ABŞ-da təhsil

ABŞ-nin təhsil sistemi – ABŞ-nin təhsil sistemi həm federal və ştat, həm də yerli hakimiyyət orqanları tərəfindən idarə edilir. Dövlət məktəbləri sistemi hər yerdə mövcuddur və desentralizasiya olunmuş, idealdan kənardır. Digər tərəfdən isə Amerikanın xüsusi ali məktəbləri, bütün dünyadan tələbə və aspirantları özünə cəlb edir.

Bu mövzu ilə bağlı Kateqoriya
ABŞ mədəniyyəti

Amerika mədəniyyəti
ƏdəbiyyatDil
Təsviri incəsənətKinemotoqrafiyaTeleviziya
MətbəxTəhsilDinFəlsəfə
MusiqiBayramlarElmTəhsil

ABŞ-də savadlılıq dərəcəsi 97%-dir. Lakin 2003-cü ilin məlumatlarına əsasən 25 və 25-dən yuxarı yaşda olanların 84,6%-i orta təhsillilərdir. 52,5%-i müəyyən ali təhsilə, 27 %-i bakalavr pilləsi üzrə təhsil alıblar. Təhsil əsasən hər yerdə, Puerto-Rikodan başqa (burada rəsmi dil ispan dilidir), ingilis dilində aparılır.

Tarixi səbəblərə görə (Konstitusiyada təhsildən bəhs edilmir, buna görə də təhsilin ştatlar tərəfindən idarə edilməsi nəzərdə tutulur) ABŞ-də təhsil məktəbləri üçün ciddi federal standartlar qoyulmayıb. Ali təhsil müəssisələrinin akreditəsi ilə ştatları idarə edən xüsusi təşkilatlar məşğul olur. Hər ştatın akreditə olunmamış "universitetlər"lə mübarizəsində öz qanunları var. Akreditə olunmamışlar diplomu ödəmə haqqına görə verir, bu da nəzərəçarpan problemlər yaradır.

Yuxarı sinif

Yuxarı sinif (ing. high school) – ABŞ-də orta məktəbin axırıncı mərhələsi, doqquzuncu sinifdən on birinci sinifə kimi davam edir. Yuxarı siniflərdə şagirdlər əvvəlkinə nisbətən daha asanlıqla öz sinif seçimlərini edə bilir, diplomu almaq üçün məktəb şurasını təyin edən yalnız minimal tələbləri yerinə yetirməlidirlər.

Tələblər belədir: 3 il təbiət elmləri (kimya, biologiya, fizika) 3 il riyaziyyat, cəbr 4 il ədəbiyyat 2–4 il sosial elmlər, ABŞ-nin tarixi və dövlət quruculuğu ilə bağlı elmlər 1–2 il idman

Ali məktəblərə qəbul üçün daha böyük proqram nəzərdə tutulur, buraya 2–4 il xarici dillər də əlavə olunur.

Qalan sinifləri isə şagirdlər özləri seçirlər. Belə siniflərin seçimi kəmiyyətə və keyfiyyətə görədir, məktəbin maliyyə imkanlarından və məktəblilərin öz seçimlərindən asılıdır. Bu siniflərə qəbul belədir:

Əlavə elmlər (statistika, informatika)

Xarici dillər (daha çox ispan , fransız və alman dili; az hallarda yapon, çin, latın və yunan dili)

Təsviri incəsənət (rəssamlıq, heykəltaraşlıq, fotoqrafiya, kinematoqrafiya)

İncəsənət (teatr, orkestr, rəqs)

Nəşriyyat işi (jurnalistika, redaktorluq)

Əmək (ağacın təmizlənməsi, avtomobil təmiri)

Bəzi hallarda isə şagird ümumiyyətlə heç bir məktəbi seçmir.

Axırıncı iki il ərzində, yuxarı sinifdə, irəlidəki sinfin yeni tipi yaradılır. Şagirdlər onları Advanced Placement və ya Beynəlxalq bakkalaureat imtahanlarına hazırlayan sinifləri seçə bilərlər.

Məktəblərdə olduğu kimi ali məktəblərdə də studentlər A/B/C/D/F – lə qiymətləndirilirlər. A – əla, F – qeyri-kafi, D isə bəzən kafi, bəzi hallarda isə qeyri-kafi ola bilir. F-dən başqa bütün qiymətlərə + və ya – əlavə edilə bilər. Bəzi məktəblərdə A+ və ya D- qiymətləri işlənmir. Bu qiymətlərdən orta qiymət çıxarılır(grade point average, GPA). Burada A – 4, B – 3 və s. bu cür ardıcıllıqla davam edir. İrəlidəki siniflər üçün verilən qiymətlərin üstünə isə çox vaxt xal əlavə edilir, A – 5 sayılır, bir sözlə qiymətlər artırılır.

