DA

1. Danışan şəxsin məsələyə münasibətini, hiss və həyəcanını bildirməyə xidmət edən və çox vaxt yerindən və məna çalarından asılı olub müəyyən intonasiya ilə deyilərək aşağıdakı vəzifələrdə işlədilən ədat. 1) Əmr bildirən fellərdən sonra gələrək təkid, israr, bəzən də əmr bildirir. Gəl də! Tez ol da! Yaz da! Gətir də! – [Qasım kişi:] …İndi mən bu mətləbləri başa düşmürəm.
Sən ki oxumusan, gəl cavab ver də! C.Məmmədquluzadə.
[Hacı Əhməd:] Atam, qoyun kişi sözünü desin də, arvad oldu, nə oldu, söz danışır axı. C.Cabbarlı.
[Hüseynqulu Yunisə:] Gəl çıx da, demirsən bəs işimiz var, planımız var? Mir Cəlal;
2) saylardan sonra topluluq, ümumiləşdirmə mənasında işlənir. İkisi də bir-birindən gözəldir. – Mən çöndüm Dilbərə tərəf.
Mənim Dilbərim bu dörd nəfər xanımların dördündən də gözəl idi. C.Məmmədquluzadə.

// Təkrar olunan sözün ikincisinə qoşularaq fərqləndirmə, ayırma məqamında işlənir.
Gah çəkic vurdu əlim, gah da qələm tutdu əlim; Coşdu könlümdə müqəddəs əməlim. S.Rüstəm.
Zeynalov gah sol, gah da sağ əlinin barmaqlarına baxa-baxa danışığını nə cür başlayacağı haqqında düşünürdü. Ə.Vəliyev;

3) özündən əvvəl gələn sözün mənasını gücləndirir, nəzərə çarpdırır və ayırır. Sənin də bu işlərə həvəsin var! Bizim də fikrimizə qulaq as. Başqaları ilə də hesablaşmaq lazımdır.
– Nədənsə geri qayıtmaq da istəməyirdim. S.Hüseyn.
[Mirzə Səməndər:] A kişi, sən də çox qozqurtma ha! C.Cabbarlı.
Yazmağına sözüm yox, amma bir bizə də yazsın da! Mir Cəlal.

// Özündən əvvəl gələn sözə müxtəlif ekspressiv-emosional rənglər verir. Nə qədər də gözəldir! Necə də oxuyur! Belə də xoş səs olar?
// Qoşatərkibli ədatlar əmələ gətirir.
[İbrahim xan:] Yenə də şikayət? Gəl inan ki, sən; Nə qədər mən sağam, kef görəcəksən. S.Vurğun.
[Gültəkin:] Fəqət qoyun, son dəfə olaraq bütün xoşbəxt günlərimi keçirdiyim bu qaranlıq məhzun evciyəzi bir də doyunca görüm. C.Cabbarlı.
Cahangir cavab vermədi, o qəsdən bir az da qaşqabağını sallayaraq dayandı. S.Rəhman;

4) intonasiyadan asılı olaraq, danışanın bir şeyə müsbət və ya mənfi münasibətini bildirir.
Elə, arvad yalan demir ki, doğru deyir də! C.Məmmədquluzadə.
[Tərlan xanım:] Yaxşıdır ki, qapımızın artıq tikəsi ilə böyüyüb, bəslənib.
Burnundan gəlsin o… Belədir də! Mir Cəlal.
[Yusif:] Elə adamı da yandıran budur da. Ə.Vəliyev;

5) narazılıq, məmnuniyyətsizlik bildirir. Qoymursunuz bir yerdə oturaq da.
[Hacı Mehdi:] A kişi, dəli əlinə düşmüşəm də! Ə.Haqverdiyev.
[Əlisa:] Canım, ölmədik, altmışı da adladıq, arvadların əlinə düşdük də! S.Rəhimov.
[Kərəmov Zinyətə:] Hə, məni hədələyirsən? Qoymurlar da, qoymurlar ki, sakit oturub iş görək. S.Rəhman.

// İntonasiyadan asılı olaraq, bəzən kinayə, yaxud könülsüz razılıq məqamında işlənir.
[Hacı Əhməd:] Neynək, kəndimiz tərəqqi eləsin də. C.Cabbarlı.
Biz nə deyirik ki, gəlsin də… S.Rəhman.
[Gəldiyev Rübabəyə:] Demək, özünü məndən ağıllı bilirsən də! Mir Cəlal.

// Razılıq, məmnunluq məqamında.
[Mirzə Qoşunəli:] Ha, belə ha!… Allah oğlunu saxlasın, əvvəldən de də! Ə.Haqverdiyev.

// Arzu bildirir. O günlər getsin də, gəlməsin. Yaxşı olsun da, xərcin zərəri yoxdur;
6) təəssüf, peşmanlıq, ya etiraf məqamında işlənir.
Bir işdi oldu da… M.Hüseyn;

7) bir işi, hadisəni təsdiq məqamında işlənir.
[Qoca kişi:] Başına dolanım, ay həkim, bu uşağın heç azarı-bezarı yoxdu, dəli-zad da deyil ha. C.Məmmədquluzadə.
Bu xalq da sənin kimi vətəndaşdır da! C.Cabbarlı.
Ay Merac, sənin qaydandır da… Ə.Vəliyev.
[Gülər:] Mən bayaqdan onu deyirəm də… S.Rəhman;

8) qoşulduğu sözə istehza, kinayə, saymazlıq, laqeydlik çaları verir. Boş şeydir də. Səsdir də.
Adamdı da! – Deyəsən, canavar əli görsədiblər, qorxur da. Mir Cəlal;
9) yəqinlik, yaxud haqqında söhbət gedən şeyin mütləq olacağını, baş verməli olduğunu bildirir. Söz verib, gələcək də. Mühəndisliyə həvəsi çoxdur, olacaq da. Bilsəydi, deyərdi də.
– Seçicilər [Barxudardan] adına layiq iş tələb etməyə, hünər gözləməyə haqlıdırlar və bunu edəcəklər də. Mir Cəlal.
[Musa:] Söz vermişəm də, gələcəyəm də… Mən camaatdan uzaqlaşmıram. S.Rəhman;

10) bəzən haqqında söhbət gedən məsələyə qarşı danışanın şübhə, ya inamsızlıq hissini ifadə edir.
Deyirsən də… Görərik də… – Axı, yəni deyirsən, cəmi-məxluqat öz başına yaranıb da? C. Məmmədquluzadə;

