Cabir Xəlilov

Cabir Xəlilov Zahid oğlu 1958-ci il martın 24-də Gəncə şəhərində anadan olmuşdur. 1975-ci ildə Nəsimi rayonu 42 saylı məktəbi, 1980-ci ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1980- 2001-ci illərdə Bakı Dövlət Universitetində müəllim və baş müəllim vəzifələrində çalışmışdır. 1999-cu ildə hüquq elmləri namizədi adını almışdır. 2001-ci ildən hal-hazıra qədər Bakı Dövlət Universitetinin dosentidir. 1997-2007 illərdə Xəzər Universitetində müəllim, Hüquq departamentinin müdiri və dekanı vəzifələrində işləmişdir. 2007-cil ildən hal-hazira qədər isə Xəzər Universitetinin Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin dekanıdır.

Cabir Xəlilov
Cabir Xəlilov Zahid oğlu
Khazar University Media Archives
Khazar University Media Archives
Doğum tarixi (66 yaş)
Doğum yeri Gəncə şəhəri
Azərbaycan Azərbaycan
Fəaliyyəti akademik[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elmi Fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

C.Xəlilovun tədqiqat sahəsi andlı iclasçılar institutunun müqayisəli təhlili və Azərbaycan məhkəmə sistemində tətbiqinə həsr olunmuşdur. C.Xəlilov 1999-cu ildə, Qafqаz regiоnundа yaradılmış və ixtisаslаşdırılmış təhsil qurumu kimi Xəzər Universitetində Hüquq klinikаsının yaradılmasında aparıcı rola malik olmuşdur. O, həmçinin, Amerika Hüquqşünaslar Assosiasiyasının Mərkəzi Avropa və Asiya üzrə Hüquq təşəbbüsünün (ABA CEELI) dəstəyi ilə 2004-cü ildə ilk dəfə Xəzər Universitetində yaradılmış Məhkəmə zalı layihəsinə rəhbərlik etmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə Universitetin və fakültənin ictimai həyatındakı fəal mövqeyinə və gənc nəslin yetişdirilməsindəki xidmətlərinə görə Fəxri Fərmanla təltif edilmişdir.

C.Xəlilov 40 yaxın elmi məqalələrin müəllifidir.

Beynəlxalq Proqramlar və Qrantlar

[redaktə | mənbəni redaktə et]
  • "Azərbaycanda təhsil mühitinin inkişafi "- İcma əlaqələri proqramı 2006, Sentyabr 13- Oktyabr 4, 2006, Cakson, Mississippi, ABŞ
  • "Beynəlxalq təhsilin idarə olunması", ABŞ Dövlət Proqramı, Yanvar 26-Fevral 13, 2004.
  • "Avropa Hüquqi Təhsili və Boloniya prosesi" konsfransı, Utrext Universiteti, Niderland, Noyabr 19-20, 2004.
  • "Kliniki Hüquqi təhsil üzrə III illik konfrans", Sofiya, Varna, Bolqarıstan, İyun 20-30, 2000