daşlı-palçıqlı
daşlıq
OBASTAN VİKİ
Daşlı
Daşlı (Laçın)
Tikanlı
Tikanlı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Tikanlı kəndi mərkəzdən 13 km qərbdə Alazan-Həftəran vadisindədir. Xalq etimologiyasına əsasən buralar əvvəllər tikanlı sahələrdən ibarət olub, yerində kənd salınıb. Toponimik bilgilərə görə keçən əsrdə Qars əyalətində Yuxarı Tikan və Aşağı Tikan adlı kəndlər mövcud olub. Alimlər güman edir ki, kəndin mənşəyi də bu sözlərdən götürülüb. İndi kənddə 1900 nəfər yaşayır. Dörd məşğuliyyət növündən əhali öz çörəyini çıxarır. Hamının meyvə bağı, taxıl sahələri, tərəvəzləri və mal-qarası var. Bu ərazidə çəpərlənmiş evlərin sayı demək olar ki, yoxdur. Yol boyu hamının həyət bacası iri daş hasarlara alınıb və evlərin görkəmindən də bəllidir ki, Dovşan dağının yanında əhali özünə maraqlı düzəm qura bilib.
Daşlı (Eçmiədzin)
Daşlı — Eçmiadzin rayonunda kənd adı. == Tarixi == 1728-ci ilə aid mənbədə Qarni nahiyəsində kənd adı kimi qeyd olunmuşdur. Mənbədə kəndli Çinəxan kəndi yaxınlığında yerləşdiyi göstərilir. 1949-cu ildə əhalisi Azərbaycana köçürülmüşdür. 1728-ci ilə aid mənbədə "Reyhanlı camaatına məxsus Taşlu kəndi kimidir. 1968-ci ildə kənd ermənicə Daştəkar adlandırılmışdır. Erməni alimləri elə güman etmişlər ki, kəndin adındakı daş sözü (çünki hqiqətdə də yerli əhali içərisində kənd Daştı kimi də tələffüz olunmuşdur) fars dilindən erməni dilinə keçmiş dəşt "səhra", "düzən" sözündəndir.
Daşlı (Kəleybər)
Daşlı (fars. داشلي‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd.
Daşlı (Laçın)
Daşlı — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Ərazinin daşla əhatə olunduğu və çınqıllı, daşlı yer oldugu üçün, həmçinin kəndin də həmin daşlı ərazidə salındığına görə, toponimin adı da Daşlı adlandırılmışdır.Yerli əhali bəzən kəndin adını Daşdı, Daştı formasında tələffüz edir. Daşlı sözü düzəltmə toponimdir və relyeflə bağlı yaranıb. Sözün kökü ola daş termini oronimiyada “filiz”, “qaya”, “daş” mənalarında işlənir. Sözün ikinci hissəsi Azərbaycan dilində daş sözünə çoxluq mənası ifadə edən “lı” şəkilçisidir. Daşlı toponiminin arealları Xəzər dənizinin arxipelağında ada, Gədəbəy ərazisində dağ, Şamaxı ərazisində dağ adı kimi keçir. Ölkə xaricində Başqırdıstanda Taşlı, Dağıstanda Daşlıkənd, Moldovada Taşlı, Türkmənistanda Daşlıq və s. == Tarixi == 1593 cü ildə Daşlıkəndinin ərazisi Mağavuz nahiyəsinin tərkibində olub. Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyəsinin tərkibində olan zaman Osmanlı dövləti Mağavuz nahiyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıda Böyük Daşlı və Kiçik Daşlı adında iki kənd qeydə alınmışdır.
Daşlı (Vedibasar)
Daşlı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km məsafədə, Vedi çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində işlənən daş sözünə çoxluq mənası ifadə edən -lı şəkilçisinin qoşulması əsasında yaranıb. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Daştakar («daşt» çöl, «kar» daş deməkdir) qoyulub. == Əhalisi == Kənddə 1831-ci ildə 84 nəfər, 1873-cü ildə 147 nəfər, 1886-cı ildə 135 nəfər, 1897-ci ildə 184 nəfər, 1904-cü ildə 238 nəfər, 1914-cü ildə 261 nəfər, 1916-cı ildə 171 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılar qovulmuş və xaricdən İran və Türkiyədən ermənilər köçürülərək burada yerləşdirilməyə başlamışdır. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənddən qovulmuş sağ qalan azərbaycanlılar öz doğma ocaqlarına dönə bilmişlər.
Daşlı ada
Daşlı adası və ya İqnat daşı — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus vulkanik mənşəli ada. İqnat latın sözü olub od deməkdir. Adsız adasından 13,9 km cənub-şərqdə yerləşir. Bəndovan burnundan 32,2 km məsafə ayırır. Canlı məşkunlaşması yoxdur. == Toponim == Xəzər dənizində, Bakı arxipelaqında yerləşən ada. Səngi Muğan adasından cənub-şərqdədir. XVIII əsrin birinci yarısında I Pyotrun Xəzərsahili əyalətlərə hərbi səfəri zamanı rusların tərtib etdiyi xəritədə ada Kamen Svyatoqo İqnatiya (Müqəddəs İqnati dağı) adlandırılmışdı. Ada müqəddəs İqnati günündə tədqiq edildiyindən həmin adla adlandırılmışdır. Sonralar oronimin tərkibindəki "müqəddəs" sözü düşmüşdür.
Daşlı Çalğan
Daşlı Çalğan — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Daşlı Çalğan kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Oykonim daşlı və Çalğan (etnotoponim) komponentlərindən düzəlib, "daşlıq ərazidə olan Çalğan kəndi" mənasındadır. Oykonimin birinci komponenti kəndi rayonun ərazisində olan Orta Çalğan kəndindən fərqləndirməyə xidmət etməklə yanaşı, kəndin ərazisini relyef cəhətdən təyin edir. == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. == Əhalisi == Əhalisinin sayı 170 nəfərdir.
Daşlı Bulaq (Çaldıran)
Daşlı Bulaq (fars. داشلي بلاغ‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması haqqında məlumat yoxdur.
Kəskin daşlı xolesistit
Öd kisəsinin iltihabı (yun. cholecyst, "öd kisəsi", lat. itis, "iltihab") lat. cholecystitis) — öd kisəsinin xəstəliklərindən biri. Adından məlum olduğu kimi kəskin iltihabi bir proses olub xroniki hala da keçə bilir. Hazırda kəskin öd kisəsinin iltihabı dərhal cərrahi müdaxilə ilə müalicə olunduğundan xroniki hallar kəskin azalmışdır. Çox vaxt (90–95 %) öd daşı xəstəliyi ilə müştərək meydana çıxır. Daha doğrusu öd daşı xəstəliyinin fəsadı kimi özünü büruzə verir. Bu hal tibbdə daşlı xolesistit adlanır.
Tikanlı araliya
Tikanlı araliya (lat. Aralia spinosa) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü.
Tikanlı ardıc
Tikanlı ardıc (lat. Juniperus oxycedrus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Aralıq dənizindən Qafqaza və Şimali İrana qədər olan sahillərdə və dağlarda yayılmışdır. Hündürlüyü 10 m-ə qədər olan boz-qonur qabıqlı kol və ya ağacdır. Yarpaqları iynəli, ucu biz, tikanlı, üstü hamar, qırışlıdır, yarpaqlarında 2 ağ xətti var, kənar və mərkəzi damarcıqları aydın görübür. Çiçəkləri ikievlidir. Qozaları tək, oturaqdır, qırmızı-qonur, parlaqdır, yumru-yumurtavarı formalı olub, 3-6 qabıqlı, əsasən 3 toxumludur. İkinci il yetişir. Toxumla çoxaldılır. İstisevəndir, quraqlığadavamlıdır.
Tikanlı badam
Tikanlı badam (lat. Prunus spinosissima) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Qərbi Sibir, Orta və Kiçik Asiya, Avropadır. == Botaniki təsviri == Hündürlüyü 0,5–2 m olan, dağınıq çətirli, yarpağı tökülən koldur. Düz dayanan, şaxələnmiş budaqları üzərində tikanlar yerləşir. Yarpaqları xətvari-neştərvari və ya uzunsov-oval formalı olub, bünövrəsində daralmışdır. Mart-aprel ayında çiçəkləyir. Çəhrayı və ağ rəngli ətirli çiçəkləri yarpaqlarla eyni vaxtda açılır. Meyvələri iyun ayında yetişir. Meyvələrinin diametri təxminən 2,5 sm, uzunluğu 1–2 sm-dir, yumurtaşəkilli, sıx boz rəngli, cod tüklərlə örtülmüş olur.