11) “doğrudan”, “həqiqətən” sözlərindən sonra gələrək, onların mənasını gücləndirir, dəqiqləşdirir.
[Gülüş:] Ax, Sevil, sən doğrudan da yazıqsan, hər şeyə Balaşın yoxsulluq gözü ilə baxırsan. C.Cabbarlı.
…Rübabənin gözü özündə idi, çünki Rübabə bu məktəbə görməyə, görünməyə, axtarmağa yox, doğrudan da oxumağa gəlmişdi. Mir Cəlal.
Doğrudan da vaxt yoxdur. S.Rəhman;

12) dan. bəzən “ki” bağlayıcısından əvvəl gəlib, haqqında söhbət gedən şeyin, hadisənin, halın davamlılığını, bütün tədbir və çalışmalara baxmayaraq, bir şeyin baş tutmadığını, əmələ gəlmədiyini bildirir. İstilər düşmür də ki, düşmür. İstəmir də ki, istəmir.
[Xanım:] Ay Gülöyşə, yazıq Böyükkişi lap hər şeydən cinlənir, nə olsun, bilmirəm, sağalmır da ki, sağalmır. S.Rəhimov;

13) “əlbəttə” mənasında (görülən, yaxud görüləcək bir işə haqq qazandırır). Belə eləsən, gəlməz də. Çağırsaydın, gələrdi də. – Çubuq dolduran birisi… [qatırçının] sualına cavab verdi: – Necə olacaq, necə hanı? Top atan elə olar da. Mir Cəlal;
14) “heç” mənasında (feillərdən sonra gələrək onların mənasını daha da nəzərə çarpdırır).
Ancaq Rübabə bilsəydi, [Ağca xanım] Gəldiyevin arvadıdır və uşaq onun oğulluğudur, heç dalınca düşməz, bir kəlmə danışmazdı da. Mir Cəlal.
[Qürbət:] Yusif! Sənin bu pərdəli sözünə yoxam da! Ə.Vəliyev.
[Kərəmov:] …Sən öl, bu cavanlara söz başa salmaq olmur da… S.Rəhman;

15) məgər, heç (sual məqamında işlənilir). Bu qədər də yağıntı olar? – Dəftərxanaçı soruşdu: – Niyə duruxdun? – Ac da qarovul olarmı? Mir Cəlal;
16) “üstəlik”, “hələ bir”, “dəxi”, “bir də” mənasında işlənir. Günahkar özü olduğu halda, danışır da. Danışmağa dili də var.
– Bu cür axmaq … yaltaqdan şadlanır və yalançıya ənam da verir. M.F.Axundzadə.
[Hacı Baxşəli:] Ədə, hələ utanmırsan da danışırsan? C.Məmmədquluzadə.
[Zalxa Zinyətə:] Buna bax ha, hələ forsuna da dəyir. S.Rəhman.

2. Həmcins üzvlü cümlələrdə həmcins üzvləri, mürəkkəb tabeli cümlələrdə isə baş cümlə ilə budaq cümlələri bir-birinə bağlayan və aşağıdakı mənaları ifadə edən bağlayıcı. 1) “dəxi”, “həmçinin”, “o cümlədən” mənasında. O da bizimlə getmişdi. Oğlunu da özü ilə bərabər apardı. Onu mən də çox axtardım. Onun da adı siyahıda var. Mən də getməyə hazıram. O da bu fikirdədir.
– Bir ay bundan qabaq övrətimi və uşaqlarımı da götürüb Ağdaşdan Bakıya köçürmüşəm. C.Məmmədquluzadə.
Atabala da o dövrün bir nümayəndəsi idi. A.Şaiq.
Burada ucuz qiymətə şərab da tapmaq olurdu. Ə.Əbülhəsən.

// “Habelə”, “dəxi” mənasında.
Bizim küçədə də toy-bayram olar. (Məsəl).
…Nəcəf Yəhya oğlunun da məktubu zarafatnan yazılıb… C.Məmmədquluzadə.
[Zeynal] vaxtı ilə əmanət kassasında birikdirdiyi və topladığı yeddi-səkkiz yüz manatı da xərcləmişdi. S.Hüseyn.
[Səlim:] Mən səni bir doğru qız zənn edərdim, səndə aldatmaq da varmış?! H.Cavid;

2) həmcins üzvləri birbirinə bağlayır. O da, yoldaşı da gəlməlidir. Mənim də, sənin də, onun da iştirakı vacibdir.
Qızlar da, oğlanlar da bədən tərbiyəsi ilə məşğul olmalıdır! – [Sənəm:] Ah! Qoca olandan sonra heç nə! Ağrım onun özünə də, dövlətinə də! Ü.Hacıbəyov.
Zoya bunları [söyüşləri] danışmaqdan, Gəldiyev də eşitməkdən ləzzət alır.
Od da öz işindədir, şiş də. Mir Cəlal.
[Həbib bəy:] …Yaxşı oxu, adam ol, bizim də üzümüz ağ olsun, ananın da. S.Rəhman;

3) şərt şəklində olan sözü başqa bir sözlə bağladığı vaxt ikincisinin birinciyə qarşı olduğunu bildirir. Əlləşsə də, faydası yoxdur. Çox yüyürdüsə də, çata bilmədi. O bilməsə də, sən bilməlisən.
– Cümlə cahan yatsa da, biz yatmarıq… M.Ə.Sabir.
Qızılı udsa da qara torpaqlar; Yenə qiymətini özündə saxlar. S.Vurğun.
Əhməd operasiya edilmişdisə də, gülləni çiynindən çıxara bilməmişdilər. Ə.Vəliyev.
Qədirin bu hərəkətini hamı bilsə və pisləsə də, o əl çəkmirdi. Mir Cəlal.

// Bəzən həmin formada olan sözə güzəşt mənası verir. Görsəm də, tanımaram. Ölsəm də, məqsədimə çatmalıyam;
4) bəzi feli bağlamalardan sonra gələrək, “və” bağlayıcısı, bəzən isə təkid mənasında işlənir. Ona tez dəyib də qayıt. Alıb da evə dön. Gəlib də getdi. O məni görüb də görməməzliyə vurdu. Çıxıb da get.
– Yanan qəlbinə sanki su saçdılar; O yerdən alıb da məni qaçdılar. M.Ə.Sabir.
Məni bir baxışda eşq oduna saldı da getdi. C.Cabbarlı;

5) o biri tərəfdən, bundan əlavə, hələ (əvvəlki cümlədə təsvir olunan hadisəyə və s.-yə başqa bir hadisənin və s.-nin əlavə olunduğunu bildirir).
…Bacım Fatma da hamilə idi və doğmağına bir neçə gün qalanda əri İsmayıl bəy də gəldi İrəvana. C.Məmmədquluzadə.
Əhməd bəy bundan da diltəng olub, həmişəlik xanənişin olub, altıyeddi sənə evindən çıxmadı. Ə.Haqverdiyev.
[Zərifə:] Girdim imtahana… Qəşəng də geyinmişdim… S.Rəhman.