Amerikada orta təhsilin bəzi problemlərinə baxmayaraq, ali təhsil dünyada ən yaxşı təhsil hesab olunur. Orada üç mindən çox müxtəlif ali təhsil məktəbləri var. 2001-ci ildə həmin təhsil müəssisələrində 17,5 milyon tələbə təhsil alırdı, onlardan 515 min nəfəri xarici tələbələr idi. Bu tələbələrin 60%-i Asiyadan gələnlər idi. Buna baxmayaraq, həm dövlət, həm də özəl universitetlərdə təhsil haqqı ilbəil artır. Harvardda ştat universitetlərində illik ödəniş 5 min dollardan 40 min dollaradək dəyişir. Hətta yoxsul tələbələrə yüksək stipendiya verilsə də onların ödədiyi təhsil haqqı ailə büdcələrinə böyük ziyan vurur. 2002–2003, 2003–2004-cü illərdə ştat məktəblərində təhsil haqqı 14%, özəllərdə 6% artmışdı, bu da həmin dövrdə inflyasiya səviyyəsindən yüksək idi.

Ali məktəblərin növləri

[redaktə | mənbəni redaktə et]

Amerikada bütün ali məktəblərə kollec deyirlər, hətta kollec olmayan məktəblərə belə.

ABŞ ali məktəblərini bir-birlərindən böyüklüyünə və şəraitinə görə fərqlənən üç tipə bölürlər.

Əsas fərqlərdən biri universitetləri kolleclərdən fərqləndirən elmi-tədqiqat və aspirantura proqramlarının olmasıdır. Kollec – əsasən tələbələrə təhsil vermə ilə məşğul olur, elmi iş isə burada ikinci dərəcəlidir. Dördillik kolleclərin böyük əksəriyyəti kiçik və özəldir, buna baxmayaraq son zamanlar istedadlı tələbələr üçün ştat kollecləri də yaradılır.

Kolleclərin bir çoxu dini, bəzən də "Bibliya kollecləri" (bible colleges) adlanan kiçik kolleclərlərdir. Universitetlər əsasən ştat (ştat hökuməti tərəfindən maliyyələşdirilir) və özəl universitetlərə bölünürlər. Ştat universitetləri adətən çox böyük olur və nüfuzuna görə özəl universitetlərdən geri qalırlar. Onların əsas məqsədi – öz ştatlarının tələbələrinə təhsil verməkdir. Ona görə də digər ştatlardan gəlmiş tələbələrə müsabiqədən keçmək daha çətin, təhsil haqqı isə daha yüksəkdir. Bir çox ştat universitetlərində təhsil siniflərdə tələbə sayının çox olmasından, müəllimlərin tələbələrə kifayət qədər diqqət göstərməməsindən və bürokratiyadan əziyyət çəkir. Buna baxmayaraq hətta digər ştatlardan və ölkələrdən gəlmiş tələbələr Berklidəki Kaliforniya universitetinə, Miçiqan və Virciniya kimi ən yaxşı ştat universitetlərinə hazırlaşırlar. Özəl universitetlər arasında ən məşhurları isə Harvard, İyel, Prinston, Stenford, MTT və Kaltexdir. Onların böyük əksəriyyəti orta böyüklükdədirlər, lakin çox kiçik (Kaltex kimi) və çox böyük universitetlər də (Cənubi Kaliforniya Universiteti) var.

Ali məktəblərə qəbul

[redaktə | mənbəni redaktə et]

Yerli kolleclər yerləşdikləri arazidəki sakinlərə təhsil alma imkanı verməlidirlər. Lakin Amerika dördillik ali təhsil məktəblərinə qəbul uzun və çətin prosesdir. Qəbul ərizəsində sənəd verən şəxs məktəbdə və standart imtahanlarda aldığı qiymətlərlə yanaşı, öz maraqları, məktəbdənkənar sahələrdə əldə etdiyi uğurlar və mükafatlar barədə məlumat verməli, həmçinin ona verilmiş mövzulara görə inşalar da yazmalıdır. Bundan başqa şagird müəllimlərindən özü haqda tövsiyələr verməli, bəzi ali təhsil müəssisələrində məzunlardan – könüllülərdən müsahibə də götürməlidir.

Müxtəlif məktəblərdə standartlar müxtəlifdir. Qiymətlər şagirdin hazırlığı barədə az məlumat verir. Məktəblilər, adətən SAT və AST adlanan iki imtahandan birini verməlidirlər. Bəzi hallarda isə SAT II imtahnlarından müəyyən fənlər üzrə biliyi yoxlayan bir və ya bir neçə imtahan verilir.

Annenberg Hall, Harvard Universiteti

Bir çox universitetlər məktəblinin qiymətlərinə və imtahan nəticələrinə baxmayaraq onların bilik səviyyəsini yoxlayırlar. Kiçik ali məktəblər abiturientlərin məktəbdənkənar nailiyyətlərinə – idman, incəsənət, ictimai işlərdə olan uğurlarına nəzər yetirirlər və belə işlərdə xüsusi seçilən tələbələri qəbul edirlər ki, ali məktəb həyatına da rəngarənglik gətirə bilsin. Təkcə əldə etdiyi uğurun böyüklüyü yox, həm də bu uğuru hansı sahədə qazanmasına da diqqət yetirilir. Məsələn, əgər idmanın atletika növü ilə məşğuldursa, bu idman növündə idmançı çatmamazlığı olduğuna görə və ya faqot kimi (nəfəslə çalınan musiqi aləti) lazımlı alətdə ifa edirsə, həmin abiturienti digər göstəriciləri aşağı olsa belə götürürlər.