Tikanlı bozaqgülü
Tikanlı bozaqgülü (lat. Phlomis herba-venti subsp. pungens) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinin phlomis herba-venti növünə aid bitki yarımnövü. == Qısa morfoloji təsviri == Çoxillik, hündürlüyü 30-60 sm, sıx ulduzvari tüklü bitkidir. Yarpaqları saplaqlı, aşağıdakılar uzunsov lansetvari, dilimli, gövdə yarpaqları nazik lansetvari, qıraqları xırda mişarvaridilimli, üstdən çılpaq və ya seyrək tüklü, altdan boz, qısa və sıx ulduzvari tüklüdür. Çiçəkləri kəsik-kəsik 4-6 çiçəkli köbələrdə toplanmışdır, kasacığı boruvari, bizvari, qeyri-bərabər uzun əyilmiş dişcikli, sıx boz tüklüdür. Tacı 15-20 mm uzunluqda, bənövşəyi və ya çəhrayıdır. Toxumları 5 mm uzunluqda, uzunsov, çılpaq qara-qonur rəngdədir. == Yayılması == BQ şərqi, BQ Quba sahəsi, Xəzər sahili ovalığı, Qobustanın rayonlarında aşağı və orta dağ qurşağında yayılmışdır. Kolluqlarda, quru, daşlı və gilli yamaclarda, qayalarda, bağlarda, quru çay vadilərində bitir.
Tikanlı bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tikanlı dəvəqıran
== Təbii yayılması == Aralıq dənizyanı ölkələrinin şərqində, Avropa, Qərbi Sibir, Şərqi və Cənubi Zaqafqaziya, Krım, Kiçik və Orta Asiya, İranda bitir. Midiyadan təsvir edilmişdir. == Botaniki təsviri == Güclü, dağınıq budaqlanmış, tikanlı və ya tikansız ağ budaqları olan, (25) 40-100 sm hündürlüyündə kol və ya kolcuqdur. Yaşlı budaqların qabığı qonur və ya boz, yarpaqlıdır. Yarpaqaltlığı qısa, silindrvari, aşağısı qonurumtul, yuxarısı pərdəvari, uzunluğu 5–16 mm, eni 1,5-5,5 mm, dərivarı, çılpaq, göyümsovdur. Çiçəkləri ikicinsli, al və ya al-çəhrayıdır. Çiçəkləri budaqların yuxarı hissəsində, yarpaq qoltuğundan çıxan buğumlu, uzun çiçək saplağının uc hissəsində 2-dən 6-dək topa halında yerləşir. Çiçəkyanlığının uzunluğu 4,5–8 mm, eni 5–9 mm olmaqla adətən tünd çəhrayı və ya ağ, onun xaricdəki hissələri uzunsov-yumurtavari, meyvələrdə aşağı qatlanır, bəzən möhkəm sıxılmış vəziyyətdə durur, daxildəkilər dəyirmi-ürəkvari, dikduran, fındıqcığı yastı, uzunsov-yumurtavari, sarımtıl-şabalıdı və ya açıq qonur, parlaq, uzunluğu 4–5 mm, eni (2,5) 3 (4) mm-dir. May-iyun aylarında çiçəkləyir, meyvəsi VI-VIII aylarda yetişir. == Ekologiyası == Quru və xüsusilə daşlı torpaqlarda, günəşli yerlərdə daha yaxşı bitir.
Tikanlı gəvən
Bekker gəvəni (lat. Astragalus beckerianus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiya-Pamir-Alayda (Səmərqənd dağları) təbii halda yayılmışdır. == Botaniki təsviri == Xırda budaqcıqlı, 7-15 sm hündürlükdə, yerə yatıq kolcuqdur. Yarpaqcıqları 6-8 cüt, xətvarı, ucu şiş, üstdən tüksüzdür. Paxlası oturan, uzunsov, biryuvalı, çoxtoxumludur. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqustda toxum verir. Generativ yolla çoxalır. Təbii ehtiyatının dəyişilməsi səbəbləri başlıca olaraq insan fəaliyyətidir. Becərilməsi haqqında məlumat yoxdur.