// Cavabən, cavab olaraq, öz növbəsində, öz tərəfindən (fikri əvvəlki cümlədə söylənilənlərə bağlamaq üçün işlənir). Mən də dönüb belə dedim. Onlar da yavaş-yavaş dinməyə başladılar.
– Qurbanəli bəy də yerindən qalxıb, stəkanını götürüb vurdu xanımın stəkanına. C.Məmmədquluzadə;

6) “hətta”, “belə” mənasında. İclasa qocalar və yaşlı qadınlar da gəlmişdi. Elə sözlər danışırsan ki, bişmiş toyuğun da gülməyi gəlir. Kölgədə oturmuşduq, amma burada da nəfəs almaq mümkün deyildi.
[Novruzəli:] Heç nəçərnik də bu kağızı mənim əlimdən ala bilməz. C.Məmmədquluzadə.
Hacı Kamyab kimi kişinin atasına da od vurmaq olar?! Ə.Haqverdiyev.
Adamın pisini-yaxşısını bir həftədə yox, lap bir saatda da tanımaq olar. M.İbrahimov;

7) “heç olmasa”, “barı” mənasında.
Bunca oxudun, yorul da bari; Bir dəfə burax bu zəhrimari. M.Ə.Sabir;

8) “həm” mənasında. Qələm də aldım, dəftər də. O da, bu da. Mən də, yoldaşlarım da eyni fikirdəyik.
[Əzrayıl bəy:] Qılıncımın dalı da kəsirdi, qabağı da. Ə.Haqverdiyev.
Bu yay Rübabə də, Vahid də diplomlarını almışdılar. Mir Cəlal.
Hava da, torpaq da, gül də, bahar da; Soyuq da, şaxta da, boran da, qar da; Tapır mənasını insanla ancaq. M.Dilbazi.

Etimologiya

  • DA Da, də bağlayıcıları dəxi sözünün ixtisarından törəmədir. V.Bank yazır: “Türk dillərində “связывать” mənasını verən taq feili olub, ondan taqu (dağı f
DA
DABAQ
OBASTAN VİKİ
Da Da Dam
Da Da Dam — Finlandiyanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Paradise Oskar ifa etdiyi mahnı.
Da (hərf)
Դ, դ (səslənməsi: da, erm. դա) — erməni əlifbasının dördüncü hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
Da Vinçi
Leonardo di ser Pyero da Vinçi (it. Leonardo di ser Pyero da Vinçi; 15 aprel, 1452–2 may, 1519) — Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan "Universal insan" (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi. İkinci minilliyin adamı seçilmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Uşaqlığı (1452–1466) == Leonardo 15 aprel 1452-ci ildə (köhnə stillə) Mediçilərin rəhbərlik etdiyi Florensiya Respublikasının ərazisində, Arno çayı vadisindəki Vinçi şəhəri yaxınlığında Ankiano kəndində Messer Pyero (1427–1504) adlı notariusun və Katerina adlı sadə kəndlinin övladı olaraq dünyaya göz açmışdır. Leonardonun babası Antonio da Vinçinin (1372–1468) öz gündəliyində bu barədə etdiyi qeyd belə səslənir: "Şənbə günü, 15 apreldə gecə saat 3-də nəvəm — oğlum Pyeronun oğlu anadan oldu. Uşağa Leonardo adı verildi. Onu Pyero di Bartolomeo xaç suyuna çəkdi".
ABŞ-da QİÇS
ABŞ-də QİÇS (ing. HIV/AIDS in the United States) - Amerika Birləşmiş Ştatlarında QİÇS-lə bağlı vəziyyəti izah etmək üçün istifadə olunan termin. Qazanılmış İmmun Çatışmazlığı Sindromuna ABŞ-də ilk dəfə 1969-cu ildə rast gəlinmişdir. 1970-ci illərin sonu 1980-cı illərin əvvəllərində Kaliforniya ştatında və xüsusəndə bu ştatın Los-Anceles şəhərində həkimlər tərəfindənçoxlu sayda insanda Kaposi sarkoması xərçəngi aşkarlanmışdır. Virusun Haitidən gəlmiş miqrantlarla ölkəyə daxil olduğu təxmin edilməkdədir. 320 milyondan çox əhalinin yaşadığı ölkədə 1.2 milyon HİV müsbət şəxsin yaşadığı təxmin edilir. Bu şəxslərdən təqribən 1/8 hissəsi virus daşıyıcısı olmasından xəbərsizdir. Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramının 2009-cu ilə aid məlumatına görə ABŞ-də yaşayan 1.2 milyon HİV müsbət şəxsdən 310 mini qadınlardır. Kaliforniya ştatında uşaqlarda daxil olmaqla HİV müsbət vətəndaşların sayı 184 mindən çoxdur. 85.958 nəfər bu günə qədər virusun səbəb olduğu xəstəliklərdən dünyasını dəyişib.
ABŞ-da din
ABŞ-də din — ABŞ konstitusiyasına edilən birinci dəyişiklik dinin azad həyata keçirilməsinə zəmanət verir və qurulmasına uyğun olaraq Konqresi qanunların qəbul edilməsinə qadağa qoyur. 2013-cü ildəki sorğuda amerikalılar 56%-i dinin "onların həyatında çox önəmli rol" oynadığını demişdilər, bu rəqəm də digər inkişaf etmiş ölkələrdən çok daha yüksəkdir. 2009-cu il Qellap sorğusunda amerikalıların 42%-i həftəlik və ya demək olar ki, həftəlik kilsədə iştirak etdiyini söylədilər, bu rəqəm ən az Vermontda olmaqla 23% və ən çox Missisipidə olmaqla 63% dəyişir.
ABŞ-da fahişəlik
ABŞ Konstitusiyasının 1-ci maddəsinə görə, ABŞ-də fahişəlik Federal Konqresin səlahiyyətində deyildir, bu səbəbdən onun tənzimlənməsi ayrı-ayrı ştatların öhdəliklərinə verilir. Təkcə Nevada ştatından başqa ştatların hamısında cinsi xidmətlərin alqı-satqısı bu və ya digər dərəcədə qanunla qadağandır. == Tarixi == 1672-ci ildə Bostonda fahişəxanalar qadağan edildi; bu, Amerikanın ilk fahişəlik əleyhinə qanunu idi. Kanzasda 1868-ci ildə fahişəxanalar qadağan edildi. 1870-ci ildə Kaliforniyada 3.536 Çinli qadın var idi ki, onların 61%-ı siyahıyaalmada peşə olaraq fahişəliyi qeyd etmişdir. 1880-ci ildə bu rəqəm yüzdə 24-ə düşdü. 5 iyul 1870-ci ildə Missuri ştatının Sent-Luis Şəhər Şurası qeydiyyatdan keçmiş fahişələrin icbari tibbi müayinədən keçməsini tələb edən fahişəliyin tənzimlənməsi fərmanını qəbul etdi. Lakin, artıq 1874-cü ildə 100 min adamın imzaladığı ərizə sayəsidə fərman ləğv edildi. 1890-cı ildən Montana ştatının Byutt şəhərində leqal fahişəxana fəaliyyət göstərirdi, lakin 1982-ci ildə bağlandı. 6 iyul 1897-ci ildən 14 noyabr 1917-ci ilədək Yeni Orleanda fahişəlik peşəsi ilə məşğul olanlara aid reqlament tətbiq olundu; qırmızı işıqlar rayonu Storivill oldu.
ABŞ-da idman
ABŞ-də idman (ing. Sports in the United States) — ABŞ mədəniyyətinin mühüm tərkib hissələrindən biri. Amerika futbolu bir çox göstəriciyə görə ən məşhur tamaşaçı idmandır, Milli Futbol Liqası (NFL) dünyada ən yüksək ortalama iştirakçıya malik idman liqasıdır və Super Boul dünyada milyonlar tərəfindən izlənilir. Beysbol XIX əsrin sonundan ABŞ-nin milli idman növü olaraq qəbul edilib, Böyük Beysbol Liqası (MLB) üst liqadır. Basketbol və buzüstü hokkey ölkənin növbəti iki aparıcı peşəkar komanda idmandır, Milli Basketbol Assosiasiyası (NBA) və Milli Hokkey Liqası (NHL) üst liqalardır. Bu dörd böyük idman peşəkarlıqla oynanıldıqda hər biri ilin fəqli, lakin üst-üstə düşən vaxtlarında bir mövsüm keçirirlər. Kollec futbolu və basketbolu böyük auditoriyanı cəlb edir. Futbolda ölkə 1994 FİFA Dünya Kubokuna ev sahibliyi etdi, kişi milli futbol komandası on dəfə Dünya Kubokuna vəsiqə qazanıb və qadın milli futbol komandası üç dəfə FİFA Qadınlararası dünya çempionatı qalibi olub, MLS ABŞ-də bu idmanın ən yüksək liqasıdır (21 Amerika və 3 Kanada komandası çıxış edir). ABŞ-də professional idman bazarı təxminən 69 milyard $ təşkil edir, bu bütün Avropa, Yaxın Şərq və Afrika ölkələrinin cəmindən təxminən 50% böyükdür. ABŞ-də səkkiz Olimpiya oyunları təşkil edilib (2028 Yay Olimpiya Oyunları doqquzuncu olacaq).
ABŞ-da immiqrasiya
ABŞ-də immiqrasiya — ABŞ-ni immiqrasiya ölkəsi adlandırırlar. == Tarixi == ABŞ ərazisinin sürətlə genişlənməsi, eləcə də ərazinin məskunlaşması və mənimsənilməsi külli miqdarda əhali tələb edirdi. Həmçinin dünyanın digər ərazilərində (əsasən də Avropada) sosial-iqtisadi şərait (aqrar, dini, milli vəziyyət, aclıq, siyasi təqib) əhali və əmək ehtiyatlarını ABŞ-yə cəlb etdi. Okean boyunca qitələrarası miqrasiyanın artması feodal məhdudiyyətlərinin ləğvinə səbəb oldu və əhali hüquqi cəhətdən müstəqillik qazandı. İmmiqrasiya dəniz və sonra hava nəqliyyatında olan proqreslə bağlı daha geniş vüsət aldı. İmmiqrantların sayının qeydiyyatı 1820-ci ildən aparılır və 1820-ci ildən indiyə qədər ABŞ-yə 60 mln. nəfər əhali (Avropa 67 %, Asiya 10 %, Amerika 21 %, digər regionlar 2 %) immiqrasiya etmışdir. Aşağıdakı immiqrasiya dövrləri ayrılır: === Birinci dövr === I dövr – XVII əsrin əvvəllərindən 1820-ci ilə qədər davam etmişdir. İmmiqrantlar əsasən Böyük Britaniya adalarındandır (ingilislər, şotlandlar, irlandlar). Cənuba gələnlər varlı torpaq sahibləri olduğundan onlar özləri ilə plantasiyalarda işləmək üçün kasıb əhali gətirmişlər.
ABŞ-da köləlik