Müəllim tövsiyələri çox vacibdir, çünki onlar şagirdin istedadından, bacarıqlarından və başqa keyfiyyətlərindən xəbər verir. Yazdıqları inşalar ən bacarıqlı və original düşüncəli şagirdlərin, müsahibələr isə şagirdin xasiyyəti ilə universitetin tələblərinin üst-üstə düşməsini yoxlamaq üçün kömək edən amillərdir. Buna görə də ərizədəki hər bir element imtahan verən haqda məlumat verməkdə böyük rol oynayır. Bu meyarların nə dərəcədə əhəmiyyət kəsb etməsi universitetin böyüklüyündən asılıdır. Prosesin qabaqcadan nə nəticə verəcəyini heç kəs bilmədiyinə görə, çox vaxt abiturientlər 10-a yaxın ali məktəbə sənəd verirlər. Və həmin yerlər arasında dəqiq qəbul olunacaqları yerə ehtimalı daha çox olan ali məktəbi mütləq qeyd edirlər. Kağızların sayını azaltmaq üçün bir çox universitetlər Standart ərizə (Common Application) adlanan sənəd qəbul edirlər.

Təhsilin əsas xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Böyük universitetlərdə məktəbli, adətən, hər hansı bir fakültəyə sənəd verir, amma çox vaxt ümumiyyətlə universitetin özünə sənəd verilir. Hətda bəzi hallarda fakültədən fakültəyə keçmək və "qərara almamış" statusunu da almaq olar. Amma bu zaman bəzi fakültələrə girmək imkanı demək olar ki bağlanır.

Hər dinlənilən kursa görə tələbənin həftə ərzində kurs üzərində işlədiyi vaxta uyğun olaraq müəyyən miqdarda kredit, xal verilir.

Tələbə nə qədər universitetin və seçdiyi ixtisasların tələblərinə uyğun işləsə, o qədər onun sinifləri sərbəst seçmək imkanı olar. Tələblər konkret ("vektor analizi") və ya ümumi ("humanitar elmlərin doqquz krediti") ola bilər və diplom alana qədər istənilən vaxt yerinə yetirilə bilər.

Amerika universitetlərində qiymətlər semestrlərə və rüblərə görə çıxarıla bilər. Onlar əsasən semestrlər, rüblərarası (midterms) və ilin sonunda (finals) verilən imtahanlardan asılıdır. Həmçinin ev tapşırıqları, layihələr, prezentasiyalar, referatlar və s. də hesaba alına bilər.

ABŞ universitetləri

[redaktə | mənbəni redaktə et]

Abş ərazisində bir çox beynəlxalq səviyyəli ali təhsil ocaqları mövcuddur. Bunlardan bəziləri haqqında məlumat:

Pensilvaniya Universiteti

[redaktə | mənbəni redaktə et]

Pensilvaniya Universiteti (University of Pennsylvania) ABŞ-nin ən qədim universitetlərindən biridir və Pensilvaniya ştatında, Filadelfiya şəhərində yerləşir. Universitet ABŞ-nin səkkiz ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq Liqasına daxildir. Ali təhsil ocağı özəl universitet kimi fəaliyyət göstərir, lakin onu hərdən Steyt-Kollec şəhərində yerləşən Pensilvaniya Ştatının Dövlət (Pennsylvania State University), həmçinin Filadelfiya (Philadelphia University) universitetlərilə səhv salırlar. Pensilvaniya Universiteti humanitar və texniki elmlər üzrə geniş spektrdə elmi-tədqiqat işləri aparır. "The Times" qəzetinin hər il apardığı dünya universitetlərinin reytinqinə əsasən, 2009-cu ildə Pensilvaniya Universiteti 12-ci yerdədir.

Pensilvaniya Universiteti 1740-cı ildə alim, jurnalist, diplomat Bencamin Franklin tərəfindən yaradılıb. İlk vaxtlar xeyriyyə məktəbi kimi fəaliyyət göstərən təhsil müəssisəsi 1755-ci ildə kollecə çevrilir və B. Franklin Pensilvaniya kollecinin prezidenti olur. Franklin ictimai qulluq və ticarət üçün yararlı, klassikaya əsaslanan təhsil proqramını təbliğ edirdi. O zamankı siyasi xadimlərin çoxunun adı bu təhsil ocağı ilə bağlıdır: Kontinental konqresin 24 nümayəndəsi, "Müstəqillik haqqında Deklarasiya" mətninin altında imzası duran 9 tanınmış sima – Bencamin Franklin, Corc Klaymer Fitzsimons, Frensis Hopkinson, Tomas Makkin, Robert Morris, Uilyam Paca, Corc Ross, Bencamin Raş və Ceyms Vilson; ABŞ Konstitusiyasının mətnini imzalayan 10 şəxs – Bencamin Franklin, Corc Klaymer Fitzsimons, Cared İngersoll, Rufus Kinq, Tomas Mifflin, Qouverner Morris, Robert Morris, Corc Vaşinqton, Hyu Vilyamson və Ceyms Vilson bu kollecin məzunları olublar.

1779-cu ildə kollecə universitet statusu verilib. Pensilvaniya Universiteti ABŞ-də ilk universitet statusu almış ali məktəbdir. 1765-ci ildə burada tibb məktəbi (Şimali Amerikada ilk tibb məktəbi), 1874-cü ildə universitetin ilk baza xəstəxanası, 1881-ci ildə ilk biznes məktəbi (dünyada məşhur və prestijli Uorton Biznes Məktəbi), 1896-cı ildə dünyada ilk psixoloji yardım klinikası, ilk Amerika tələbə təşkilatının binası Hyuston Holl, 1946-cı ildə ABŞ-də ikinci baytarlıq tibb məktəbi açılıb. 1946-cı ildə universitetdə bütöv bir elektron kompüter – ENİAK, kütləvi elektron hesablama maşınları istehsal edilib.

Universitet bu gün

[redaktə | mənbəni redaktə et]

Pensilvaniya Universitetinin kampusu Filadelfiyanın qərbində 269 akr (109 km²) ərazidə yerləşir. Kampusun planı "Koup and Stewardson" firması tərəfindən hazırlanıb. Firmanın memarları kampusun binalarını qotik üslubda inşa ediblər. Universitetin bütün məktəbləri, tədqiqat institutları, yataqxanaları və s. kampusun ərazisində yerləşir. Son zamanlar burada yeni restoranlar, yüksəksəviyyəli ticarət mərkəzi, kinoteatr inşa edilir. Burada həmçinin avtonəqliyyat qarajı, Ualnut küçəsində yerüstü dayanacaq, texniki qulluq məntəqələri var.

Müqqədəs Anslem kolleci

Kampusun ərazisində bakalavr hazırlayan 4 məktəb – İncəsənət və Elmlər Məktəbi, Mühəndislik və Tətbiqi Elmlər Məktəbi, Tibb Bacısı Məktəbi, Uorton Biznes Məktəbi yerləşir. Burada, eyni zamanda Annenberq Rabitə Məktəbi, İncəsənət və Elmlər Ali Məktəbi, Təhsil Ali Məktəbi, Hüquq Məktəbi, Stomatologiya Məktəbi, Dizayn Məktəbi – keçmiş Təsviri İncəsənət Məktəbi, Mühəndislik və Tətbiqi Elmlər Məktəbi, Tibb Məktəbi, Tibb Bacısı Məktəbi, İctimai Siyasət və Təcrübə, Baytarlıq Məktəbi, Uorton Məktəbi, ümumilikdə magistr hazırlayan 12 təhsil müəssisəsi fəaliyyət göstərir.

Pensilvaniya Tibb Məktəbi tibb bacısı, təbabət, stomatologiya və baytarlıq, biomühəndislik (Mühəndislik məktəbi) və səhiyyənin idarəolunması (Uorton Məktəbi) proqramları üzrə tələbə hazırlayır. Burada tibbi tədqiqatlara böyük məbləğdə maliyyə sərf olunur.

Universitetin kitabxanası 1750-ci ildə kartoqraf Lui Evansın təhsil ocağına külli miqdarda kitab bağışlaması nəticəsində yaranıb. Hazırda burada məktəblərlə əlaqəli 15 kitabxana (həmçinin elektron) fəaliyyət göstərir: Annenberq (Rabitə məktəbində), Bidl (Hüquq peşə məktəbində), Tibb-biologiya (Tibb Məktəbinin pavilyonunda), Müasir iudaika (yəhudi dini) mərkəzi, kimya, stomatologiya, maşınqayırma, təsviri incəsənət, lippinkot (Uorton Məktəbində), riyaziyyat, fizika, astronomiya (Devid Rittenhaus laboratoriyasında), muzey (Arxeologiya və Antropologiya muzeyində), nadir kitablar və əlyazmalar, Van Pelt-Ditrix kitabxana mərkəzi, baytarlıq, lea kitabxanaları. Kitabxana sistemi ümumilikdə 5,7 milyon cild kitaba malikdir.

Pensilvaniya Universitetinin nəzdində 1887-ci ildə yaranan Arxeologiya və antropologiya muzeyi fəaliyyət göstərir. XX əsrin əvvəllərində ilk olaraq məhz bu muzeyin əməkdaşları Misir, Mesopatamiya, Afrika, Şərqi Asiya, Cənubi Amerika ərazilərində arxeoloji və antropoloji qazıntılar aparıblar. Bunun nəticəsində muzey böyük miqdarda qədim Misir və Yaxın Şərq mədəniyyəti kolleksiyalarına, Urun sərdabələrinə, qədim çin artefaktına aid olan nadir tapıntılara malikdir. Muzeyin təsviri incəsənət potensialına rotonda (girdə və ya yarımgirdə qübbəli kiçik bina) və bağlar, o cümlədən Misir papirusu aiddir. UPM və MASCA elmi bölmələri arxeoloji tapıntıların, qədim əlifbalarla yazılmış mətnlərin interpretasiyası üçün ən müasir metodlardan istifadə edir. Kampusun ərazisində Müasir İncəsənət İnstitutu da fəaliyyət göstərir. İnstitut bütün ilboyu müxtəlif sərgilər təşkil edir.

