Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əbu Abdulla Cabir ibn Həyyan əd-Əzdi əs-Sufi (ərəb. جابر بن حیان ابو موسی; 721[1], Tus – 815[1], Kufə) — İslamın qızıl dövründə yaşamış məşhur Kimyaçı və Filosof. O, elm tarixinin ən mühüm simalarından biri hesab olunur və müxtəlif sahələrə, o cümlədən kimya və tibbə verdiyi mühüm töhfələrinə görə tanınır. Cabir ibn Həyyanın əsərləri kimyəvi proseslər, kimyəvi reaksiyalar, maddələrin xassələri kimi geniş mövzuları əhatə edirdi. O, çoxsaylı eksperimentlər aparmış və əldə etdiyi nəticələri yazaraq müasir kimya elminin inkişafı üçün zəmin yaratmışdır.
CABİR İBN HƏYYAN | |
---|---|
Əbu Musa Cabir ibn Həyyan | |
Digər adı | Geber |
Doğum tarixi | 721[1] |
Doğum yeri | Tus |
Vəfat tarixi | 815[1] |
Vəfat yeri | Kufə |
Fəaliyyəti | astronom, filosof, riyaziyyatçı, həkim, universal insan, təbib |
Vikianbarda əlaqəli mediafayllar |
İbn Həyyan ilk dəfə kimyada (əlkimyada) eksperimental metodları tətbiq etmiş və müasir kimya elmində indi də geniş şəkildə istifadə olunan bir sıra mühüm kimyəvi proseslərı kəşf etmişdir. Bunlardan xlorid və nitrat turşularının sintezini, kimyəvi məhlulların distillə edilməsi və kristallizasiya kimi kimyəvi prosesləri misal göstərmək olar. Onun əsərlərinin orijinalı olduqca mürəkkəb və anlaşılmaz qaydada yazılmışdır və çox ehtimal ki şifrələnmişdir. Bu şifrələri açmaq isə müasir günümüzə qədər mümkün olmamışdır. İlk baxışdan İbn Həyyanın əsərləri kimyəvi maddələrin ərəbcə adlarından ibarət düşünülmüş, mürəkkəb kimyəvi numeraloji sistemə əsaslanır. Bundan əlavə ibn Həyyan təkvin- laboratoriya şəraitində canlıların süni yolla yaradılması kimi yüksək, mütərəqqi, o dövr üçün ağlasığmaz ideyanı da irəli sürmüş və üzərində çalışmışdır.
Cabir ibn Həyyanın bir alim kimi formalaşmasında müəllimi Cəfər əl-Sadiqin misilsiz rolu olmuşdur. Onda kimyaya olan sonsuz marağı başlıca olaraq məhz Cəfər əs-Sadiq oyatmışdır.
Cabir ibn Həyyanın elmi əsərlərini dörd kateqoriyaya bölmək olar: