DAM
(Kürdəmir, Quba, Ordubad)
tavan. – Evin damı qutarmıyıb (Ordubad)
II
(Gəncə, Göyçay, Karvansaray, Kürdəmir, Qazax, Sabirabad, Salyan, Şəki, Şəmkir, Şuşa, Tərtər)
tövlə. – Cücələr damın küncünə yığışmışdı (Salyan); – Bahar, malları dama sal, ot tök (Şəki); – Heyvannarı dama doldırdım (Şuşa); – Qoyunnarı dama salmışam (Karvansaray)
III
(Borçalı, Cəbrayıl, Gədəbəy, İmişli, Kürdəmir, Qazax)
1. qazma (Borçalı). – Keşmişdə qışda kətdilər damda olardı
2. hər cür tikili, bina (Cəbrayıl, İmişli, Kürdəmir). – Dam deyərük daş əvə, kərpic əvə (İmişli); – Toy damı tix’məx’ çox çətindi (Cəbrayıl); – Bizdə bişir-düşüri damda eliyəllər (Kürdəmir)