Pensilvaniya Universitetində tələbələrin qalmaları üçün hər şərait yaradılıb. Kampusda Dyubua, Fişer Hassenfeld, Qriqori, Harnvell, Harrison, Hill, İngiltərə Kral Məhkəməsi, Riep, Rodin, Sensom Şərq/Qərb, Stoufer, ərzaq tələbə yataqxanaları-kollec evləri (rezidensiyalar) mövcuddur. Vaxtlarını səmərəli keçirmələri üçün tələbələrin istifadəsinə parklar, restoranlar, idman, oxu zalları, kinoteatrlar və s. verilib.

Təhsil və tədqiqat proseslərinin bölünməməsi Pensilvaniya Universitetinin əsas xüsusiyyətidir. Burada oxuyan tələbələr ikinci kursdan başlayaraq, laboratoriya və institutlarda işləyə bilərlər. Bu təhsil müəssisəsinə dünyanın texniki universitetlərindən daha çox tələbə qəbul edilir.

Universitetin nəzdində bakalavrda oxuyan tələbələrə ali məktəbin elmi həyatında fəal iştirak etmələri üçün Tələbə Təşkilatı Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlə əməkdaşlıq Pensilvaniya Universitetində magistraturada oxumaq və təqaüd almaq istəyənlər üçün əlavə şans yaradır. Universitet rəhbərliyi abituriyentlərin bilik səviyyəsinə çox ciddi yanaşır. Ən yüksək müsabiqə incəsənət, sosiologiya və hüquq fakültələrində qeydə alınır.

Pensilvaniya Universitetinin məşhur məzunları

[redaktə | mənbəni redaktə et]

Uilyam Henri Harison ABŞ-nin 9-cu prezidenti Toomas Hendrik İlves Estoniyanın prezidenti Kvame Nkruma Hananın ilk prezidenti Uilyam Uoker Nikaraqua Respublikasının prezidenti Nnamdi Azikive Nigeriyanın 1-ci prezidenti Ernesto Balyadares Panamanın sabiq prezidenti Sezar Virata Filippinin sabiq baş naziri Uilyam Brennan ABŞ Ali məhkəməsinin hakimi Ceyms Vilson ABŞ Ali məhkəməsinin sabiq hakimi Oliver Vilyams iqtisadçı, Nobel mükafatı laureatı Corc Smit fizik, Nobel mükafatı laureatı Harold zur Hauzen həkim-psixoloq, Nobel mükafatı laureatı Edmund Felps iqtisadçı, Nobel mükafatı laureatı Edvard Preskot iqtisadçı, Nobel mükafatı laureatı İrvin Rouz kimyaçı, Nobel mükafatı laureatı Reymond Devis fizik, Nobel mükafatı laureatı Alan MakDermid kimyaçı, Nobel mükafatı laureatı Alan Higer kimyaçı, Nobel mükafatı laureatı Əhməd Zevail kimyaçı, Nobel mükafatı laureatı Stenli Prusiner həkim-psixoloq, Nobel mükafatı laureatı Maykl Styuart Braun həkim-psixoloq, Nobel mükafatı laureatı Lourens Kleyn iqtisadçı, Nobel mükafatı laureatı Noam Çomski linqvist və politoloq Qəbul qaydaları

ABŞ universitetlərinə qəbul

[redaktə | mənbəni redaktə et]

Amerika universitetlərinə qəbul olmaq üçün abituriyent aşağıdakı sənədləri əldə etməlidir:

— ali məktəbdən verilmiş anketin doldurulması (application form) və sənədlərin baxılması üçün məbləğ (application fee);

— hər bir universitetin öz qəbul qaydaları, formaları var. Bu formaları universitetin saytından əldə etmək mümkündür. Həmin formaya mütləq çek əlavə olunur, məbləğ isə təhsil müəssisəsindən asılıdır;

— transkript (son üç ildə fənlərdən alınan qiymətlər) – attestat və ya diplomun surəti;

— transkript, adətən, cədvəl formasında olur, həmçinin attestat və diplom ingilis dilinə tərcümə olunmalıdır;

— 3 zəmanət məktubu (abituriyentin müəllimlərindən və ya elmi rəhbərlərindən), məktub transkript kimi ingilis dilinə tərcümə edilməli, notariusda təsdiq olunmalıdır;

— 1 və ya 2 səhifədən ibarət olan, tərcümeyi-halı xatırladan personal statement (esse). Müvafiq sənəddə aşağıdakı suallara cavablar vermək lazımdır: "Bu universitetdən mən nələr gözləyirəm?", "Nə üçün xaricdə oxumaq istəyirəm?". Həmçinin abituriyent ali məktəbin onu nə ilə cəlb etdiyini, universitetin məşhur professorlarının adlarını, tanınmış laboratoriyalarını qeyd etməlidir;

— imtahanın nəticələri – məktəb məzunları TOEFL və SAT-dən, ali məktəb məzunları isə TOEFL, GRE və ya GMAT-dan imtahan verməlidirlər. Test imtahanları ödənişli olur və qiymətlər 60–250 dollar arasında dəyişir. Əsas imtahanlar təhsil müəssisəsinin tələblərinə uyğun aparılır.

