantıdır. 1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olmuşdur.
Cablı (Nəmin)
Cablı (fars. جابلو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərinin şərqində, Ərdəbil-Astara avtomobil yolunun 8 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 263 nəfər yaşayır (55 ailə).

Значение слова в других словарях