Tikanlı innab
Tikanlı itburnu
Tikanlı iydə
Tikanlı iydə (lat. Elaeagnus pungens) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin i̇ydə cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada yayılmışdır. == Botaniki təsviri == Həmişəyaşıl, gözəl, sıx yarpaqlı, hündürlüyü 7 m-dək olan, şaxələnmiş budaqlı və qısa,qalın tikanlı koldur. Bəzən qısa, iti bucaq altında, aşağıya əyilmiş, möhkəm, yan budaqlıuzun zoğları olur. Onların köməkliyi ilə digər bitkilərə yapışaraq 10 hündürlüyədək qalxır və beləliklə sarmaşan kola çevrilir. Cavan zoğları qonur xırda yarpaqlarla örtülmüşdür. Yarpaqları uzunsov-ellipsvari, uzunluğu 10 sm-dək, üst tərəfi parlaq, tünd-yaşıl, alt tərəfi gümüşü-qonurdur. Yarpaqların kənarları dalğalı, bəzən qıvrım, saplaqları qonurdur. Çiçəkləri xırda, dəstələrdə 1-3 ədəd, sallaq, üstdən gümüşü-ağ içərisi qızılı rəngdə və çox ətirlidir.
Tikanlı kövər
Tikanlı kəvər (lat. Capparis spinosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kəvərkimilər fəsiləsinin kəvər cinsinə aid bitki növü. Yarımkol bitki olub, 2 m-ə qədər uzunluqda budaqları var. Yarpağı girdə-yumurtavarı, yaxud ellipsvarı olub, saplaqlıdır. Çiçəkləri iri, rəngli ağ olub, tək-tək halda yarpaqların qultuğunda yerləşir. Meyvəsi giləmeyvəyə bənzəyən qutucuqdan ibarətdir. Toxumları kürəvarıdır, tünd-qonur rənglidir, təqribən qaraya çalır. Bitki may-iyul aylarında çiçəkləyir, meyvələri avqustda yetişir. Azərbaycanda kəvər Samur-Dəvəçi ovalıqlarında, Abşeronda, Kür-Araz çayları ovalıqlarında, Lənkəran və Naxçıvanın dağ ətəyi sahələrində yayılmışdır. Xüsusən, qeyd edilən rayonların ovalıqlarında, aşağı dağ qurşağında, yarımsəhralıq yerlərdə ehtiyatı daha çoxdur.
Tikanlı küknar
Tikanlı küknar (lat. Picea pungens) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Vətəni Şimali Amerikanın qayalı dağlarıdır. Hündürlüyü 40–45 m, gövdəsinin diametric 1,2 m olan ağacdır. Çətiri konusvarı, bozumtul olub, aşağı tərəfdən torpaq səthinə kimi əyilir. Gövdəsinin qabığı nazik, çat-çatdır və pulcuqlarla ayrılır, bozumtul rənglidir. İynəyarapqları sərt tikanlı, kobuddur, uzunluğu 2-3 sm-dir, gümüşü-ağ və ya mavi-yaşıl rənglidir, budaqlara xüsusi yarpaq yastıcıqları vasitəsilə birləşir, budaq üzərində 6-9 ilə kimi qalır. Tumurcuqları şiş olur və xaricdən qatranla örtülmür. Qozaları silindrvarı olub, yaşımtıl-sarı, uzunluğu 10 sm-ə, diametric isə 3 sm-ə çatır, qozaları sentyabrda yetişir. Qanadları toxumu tam əhatə edir, lakin onunla birlikdə inkişaf etmədiyindən toxumdan asanlıqla ayrılır.
Tikanlı şeytanqanqalı
Tikanlı şeytanqanqalı (lat. Carduus acanthoides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin şeytanqanqalı cinsinə aid bitki növü.
Tikanlı ənginar
Tikanlı əzvay
Tikanlı əzvay (lat. Aloe ferox) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.

Значение слова в других словарях