Qaydaya görə, ali məktəbdən verilmiş anketdə gələcək tələbə hər təhsil ili nə qədər məbləğ ödəyə biləcəyi haqqında məlumat verməlidir. Abituriyentin maliyyə durumu onların bank hesabında təsdiqlənməlidir. Bir çox ali məktəblər xarici tələbələrə maliyyə dəstəyi göstərir. Burada əsas rol abituriyentin akademik bacarığından, onun elmi və yaradıcı fəallığından asılıdır. Bundan başqa, xarici tələbələr üçün ABŞ hökuməti və müxtəlif fondlar tərəfindən maliyyələşən təqaüd proqramları və qrantlar mövcuddur.

Bütün sahələr üzrə geniş elmi-tədqiqat işləri aparan Pensilvaniya Universiteti dünyanın ən nüfuzlu universitetlərindən biridir. Pensilvaniya Universitetinin tələbəsi olmaq dünyanın çox gənclərinin ən böyük arzusudur.

Stanford Universiteti (Leland Stanford Junior University – Kiçik Leyland Stanford adına universitet) Palo-Alto şəhəri yaxınlığında, Silikon vadisinin mərkəzində, Kaliforniya ştatında yerləşir. Bu universiteti Silikon vadisinin sərvəti adlandırırlar. Universitet ABŞ-nin və bütün dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. Universitetin tərkibində Stanford neyroiqtisadiyyat yay məktəbi yaradılıb. Amerika alimləri kəşflərinin əksəriyyəti, həmçinin elm və texnikanın ən qabaqcıl sahələri üzrə – biomühəndislikdən başlayaraq ən yeni kompüter texnologiyaları və kosmik tədqiqatlara, genetika, mədəni antropologiyaya qədər bu universitetin institut və laboratoriyalarında həyata keçirilir. Tarixi

