Daşlı Çalğan — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Daşlı Çalğan kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir.[1]
Daşlı Çalğan | |
---|---|
41°04′46″ şm. e. 48°58′56″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Oykonim daşlı və Çalğan (etnotoponim) komponentlərindən düzəlib, "daşlıq ərazidə olan Çalğan kəndi" mənasındadır. Oykonimin birinci komponenti kəndi rayonun ərazisində olan Orta Çalğan kəndindən fərqləndirməyə xidmət etməklə yanaşı, kəndin ərazisini relyef cəhətdən təyin edir.[2]
Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.
Əhalisinin sayı 170 nəfərdir.[3]
Siyəzən rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |