ABŞ-də QİÇS (ing.HIV/AIDS in the United States) — Amerika Birləşmiş ŞtatlarındaQİÇS-lə bağlı vəziyyəti izah etmək üçün istifadə olunan termin. Qazanılmış İmmun Çatışmazlığı SindromunaABŞ-də ilk dəfə 1969-cu ildə rast gəlinmişdir. 1970-ci illərin sonu 1980-ci illərin əvvəllərində Kaliforniya ştatında və xüsusəndə bu ştatın Los-Anceles şəhərində həkimlər tərəfindənçoxlu sayda insanda Kaposi sarkoması xərçəngi aşkarlanmışdır. Virusun Haitidən gəlmiş miqrantlarla ölkəyə daxil olduğu təxmin edilməkdədir.[3]
320 milyondan çox əhalinin yaşadığı ölkədə 1.2 milyon HİV müsbət şəxsin yaşadığı təxmin edilir. Bu şəxslərdən təqribən 1/8 hissəsi virus daşıyıcısı olmasından xəbərsizdir.[4]Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramının 2009-cu ilə aid məlumatına görə ABŞ-də yaşayan 1.2 milyon HİV müsbət şəxsdən 310 mini qadınlardır.[5]
Kaliforniya ştatında uşaqlarda daxil olmaqla HİV müsbət vətəndaşların sayı 184 mindən çoxdur. 85.958 nəfər bu günə qədər virusun səbəb olduğu xəstəliklərdən dünyasını dəyişib. Los-Anceles dairəsində 31.076 nəfər, San-Fransiskoda isə 18.838 nəfər HİV müsbət şəxsin yaşadığı məlumdur.[6]
2007-ci ilin məlumatına əsasən Nyu-York ştatında 119.929 nəfər HİV müsbət şəxs yaşayır ki, bunlardan 92.669 nəfəri Nyu-York şəhərinin payına düşür.[7] Paytaxt Vaşinqton şəhərində də HİV müsbət şəxslərin sayı digər ərazilərə nisbət çoxluq təşkil edir. Belə ki, hər 100 min nəfərdən 177 nəfərində HİV virusunun olduğu təxmin edilir. Bu göstərici digər ştatlara nisbətən doqquz dəfə çoxdur.[8]
↑"United States". HIV/AIDS Knowledge Base. University of California, San Francisco. November 13, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 25, 2011.