Daşlı ada

Daşlı adası və ya İqnat daşı[1]Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus vulkanik mənşəli ada. "İqnat" latın sözü olub od deməkdir. Adsız adasından 13,9 km cənub-şərqdə yerləşir. Bəndovan burnundan 32,2 km məsafə ayırır. Canlı məşkunlaşması yoxdur.

Daşlı adası
Ümumi məlumatlar
Əhalisi 0 nəfər (2013-cü il)
Yerləşməsi
39°42′57″ şm. e. 49°38′13″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Arxipelaq
Akvatoriya
Daşlı adası xəritədə
Daşlı adası
Daşlı adası
Daşlı ada (Azərbaycan)
Daşlı ada
link=:Fayl:
Daşlı ada
Bakı arxipelaqı

Xəzər dənizində, Bakı arxipelaqında yerləşən ada. Səngi Muğan adasından cənub-şərqdədir. XVIII əsrin birinci yarısında I Pyotrun Xəzərsahili əyalətlərə hərbi səfəri zamanı rusların tərtib etdiyi xəritədə ada Kamen Svyatoqo İqnatiya (Müqəddəs İqnati dağı) adlandırılmışdı. Ada müqəddəs İqnati günündə tədqiq edildiyindən həmin adla adlandırılmışdır. Sonralar oronimin tərkibindəki "müqəddəs" sözü düşmüşdür. Daşlı adı adanın relyefi ilə əlaqədardır.[2]

Vulkan püskürmələri

[redaktə | mənbəni redaktə et]

4 iyul 2021-ci il, saat 21:51-də adada 8 dəqiqə davam edən güclü palçıq vulkanı püskürməsi qeydə alınmış, çıxan alov Azərbaycanın Xəzərsahili bölgələrindəki yaşayış məntəqələrində, eləcə də, 74 kilometr şimalda yerləşən Bakı şəhərində səmada qırmızı işıq şəklində müşahidə edilmişdir.[3] Alovlar 500 metr yüksəkliyə qədər qalxmışdır.[4] Adada bundan əvvəlki son vulkan püskürmələri 1920-ci və 1945-ci illərdə qeydə alınmışdır.[5]

  1. "Daşlı adası" (az.). 2016-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2016.
  2. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. iki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007,
  3. Rasim Səttarzadə: Daşlı adası orada olan vulkanların püskürməsi nəticəsində yaranıb Arxivləşdirilib 2022-03-25 at the Wayback MachineAzərTAc
  4. "Azerbaijan Mud Volcano Erupts in Fiery Display". Smithsonian Magazine (ingilis). 2021-07-07. 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-11.
  5. "Qurban Yetirmişli: "Daşlı adada vulkanın dərinliyi 1,48 km, gücü 2,17 ml olub"". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.