Universitetin yaradıcıları dəmiryolu maqnatı Leyland Stanford və onun həyat yoldaşı Ceyndir. Leyland Stanford Kaliforniyanın ən varlı biznesmenlərindən biri olub. O, Respublikaçılar Partiyasının üzvü kimi öncə Kaliforniya ştatının xəzinədarı, sonradan isə qubernatoru vəzifəsində çalışıb. L. Stanford Vətəndaş müharibəsi (1861–1865) dövründə prezident A. Linkolnun fəal tərəfdaşı, "Central Pacifik Railroad" kampaniyasının yaradıcılarından biri kimi tanınıb. 1884-cü ildə Stanford ailəsinin Avropaya səyahəti zamanı onların azyaşlı oğlu Leyland yatalaq xəstəliyinə yoluxaraq Florensiyada vəfat edir. Dərd-qəm içində olan həyat yoldaşına Ceyn deyir: "Leyland, artıq Kaliforniyanın bütün uşaqları bizim övladlarımız olacaqlar!" Beləcə gənc ailə doğma ştatlarında savadlılığın inkişafına kömək etmək qərarına gəlir. Onlar Amerikanın bir neçə ali təhsil ocaqlarını-Yel, Kornel, Harvard, Massaçusets universitetlərini gəzərək üç layihədən hansını həyata keçirmək haqqında düşünürdülər: Palo-Altoda universitet, San-Fransiskoda təhsil kompleksi və muzey, yoxsa texniki məktəb yaratmaq. Harvard Universitetinin prezidenti çarlz Eliot universitet yaratmağı məsləhət görür. Leyland bu məqsəd üçün nə qədər vəsait lazım olması ilə maraqlananda, Eliot həmin dövr üçün çox böyük bir məbləğ olan 5 milyon dolların gərəkli olduğunu qeyd edir. Leylandın "Bacararıqmı" sualına Ceyn başı ilə "Hə" cavabı verir. Stanfordlar başqa ali təhsil müəssisələrindən fərqli olaraq, birgə təhsil almaq imkanı verən (o vaxtlar universitetlərdə təkcə kişilər oxuyurdular), dünyəvi (başqalarının müxtəlif dini cərəyanlarla bağlılığı vardı) universitet yaratmaq niyyətində idilər. Universitetin məqsədini mədəni və faydalı vətəndaşlar hazırlamaqda görən Stanford 1885-ci ilin noyabrında öz ideyalarını "Təsis yardımı" ("Foundining Grant") adlanan sənədə həkk edir və bununla da universitetin nizamnaməsinin əsasını qoyur. Leyland universitetə belə bir şüar fikirləşir: "Qoy azadlıq yeli əssin!" Hazırlıq işlərinə, tikintiyə və işçi heyətinin toplanmasına 6 il vaxt sərf olunur. Bu işlərdə Stanforda İndiana Universitetinin gənc professoru Devid Cordan fəal kömək edir. Məhz buna görə də Leyland onu 1 oktyabr 1891-ci ildə açılmış Kiçik Leyland Stanford adına universitetə prezident təyin edir. İlk vaxtlarda burada 559 tələbə (qızlı-oğlanlı) və 15 müəllim var idi. Alman modelinə uyğun tikilmiş universitet həm bakalavr, həm də magistr hazırlayır, tədris tədqiqatlarla birləşdirilirdi. 1893-cü ildə senator Stanford vəfat edir. Təşkilat işlərilə bağlı universitetdə araşdırmalar aparılır. İqtisadi böhran ailənin maddi durumuna ziyan vurur. Vəfat etmiş yoldaşının səlahiyyətlərini icra edən Ceyn nəinki universiteti bağlamaqdan imtina edir, hətta şəxsi xərclərini xeyli azaldaraq təhsil ocağına himayəçilik edir. Devid Cordan da bacardığı qədər universitetin inkişafına çalışır. Tanınmış professorlar təzə yaranan əyalət universitetində işləmək istəmirdilər. Cordan cavan, təcrübəsiz, lakin istedadlı və qabaqcıl müəllimləri bu ali təhsil ocağına cəlb edir. Universitetin əsas binasını, kimya laboratoriyasını, möhtəşəm memorial kilsəsini (Memorial Church) tikdirir. Prezident vəsaiti məharətlə paylaşdıraraq demək olar ki, Stanfordların bütün arzularını həyata keçirir. 1903-cü ildə Ceyn Stanford maliyyə hüquqlarını universitetin Qəyyumlar Şurasına təhvil verir. Ceyn Stanford 1905-ci ildə vəfat edir. 18 aprel 1906-cı ildə güclü zəlzələ universitetin binalarının yarısını uçurur və külli miqdarda ziyan vurur. Cordan cidd-cəhdlə bərpa işlərinə başlayır və buna müvəffəq olur. Amerikanın qərbində, eləcə də bütün ölkədə Stanford Universitetinin nüfuzu qalxmışdı, məzunlar öz doğma universitetlərini (alma mater) ABŞ-də yetərincə məşhurlaşdırmışdılar. Bu da dağılmış korpusların bərpasında həm dövlət, həm də qeyri-dövlət yardımlarının alınmasına imkan verirdi. 1913-cü ildə Cordan borcunu yerinə yetirərək təqaüdə çıxır, bu zaman Stanford Universiteti artıq yerində möhkəm qərarlaşmışdı. Rey Uilburun prezidentliyi dövründə universitet sürətlə inkişaf edir. Kafedralar bütöv bir fakültə-məktəblərə çevrilir. II Dünya müharibəsindən öncə burada yeni laboratoriyalar, tədqiqat kompleksləri tikilir. Müharibə illərində isə demək olar ki, universitet öz elmi-texniki tərəqqi dövrünü yaşayır. Stanford alimləri, həmçinin universitetin özü "Manhetten layihəsi"ndə fəal iştirak ediblər. 1934-cü ildə məzunlardan ibarət Stanford Assosiasiyası yaradılır. Onun məqsədi təhsil müəssisəsi və elmi proqramların həyata keçirilməsi üçün vəsait toplamaqdan ibarət olur. Beləcə, Stanford öz gəlir mənbələrini genişləndirir. Stanford Universitetinin çox böyük ərazisi var. Maliyyə böhranı ilə üzləşərkən universitet torpaqlarını sata bilməzdi, çünki Leyland Stanford öz vəsiyyətnaməsində bunu qadağan etmişdi. Torpaqları icarəyə vermək barədə isə vəsiyyətnamədə heç nə yazılmamışdı. Rəhbərlik bundan istifadə edərək torpaqları yüksək texnologiyalara malik şirkətlərə uzunmüddətli icarəyə verir və Silikon vadisi adlanan Stanford sənaye parkı yaradılır. 1951-ci ildə "Varian Associates" kampaniyası universitetlə müqavilə imzalayır və 1953-cü ildə parkda ilk binada məskunlaşır. Onun ardınca Eastman Kodak, General Electric, Preformed Line Products, Admiral Corporation, Shockley Transistor Laboratory of Beckman Instruments, Lockheed, Hewlett-Packard və s. şirkətlər də Stanford sənaye parkına köçür. Bu dahiyanə ideya nəticəsində universitet külli miqdarda gəlir əldə edir. 40–60-cı illərdə Volles Sterlinqin prezidentliyi dövründə Stanford ABŞ-nin ən nüfuzlu ali məktəblərindən birinə çevrilir və onu artıq heç kim əyalət universiteti adlandırmır. Soyuq müharibə dövründə ali məktəb əsaslı surətdə hərbi istehsala cəlb edilir, külli miqdarda federal subsidiyalar verilir. Stanfordun elektronika sahəsi üzrə nüfuzu danılmazdır. 60-cı illərin əvvəllərində universitet "Ford Fondation"dan 100 milyon dəyərində qrant alır, buna qədər hələ heç bir Amerika ali məktəbi belə ambisiyalı layihəyə qol qoymamışdı. 90-cı illərin ortalarında Stanfordda kiçik qruplarda tədrisi, tələbə və müəllimlərin sıx təmasını nəzərdə tutan Stanford Introductory Studies (SIS) -Stanfordun İlkin Tədqiqatları Proqramı qəbul olunub. Həmçinin bakalavr hazırlayan üç məktəb-fakültədə -Yer elmləri, Mühəndislik, Bəşəriyyət və Təbiət elmləri məktəblərində cavan müəllim heyəti üçün xüsusi tədqiqat qrantları sistemi (Research Grants for Junior Fakulty) tətbiq olunub.