ABŞ-də köləlik— ABŞ-də kölələrin, qulların əməyindən istifadə. == Tarixi == Avropa ticarətinin Afrika sahillərinin çevrəsindən keçməsi Amerikada qullaşdırılmış afrikalıların məskunlaşması ilə nəticələnmişdi. 1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur.
ABŞ-da seçkilər
== Maliyyələşmə == ABŞ-də bu məsələ 1971-ci ildə qəbul edilmiş Seçki kampaniyaları haqqında Federal Aktla tənzimlənir. ABŞ-də siyasi partiyalara seçki zamanı könüllü "donorlar" pul buraxır. 1996-cı ildə bu xərclər Senata keçirilən seçki kampaniyasında 2/3-ni, Nümayəndələr Palatasına seçkilərdə isə ½ -ni təşkil edib. Akt seçki ianələrini ciddi çəkildə məhdudlaşdırıb. Məsələn, hər bir vətəndaş il ərzində dəstəklədiyi namizədin xeyrinə yalnız 1000 dollar keçirə bilər. Mənsub olduğu siyasi partiyanın Mərkəzi Komitəsinə isə il ərzində 20 min dollar vermək icazəsi var. Əgər digər bir namizəd xoşuna gəlirsə, vətəndaş onun fonduna yalnız 5 min dollar keçirə bilər. Qeyd edək ki, xarici ölkə vətəndaşlarının Amerikanın siyasi partiyalarını maliyyələşdirməsi qadağandır. ABŞ-nin iki partiyası — Demokratlar və Respublikaçılar seçki ianələrdən yaxşı bəhrələnirlər. Məsələn, ABŞ seçkilərlə bağlı Federal Komissiyasının məlumatlarına görə, 2005-ci ilin yanvarından 2006-cı ilin iyununa qədər Respublikaçıların seçki Fonduna 695 milyon dollar yığılıb.
ABŞ-da təhsil
ABŞ-nin təhsil sistemi – ABŞ-nin təhsil sistemi həm federal və ştat, həm də yerli hakimiyyət orqanları tərəfindən idarə edilir. Dövlət məktəbləri sistemi hər yerdə mövcuddur və desentralizasiya olunmuş, idealdan kənardır. Digər tərəfdən isə Amerikanın xüsusi ali məktəbləri, bütün dünyadan tələbə və aspirantları özünə cəlb edir. ABŞ-də savadlılıq dərəcəsi 97%-dir. Lakin 2003-cü ilin məlumatlarına əsasən 25 və 25-dən yuxarı yaşda olanların 84,6%-i orta təhsillilərdir. 52,5%-i müəyyən ali təhsilə, 27 %-i bakalavr pilləsi üzrə təhsil alıblar. Təhsil əsasən hər yerdə, Puerto-Rikodan başqa (burada rəsmi dil ispan dilidir), ingilis dilində aparılır. Tarixi səbəblərə görə (Konstitusiyada təhsildən bəhs edilmir, buna görə də təhsilin ştatlar tərəfindən idarə edilməsi nəzərdə tutulur) ABŞ-də təhsil məktəbləri üçün ciddi federal standartlar qoyulmayıb. Ali təhsil müəssisələrinin akreditəsi ilə ştatları idarə edən xüsusi təşkilatlar məşğul olur. Hər ştatın akreditə olunmamış "universitetlər"lə mübarizəsində öz qanunları var.
Ay'da Yürüdüm
Ay'da Yürüdüm – Göksel-in 2007-ci ildə çıxardığı 5-ci albomudur. Albomdakı "Taş Bebek" və "Yarabbi Şükür" mahnılarına klip çəkilmişdir.
Barnaba da Modena
Barnaba da Modena (it. Barnaba da Modena; 1328, Modena – təq. 1386, Modena) — İtaliya rəssamı. == Həyatı == Barnaba da Modena rəssamlıq fəaliyyətinə İtaliyada başlamışdır. Onun əsərləri Vizantiya stilindədirlər. Ən məşhur əsəri "Axirət günü" Müqəddəs Aqostino kilsəsi üçün çəkilmişdir. == Həmçinin bax == Barnaba Barokko rəssamlığı == Ədəbiyyat == Pietro Toesca, Dipinti di Barnaba da Modena, in "Bollettino d'arte del Ministero della Pubblica Istruzione", 16, 1922/23, pp. 291–294. Pasquale Rotondi, Il polittico di Barnaba da Modena a Lavagnola, Genova, Stab. Tip.
Cristina da Suécia
Kristina (7 dekabr 1626, Stokholm – 9 aprel 1689, Roma) 1632-ci ildən 1654-cü ildə taxtdan əl çəkənə qədər İsveç kraliçası idi. O, Kral II Qustav Adolf və onun həyat yoldaşı Brandenburq şahzadəsi Mari Eleonorun yeganə övladı idi. Onun doğulması gözlənildiyi kimi bir o qədər də yaxşı qarşılanmadı. Lützen döyüşündə atasının ölümündən sonra altı yaşında İsveç taxtına çıxdı. Otuz illik müharibədə protestantizm tərəfdarının qızı olan Kristina 1654-cü ildə taxt-tacdan imtina edərək katolikliyi qəbul edərək qalmaqala səbəb oldu. Qalan illərini Romada keçirərək yerli musiqi və teatr həyatının lideri oldu. Ölkəsiz bir kraliça kimi bir çox sənətçi və layihələri qoruyub. Romada onu çox yaxşı qarşıladılar və onu "Roma kraliçası" hesab edən insanların heyranlığından həzz aldılar. Kristina 1689-cu ildə vəfat edib və Vatikanda dəfn edilən azsaylı qadınlardan biridir. Kristina əhval-ruhiyyəli, ağıllı idi və kitablar və əlyazmalar, din, kimyagərlik və elmə maraq göstərirdi.
Da Vinci (telekanal)
Da Vinci (2018-ci ilə qədər Da Vinci Learning) — yayım mərkəzi Berlində olan uşaqlar və böyüklər üçün tədqiqat və təhsil telekanalı. 15 sentyabr 2007-ci ildə saat 9:00-da Polşada efirə buraxıldı. == Verilişlər == Telekanal, təbiət, yer, texnologiya, insan və mədəniyyət haqqında elmi verilişləri efirə verir. == Yayım == Hazırda Da Vinci Learning TV telekanalı Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan, Qazaxıstan, Latviya, Litva, Makedoniya, Malayziya, Moldova, Polşa, Rusiya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Tayland, Türkiyə, Ukrayna, Xorvatiya, Çexiya, Estoniya və Cənubi Afrikada yayımlanır. 2017-ci il sentyabr ayından etibarən, Da Vinci Learning Yaponiyada, 1 yanvar 2018-ci ildən Yunanıstan, Gürcüstan və İsraildə yayımlanır. Rusiyada yayımlanma Viasat tərəfindən dəstəklənir. Rus dilinə köçürmə və off-screen tərcümələr studiyalar tərəfindən həyata keçirilir: "Leksikon" (Rusiya) və "Tak Treba Production" (Ukrayna). 18 noyabr 2010-cu ildə telekanal Raduqa TV peyk televiziya paketinin bir hissəsi kimi ABS-1 peykində yayıma başladı. 9 yanvar 2018-ci ildə telekanal rebrendinq edildi və adını müvafiq olaraq "Da Vinci" adına dəyişdirdi. Bundan əlavə telekanalın yayım strategiyası da dəyişdi: Da Vinci Kids loqosu səhərdən axşam 20:00-a qədər, Da Vinci Learning loqosu isə axşam 20:00-dan sonra göstərilməyə başladı.
Da Vinçi şifrəsi
Da Vinçi şifrəsi (ing. The Da Vinci Code) — Den Braun tərəfindən 2003-cü ildə nəşr olunan detektiv-triller janrında roman. Parisdəki Luvr muzeyində baş verən bir cinayət İsa Məsihin Mariya Maqdalena ilə evli olması ehtimalı üzərinə, simvolist Robert Lenqdon və kriptoloq Sofi Nevünü, Sion və Opus Dei təriqətləri arasındakı bir müharibənin ortasına gətirir. Roman, muzey müdirü Jak Sonyerin cəsədinin Da Vinçinin məşhur əsəri Vitruvi adamı şəklində çılpaq halda, ətrafında sirli bir mesaj və bədənində qanla çəkilmiş bir pentaqrammayla muzeyin Böyük salonunda tapılması ilə başlayır. Əsər boyunca, Fransanın Merovinq krallarının İsa Məsih və Mariya Maqdalenanın şəcərəsindən gəldiyini iddia edən alternativ bir din tarixi araşdırılır. Da Vinçi şifrəsi qısa zamanda insanlar arasında San Qril əfsanəsi və Mariya Maqdalenanın xristianlıq tarixindəki önəmi barədə spekulyasiyalar yaratdı. Bununla birlikdə, kitab, bir çox xristian məzhəbi tərəfindən Roma-Katolik kilsəsinə bir hücum olaraq dəyərləndirildi və bir çox ölkədə qadağan edildi. Ancaq yenə də əsər, 2009-cu ildən etibarən 80 milyon tirajla nəşr edildi və 44 dilə tərcümə edilərək ən çox satanlar siyahısında yerini aldı. 2006-cı ildə Columbia Pictures tərəfindən əsər eyni adla ekranlaşdırıldı.2009 (2009) tarixinə olan məlumata əsasən,. As of 2016, it had sold 80 million copies worldwide.
Da Vinçinin şifrəsi

