Daewoo Damas

Daewoo Damas — Cənubi Koreyanın kompaniyası olan Daewoonun mikroveni. 1991-ci ildən istehsal olunur və Suzuki Carry avtomobilinə əsaslanmışdır. Hal-hazırda ikinci nəsil Daewoo Damas istehsal olunur.

Daewoo Damas
Ümumi məlumatlar
İstehsalçı Daewoo Motors
İstehsal ili 1991–1996 (Cənubi Koreya)
1996–h.h. (Özbəkistan)
Yığım Özbəkistan
Sinfi Mikroven
Dizayn
Təkər formulu 4 x 2
Güc xüsusiyyətləri
Mühərrik
Transmissiya 4, 5 (mexanika)
Qabariti
Uzunluğu 3.230 mm
Eni 1.400 mm
Hündürlüyü 1.920 mm
Klirens 160 mm
Təkər bazası 1.840 mm
Arxa təkər çevrəsi 1.210 mm
Ön təkər çevrəsi 1.220 mm
Kütləsi 750–810 kq
Dinamika
Sürətlənmə (0–100 km/s) 12,5 (1,5 üçün)
Maksimal sürət 114 km/saat
Digər
Yanacaq sərfi 5,5–8 l
Bakın tutumu 37 l
← Suzuki Carry
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bəzi yerlərdə Daewoo Damas Daewoo Attivo adı ilə tanınır. Daewoonun GM tərəfindən əldə olunmasından sonra avtomobili Chevrolet CMV adı ilə də satmağa başladılar.

Damas avtomobili mexaniki sürət qutusuna, 38 at güclü 0,8 l həcmli mühərrikə malikdir. Həmçinin avtomobil kondisioner ilə də təchiz olunmuşdur. Şəhər rejimində yanacağın sərfiyyatı 100 km-ə 4,1 litr kimidir. Salondakı oturacaqlar 2+3+3 sxemi üzrə üç sırada yerləşdirilmişdir. Yükqaldırma - 560 kiloqramdır.[1]

Həmçinin mini-yük maşını Labo da istehsal olunur.

1996-cı ilin mart ayından Daewoo Damas Özbəkistanın Asaka şəhərində yerləşən UzDaewooAuto zavodunda istehsal olunurdu.

2006-cı ilin fevral ayından avtomobilin modernizasiya olunmuş versiyası istehsal edilir. Bu versiyada maşın daha güclü və komfortludur. Dəyişikliklər əsasən maşının ön hissəsinə sirayət etmişdir – ön hissə 26,5 sm artmışdır, bunun əsas rolu ön oturacaqda oturan şəxslərin təhlükəsizliyidir. Həmçinin arxa fənər, bamper və arxa görünüş güzgülərində də dəyişikliklər edilmişdir. Həmçinin avtomobilin qıraq hissələrində xüsusi yapışdırılmış şəkillər də yer almışdır.

Avtomobil iki modifikasiyada hazırlanır: sərnişinlər üçün 2+3+3 formulu üzrə üç sırada yerləşdirilmiş oturacaqlar ilə və ikinəfərlik 560 kq yükqaldırmaya malik yük maşını.

  1. chevrolet-uz.com. "Damas — удобный трудяга". chevrolet-uz.com. 20 Апрель 2013. 2014-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-02.