Stanford Universitetinin məşhur məzunları

[redaktə | mənbəni redaktə et]

Herbert Huver ABŞ-nin 31-ci prezidenti Yukio Hatoyama Yaponiyanın sabiq Baş naziri Kondoliza Rays ABŞ-nin sabiq dövlət katibi Uilyam Şokli Amerika alimi, Nobel mükafatı laureatı Con Steynbek Yazıçı, Nobel mükafatı laureatı Sergey Brin və Lerri Peyc "Google" saytının yaradıcıları Len Bosak və Sendi Lerner "Cisco Systems" şirkətinin yaradıcıları Devid Filo və Cerri Yanq Yahoo! saytının yaradıcıları Kempbell Duqlas Amerika Botanika Cəmiyyətinin prezidenti, botanik Universitet bu gün

Stanford Universitetinin kampusu 3 310 hektarlıq ərazidə, kiçik təpələrin arasında yerləşən düzənlikdə salınıb. Kampusun landşaftını Nyu-York mərkəzi parkının yaradıcısı dizayner Frederik Lo Olmsted tərtib edib. Riçardson neoromantikası və ispan müstəmləkəsi üslubunda inşa edilmiş, tağlarla bəzədilmiş binalar kampusa xüsusi gözəllik verir. Qızıl fonda işlənmiş rəngarəng mozaikalı memorial kilsə kampusun ürəyi hesab olunur. Mavi səma altında yaşıllıqda yerləşən qırmızı tavanlı, qum daşından tikilmiş binalar, güllər, palmalar, hətta o tərəf-bu tərəfə qaçan sincablar burada əsrarəngiz bir mənzərə yaradır. Kampusun ərazisində 7 məktəb: Bəşəriyyət və Elmlər Məktəbi (School of Humanities and Sciences), Mühəndislik Məktəbi (School of Engineering), Yer Elmləri Məktəbi (School of Earth Sciences), Təhsil Məktəbi (School of Education), Biznes Məktəbi (Graduate School of Business), Hüquq Məktəbi (Stanford Law School) və Tibb Məktəbi (Stanford University School of Medicine); Stanford Tədqiqat Parkı (Stanford Research Park), Stanford Tibb Mərkəzi (Stanford University Medical Center) və müxtəlif tibb məntəqələri, Stanford Ticarət Mərkəzi (Stanford Shopping Center); Huver adına Müharibə, İnqilab və Sülh İnstitutu (Hoover Institution on War, Revolution and Peace), Frimen Spoqli adına Beynəlxalq Tədqiqatlar İnstitutu (Freeman Spogli Institute for International Studies), Stanford Center – İntensiv Dil Təlim İnstitutu; 8 milyon cilddən çox kitaba malik olan 20 kitabxana, tələbə yataqxanaları, idman kompleksləri, parklar və s. yerləşir.

Tədris prosesi

[redaktə | mənbəni redaktə et]

ABŞ-nin digər ali məktəbləri kimi Stanford Universiteti də yüksəksəviyyəli, hərtərəfli hazırlıqlı şəxsiyyətlər yetişdirir. Amerika mütəxəssislərinin fikrincə, bu cür yanaşma seçilmiş sahələrin daha yaxşı mənimsənilməsinə və tələbənin bütün həyatı boyu təhsilini artırmasına, karyeralarında əldə etdikləri bilikləri daha effektli istifadəsinə imkan yaradır.

Hər tələbə öz şəxsi maraq və məqsədinə uyğun fərdi tədris planı hazırlayır. Tələbə, həmçinin universitet və fakültənin də savadlılıq, ingilis dilində lazımi sənədləşmə qaydalarını düzgün şərh etmə, xarici dil bilmə tələblərini nəzərə almalıdır. ümumi tələblər 9 tədris kursundan ibarətdir: mədəniyyət, ideyalar, insani dəyərlər (III kurs); təbii elmlər, tətbiqi elmlər və texnika (III kurs); humanitar və ictimai elmlər (II kurs); dünya mədəniyyəti, Amerika mədəniyyəti (I–III kurs). Hər bir tələbə seçdiyi ixtisas fənlərindən əlavə mütləq bu kursları keçməlidir.

Bu gün Stanford Universiteti sürətlə inkişaf edən beynəlxalq təhsil mərkəzinə çevrilib. Burada 15 000-dən çox tələbə təhsil alır, onların 6 812-ni bakalavrlar, 8328-ni aspirantlar, 51%-ni qadın, 55%-ni əcnəbi tələbələr təşkil edir. Əcnəbilər üçün Stanford, ilk növbədə, prestijli biznes təhsili (MBA) verən ali təhsil ocağıdır. Stanford dünyaya 17 Nobel mükafatçısı bəxş edib. Stanford, sözün əsl mənasında, Silikon Vadisinin tükənməz sərvətidir.