Denilson da Kosta
Deodoru da Fonseka
Deodoru da Fonseka (5 avqust 1827, Alaqoas, Braziliya İmperiyası — 23 avqust 1892, Rio-de-Janeyro, Braziliya) — Braziliya generalə və dövlət adamı; İmperator II Pedronu devirən inqilabın lideri və Braziliya Respublikasının ilk prezidenti. == Həyatı == Hərbçi ailəsində dünyaya gələn Fonseka Paraqvay müharibəsində (1864–1870) göstərdiyi xidmətlərə görə mayor rütbəsinə yüksəldi. Siyasi cəhətdən mühafizəkar olan Fonseka imperatora bağlı bir əsgər idi. Ancaq imperator hökumətinin apardığı siyasətlə heç cürə barışmırdı. Rio-Qrande-du-Sul ştatına icra başçısı ikən zabitlərə siyasi söz azadlığının verilməsi barədə yazılan bir ərizəyə qol çəkdi. Bu səbəbdən II Pedro tərəfindən vətən xaini elan olundu və 15 noyabr 1889-cu ildəki inqilaba öndərlik etməyə başladı. İnqilabın sonunda imperator II Pedro taxtdan endirildi və 1891-ci ilin fevral ayına qədər ölkəni idarə edən müvəqqəti hökumətin başına Deodoru da Fonseka gətirildi. 1891-ci ilin fevral ayında isə bir çox generalın dəstəyi ilə hakimiyyətə gəldi. Ancaq güclü bir ölkə başçısı ola bilmədi. Bir tərəfdən hökumətdəki müxalifətin güclənməsi, digər tərəfdən keçmiş imperatorun qızı Kontez İzabellanın xalq arasında hökumətə qarşı çıxışlar etməsi ölkəyə yeni bir vətəndaş müharibəsinin toxumlarını səpdi.
Diana Da Rucna
Diana Da Rucna (d. 16 oktyabr 1989; Feltre, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Diana Da Rucna İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Flaviya da Fariya
Flaviya da Fariya (29 yanvar 1982) — Braziliyanı təmsil edən bədii gimnast. == Karyerası == Flaviya da Fariya Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Irmandades da Fala
Irmandades da Fala (azərb. Dil Qardaşlığı‎)— 1916–1936-cı illərdə fəaliyyətdə olan Qalisiya milliyətçi təşkilatı. Bu təşkilat Qalisiyanın ilk siyasi təşkilatı idi və ancaq Qalisiya dilindən istifadə edirdi. == Tarixi == Madriddə yaşayan qalisiyalı yazıçı Aurelio Ribalta 1915-ci ildə Qalisiya dilinin yox olmasının qarşısını almaq üçün xalqına müraciət etmişdi. 5 yanvar 1916-cı ildə Anton Vilar Ponte "La Voz de Galicia" qəzetində Qalisiya Dilinin Dostları Liqasının qurulması üçün kampaniya başlatmışdır. O, 1916-cı ilin martında "Qalisiya Millətçiliyi: Bizim Regional Təsdiqimiz" adlı məqalə nəşr etmiş və məqalədə Qalisiya dilinin istifadəsini və qorunmasını dəstəkləmişdir. Bu təklif müxtəlif ideologiyalardan və liderlər tərəfindən də dəstəklənmişdir. Bunlardan əhəmiyyətliləri Karlizm, Anton Losada Diuqez və liberal demokratlardır. == Siyasi proqramı == 1918-ci ilin noyabrında Luqo şəhərində siyasi proqram tərtib olunmuşdur: Əsas hədəflər Qalisiyanın muxtariyyət qazanması. Bələdiyyə muxtariyyəti.
Leonardo Da Vinçi
Leonardo di ser Pyero da Vinçi (it. Leonardo di ser Pyero da Vinçi; 15 aprel, 1452–2 may, 1519) — Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan "Universal insan" (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi. İkinci minilliyin adamı seçilmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Uşaqlığı (1452–1466) == Leonardo 15 aprel 1452-ci ildə (köhnə stillə) Mediçilərin rəhbərlik etdiyi Florensiya Respublikasının ərazisində, Arno çayı vadisindəki Vinçi şəhəri yaxınlığında Ankiano kəndində Messer Pyero (1427–1504) adlı notariusun və Katerina adlı sadə kəndlinin övladı olaraq dünyaya göz açmışdır. Leonardonun babası Antonio da Vinçinin (1372–1468) öz gündəliyində bu barədə etdiyi qeyd belə səslənir: "Şənbə günü, 15 apreldə gecə saat 3-də nəvəm — oğlum Pyeronun oğlu anadan oldu. Uşağa Leonardo adı verildi. Onu Pyero di Bartolomeo xaç suyuna çəkdi".
Li Da-in
Lee Da-in (5 noyabr 1992, Seul) — Cənubi Koreyalı aktrisadır. Aktrisa Kyon Mi-rin qızıdır.
Qabrielle da Silva
Qabrielle da Silva (4 mart 1997) — Braziliyanı təmsil edən bədii gimnast. Qabrielle da Silva 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Qabrielle da Silva 2016-cı ildə Braziliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Morqana Qmaç, Emanuelle Lima, Cessika Mayer və Fransielle Pereyra ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
"Azərbaycan"da dəniz səyahəti (film, 1976)
"Azərbaycan"da dəniz səyahəti — qısametrajlı sənədli film. Rejissor Cəmil Fərəcov tərəfindən 1976-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Mənzərə filmində Qara Dəniz gəmiçiliyinə məxsus rahat "Azərbaycan" teploxodunda xarici turistlərin əyləncəli dəniz səyahətinə çıxmalarından, İspaniyada, Kanar adalarında, Seneqalda, Mərakeş və s. ölkələrdə olmalarından danışılır. == Məzmun == Mənzərə filmində Qara Dəniz gəmiçiliyinə məxsus rahat "Azərbaycan" teploxodunda xarici turistlərin əyləncəli dəniz səyahətinə çıxmalarından, İspaniyada, Kanar adalarında, Seneqalda, Mərakeş və s. ölkələrdə olmalarından danışılır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Cəmil Fərəcov Rejissor: Cəmil Fərəcov Operator: Fikrət Əsgərov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
"DAM"da bir gün (film, 1976)
"Dalğa" Elmi-İstehsalat Müəssisəsi
Dalğa Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == "Dalğa" Elmi-İstehsalat Müəssisəsinin (EİM) təməli 1936-cı ildə qoyulmuşdur. 1939-cu ildə "Dalğa" EİM-in ərazisində SSRİ Gəmiqayırma Nazirliyinin Qorki şəhərində (indiki Nijni Novqorod) yerləşən "Krasnoye Sormovo" zavodunun yığma-sazlama sahəsi yaradılmışdır. 1956-cı ildə həmin sahə əsasında Elmi-Tədqiqat İnstitutu, 1966-cı ildə Bakı Elektromexanika İnstitutu, 1979-cu ildə "NORD" Elmi-Tədqiqat İnstitutu və həmin institutun bazasında 1982-ci ildə "NORD" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1993-cü ildən "NORD" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur. 2006-cı ilin sentyabr ayından "Naviqasiya Sistemləri" Elmi-İstehsalat Birliyi, daha sonra "Dalğa" EİM adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. "Dalğa" EİM-də yaradılmış gəmi naviqasiya sistemləri sualtı obyektlərin layihələndirilməsi üçün "Malaxit" MKB, "Rubin" MKB, suüstu gəmilərin layihələndirilməsi üçün "Severnoye" MKB və digər layihə institutları və konstruktor bürolarının layihələrində geniş istifadə edilmişdir. "Dalğa" EİM-də layihələndirilərək istehsal edilmiş gəmi naviqasiya sistemləri "More", "Admiralteyskiye verfi", "Sevmaş", "Yantar", "Zvezda", "Zvyozdoçka", "Nikolayev" gəmiqayırma zavodlarında və Kaspiyski dəqiq mexanika zavodunda istifadə edilmişdir. "Dalğa" EİM-də yaradılmış naviqasiya sistemləri bütün növ gəmilərdə dünya okeanlarında öz etibarlılığını sübut etmişdir.
"Darvin" mükafatı
Darvin Mükafatları – 1985-ci ildə Usenet xəbər şəbəkəsinin müzakirələri zamanı yaranan virtual mükafat. 1994-cü ildən verilən mükafat hər il ən axmaq üsulla ölən və ya uşaq sahibi olmaq qabiliyyətini itirən və nəticədə bəşəriyyətin gen fonduna öz töhfəsini vermək imkanından özünü məhrum edən şəxslərə virtual olaraq təqdim olunur. Mükafatın verilmə səbəbi: Layihə 1993-cü ildə veb-saytın yaradılması ilə daha rəsmiləşdi, ardınca 2000-ci ildə Vendi Norskat tərəfindən başlayan bir sıra kitablar çıxdı. Mükafatların meyarında deyilir: "Çarlz Darvinin ruhuna uyğun olaraq, Darvin Mükafatları öz həyatlarını qurban verərək genefondumuzu qoruyan şəxslərin xatirəsini yad edir. Darvin Mükafatı laureatları özlərini qeyri-adi, axmaq şəkildə aradan qaldırır və bununla genlərimizin uzunmüddətli sağ qalma şansını artırırlar." == Tarix == Darvin Mükafatlarının mənşəyini hələ 1985-ci ildə Usenet qrup müzakirələrindəki yazılardan görmək olar. 7 avqust 1985-ci il tarixli bir yazıda mükafatların "ölümündən sonra genlərini hovuzumuzdan uzaq tutmaq üçün böyük fədakarlıq edən insanlara verilir" kimi təsvir edilir. Üslub önəmlidir, öz axmaqlığından ölən hər kəs qalib gələ bilməz." Bu ilk yazıda avtomatı başı üzərinə çəkən və içəri girmək istəyərkən əzilərək ölən bir şəxs nümunəsi göstərilir. Vendi Norskat deyir ki, Norskat tərəfindən idarə olunan rəsmi "Darvin Mükafatları" vebsaytı təqdim olunan bütün hekayələri təsdiqləmək üçün əlindən gələni edir və onları "Darvin tərəfindən təsdiqlənmişdir" kimi sadalayır. İnternetdə yayılan virus e-poçtlarının çoxu saxtakarlıq və şəhər əfsanələridir. == Mükafatın bəzi sahibləri == ABŞ-nin Şimali Karolina ştatında yaşayan 47 yaşlı Ken Çarlz Barger gecə radələrində telefon zənginə oyanıb.
"Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
"Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalı — Azərbaycan Respublikasının medalı. == "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalının təsviri == "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalı bürüncdəndir, lövhə şəklində tərtib edilmişdir. Diametri 32 mm olan lövhənin içində onun mərkəzindən çıxan şüalar və qabarıq şəkildə səkkizguşəli ulduz, ulduzun guşələri arasında isə kürəciklər həkk olunmuşdur. Ulduzun üzərində daxilində Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi olan dairə təsvir edilmişdir. Dairənin içində çevrə boyu palıd yarpağından çələng yerləşdirilmişdir. 1-ci dərəcəli medal — qızılı, 2-ci dərəcəli medal daxildəki çevrənin səthi və çələng gümüşü olmaqla qızılı, 3-cü dərəcəli medal isə gümüşü rənglidir. Medalın arxa tərəfi hamar səthlidir, yuxarı qövs boyunca "Azərbaycan", aşağı qövs boyunca "Respublikası" sözləri, mərkəzdə isə 3-cü dərəcəli medalda "10 il qüsursuz xidmətə görə", 2-ci dərəcəli medalda "15 il qüsursuz xidmətə görə", 1-ci dərəcəli medalda "20 il qüsursuz xidmətə görə" sözləri həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 20 mm x 42 mm ölçüdə, 1-ci və 2-ci dərəcəli medal üçün qızılı, 3-cü dərəcəli medal üçün isə gümüşü rəngli beşbucaqlı metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə öndən iki hissədən ibarətdir. Üst hissə 34 mm uzunluqda düzbucaq olmaqla üzərində lövhənin kənarları və yuxarı tərəfi boyunca eni 2 mm olan, 1-ci və 2-ci dərəcəli medal üçün sarı, 3-cü dərəcəli medal üçün isə boz rəngli, ortada şaquli istiqamətdə 1-ci dərəcəli medal üçün eni 5 mm olan bir, 2-ci dərəcəli medal üçün eni və bir-biri ilə arası 2 mm olan iki, 3-cü dərəcəli medal üçün eni və bir-biri ilə arası 2 mm olan üç zolaq çəkilmiş qırmızı rəngli xara lentlə örtülmüşdür.
"Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı

"Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

"Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalı

"Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanı
"Azərbaycan Respublikası "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanı" == Döş nişanının təsis edilməsi barədə == 12 mart 2012-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 20-ci ildönümü tamam olur. Qoşunların şəxsi heyəti 1992–2012-ci illərdə vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması üzrə tapşırıqları yerinə yetirmiş, dövlət və dövlətçiliyimizə zidd cinayətkar qüvvələrə qarşı barışmaz mübarizə aparmış, ictimai sabitliyin, vətəndaşların konstitusiya hüquqlarının qorunmasını layiqincə təmin etmişdir. Xidməti vəzifələrinin, hərbi borcunun yerinə yetirilməsində və hərbi intizamın möhkəmləndirilməsində yüksək nailiyyətlər əldə etmiş hərbi qulluqçuların həvəsləndirilməsi məqsədilə "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında" Əsasnamənin 5.3.16-cı bəndini rəbər tutub. 1. Azərbaycan Respublikası "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanı təsis edilsin. 2. "Azərbaycan Respublikası "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanı haqqında Əsasnamə" və "Azərbaycan Respublikası "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanının təsviri" təsdiq edilsin. 3. Əmr Daxili Qoşunların şəxsi heyətinə elan olunsun.
"Neft Daşları"nda faciə
"Neft Daşları"nda faciə — 21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən güclü külək və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı baş vermiş hadisə. Hadisə nəticəsində 21 nəfər faciəli şəkildə həlak olmuşdur. Bu hadisə Neft Daşları tarixində baş vermiş ən faciəvi hadisədir. == Səbəbləri == Faciənin baş verməsinin əsas səbəbi hava şəraiti olmuşdur. Belə ki, həmin vaxt Neft Daşlarında saniyədə 44 metr sürətlə güclü külək əsirdi ki, bu da 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğanın yaranmasına səbəb olmuşdur. Nəticədə dəniz özülü qasırğanın gücünə tab gətirməyərək dağılmış və həmin ərazidə olan 21 nəfər bataraq həlak olmuşlar. Onların batdığı yerdə səhərədək qışqırıq, köməyə çağırış səsləri eşidilsə də o dövrdəki texniki imkanlar şəraitində onlara kömək etmək mümkün olmamışdır. == Həlak olanlar == Hadisə nəticəsində "Neft daşları" Neft və Qaz Çıxarma İdarəsinin əməkdaşları — Neft Daşlarının əsasını qoyanlardan M. P. Kaveroçkinin və S. Bağırovun rəhbərlik etdiyi 2 qazma briqadasının 21 üzvü faciəli şəkildə həlak olmuşdur.. Əksəriyyəti gənc və subay oğlan olan neftçi şəhidlərinin meyidlərini tapmaq mümkün olmamışdır Həlak olanlar bunlardır: Mixail Pavloviç Kaveroçkin; Süleyman Bağırov; İbrahim Qurban oğlu Sadıqov; Nikolay Duplixin; Məmməd Muradov; Bala Mirzəyev. Əbdülhəsən Babayev Hemidullah Elizade[mənbə göstərin] == Xatirəsi == Faciədən sonra hər il noyabrın 21-də onların batdığı yerə 21 dəst qərənfil atmaqla onların ruhları yad edilir.
"Tufan" dağ-xizək kompleksi
"Tufan" Dağ-Xizək Kompleksi (tam adı: "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi) — Azərbaycanın Qəbələ rayonunda rekreasiya-turizm obyekti. == Coğrafiyası == Kompleks Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Kanat yolunun və xizəkçilik kompleksinin 8 stansiyadan ibarət olması planlaşdırılmışdır. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir. == Açılışı == Kompleksinin birinci mərhələsinin açılışı 3 yanvar 2014-cü ildə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə olmuşdur. Buna qədər isə, ölkə başçısı Qəbələyə etdiyi mütəmadi səfərlər zamanı kompleksə gələrək burada aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur. == İnfrastruktur == Kompleksdə nəhəng infrastruktur yaradılmış, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülmüşdür. Kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində 4 kanat xətti tam inşa olunmuş, 10 xizək yolundan beşində inşaat işləri başa çatmışdır. İnşası nəzərdə tutulan 10 enmə zolağının ümumi uzunluğu 18 min metr təşkil edir. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılmışdır.
0 dərəcəli N dairəsi (teleserial, 2007)
"0" Dərəcəli N Dairəsi (fars. مدار صفر درجه‎, translit. Madare sefr darajeh) – 2007-ci ildə İran, Macarıstan, Livan və Fransa əməkdaşlığı nəticəsində yaranan teleserialı. Proqram indiyə qədər İranda hazırlanan ən bahalı və ən yaxşı proqramdır və orada böyük tamaşaçı kütləsini özünə cəlb etməyi bacarmışdır. Serial İran diplomatı Əbdül Hüseyn Sərdarinin həyat hekayəsi əsasında lentə alınmışdır. Əbdül Hüseyn Sərdari 1940-cı ildə İran səfirliyinə sığınan Paris yəhudilərinə İran pasportları verməklə onların həyatını xilas etmişdir. == Süjet == Serial İkinci Dünya Müharibəsi illərində Parisə oxumağa gedən gənc iranlı tələbə Həbib Parsanın həyatı haqqındadır. Orada Həbib eyni universitetdə təhsil alan Fransız yahudi Sara Astrokla tanış olur. Əvvəlcə bir-birilərinə zidd olan gənclər, sonra bir- birilərinə aşiq olurlar. Bir çox problemlərlə qarşılaşan Həbib və Sara, serialın sonunda birlikdə qalırlar.
100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi
101 saylı Göygöl-Daşkəsən seçki dairəsi
102 saylı Samux-Şəmkir seçki dairəsi
102 saylı Samux–Şəmkir seçki dairəsi
103 saylı Gədəbəy seçki dairəsi
104 saylı Gədəbəy-Tovuz seçki dairəsi
105 saylı Tovuz seçki dairəsi
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi
107 saylı Qazax seçki dairəsi
108 saylı Ağstafa seçki dairəsi
109 saylı Balakən seçki dairəsi
10 saylı Binəqədi üçüncü seçki dairəsi
114 saylı Şəki kənd birinci seçki dairəsi

Digər lüğətlərdə